124
Sənə dünya da təşəkkür edir.
Rəis bunun nə demək olduğunu anlamasa da, oxuduğu
ona bəs edirdi. Kitabı bağlayıb rəfə qoydu. Çox şükür ki,
bu qeyri- adi insanla müqaviləsi yaxın zamanda
bitəcəkdi. “Daha on dörd
gün”, - təqvimində qeyd olunmuş tarixə nəzər yetirərək
rəis düşündü.
Sonrakı günlər ərzində rəis bu müştəri ilə bağlı ifadə
olunmayacaq dərəcədə narahatlıq keçirirdi. Əsəbləri
büsbütün pozulmuşdu. Lakin zaman öz axan ilə davam
edirdi.
Birdən isə - qeyd olunmuş tarixə bircə gün qalmış
Florensiyada ardıcıl olaraq, gözlənilməz olaylar yaşandı.
Rəis vəziyyəti ələ almağa çalışsa da, hər şey sürətlə
məcrasından çıxırdı. Vəziyyət müştərinin Badia qalasına
dırmanması ilə ən yüksək həddə çatdı.
O öz ölümünə doğru... tullandı.
Müştərisini itirməyin, illah da„ bu cür itirməyin
verdiyi qorxuya baxmayaraq, rəis sözünün üstündə
durdu. O, Florensiyada yerləşən seyfin içindəki əşyanı
gümüşü qadına çatdırmaq üçün dərhal hazırlıqlara
başladı. Zamanlama isə, həqiqətən də, önəmli idi.
Sənin təqvimində çevrəyə alınmış gündən qabaq
olmamaq şərti ilə.
downloaded from KitabYurdu.org
125
Rəis seyfin kodları olan zərfi Vayentaya verdi. O isə
öz növbəsində Florensiyaya gedib seyfdəki əşyanı
götürməli idi - “balaca ağıllı diş”. Fəqət Vayentanm
gətirdiyi xəbər onu heyrətləndirdi, həm də narahat etdi.
Seyfin içindəkilər artıq götürülmüşdü, Vayenta isə canını
güclə qurtarmışdı. Gümüşü saçlı qadın hansısa yolla
hesabın mövcudluğundan xəbər tutmuş və ona çıxış əldə
edərək içindəkiləri götürmüşdü.
Üstəlik, seyfi açmağa gələn başqalan üçün də həbs
göstərişi qoydurmuşdu.
Bütün bunlar üç gün öncə yaşanmışdı.
Müştəri bu oğurlanan əşya ilə gümüşü saçlı qadına
qəbrindən istehza edərək, onu son dəfə təhqir etmək
niyyətində imiş.
Amma qabaqcadan söz demək üçün hələ çox tezdir.
Həmin andan etibarən konsorsium çaxnaşma içində
idi - müştərinin son arzusunu gerçəkləşdirməklə yanaşı,
öz etibarının sarsılmamağı üçün o, bütün gücünü səfərbər
etmişdi. Bu proses boyu konsorsium bir neçə dəfə öz
cızığından çıxmışdı və rəis dönüşü olmayan addımlar
atdıqlarından özü də
xəbərdar idi. Florensiyada baş verən hadisələrdən beyni
qarışan rəis indi gözünü masasına dikərək gələcəyin nə
gətirə biləcəyini düşünürdü.
downloaded from KitabYurdu.org
126
Təqvimində isə müştərisinin kobudluqla cızıb
çərçivəyə aldığı tarix ona baxırdı - xüsusi günü ağuşuna
alaraq əhatələyən qırmızı halqa.
Sabah.
Rəis könülsüz halda masanın üstünə qoyduğu skotç
şüşəsinə nəzər saldı. Bu on dörd ildə ilk dəfə ondan
qədəhə süzüb birnəfəsə içdi.
Gəminin göyərtəsinin alt mərtəbəsindəki ofisində
oturmuş koordinator Laurens Noulton balaca qırmızı
yaddaş çubuğunu kompüterdən çıxanb masasının üzərinə
qoydu. Bu video onun həyatda gördüyü ən qəribə
şeylərdən biri idi.
Və həqiqətən də, yazı doqquz dəqiqə uzunluğunda
idi... son saniyəsinəcən.
Özünü son dərəcə narahat hiss edən Noulton ayağa
durub fikirləşirdi. Görəsən, bu qəribə videonu rəislə də
paylaşsınmı?!
“Sadəcə, işini gör”, - Noulton öz-özünə dedi.
“Sualsız. - Mühakiməsiz”.
Yazmı beynindən çıxarmağa çalışaraq, qeyd
kitabçasında tapşırığı təsdiqlənmiş kimi işarələdi. Sabah
isə müştərinin tələbinə uyğun olaraq, o, yazını dünya
mətbuatı ilə - paylaşacaqdı.
18
fəsil
downloaded from KitabYurdu.org
127
VIALE
NICCOLO
MACHIAVELLI
Florensiya
prospektləri arasında ən gözəli hesab olunur. Sıx meşə ilə
əhatələnmiş S-vari geniş dolanbac yollar velosipedçilər
və “Ferrari” həvəskarlarının sevimli məskəni idi.
Sienna Traykı dolanbac yollan məharətlə keçdikcə
onlar cansıxıcı ərazini geridə qoyub şəhərin sidr ağacları
ilə dolu, təmiz və lüks hissəsinə - qərbə tərəf
şütüyürdülər. Yanından keçdikləri kilsənin saatı 8-i
vururdu.
Lenqdonun beyni Dantenin cəhənnəmində təsvir
olunan sirli şəkilləri və iki nəhəng cüssəli əsgər arasında
oturmuş gümüşü saçlı gözəl qadını düşünməkdən
qanşmışdı.
“O hər kimdirsə”, - Lenqdon düşündü, - “artıq onların
- əlindədir”.
“Furqondakı qadının”, - Sienna Traykm mühərrikinin
səsini üstələyərək dedi. “Gözünə görünən qadın olduğuna
əminsənmi?”
“Əlbəttə”.
“Deməli, ötən iki gün ərzində onunla görüşmüsən.
Məsələ ondadır ki, niyə o, sənin gözünə görünür... və
niyə sənə “axtar və tap” deyir?”
Lenqdon razılaşdı. “Bilmirəm... onunla görüşdüyümü
qəti xatırlamıram və hər dəfə surəti gözümün önünə
downloaded from KitabYurdu.org
128
gəldikcə, içimdə ona inanılmaz yardım etmək istəyi baş
qaldırır”.
“Çox üzgünəm. Çox üzgünəm”.
Birdən Lenqdon bu qəribə üzrxahlığm həmin qadına
ünvanlandığını düşünməyə başladı. “Bəlkə mən onu pis
vəziyyətdə qoymuşam?” Bu ehtimal Lenqdonun qarnını
sancıladırdı.
Lenqdon sanki cəbbəxanasından ən mühüm silahın
oğurlandığını hiss edirdi. “Mənim yaddaşım yoxdur”.
Uşaqlıqdan bəri yaddaşı Lenqdonun ən çox güvəndiyi
intellektual mülkü idi. Ətrafında gördüyü ən qarışıq şeyi
belə xırda detalınadək xatırlamağa alışan adam kimi
yaddaşının itməsi onu radarsız qaranlıqda yerə enməyə
çalışan təyyarəyə bənzədirdi.
“Deyəsən, cavablan tapa bilməyin üçün sənin yeganə
yolun La Mappanm şifrəsini açmaqdır”, - Sienna dedi.
“Oradakı sirr hər nədirsə... görünür, sənin elə izlənmə
səbəbin də odur”.
Lenqdon başı ilə təsdiqlədi. Dantenin Inferno-sundakı
əzab çəkən bədənlər üzərində yazılmış catrovacer sözünü
- düşünürdü.
Anidən Lenqdonun ağlına bir fikir gəldi.
Mən Florensiyada ayıldım...
Yer üzündə heç bir şəhərin Danteyə Florensiya qədər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |