104
qazılmışdı.
Bu nə deməkdir? Bu rəsm dəyişdirilib.
“Malebolge”nin digər xəndəklərində də hərflər
yazılmışdı. Cinlər tərəfindən şallaqlanan əxlaqsızın
üzərində “C” hərfi, başqa bir “R” ilanların sancdığı
oğrunun... qaynayan qatran içində boğulan rüşvətxor
siyasətçinin üzərində isə “A” hərfi.
“Bu hərflər”, - Lendqon əminliklə dedi, -
“Botiçellinin orijinal rəsmində yoxdur. Bu təsvirə
rəqəmsal dəyişiklik edilib”.
O, “Malebolge”nin ən yuxarıdakı xəndəyindən
başlayaraq, hərfləri üzüaşağı oxumağa başladı.
C ... A... T ... R... O ... V... A... C ... E ... R
“Catrovacer?” - Lenqdon dedi. “İtalyancadır?”
Sienna başını yellətdi. “Latın da deyil. Tanıya
bilmədim”.
“Bəlkə... imzadır?”
“Catrovacer?” - Sienna şübhə dolu nəzərlərlə baxdı.
“Məncə, ad kimi səslənmir. Buraya bax”. O,
“Malebolge”nin üçüncü xəndəyindəki surətlərdən birinə
işarə elədi.
Lenqdonun gözləri təsvirlə qovuşduqda bədənindən
üşütmə keçdi. Günahkarlar kütləsinin arasında orta
əsrlərin simvolik surəti - quş formalı bədən və ölü
downloaded from KitabYurdu.org
105
gözlərdən ibarət maska.
Vəba həkimi maskası.
“Botiçellinin orijinal əsərində vəba həkimi təsvir
olunub?” - Sienna soruşdu.
“Əlbəttə ki, yox. Obraz bura sonradan əlavə olunub”.
“Botiçelli orijinal rəsmi imzalamışdı?”
Lenqdon yadına sala bilmədi, amma əsərlərdə
imzanın qoyulduğu yerə - aşağıdan sağa baxdıqda
Siennanm sualının səbəbini anladı. Orada imza yox idi və
güclə “La Mappa” oxunurdu. Lakin bu yazının tünd
qəhvəyi sərhədi boyunca xırda hərflərlə bu cür
yazılmışdı: la verita e visible solo attraverso gli occhi
della morte.
Lenqdon yazının məğzini anlayacaq dərəcədə
italyanca bilirdi. “Həqiqəti yalnız ölümün gözlərindən
aydın görmək mümkündür”.
Siennə başı ilə təsdiqlədi. “Qəribədir”.
Təsvir yavaş-yavaş yoxa çıxdıqca onlar sükut içində
dayanıb divara baxırdılar. “Dantenin “İnferno”su”, -
Lenqdon düşündü. 1330-cu ildən bəri gələcəkdən xəbər
verən əsərlərin ilham pərisi.
Lenqdonun Dante haqqında təliminin məğzini,
adətən, məşhur incəsənət əsərlərinin istinad etdiyi
“İnferno”
təşkil
edirdi.
Botiçellinin
tanınmış
downloaded from KitabYurdu.org
106
“Cəhənnəmin xəritəsi” əsəri ilə yanaşı Rodinin əvəzsiz
“Cəhənnəmin qapılan” əsərindən olan
“Üç kölgə” heykəli... Stradanusun Stix çayında boğulan
bədənlər üzərindən addımlayan Fleqyasm illüstrasiyası...
... Uilyam Bleykin (William Blake) əbədi burulğana
məhkum günahkarları... Bujeronun iki çılpaq kişinin
əlbəyaxa döyüşünə tamaşa edən Dante və Virgilin qəribə
erotik təsviri... Bayronun qaynar dəmir kürəciklər və alov
damcıları altında işgəncə çəkən vücudlar əsəri... Salvador
Dalinin əcaib akvarel rəsmləri və ağacda oymaları...
Dorenin cəhənnəmin tunel girişindən tutmuş şeytanın
özünədək geniş ağ-qara oyma rəsmlər kolleksiyası.
Lakin belə məlum olurdu ki, Dantenin poetik
cəhənnəm təxəyyülü tək tarixin məşhur simalarına təsir
etməyib.
O, başqa bir qəlbi də ilhamlandırıb. Nəticədə bu qəlb,
Botiçellinin məşhur rəsmini dəyişərək ona on hərf, vəba
həkimi və “həqiqəti ölümün gözlərindən görmək”
mənasında bir ifadə- imza əlavə etmişdi. Eləcə də, əsəri
yüksək keyfiyyətli proyektora yükləyərək qeyri-adi
oymalı sümüyə yerləşdirmişdir.
Lenqdon bunu kiminsə etdiyinə inana bilmirdi.
Amma onu narahat edən bu deyildi.
“Bu əşya niyə məhz məndə olsun ki?
downloaded from KitabYurdu.org
107
Sienna ilə Lenqdon ayaq üstə mətbəxin divarındakı
əksə baxırdılar. Elə bu vaxt küçədən yüksək sürətlə
yaxınlaşan mühərrik səsi eşidildi. Ardınca vıyıltı ilə
dayanan təkər və çırpılan qapı səsləri.
Sienna təəccüb içində pəncərəyə yaxınlaşıb həyətə
baxmağa başladı.
Üzərində heç bir işarə olmayan qara furqon küçədə
dayanmışdı. İçindən qara geyimli, sol çiyinlərindən
yumru, yaşıl medalyonlar asılan bir dəstə kişi düşdü.
Əllərində tüfəng, addımlarında itilik olan bu insanlarda
hərbi təlim tərzi var idi. Dörd əsgər tərəddüd etmədən
binanın girişinə doğru hərəkət etdi.
Siennan soyuq tər basdı. “Robert!”, - o qışqırdı.
“Bilmirəm onlar kimdir, amma bizi tapıblar!”
Küçədə isə agent Kristof Brüder (Chritsoph Brüder)
binaya tələsik doluşan adamlarma tapşırıqlar verirdi.
Hissi yaxma buraxmayan vəzifə borcu və əmrlərə böyük
hörmətlə yanaşan Brüder boy-buxunlu adam idi.
Xarakteri onun hərbi
keçmişindən qaynaqlanırdı. O öz missiyası və mənfəətini
çox yaxşı bilirdi.
Onun çalışdığı təşkilatın çoxlu bölmələri var idi.
Bürderin aid olduğu bölmə - Müşahidə və hərəkət dəstəyi
- yalnız vəziyyət kirtik həddə çatdıqda işə cəlb olunurdu.
downloaded from KitabYurdu.org
108
Brüder binanın içində əriyən adamlarma baxırdı.
Sonra ratsiya qurğusunu çıxarıb komandirlə əlaqə qurdu.
“Bürderdir”, - o dedi. “Biz Lenqdonun yerini
kompüterinin
İP
ünvanı
əsasında
uğurla
müəyyənləşdirdik. Mənim dəstəm indi içəri daxil olur.
Onu tutduqdan sonra sizi xəbərdar edəcəyəm”.
Bürderdən yuxanda “Pensione la Fiorentina”nm
damdakı eyvanında dayanan Vayenta təəccüblə binaya
doluşan agentlərə baxırdı.
ONLAR nə edirlər?
Əlini hörüklü saçma çəkdi. Birdən ötən gecə
öhdəsindən gələ bilmədiyi tapşınğınm qorxusu onu
basdı. Bir göyərçin qurultusu hər şeyi alt-üst edərək onun
işini pozmuşdu. Adi
tapşırıq kimi başlayan bu iş indi dəhşətli qarabasmaya -
çevrilmişdi.
“MHD komandası burdadırsa, deməli, mənim üçün
hər şey bitib”.
Vayenta həyəcanla Sectra Tiger XS ratsiya cihazını
götürüb rəisə zəng vurdu.
“Cənab”, dili topuq çala-çala dedi. “MHD komandası
burdadır! Bürderin adamlan küçənin o başındakı binaya -
doluşurlar!”
O, cavabı gözlədi, lakin əvəzində sıxılan düymələrin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |