Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


Maddə 69. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

65
Maddə 69. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları 
I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olar kən, 
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa vilə ilə 
başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bəra­
bər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirmə lidirlər.
II.  Azərbaycan  Respublikası  ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti  qalan 
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəl­
xalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq 
məhdudlaşdırıla bilər. 
Maddə 70. Siyasi sığınacaq hüququ 
I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbay­
can Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. 
II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılma­
yan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. 
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını göz­
ləmək  və  qorumaq  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  bor­
cudur.
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs 
məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda 
müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edi­
lərkən  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsi  Azər­
baycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və 
müvəqqəti  məhdudlaşdırıla  bilər.  Həyata  keçirilməsi  məhdudlaşdırılan  hüquq  və 
azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə 
bilməz və bunlara görə təqsirləndirilə bilməz.
V.  Bu  Konstitusiyanın  heç  bir  müddəası  insan  və  vətəndaş  hüquqlarının  və 
azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
VI. Azərbaycan  Respublikası  ərazisində  insan  və  vətəndaş  hüquqları  və  azad­
lıqları birbaşa qüvvədədir.
VII.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  pozulması  ilə  əlaqədar 
mübahisələri məhkəmələr həll edir.
VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliy­
yət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə 
görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq 
edilir.
IX.  Hər  kəs  qanunla  qadağan  olunmayan  hərəkətləri  edə  bilər  və  heç  kəs  qa­
nunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
X.  Dövlət  orqanları  yalnız  bu  Konstitusiya  əsasında,  qanunla  müəyyən  edilmiş 
qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. (1, 2)
LAYİHƏ


66
İnsanların hüquq və azadlıqlarını qorumaq üçün bir çox 
beynəlxalq təşkilatlar fəaliyyətə başladı. İnsanların hüquqla­
rının beynəlxalq səviyyədə qorunması üçün müxtəlif razı laş­
malar əldə edildi.
İkinci  Dünya  müharibəsinin  (1939–1945)  son  ilində  – 
1945­ci ildə BMT (Birləşmiş Millətlər Təşkilatı) yaradıldı. Bu 
5. HÜQUQUMUz BeYNƏLxALQ SƏVİYYƏDƏ QORUNUR
Dünyada  baş  verən  ardı­arası  kəsilməyən  müharibələr 
insanların  hüquqlarının  pozulmasına,  insan  ləyaqətinin 
alçalmasına və s. səbəb olur. Təkcə müharibələr və mü­
naqişələr deyil, terror və bu kimi hadisələr də insanların 
hüquqlarının tapdanmasına gətirib çıxaran hadisələr dən­
dir.  XIX  əsrdən  başlayaraq  beynəlxalq  miqyasda  insan 
hüquqlarının mü dafiəsi sahəsində mübarizə aparılmağa 
başlanıldı.  Lakin  bu  dövrdə  insan  hüquqlarının  qorun­
ması üçün o qədər də böyük işlərə imza atılmadı. XX əsrin 
ortalarından başla yaraq  İnsan  hüquqları  uğrunda  müba­
rizə tarixdə öz izini qoydu və həlledici rol oynadı.
Nə  üçün  insan  hüquqlarının  qorunması  tari xində 
xx əsr həlledici rol oynadı? Hüquqlarımızın mü da fiəsi 
bu dövrdən etibarən beynəlxalq səviyyədə qorunur­
mu? xx əsr insan hüquqlarının qorun masında hansı 
rolu oynadı?
1994­cü il mart ayı nın 
19­da “20 Yanvar” 
metro stansiyasında 
baş verən terror
LAYİHƏ


67
təşkilatın yaradılmasında məqsəd dövlətlər arasındakı müx­
təlif  xarakterli  münasibətləri  hüquqi  çərçivəyə  salmaq  idi. 
1948­ci il dekabrın 10­da BMT Baş Məclisi “İnsan Hü quq ları 
haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu Bəyan namənin 
qəbul  edilməsində  əsas  məqsəd  insan  hüquqlarını  və  bütün 
dövlətlərin əməl etməli olduğu normaları müəyyən ləş dirmək 
idi. Bu Bəyannamə müx təlif siyasi və sosial­iqtisadi quruluşlu 
dövlətlərin insan hü quqlarının müdafiəsi sahəsində əməkdaş­
lıq imkanlarını nüma yiş etdirən mühüm beynəlxalq sənəddir.
ümumdünya İnsan 
Hüquqları Bəyanna­
məsini qəbul etmiş 
BMT­nin Baş 
assambleyası. 
Paris, 1948­ci il
Bəyannamədə yeddi prinsip öz əksini tapmışdır. Bu prinsiplər aşağıdakılardır:
1.  Güc tətbiq etməmək və ya güclə hədələməmək;
2. Beynəlxalq mübahisələri dinc yolla həll etmək;
3.  Dövlətin daxili siyasətində olan işlərə qarışmamaq;
4.  Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir­biri ilə əməkdaşlıq etmək;
5.  Xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə;
6. Dövlətlərin suveren bərabərliyi;
7.  Dövlətlərin  BMT  Nizamnaməsinə  uyğun  olaraq,  öz  üzər lərinə  götürdükləri 
öhdəlikləri vicdanla yerinə yetirməsi.
Bəyannamədə daha hansı prinsiplər ola bilər? Əlavələrinizi qeyd edin.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə