Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

77
Pullarını  daha  uğurla  idarə  et məyi 
bacaran insanlar öz gəlir və xərclərinə 
daha  yaxşı  nəzarət  edə  bilirlər.  Bunun 
üçün aşağıdakı sual lara cavab verməklə 
hesablama aparmaq olar:
•   Həftə ərzində nə qədər pul qazan­
mısınız?
•  Nə qədər pul xərclə mi siniz?
•   Xərclədiyiniz  pulla  daha  nə  edə 
bilərdiniz?
Təsəvvür edin ki, məktəbinizdə şən­
lik keçirirsiniz. Bu şənlik sizin hər biri­
nizin həm qonaq, həm də aşpaz qismində 
olacağınız fərqli bir ziyafət olacaq. Şənlikdə müxtəlif çeşiddə 
(növ) yeməklərin olması üçün mütləq pula ehtiyac olacaqdır. 
Amma bütün uşaqların büdcəsini nəzərə alsaq, çox da böyük 
məbləğdə pul toplamaq mümkün olmayacaq. Siz az pulla müx­
təlif yeməklər hazırlamaq üçün mütləq səmərəli addımlar at­
malısınız. Əgər məktəbinizdə şagirdlərin topladığı pul lardan 
büdcədə yoxdursa, mütləq onu təşkil edin. Hətta bunun üçün 
bütün verilənləri aşağıdakı cədvəldən istifadə etməklə Əma­
nət kitabına qeyd edin. 
Alış­veriş tarixi 
və şəxsin adı 
Depozit 
Çıxarma 
Yekun 
balans
Siz daha hansı səmərəli yol təklif edərdiniz? Şənliyin təşkili üçün hansı plan­
lar həyata keçirərdiniz? Təkliflərinizi söyləyin. Daha səmərəli təklifi müəyyən 
edərək müzakirə edin.
İqtisadi səmərəlilik – müxtəlif yeniliklərin istehsalın nə­
ticəsinə  təsirini  müəyyənləşdirməyə  imkan  verir. Yəni 
elmi­texniki yeniliklərin tətbiqi və əvvəlki şəraitdə çəkilən 
xərc  müqabilində  əldə  olunan  məhsul  müqa yisə  edil­
məklə iqtisadi səmərəlilik müəyyənləşdirilir. Bu za man 
iqtisadi səmərəliliyi xarakterizə edən digər göstə ricilər 
də: mənfəət, əmək məhsuldarlığı və s. hesab lanır.
azərbaycan 
Respublikasının 
Mərkəzi Bankı
LAYİHƏ


78
Səmərəlilik o vaxt yüksəlir ki, nəzərdə tutul muş məmu­
latların keyfiyyəti, səviyyəsi qiymətlərlə xarakterizə olunsun. 
Hazırda bir sıra ölkələrdə yeni növ məhsula eyni vaxtda tex­
niki  şərtlər  və  qiymətlər  işlənir.  Bu  vaxt  məhsulun  qiyməti 
və iqtisadi səmərəliliyinin ölçüsü təyin olunur. Məhsulun qiy­
mətinin  təyini  tex ni kanın  verilmiş  səmərəlilik  səviy yə sində 
istehsal  xərclərinin  maksimum  bu raxıla  bilən  səviyyəsini 
müəyyən etməkdən ibarətdir.
Bu  qiy mətə  görə  məmulatın  satış  qiyməti  müəyyən ləş­
dirilir. Dövlət standartlaşdırma orqan ları ilə yerli qiymət or­
qanları birgə işləməlidirlər ki, yara dılmış standart tətbiq olun­
duqda iqti sadi səmərə verə bilsin. 
Ölkəmiz resurs cəhətdən zəngindir. Ancaq iqtisadi poten­
sialın  məqsədyönlü  istifadəsi  üçün  resursların  istehsal  döv­
riyyəsinə tam cəlb olunması ilə yanaşı, onlardan daha səmə­
rəli istifadə etmək lazımdır. Çünki təbii resursların kəmiyyət 
və keyfiyyətləri iqtisadi artımın başlıca amillərin dən biri olub, 
iqtisadiyyatın bir növ start götürməsi üçün çox vacibdir. Ümu­
miyyətlə, təbii resurslar dedikdə, adətən, torpaq, xammal re­
surslarını fərqləndirmək lazımdır.
İqtisadi səmərəliliyə şərait yaradan amilləri sadalayın.
Təbii resurslarımızın iqtisadiyyatımızın inkişafına təsirini şərh edin.
Beynəlxalq Standart­
laşdırma təşkilatı 
elektrik, elektronika 
və telekomunikasiya 
istisna olmaqla 
bütün sahələr üzrə 
standartlaşdırma ilə 
məşğuldur.
Elmi­texniki  tərəqqinin  iqtisadi  səmərəliliyə  təsirinin  nədən  ibarət  olduğunu 
izah edin.
LAYİHƏ


79
Torpaq kənd təsərrüfatı işlərinin apa rılması üçün əsas re­
sursdur.  Torpağın  münbitliyi  kənd  təsərrüfatı  məhsullarının 
artırılması  deməkdir.  Əlbəttə, əgər torpaq şoran, yararsız və 
qumludursa,  bura  əlavə  kapital  tətbiq  edilməsi  tələb  olunur. 
Bunun nəticəsində də hə min torpaq sahəsindən yenidən isti­
fadə etmək mümkün olur. Əgər neft yanacaq sahəsində yal­
nız mazut kimi istifadə olu nursa, onda bu onun tükənməsi ilə 
yanaşı, sürətli şəkildə hasi latın da azalmasına gətirib çıxar­
dacaqdır.
Əmək  resurslarının  kəmiyyət  və  keyfiyyəti  də  iqtisadi 
artımda xüsusi rola malikdir. Əmək resurslarından daha məh­
suldar istifadə etməklə məhsul artımına nail olmaq olar. Qeyd 
edək ki, əmək sərfinin daşıyıcısı olan işçi qüvvəsi təh sil və 
peşə hazırlığından asılı olaraq iqtisadi artımın sürətinə müx­
təlif dərəcədə təsir göstərir.
İqtisadi  artıma  təsir  edən  amillərdən  biri  də  resursların 
səmərəli bölgüsüdür. Resurslardan səmərəli istifadənin iqti­
Təhsil və peşə hazırlığının iqtisadi artımın sürətinə təsirini faktlarla əsaslandırın.
LAYİHƏ


80
1. Səmərəli istifadənin iqtisadiyyatın inkişafına təsirini izah edin.
2. “Ailədə səmərəli iqtisadiyyat” mövzusunda təqdimat hazırlayın.
3.  “Məktəb şənliyə hazırlaşır” – səmərəli xərclərin təşkil olunması üçün layihə 
hazırlayın.
4. “Dövlətin gəliri iqtisadi səmərəliliyin nəticəsidir” fikrini izah edin.
5. Həftəlik xərclərinizi hesablayın və cədvəldəki xanaları doldurun.
Tarix
Gəlirin mənbəyi 
və miqdarı
Mən nə aldım 
(məsarif)
Neçəyə idi? Bu istək, yaxud 
ehtiyac idi?
cəm
6.  “Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi səmərəlilik elm və texnikanın inki­
şafından qaynaqlanır” cümləsini təhlil edib dəyərləndirin. 
7. İnkişaf etmiş ölkələrin iqtisadiyyatındakı irəliləyişlərlə bağlı təqdimat hazırlayın.
8.  Təsəvvür edin ki, bir şokolad fabriki açmısınız. Sizin rəqabətə davam gətirmə­
yiniz üçün müəyyən önləyici işlər görülməlidir. Bu halda daha səmərəli yollar 
seçməyiniz zəruridir. Siz hansı addımları atardınız?
sadi artım üçün oynadığı rol nə qədər əhəmiyyətlidirsə, onla­
rın  səmərəli  bölgüsü  də  bir  o  qədər  əhəmiyyətə  malikdir. 
Tutaq ki, 82 ton taxta­şalban ehtiyatımız var. Bun lardan isti­
fadə etməklə biz həm mətbəx mebeli, həm stol, həm də yataq 
dəsti hazırlamalıyıq. Deməli, 82 ton taxta­şalban elə bölüş­
dürülməlidir ki, tələb olunan məhsulları hazırlamaq mümkün 
olsun. Bir sözlə, əldə olunan ehtiyatlardan səmərəli surətdə 
istifadə etmək lazımdır.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə