İSLAM SADIQ
66
Nigeştuq sözün ideoqramıdır. Tərcümə-
dəki ‘qulaq’ və ‘eşidən’ anlamları bir-birinə ya-
xındır. Onun ‘müdriklik’ anlamı isə qaranlıqdır.
Şumerin bərəkət tanrısı Dumuzinin bacısının adı
Geştinanna (‘Nigeştinanna’) idi. Nigeştinanna ilə
Nigeştuq arasındakı oxşarlıq da danılmazdır.
Qədim uyğur dilində bu sözə olduğu kimi,
həm də ilkin anlamında rast gəlinməsi böyük
maraq doğurur və həmin qaranlığın da üstünə işıq
salır. Manixeylərin tövbə duaları qədim uyğur di-
lində hazırda üç nüsxədə mövcuddur. Onlardan
biri Berlində, digəri Londonda, üçüncüsü isə
Sankt-Peterburqda saxlanır. Həmin mətndə belə
bir cümlə var: Ezrya tengrikə, gün, ay tengrikə,
küçlüg tengrikə, burkanlarka, inantımız, tayan-
tımız, niqoşak boltumuz, tört yaruk tamga könqü-
lümüzdə tamkaladımız. Bu cümlə belə tərcümə
olunur: ‘Ezrya tanrıya, gün, ay tanrıya, güclü tan-
rıya, burkanlara inandıq, bel bağladıq, qulaq asdıq
(niqoşak), dörd nur damlası könlümüzdə damğa-
ladıq’ [23. S.127, 131]. Bu mətndə niqoşak sözü-
nün ‘qulaq asan’, ‘dinləyən’, ‘dinləyici’ anlamın-
da işləndiyini gördük. Həmin mətnin sonuncu
cümləsində də bu söz ‘dinləyici’ anlamında işlən-
mişdir. Bögü xanın şərəfinə olan mətndə də ‘din-
ləyici’ anlamında niqoşak sözünə rast gəlirik.
Mətndə eşitdi sözü olduğuna görə, niqoşak sözü-
nün məhz ‘qulaq’ və ya ‘dinləyici’ anlamlarında
işləndiyi daha çox ağlabatandır. Sözün şumer dili-
ndəki ideoqramı ilə uyğur dilində yazılışı arasın-
da demək olar ki, fərq yoxdur, mənaları da eynidir.
Qulaq eşitmə orqanıdır. Ona görə həmin sözün şu-
mer dilindən, birinci növbədə, ‘qulaq’ anlamında
tərcümə edilməsi doğrudur. Sözün ‘qulaqlarını şək-
lədi’ şəklində tərcüməsi də bu fikri söyləməyə əsas
verir. Onun ‘dinləyici’, ‘dinləyən’, ‘eşidən’ anlam-
larında tərcüməsi də mümkündür, ancaq ‘müdrik-
lik’ anlamında işlənməsi ağılabatan deyil.
Sa – ‘sap’, ‘damar’ anlamında işlənmiş-
dir [24. S.21]. Sap türk dilində geniş işlənən
sözdür. Meyvənin saplağı da bu kökdəndir.
Sanın şumer dilində ‘damar’ anlamında
işlənməsi burada böyük maraq doğurur. Hazır-
da tibdə damardan sap hazırlayırlar. Sa sözü-
nün ‘damar’ anlamında işləndiyinə söykənib
damardan sap hazırlanmasının qədimliyini və
türklərə məxsusluğunu da düşünmək olar.
Ka – şumer dilində çoxanlamlı sözdür.
Bir mənası da ‘ağız’ deməkdir. Şumer dilində
bir mətnə baxaq: ka ki-şe bi-in-gar ka ba-an-
da-zalag [7. S.45]. Tərcüməsi belədir: ‘O ağzı-
nı torpağa toxundurdu, ağzını təmizlədi’. Bu-
rada iki dəfə ağız sözü işlənmişdir. A.Məmmə-
dov türk dilindəki qapmaq sözünün ka kökün-
dən yarandığı fikrini söyləmişdir [27. S.17].
Azərbaycanda qapının ağzına ‘kandar’ deyilir.
Kandarın da ka kökündən yarandığı aydın gö-
rünür. Həm də onun ‘qapının ağzı’ anlamı ka
kökünün də ‘qapı’ anlamında işləndiyini dü-
şünməyə əsas verir: ka (‘qapı’) + n (bitişdirici
samit) + dar (sözdüzəldici şəkilçi) = kandar.
Unu – şumer dilində ‘yanaq’ deməkdir.
Azərbaycanın dialektoloji lüğətində Bakı şəhə-
rində ‘yanaq’ anlamında guna sözünün işləndiyi
qeydə alınmışdır. Bu sözün çox asanlıqla yanaq
sözünə çevrildiyi aydın görünür. Un kökünə y
samiti artırılmaqla söz yun şəklinə keçərək
yun/yunaq/yanaq sözünü əmələ gətirmişdir.
Ur – şumer dilində ‘bədənin dizə qədər olan
hissəsi’, ‘iç’, ‘qucaq’, ‘özək’ anlamları bildirmiş-
dir. Türk dilindəki orta, ortalıq, ortaq sözlərinin
hamısı ur kökündən törənmişdir. Türk, türkmən,
Azərbaycan, qaqauz, qazax, qumuq, tatar, başqırd,
uyğur, kaşqar dillərində ‘orta’, ‘mərkəz’, ‘aralıq’,
‘yarı’, ‘odunun ortası’, ‘ağacın mərkəzi’ mənalarında
orta, urta, ottura, utru və s. sözlər işlənir [24. S.9].
Hazırda türk dilində işlənən yuxarıdakı sözlərin ha-
mısı şumer dilindəki ur kökündən əmələ gəlmişdir.
Ti – şumer dilində ‘həyat’ deməkdir.
Həm də ‘qabırğa’ mənasındadır. Eyni zamanda
ti diri sözünün köküdür. Qədim türk dilində də
ti sözü ‘həyat’ anlamı bildirmişdir. Qabırğa və
həyat arasındakı bağlılığa əsaslanıb türk dilin-
ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR
67
də də qabırğaya ‘ti’ deyildiyini düşünmək
olar.
Yuxarıda deyilənlərdən göründüyü kimi,
şumer və türk dillərində onların genetik qo-
humluğunu təsdiqləyəcək qədər bədən üzvləri-
nin adlarını bildirən eyni sözlər vardır. Bundan
başqa, şumer və türk dillərində qohumluq və
say bildirən bir sıra terminlərin də eyniliyi üzə
çıxarılmışdır. Hazırda araşdırmalar və axtarış-
lar davam etdirilir. Yəqin ki, şumer və türk dil-
lərində bu qəbildən olan sözlərin sayı günbə-
gün artacaqdır.
Şumer və türk dillərinin əsas leksik fon-
dunda işlənmiş bədən üzvlərinin adlarını bildi-
rən terminlərin bu qədər çoxluğunu üzə çıxar-
dıqdan sonra bir faktı qeyd etmək yerinə düşər ki,
hind-Avropa dillərində bədən üzvlərindən yalnız
ayağın adı eyni yaxud oxşardır [28. S.181]. De-
məli, şumer və türk dillərinin əsas leksik fon-
dunda işlənmiş 20-dən çox bədən üzvünün
adını bildirən terminin eyniliyi yaxud oxşarlığı
heç vaxt təsadüf ola bilməz. Bunlar sistem təş-
kil edir və həmin dillərin qohumluğunu göstə-
rən hansısa bir qanunauyğunluqdan irəli gəlir.
Əgər Avropa və rus dilçiləri bir terminə (ayaq)
görə bütün hind-Avropa dillərinin qohum ol-
duğunu söyləyirlərsə, şumer və türk dillərində
20-dən çox bədən üzvünün adını bildirən ter-
minin eyniliyi də bu iki dilin genetik qohumlu-
ğunu təsdiqləmək üçün kifayətdir.
Məqalənin elmi yeniliyi və tətbiqi əhə-
miyyəti. Uzun illərdir ki, şumer və türk dilləri-
nin qohumluğu məsələsi elmdə mübahisə
mövzusu olaraq qalır. Şumer və türk dillərinin
qohumluğunu təsdiqləmək üçün ortaya atılan
şərtlərdən biri də onların hər ikisində bədən
üzvlərinin adlarını bildirən eyni terminlərin ta-
pılmasıdır. Bu məqalənin ən böyük elmi yeni-
liyi məhz ondan ibarətdir ki, ilk dəfə olaraq
şumer və türk dillərinin leksik fondunun mü-
qayisəli təhlili aparılmış, 20-dən çox bədən üz-
vünün adını bildirən terminin hər iki dildə ey-
niliyi və ya oxşarlığı üzə çıxarılmışdır.
Bu məqalədə bir sıra mühüm elmi yeni-
liklər üzə çıxarılmışdır ki, onlar dilçiliyin
müxtəlif sahələrində araşdırmalar aparan alim-
lər üçün böyük nəzəri və praktik əhəmiyyətə
malikdir. Tədqiqat işindən müxtəlif dillərin, o
cümlədən şumer və türk dillərinin genetik qo-
humluğunun öyrənilməsində istifadə oluna
bilər. Bundan başqa, nəzəri dilçiliklə məşğul
olan alimlər, həmçinin şumer və türk dillərinin
tədqiqatçıları bu məqalədən istifadə edə
bilərlər.
Ə D Ə B İ Y Y A T
1. Djakonov I.M. Jazyki Drevnej Perednej
Azii. M.: Nauka, 1967.
2. Aliev I.G. Izučenie problem drevnej
istorii, filologii i arheologii v Azerbajdžane v
1977–1987 gody // Vestn. drev. ist. 1988. № 1.
3. Abaev V.I. Istoriko-ёtimologičeskij slo-
var osetinskogo jazyka. M., 1958. T. 1.
4. Fasmer M. Ёtimologičeskij slovar rus-
skogo jazyka / Per. s nem. i dop. O.I.Trubačova.
M., 1964. T. 1.
5. Djakonov I.M. Narody Drevnej Perednej
Azii // Peredneaziatskij ёtnografičeskij sbornik.
M., 1958. T. 1.
6. Çığ Muazzez İlmiye. Sumerlilerde Tufan.
Tufanda Türkler. İstanbul, 2009.
7. Kaneva I.T. Sprjaženie šumerskogo
glagola // Peredneaziatskij sbornik. M.: Nauka,
1966.
8. Ona že. Šumerskij jazyk. SPb., 1996.
9. Afanaseva V.K. O perevodah šumerskoj
poёzii // Peredneaziatskij sbornik. M.: Nauka,
1979. Kn. 3.
10. Trubačov O.I. Zametki po ёtimologii i
sravnitelnoj grammatike // Ёtimologija. M.:
Nauka, 1971.
11. Kılıç Muherrem. Dil, Tarih, Coğrafya
ve Ata-Türk // Yeni heyat. Ankara: Nisan, 2007.
12. Kaneva I.T. Napravitelnyj padež v
šumerskom jazyke // Peredneaziatskij sbornik.
M., 1979. Kn. 3.
5 *
Dostları ilə paylaş: |