Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə27/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   23   24   25   26   27   28   29   30   ...   157

129 

 

bağlılığı  yoxdur.  Dante  Alqiyeri  Florensiyada  doğulub, 



Florensiyada 

böyüyüb, 

əfsanəyə  görə,  Beatrisi 

Florensiyada sevib, Florensiyadakı evindən qəddarcasına 

sürgün edilərək İtaliya kəndlərində köçkün həyatı sürüb 

və ömrü boyu ev həsrəti çəkib. 

“Həyatda  ən  çox  sevdiyin  şeydən  vaz  keçmək 

məcburiyyətindəsən”, - Dante sürgündə yazırdı. “Sürgün 

oxunun ilk zərbəsi bu olur. 

Lenqdon  Paradisonun  on  yeddinci  nəğməsində 

yazılmış  bu  sözləri  xatırladıqca  özündən  sağa  -  köhnə 

Florensiyanın Arno 

çayı boyunca düzülən qüllələrinə baxırdı. 

Lenqdon gözləri önündə Florensiyanın dünya şöhrətli 

kafedralı,  muzeyləri,  kilsələri  və  alış-veriş  mərkəzləri 

ətrafında  dolaşan  turist  qruplarını,  qonaqları,  dar 

küçələrdə  şütüyən  nəqliyyatla  dolu  köhnə  şəhəri 

canlandırdı.  O,  Sienna  Traykı  gizlədə  bilsə,  şəhərə 

qayıdıb  izdiham  arasında  gözdən  itə  biləcəklərini 

düşündü. 

“Köhnə  şəhər  -  biz  ora  getməliyik”,  -  Lenqdon 

dilləndi.  “Cavablar  varsa,  onlan  köhnə  şəhərdə 

axtarmalıyıq. Köhnə Florenisya Dante-nin dünyası idi”. 

Sienna  razılıqla  başını  tərpətdi  və  çiyni  üzərindən 

dedi:  “Həm  də  daha  təhlükəsiz  olar  -  gizlənmək  üçün 

downloaded from KitabYurdu.org




130 

 

orda  yer  çoxdur.  Porta  Romana-ya  tərəf  gedək.  Oradan 



çayı keçə bilərik”. 

“Çay”,  -  Lenqdonun  bədənindən  titrəmə  keçdi. 

Dante-nin  də  cəhənnəmə  səyahəti  çayı  keçməklə 

başlamışdı. 

Sienna  sürətlə  irəlilədikcə  ətrafdakı  mənzərə  daha 

qarışıq  görünürdü.  Lenqdonun  fikrində  cəhənnəmdəki 

təsvirlər, ölülər və  can  verən  insanlar, Malebolgenin on 

xəndəyində əks olunan 

vəba  həkimləri,  və  qəribə  söz  -  CATROVACER 

canlanırdı. La Mappanın aşağı hissəsində yazılmış sözün 

hansı  mənanı  verdiyini  düşünürdü  -  “Həqiqəti  yalnız 

ölümün gözlərindən aydın görmək mümkündür”. Bunun 

Dantenin deyimi olub- olmadığı maraqlı idi. 

Onun  yazdığını  xatırlamıram.  Lenqdon  Dante 

yaradıcılığının  vaqifi  idi.  Eyni  zamanda  ikonoqrafiya 

üzrə  ixtisaslaşmış  incəsənət  bilicisi  kimi  məşhur  olan 

Lenqdon  vaxtaşırı  Dante  təsvirlərində  toplanmış  saysız 

simvollar  səfi  ilə  rastlaşırdı.  Təsadüfi  olaraq  -  bəlkə  də 

heç  təsadüf  deyildi  -  o,  iki  il  öncə  Danteninn  İnfernosu 

haqqında mühazirə də oxumuşdu. 

“İlahi Dante: Cəhənnəmin simvolları”. 

Dante  Alqiyeri  tarixin  əbədiləşən  simasına  çevrilir. 

Onun yaradıcılığının təsiri nəticəsində dünyanın dörd bir 

downloaded from KitabYurdu.org




131 

 

tərəfində Dante cəmiyyətləri yaradılır. 



İlk  belə  cəmiyyətin  əsası  1881-ci  ildə  Kembricdə 

(Cambrdige) Massaçusets (Massachusetts) ştatında Henri 

Vadsvörs Lonqfellov (Henry Wadsworth Longfellow) 

tərəfindən  qoyulur.  Yeni  İngiltərənin  gənc  şairi  həm  də 

“İlahi Komediya”nı tərcümə edən ilk amerikalı idi. Onun 

tərcüməsi  hələ  də  ən  tanınmış  və  ən  çox mütaliə  edilən 

versiya olaraq qalmaqdadır. 

Dante  yaradıcılığının  məşhur  tənqidçisi  kimi 

Lenqdondan dünyanın ən qədim Dante cəmiyyətlərindən 

olan Societa Dante Alighieri Viennanm keçirdiyi önəmli 

bir  tədbirdə  çıxış  etmək  xahiş  edilmişdi.  Yığıncağın 

Vyana  Elmlər  Akademiyasında  keçirilməsi  nəzərdə 

tutulmuşdu.  Tədbirin  baş  sponsoru  -  imkanlı  alim  və 

Dante cəmiyyətinin üzvü  - akademiyanın iki min yerlik 

mühazirə zalını kirayə etməyə müvəffəq olmuşdu. 

Lenqdonu tədbirin rejissoru qarşılamış və içəri dəvət 

etmişdi. Dəhlizdə Lenqdon divarda iri hərflərlə yazılmış 

dörd  sözü  oxumaq  üçün  ayaq  saxlamışdı:  BƏLKƏ 

ALLAH SƏHV EDİB? 

“Bu Lukas Troberqindir (Lukas Troberg)”, - rejissor 

pıçıltı  ilə  demişdi.  “Bizim  ən  yeni  bədii  qurğumuzdur. 

Necə alınıb?” 

Lenqdon şübhəli baxışlarla yazıya bir də nəzər saldı. 

downloaded from KitabYurdu.org




132 

 

“Hm...  Fırçanın  izi  boldur,  amma  bu,  ifadənin  məna 



yükünü daha zəif 

əks etdirir”. 

Rejissor  çaşqın nəzərlərlə ona  baxdı.  Lenqdon ümid 

edirdi ki, auditoriya ilə anlaşması daha asan olacaq. 

Səhnəyə çıxarkən onu alqış sədaları qarşıladı. 

“Meine Damen und Herren”ıo, Lenqdon sözə başladı. 

Danışdıqca  səsi  gücləndirici  vasitəsilə  zalda  əks-səda 

verirdi. 

“ Wilkommmen 11, bienvenueıg, welcomei3”. 

“Kabaret”  (Cabaret)  tamaşasından  sitat  gətirdiyi  bu 

cümlə zalda gülüş doğurdu. 

“Səhv  etmirəmsə,  burda  Dante  cəmiyyətinin  üzvləri 

ilə  yanaşı,  xeyli  alim  və  tələbələr  də  var.  Bəlkə  də  bir 

çoxunuz Dante dünyasını ilk dəfə kəşf edəcəksiniz. 

Buna  görə  də,  orta  əsrlər  İtaliyasında  yaranmış 

görkəmli əsərlərlə tanış olmayan dinləyicilər üçün qısaca, 

Dante  dünyasını  gözdən  keçirmək  istəyirəm  -  onun 

həyatı, fəaliyyəti və nə üçün dünya tarixində ən mötəbər 

və təsirli simalardan biri olması”. 

Alqışlar. 

Əlindəki pultla Lenqdon Dantenin müxtəlif rəsmlərini 

geniş ekranda canlandırdı. O,  əvvəlcə Dantenin Andrea 

del  Kastanyoya  (Andrea  del  Castagno)  məxsus  qapı 

downloaded from KitabYurdu.org




133 

 

ağzında  əlində  fəlsəfə  kitabı  dayanmış  bütöv  portretini 



göstərdi. 

“Dante  Alqiyeri”,  -  Lenqdon  sözə  başladı.  “Bu 

florensiyalı  yazıçı  1265  və  1321-ci  illər  arasında 

yaşamışdır. Əksər təsvirlərdə olduğu kimi bu rəsmdə də 

biz  onun  başında  qırmızı  cappuccio  -  qulaqlıqları  olan 

hörülmüş və başa kip oturan kapyuşon - və al rəngli uzun 

Lucca  xalatda  görürük.  Sadaladığım  geyimlər  Dante 

obrazının məşhurlaşmasında böyük rol oynayıb”. 

Lenqdon  növbəti  rəsmə  keçdi.  Bu  dəfə  ekranda 

Dantenin  Botiçelli  tərəfindən  çəkilmiş  və  Uffizi 

qalereyasında  nümayiş  olunan  əsəri  canlandı.  Təsvir 

Dantenin  qabarıq  üz  cizgilərini  əks  etdirir  -  möhkəm 

sıxılmış  çənəsi  və  sallanan  burnu.  “Burda  da  eyni 

təsvirdir  -  Dantenin  fərqli  siması  qırmızı  cappuccio  ilə 

çərçivələnib,  lakin  Botiçelli  kapyuşona  bilik  və  təcrübə 

təcəssüm  etdirən  -  bədii  incəsənət  sahəsində  -  dəfnə 

yarpağından hörülmüş çələng əlavə edib. 

Bu 


ənənəvi 

ideya 


qədim 

Yunanıstandan 

götürülmüşdür.  Simvoldan  hazırda  şairləri  və  Nobel 

laureatlarını təltif edərkən istifadə olunur”. 

Lenqdon  bir  neçə  başqa  rəsm  də  nümayiş  etdirdi. 

Hamısı Dantenin qırmızı kapyuşon, al rəngli xalat, dəfnə 

yarpaqlı  çələng  və  məşhur  burnunu  əks  etdirirdi.  “Və 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə