İSLAM SADIQ
64
Azərbaycanda hazırda çox işlənən xalq
ölçü vahidlərindən biri qarışdır. Əlin çeçələ
barmağının ucundan baş barmağın ucuna qə-
dər olan hissəsinə ‘qarış’ deyilir. Daha çox
‘qarış’ şəklində tələffüz edilir və yazılır. Qarış
mürəkkəb söz olub, qarı və uş tərkiblərindən
əmələ gəlmişdir. Türk dillərində qolun dirsək-
dən biləyə qədər olan hissəsi qarı, biləkdən
barmaqların ucuna qədər olan hissəsi isə ovuc
(‘uş’) adlanmışdır. Altay türkcəsində qolun
dirsəkdən biləyə qədər olan hissəsi karı adlan-
mışdır [15. S.99]. Qax rayonunda bazu sümü-
yünə həm ‘kar’, həm də ‘kır’, Şəkidə və Taba-
saranda qolun dirsəkdən yuxarı hissəsinə, həm
də qoyunun qabaq ayaqlarının dizdən yuxarı
hissəsinə ‘qarı’ deyilir. Hazırda Balakəndə ya-
rım metrlik ölçü vahidi qarı adlanır [8. S.18].
Bu söz digər türklərdə ölçü vahidi kimi işlən-
mişdir [16. S.183]. Türk dillərində biləkdən
barmaqların ucuna qədər olan hissə ovuc
(‘uş’/‘şu’) adlanmışdır. Şumer dilində ovuca
‘şu’ deyildiyini bilirik. Qaruş sözündən gö-
rünür ki, qolun dirsəkdən biləyə qədər olan
hissəsi şumer dilində də qarı adlanmışdır. Qa-
rış/qaruş sözü şumer və türk dillərində bu cür
yaranmışdır: qarı/qaru + şu/uş = qarış/qaruş.
Şumer dilində qaruş sözü yaranarkan
birinci sözün sonundakı sait (ı) düşmüş, ikinci
sözün əvvəlindəki sait (u) saxlanmışdır (elizi-
ya). Bu söz türk dilində daha çox qarış şəklin-
də işlənir. Onun yaranması zamanı birinci sö-
zün sonundakı sait (ı) saxlanmış, ikinci sözün
əvvəlindəki sait (u) düşmüşdür (aferezis).
Qarış ölçü vahidi adı kimi bu gün də
türk dillərində işlənməkdədir. Sözün yazılışın-
da və tələffüzündə heç bir dəyişiklik baş
verməmişdir.
Qu. Murğu – şumer dilində ‘bel sütunu’,
‘onurğa’ deməkdir. Sözün yazılışındakı və tələffü-
zündəki oxşarlıq onun bu gün türk dilində işlənən
onurğa sözü ilə eyniliyini göstərir: Qu. Murğu
/Qumurğa/qomurğa/onurğa. Göründüyü kimi, hər
üç söz bir-birinin fonetik variantıdır. Bir neçə
fonetik dəyişmədən sonra Qu. Murğu sözü ‘onurğa’
şəklinə düşmüşdür.
Mi – şumer dilində qadına aidlik bildirən
sözdür. ‘Mə’ şəklində oxunması daha doğrudur.
Məmə sözünün köküdür. Türk dilinin əksər ləhcə-
lərində əzizləmə anlamında anaya ‘məmə’ deyirlər.
Ana/ama sözünün də kökü mə/madır. Onun əvvə-
linə a saiti artırılmaqla ama sözü yaradılmışdır.
Şu – şumer mətnlərindən ‘əl’ kimi tərcümə
edilir. Bu sözü ‘ovuc’ kimi oxumaq daha doğrudur.
Şu sözünün əks oxunuşu ‘uş’dur. Uş ovuş/(c) sözü-
nün bir hissəsidir. Şumer dilində o/ö hərflərinin ol-
madığı fikri irəli sürüldüyünə görə, ovuş/(c) sözü-
nün ‘şu’/‘uş’ kimi tələffüz edildiyi şübhə doğurmur.
Əvvəldə göstərildiyi kimi, şumer dilində ‘əl’ anla-
mında a (‘al’/‘əl’) sözü işlənmişdir ki, bu da şu/uşun
‘ovuş/(c)’ demək olduğunu söyləməyə əsas verir.
Uyğur dilində ovuc sözünün uş/oç/oçum vari-
antları var [17. S.288, 293]. Yumruğa ‘muş’ deyilir
ki, o da uş kökündən düzəlmişdir. Altay dilində
ovuca ‘uş’ deyilir ki, burada da uş kökü olduğu
kimi qalır [15. S.195].
Şumer dilindəki bir mətnə baxaq: şu-na ba-
an-sum-ma [8. S.121]. Cümlə belə tərcümə edilir:
‘Onun ovcuna (‘əlinə’) qoydu (‘verdi’)’. Göründü-
yü kimi, burada şu sözünü həm ‘əl’, həm də ‘ovuc’
kimi tərcümə etmək mümkündür.
B.B.Əhmədova görə, ovuc sözü Azərbaycan
dilində əvvəlcə iki hissədən – ov və ucdan ibarət
olmuşdur [18. S.130]. Ancaq sözün şumer dilində
‘şu’/‘uş’ şəklində işlənməsi göstərir ki, bu söz türk
dilində də əvvəlcə birhecalı (‘şu’/‘uş’) olmuş, sonra-
lar mürəkkəb sözə çevrilmişdir. Hazırda ovuc sözü
başqırd və qazax dillərində us [19. S.58; 20. S.14],
yakut dilində is [21. S.114] şəkillərində saxlanmış-
dır. Bunlar da göstərir ki, ovuc sözünün ilkin şəkli-
etimonu şumer dilindəki şu/uş olmuşdur.
Teş (tiş) – Əjdər Fərzəliyə görə, bu söz şu-
mer dilində cinsi orqan bildirmişdir [22. S.39].
Hazırda türk dilində heyvanların cinsini bildi-
rən dişi sözünün teş/tiş kökü ilə eyniliyi göz
ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR
65
qabağındadır. Deməli, şumer dilindəki teş/tiş
sözü türk dillərində ‘dişi’, ‘dişilər’ şəklində həm
ilkin mənasını, həm də azacıq fərqlə tələffüz və
yazılış formasını saxlamışdır.
Ti(i) – şumer dilində ‘dil’ demək olub,
ideoqramı da Tdır. Onu ‘eme’/‘əmə’ kimi oxu-
yurlar ki, bu da ‘əmmək’ anlamındadır. Til və
dil eyni sözlərdir. T və d əvəzlənməsi şumer və
türk dilləri üçün səciyyəvi haldır.
Orxon-Yenisey abidələrində ‘demək’,
‘söyləmək’ anlamlarında te, ti sözləri işlənmiş-
dir [23. S.376]. Danışmaq, demək, söyləmək
sözlərinin hamısı dillə bağlıdır. Hətta uşaq da-
nışmağa başlayanda ‘dil açdı’ deyirlər. Bunlar
aydın göstərir ki, şumer və türk dillərində bə-
dən üzvü olan dilin də adı eynidir.
Burada bir məqama da aydınlıq gətirmək
lazımdır ki, til/dil bədən üzvünün adıdır. Əmə
sözü isə danışıq dilini bildirmişdir.
Ur – şumer dilində ağ ciyərin adıdır. Türk
dillərində (Altay, qazax, Tuva) ‘üfürmək’, ‘üfü-
rüb şişirtmək’, ‘nəfəs vermək’, ‘nəfəs almaq’ an-
lamlarında ür sözü işlənmişdir ki, bunların hamısı
birbaşa ağ ciyərlə bağlıdır [24. S.9].
Qorxaq adamlara ‘ağciyər’ deyirlər. Çox
güman ki, qorxaq sözü ‘ağciyər’ demək olan
urdan yaranmışdır: ur/urxaq/orxaq/qorxaq.
A.Məmmədova görə, ürək sözü də ür kö-
kündən yaranmışdır. Bu da tamamilə məntiqə
uyğundur.
Zalağ – şumer dilində insanın daxili or-
qanlarından birinin adıdır. Onu ‘qaraciyər’ ki-
mi tərcümə edirlər. Şumer dilindəki bir mətnə
baxaq: İnim-guruş-uru-na-şe-şa-ga-ni an-hu
har-ra-mi ba-an-zalağ [25. S.261]. Cümləni
belə tərcümə etmişlər: ‘Şəhər sakinlərinin söz-
lərindən ürəyi sevinclə doldu, qaraciyəri işıq-
landı’ [25. S.264].
Burada zalağın ‘qara ciyər’ kimi tərcü-
məsi doğru deyil. Başqa mətnlərdən qara ciyə-
rin ba (‘bağır’) adlandığını bilirik. Zalağın
‘dalağ’ olduğunu düşünməyə əsas var. Dalağı
sancmaq ifadəsi də bu şeirdəki fikirlə səsləşir.
Onda zalağ elə ‘dalağ’ deməkdir.
Gir – şumer dilində ‘ayaq’ deməkdir.
Gir girmək sözünün köküdür. Girmək də yeri-
məyin bir formasıdır. Evə girmək, binaya gir-
mək deyəndə ‘yerimək’ başa düşülür. Yerimək
sözü isə birbaşa ayaqla bağlıdır. Ona görə de-
mək olar ki, yerimək sözü də gir kökündən tö-
rənmişdir.
Azərbaycanın bəzi bölgələrində ayağa
‘qurumuş’ deyilir. Qurumuşunu o yana çək,
qurumuşunu altına yığ ifadələrindəki qurumuş
sözünün qur kökü ilə gir morfeminin eyniliyi
heç bir şübhə doğurmur. Bundan başqa, ‘ayaq’
mənasındakı qılç/qılça sözləri də gir kökündən
yarana bilərdi.
Geştuka – şumer dilində qulaqlarını
‘şəkləmək’, ‘dinləmək’, ‘qulaq asmaq’, ‘eşit-
mək’ anlamlarında işlənmişdir. Bu sözə şumer-
lərin «Bilqamıs və ölməzlər dağı» və «İnanna-
nın yeraltı dünyaya enməsi» adlı əsərlərində
rast gəlinir: En-e kur-lu-ti-la-şe geş-tuğ-ğa-ni
na-an-ğub [9. S.40]. Tərcüməsi belədir: ‘Ka-
hin (Bilqamıs) qulaqlarını ölməzlər dağına
şəklədi’.
Bu sözün ayrı-ayrı alimlər tərəfindən müx-
təlif cür oxunuşlarına rast gəlinir. Məsələn, İ.T.Ka-
nevanın və V.K.Afanasyevanın ayrı-ayrı yazılarında
onun ‘giştuku’ (‘ağlı olmaq’, ‘eşitmək’) [8. S.226] və
‘ngeştuq’ (‘qulaq asmaq’ və ‘müdriklik’) [26. S.364],
İ.M.Dyakonovda isə ‘geş-tuk-a’ (‘eşidən’) şəkillə-
rində tərcümə olunduğunu və izah edildiyini gö-
rürük: en-e kur-lu til-la-şe geştug-ga-ni na-an-gub
[1. S.1]. Cümləni İ.T.Kaneva və S.N.Kramer belə
tərcümə etmişlər: ‘(Hökmdar Bilqamıs) ağa həqiqə-
tən öz diqqətini ölməzlər dağına yönəltdi’ [8. S.42].
Burada müəyyən sözlər buraxılmışdır. Birinci tər-
cümədəki qulaq sözü axırıncı tərcümələrdə ‘diq-
qətini yönəltdi’ şəklində verilmişdir ki, onu düz-
gün hesab etmək olmaz. Lakin bütün oxunuşlarda
geştuk sözü aydın görünür.
5 «Türkologiya», № 2
Dostları ilə paylaş: |