N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

İSLAM SADIQ 
 
 
66 
 Nigeştuq  sözün  ideoqramıdır.  Tərcümə-
dəki  ‘qulaq’  və  ‘eşidən’  anlamları  bir-birinə  ya-
xındır.  Onun  ‘müdriklik’  anlamı  isə  qaranlıqdır. 
Şumerin  bərəkət  tanrısı  Dumuzinin  bacısının  adı 
Geştinanna (‘Nigeştinanna’)  idi. Nigeştinanna  ilə 
Nigeştuq arasındakı oxşarlıq da danılmazdır. 
Qədim  uyğur dilində  bu sözə olduğu kimi, 
həm  də  ilkin  anlamında  rast  gəlinməsi  böyük 
maraq doğurur və həmin qaranlığın da üstünə işıq 
salır. Manixeylərin tövbə duaları qədim uyğur di-
lində  hazırda  üç  nüsxədə  mövcuddur.  Onlardan 
biri  Berlində,  digəri  Londonda,  üçüncüsü  isə 
Sankt-Peterburqda  saxlanır.  Həmin  mətndə  belə 
bir  cümlə  var:  Ezrya  tengrikə,  gün,  ay  tengrikə, 
küçlüg  tengrikə,  burkanlarka,  inantımız,  tayan-
tımız, niqoşak boltumuz, tört yaruk tamga könqü-
lümüzdə  tamkaladımız.  Bu  cümlə  belə  tərcümə 
olunur: ‘Ezrya tanrıya, gün, ay tanrıya, güclü tan-
rıya, burkanlara inandıq, bel bağladıq, qulaq asdıq 
(niqoşak), dörd nur damlası könlümüzdə damğa-
ladıq’ [23. S.127, 131]. Bu mətndə niqoşak sözü-
nün ‘qulaq asan’, ‘dinləyən’, ‘dinləyici’ anlamın-
da  işləndiyini  gördük.  Həmin  mətnin  sonuncu 
cümləsində də bu söz ‘dinləyici’ anlamında işlən-
mişdir. Bögü xanın şərəfinə olan mətndə də ‘din-
ləyici’  anlamında  niqoşak  sözünə  rast  gəlirik. 
Mətndə eşitdi sözü olduğuna görə, niqoşak sözü-
nün  məhz  ‘qulaq’  və  ya  ‘dinləyici’  anlamlarında 
işləndiyi daha çox ağlabatandır. Sözün şumer dili-
ndəki  ideoqramı  ilə uyğur dilində  yazılışı  arasın-
da demək olar ki, fərq yoxdur, mənaları da eynidir. 
Qulaq eşitmə orqanıdır. Ona görə həmin sözün şu-
mer  dilindən,  birinci  növbədə,  ‘qulaq’  anlamında 
tərcümə edilməsi doğrudur. Sözün ‘qulaqlarını şək-
lədi’ şəklində tərcüməsi də bu fikri söyləməyə əsas 
verir. Onun  ‘dinləyici’,  ‘dinləyən’,  ‘eşidən’ anlam-
larında  tərcüməsi  də  mümkündür,  ancaq  ‘müdrik-
lik’ anlamında işlənməsi ağılabatan deyil. 
 
Sa  –  ‘sap’,  ‘damar’  anlamında  işlənmiş-
dir  [24.  S.21].  Sap  türk  dilində  geniş  işlənən 
sözdür. Meyvənin saplağı da bu kökdəndir. 
Sanın  şumer  dilində  ‘damar’  anlamında 
işlənməsi burada böyük maraq doğurur. Hazır-
da  tibdə  damardan  sap  hazırlayırlar.  Sa  sözü-
nün  ‘damar’  anlamında  işləndiyinə  söykənib 
damardan  sap  hazırlanmasının  qədimliyini  və 
türklərə məxsusluğunu da düşünmək olar.  
 
Ka  –  şumer  dilində  çoxanlamlı  sözdür. 
Bir  mənası  da  ‘ağız’  deməkdir.  Şumer  dilində 
bir  mətnə  baxaq:  ka  ki-şe  bi-in-gar  ka  ba-an-
da-zalag [7. S.45]. Tərcüməsi belədir: ‘O ağzı-
nı  torpağa  toxundurdu,  ağzını  təmizlədi’.  Bu-
rada iki dəfə ağız sözü işlənmişdir. A.Məmmə-
dov türk dilindəki qapmaq sözünün ka kökün-
dən  yarandığı  fikrini  söyləmişdir  [27.  S.17]. 
Azərbaycanda qapının  ağzına  ‘kandar’ deyilir. 
Kandarın da ka kökündən  yarandığı aydın gö-
rünür.  Həm  də  onun  ‘qapının  ağzı’  anlamı  ka 
kökünün  də  ‘qapı’  anlamında  işləndiyini  dü-
şünməyə əsas verir: ka (‘qapı’) + n (bitişdirici 
samit) + dar (sözdüzəldici şəkilçi) = kandar
 
Unu  –  şumer  dilində  ‘yanaq’  deməkdir. 
Azərbaycanın  dialektoloji  lüğətində  Bakı  şəhə-
rində ‘yanaq’ anlamında guna sözünün işləndiyi 
qeydə alınmışdır. Bu sözün çox asanlıqla yanaq 
sözünə  çevrildiyi  aydın  görünür.  Un  kökünə  y 
samiti  artırılmaqla  söz  yun  şəklinə  keçərək 
yun/yunaq/yanaq sözünü əmələ gətirmişdir. 
 
Ur – şumer dilində ‘bədənin dizə qədər olan 
hissəsi’,  ‘iç’,  ‘qucaq’,  ‘özək’  anlamları  bildirmiş-
dir.  Türk  dilindəki  orta,  ortalıq,  ortaq  sözlərinin 
hamısı  ur  kökündən  törənmişdir.  Türk,  türkmən, 
Azərbaycan, qaqauz, qazax, qumuq, tatar, başqırd, 
uyğur,  kaşqar  dillərində  ‘orta’,  ‘mərkəz’,  ‘aralıq’, 
‘yarı’, ‘odunun ortası’, ‘ağacın mərkəzi’ mənalarında 
orta, urta,  ottura,  utru  və  s.  sözlər  işlənir  [24.  S.9]. 
Hazırda türk dilində işlənən yuxarıdakı sözlərin ha-
mısı şumer dilindəki ur kökündən əmələ gəlmişdir.  
 
Ti  –  şumer  dilində  ‘həyat’  deməkdir. 
Həm də ‘qabırğa’ mənasındadır. Eyni zamanda 
ti diri sözünün köküdür. Qədim türk dilində də 
ti sözü ‘həyat’ anlamı bildirmişdir. Qabırğa və 
həyat  arasındakı  bağlılığa əsaslanıb türk dilin-


ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR 
 
 
67 
də  də  qabırğaya  ‘ti’  deyildiyini  düşünmək 
olar. 
Yuxarıda  deyilənlərdən göründüyü kimi, 
şumer  və  türk  dillərində  onların  genetik  qo-
humluğunu təsdiqləyəcək qədər bədən üzvləri-
nin adlarını bildirən eyni sözlər vardır. Bundan 
başqa,  şumer  və  türk  dillərində  qohumluq  və 
say bildirən bir sıra terminlərin də eyniliyi üzə 
çıxarılmışdır.  Hazırda  araşdırmalar  və  axtarış-
lar davam etdirilir. Yəqin ki, şumer və türk dil-
lərində  bu  qəbildən  olan  sözlərin  sayı  günbə-
gün artacaqdır.  
Şumer  və türk dillərinin  əsas  leksik  fon-
dunda  işlənmiş bədən üzvlərinin adlarını bildi-
rən  terminlərin  bu  qədər  çoxluğunu  üzə  çıxar-
dıqdan sonra bir faktı qeyd etmək yerinə düşər ki, 
hind-Avropa  dillərində  bədən  üzvlərindən  yalnız 
ayağın adı eyni yaxud oxşardır [28. S.181]. De-
məli,  şumer  və  türk  dillərinin  əsas  leksik  fon-
dunda  işlənmiş  20-dən  çox  bədən  üzvünün 
adını bildirən terminin eyniliyi yaxud oxşarlığı 
heç vaxt təsadüf ola bilməz. Bunlar sistem təş-
kil edir  və  həmin dillərin qohumluğunu göstə-
rən  hansısa  bir  qanunauyğunluqdan  irəli  gəlir. 
Əgər Avropa və rus dilçiləri bir terminə (ayaq
görə  bütün  hind-Avropa  dillərinin  qohum  ol-
duğunu  söyləyirlərsə, şumer  və türk dillərində 
20-dən  çox  bədən  üzvünün  adını  bildirən  ter-
minin eyniliyi də bu iki dilin genetik qohumlu-
ğunu təsdiqləmək üçün kifayətdir. 
 
Məqalənin elmi yeniliyi və tətbiqi əhə-
miyyəti. Uzun illərdir ki, şumer və türk dilləri-
nin  qohumluğu  məsələsi  elmdə  mübahisə 
mövzusu olaraq qalır. Şumer və türk dillərinin 
qohumluğunu  təsdiqləmək  üçün  ortaya  atılan 
şərtlərdən  biri  də  onların  hər  ikisində  bədən 
üzvlərinin adlarını bildirən eyni terminlərin ta-
pılmasıdır. Bu  məqalənin  ən  böyük  elmi  yeni-
liyi  məhz  ondan  ibarətdir  ki,  ilk  dəfə  olaraq 
şumer  və  türk  dillərinin  leksik  fondunun  mü-
qayisəli təhlili aparılmış, 20-dən çox bədən üz-
vünün adını  bildirən terminin  hər  iki dildə  ey-
niliyi və ya oxşarlığı üzə çıxarılmışdır.  
Bu  məqalədə  bir  sıra  mühüm  elmi  yeni-
liklər  üzə  çıxarılmışdır  ki,  onlar  dilçiliyin 
müxtəlif sahələrində araşdırmalar aparan alim-
lər  üçün  böyük  nəzəri  və  praktik  əhəmiyyətə 
malikdir.  Tədqiqat  işindən  müxtəlif  dillərin,  o 
cümlədən  şumer  və  türk  dillərinin  genetik  qo-
humluğunun  öyrənilməsində  istifadə  oluna 
bilər.  Bundan  başqa,  nəzəri  dilçiliklə  məşğul 
olan alimlər, həmçinin şumer və türk dillərinin 
tədqiqatçıları  bu  məqalədən  istifadə  edə 
bilərlər.  
 
Ə D Ə B İ Y Y A T  
 
1.  Djakonov  I.M.  Jazyki  Drevnej  Perednej 
Azii. M.: Nauka, 1967. 
2.  Aliev  I.G.  Izučenie  problem  drevnej 
istorii,  filologii  i  arheologii  v  Azerbajdžane  v 
1977–1987 gody // Vestn. drev. ist. 1988. № 1.  
3.  Abaev  V.I.  Istoriko-ёtimologičeskij  slo-
var osetinskogo jazyka. M., 1958. T. 1. 
4.  Fasmer  M.  Ёtimologičeskij  slovar  rus-
skogo  jazyka / Per. s nem.  i dop. O.I.Trubačova. 
M., 1964. T. 1. 
5. Djakonov I.M. Narody Drevnej Perednej 
Azii  //  Peredneaziatskij  ёtnografičeskij  sbornik. 
M., 1958. T. 1. 
6. Çığ Muazzez İlmiye. Sumerlilerde Tufan. 
Tufanda Türkler. İstanbul, 2009.  
7.  Kaneva  I.T.  Sprjaženie  šumerskogo 
glagola  //  Peredneaziatskij  sbornik.  M.:  Nauka, 
1966.  
8. Ona že. Šumerskij jazyk. SPb., 1996.  
9.  Afanaseva  V.K.  O  perevodah  šumerskoj 
poёzii  //  Peredneaziatskij  sbornik.  M.:  Nauka, 
1979. Kn. 3. 
10.  Trubačov  O.I.  Zametki  po  ёtimologii  i 
sravnitelnoj  grammatike  //  Ёtimologija.  M.: 
Nauka, 1971.  
11.  Kılıç  Muherrem.  Dil,  Tarih,  Coğrafya 
ve Ata-Türk // Yeni heyat. Ankara: Nisan, 2007. 
12.  Kaneva  I.T.  Napravitelnyj  padež  v 
šumerskom  jazyke  //  Peredneaziatskij  sbornik. 
M., 1979. Kn. 3. 
5 * 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə