87
Tolerantlıq insan hüquqlarının həyata keçi rilməsinin, sülhə
və əməkdaşlığa nail olmağın əsas amillə rindən biridir. Tole
rantlıq ədavəti və fikir ayrılığını aradan qaldırır, zorakılığa
qalib gəlir, cəmiyyətin sabit inkişafını və təhlükəsizliyini tə
min etmiş olur. Tolerant olmaqla insanlar sıx və geniş əhatəli
əlaqələr yarada bilir, öz imkanlarını və fəaliyyətini rahatlıqla
tənzimləyir, maraq və tələbatlarını daha asan yollarla real
laşdıra bilirlər.
Lakin dözümlülüyün mövcud olması üçün ona uyğun
sosial, siyasi, mədəni mühit olmalıdır. Dözümlü davranış tərzi
azad iqtisadi və siyasi münasibətlərin formalaşmasını tələb
edir. Belə bir cəmiyyətdə əməkdaşlıq və dialoq hamının bir
birinə bərabərhüquqlu və toxunulmaz fərdlər kimi yanaşma
sına şərait yaradır. Bu mənada, əsl tolerant münasibətlərin möv
cudluğu demokratik mühitə malik cəmiyyətlərdə mümkündür.
Demokratik cəmiyyət elə bir cəmiyyətdir ki, burada bir nəfə
rin azadlığı başqasının azad olmasına maneçilik törət mir. O,
müxtəlif baxışların çoxluğundan ibarət olub, sosial qrup ların
öz maraq və mənafelərini ifadə etmək imkanları yaradır.
Tolerant insan öz rəqiblərinə və özünə hörmətlə yana
şan şəxsiyyətdir. Tolerant insan əks baxışlara dözmək,
onlara səbirlə yanaşmaq, öz baxışlarını digərlərinə təz
yiq göstərməklə deyil, başa salaraq inandırmaq, insan
hüquqlarına riayət etmək, digərlərinin şərəf və ləyaqə
tinə hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə ma lik olan
insandır. Çünki tolerant münasibət qarşılıqlı münasi
bətdir, yəni sizin başqalarını bağışlamağa gü cünüz
çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya
biləcəklər. O öz fikir ayrılığını əməkdaşlıq və dialoq
prosesində aydınlaşdırır, mübahisəli münasi bətlərə yol
vermir, münaqişələri müzakirə və inan dırma yolu ilə
həll etməyə çalışır.
Necə düşünürsünüz, siz tolerantsınızmı? Özünüzə tənqidi yanaşın. Tolerant
insanla oxşar və fərqli cəhətlərinizi müəyyən edin.
Tolerant cəmiy yətin
yaranması üçün
tolerant insanın
forma laşması vacib
məsələdir. Tole rant
insan kim dir?
LAYİHƏ
89
1. Tolerantlıq anlayışını izah edin və ona xas olan əlamətləri sadalayın.
2. Tolerant cəmiyyət necə bir cəmiyyətdir? Onu təsvir edin.
3. Münaqişə və tolerantlıq nə üçün təzadlı anlayışlar hesab olunur? Onların
fərqli tərəflərini müəyyənləşdirin.
4. Əlavə informasiya mənbələrindən istifadə etməklə multimədəni mühitin nə
olduğunu araşdırın.
5. “Azərbaycan tolerant ölkədir” başlığı altında təqdimat hazırlayın.
6. “Mən dünyada tolerantlıq istəyirəm” adlı esse yazın.
Azərbaycan xalqı da tolerantlığı milli təfəkkürün nəticəsi
hesab edir. Bununla belə, Azərbaycan Respublika sı nın Kons
titusiyası ideoloji və siyasi müxtəliflik, çoxpartiya lılıq möv
qeyindən çıxış edir. Bununla da vətəndaşlarımızın tole rantlıq
və humanizm ruhunda tərbiyə olunmasına xidmət edir. Elə
buna görə də Azərbaycan dövlətinin ümumtəhsil məktəb
lərinin qarşısına qoyduğu tələblərdən biri də sizin, yəni gələ
cək vətəndaşların arasında bərabər imkanların və qarşılıqlı
əməkdaşlığın yaradılmasıdır.
Parisdə Heydər
əliyev Fondunun
dəstəyi ilə dünya
şöhrətli fotoqraf
Reza Deqatinin
“azərbaycan –
tolerantlıq ölkəsi”
adlı fotosərgisi
LAYİHƏ