N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

İSLAM SADIQ 
 
 
62 
Aparılan  araşdırmalar  göstərir  ki,  şumer  və  türk 
dillərinin  fonetikası  arasında  da  oxşarlıqlar  möv-
cuddur. Şumer və türk dillərinin qohumluğu haq-
qında düşünməyə əsas verən ilkin şərt isə onların 
hər  ikisinin  aqlütinativliyidir,  yəni  hər  iki  dilin 
sözləri kök və şəkilçilərdən ibarətdir. Hər iki dil-
də şəkilçilər yalnız söz köklərinə qoşulur. 
Şumer və türk dillərinin leksik fondunun 
müqayisəli  araşdırılması  da  uğurlu  nəticələrə 
gətirib çıxarmışdır. Hazırda şumer və türk dil-
lərində  1000-ə  yaxın  eyni  və  ya  oxşar  sözün 
mövcudluğu  sübuta  yetirilmişdir.  Onların  ara-
sında  bədən  üzvlərinin  adlarını,  qohumluq  və 
say bildirən terminlər də var.  
Şumer  və türk  dillərinin genetik  qohum-
luğunu təsdiqləmək üçün  bədən üzvlərinin  ad-
larını bildirən eyni sözlərin mövcudluğu böyük 
elmi  əhəmiyyətə  malikdir.  Hazırda  şumer  və 
türk  dillərində  bədən  üzvlərinin  adlarını  bildi-
rən  xeyli  sözlərin  eyniliyi  üzə  çıxarılmışdır. 
Onlardan  əl,  ovuc,  göz,  dirsək,  qarış,  ayaq, 
ağız,  dalaq,  ürək,  bağır  (qaraciyər),  qursaq, 
dırnaq və s. kimi sözləri misal göstərmək olar. 
Bu  sözlərin  böyük əksəriyyəti  heç  bir dəyişik-
liyə  uğramadan  hazırda  türk  dillərində  işlənir. 
Bəziləri isə azacıq fonetik dəyişikliyə uğramış-
dır.  Bu  məqalədə  şumer  və  türk  dillərində  rast 
gəlinən 20-dən çox bədən üzvünün adını bildirən 
termin müqayisəli şəkildə araşdırılmışdır.  
 
A  –  şumer  dilində  ‘əl’  deməkdir [5.  S.12]. 
Çuvaş  dilində  əl  sözü  a  (al)  şəklində  işlənir. 
Bu  sözün  şumer  və  çuvaş  dillərində  eyniliyi 
göz qabağındadır. Ola bilsin ki, əl və al sözlə-
rinin  hər  ikisi  başlanğıcda  eyni  səslə  ifadə 
edilmişdir.  Sonradan  birinin  fonetik  variantı 
kimi digəri yaranmışdır. Almaq deyəndə əl nə-
zərdə tutulur və bu da al/əl sözünün daha əvvəl 
yarandığını  göstərir.  Al/əl  sözü  semantik  yuva 
olmuş və ondan çoxlu sözlər yaranmışdır. 
 
Aqarin – şumer dilində ‘qarın’ deməkdir 
[6.  S.109].  Burada  sözün  əvvəlindəki  a  səsi 
çaşqınlıq  yaratmamalıdır.  A  səsi  sözün  əvvə-
linə  sonradan  da  artırıla  bilərdi.  Sözlərin  az 
hecalı  formadan  çox  hecalı  formaya,  sadədən 
mürəkkəbə doğru inkişaf etdiyini nəzərə alsaq, 
deyə  bilərik  ki,  qarın  sözünün  də  ilkin  şəkli 
məhz  ikihecalı  olmuşdur.  Aqarin  sözünün  əv-
vəlindəki a hərfini götürəndə onun yerində qa-
rın  sözü qalır ki,  bu  da  hazırda türk dillərində 
eynilə mövcuddur. 
 
Ba  –  şumer  dilində  çoxanlamlı  sözdür. 
Ondan çoxlu omonimlər yaranmışdır. Ba sözü-
nün bir mənası da ‘bağır, qaraciyər’ deməkdir. 
Bağır  sözünün  ‘ba’  kimi  yazılması  şumer  dili 
üçün səciyyəvidir. Şumer dilində ikihecalı söz-
lərin  ikinci  hecası  çox  zaman  yazılmır,  ancaq 
tələffüz  olunurdu.  Ona  görə  mətndə  ba  yazıl-
mış  söz  yerinə  uyğun  olaraq  ‘bağır’  kimi 
oxunmuşdur. Hazırda türk dilində və Azərbay-
can  dilinin  oğuz  ləhcəsində  qaraciyərə  ‘bağır’ 
deyilir.  Qədim  türk  dilində  də  bağır  sözünün 
‘ba’ şəklində yazılışına rast gəlinir. 
 
Baş – bu gün türk dilindəki bütün anlam-
larda həm də şumer dilində işlənmişdir. Sözün 
ideoqramı  SAQ-dır.  Şumerlər  özlərini  ‘qara-
baş’  adlandırırdılar.  Bu  söz  hazırda  türk  dillə-
rində işlənən qaravaş sözünün eynidir.  
Qarabaş  sözü  şumer  dilində  belə  yazıl-
mışdır:  SAQ  (‘baş’)  –  QA  +  QA  (‘qara’).  Şu-
mer  dilində  hecaların  yerdəyişməsi  səciyyəvi-
dir.  Burada  isə  söhbət  mürəkkəb  sözdən  gedir. 
Ona  görə  hecaların  yox,  mürəkkəb  sözü  əmələ 
gətirən sadə sözlərin yeri dəyişməlidir: QA – QA 
(‘qara’) + SAQ (‘baş’). Söz yuxarıdakı kimi yazı-
lır, lakin ‘qarabaş’ kimi oxunur və tələffüz edi-
lir. Bütün şumer qaynaqlarında bu söz qarabaş 
kimi yazılmışdır. Qarabaş sözü isə, göründüyü 
kimi,  qara  və  baş  morfemlərindən  əmələ  gəl-
mişdir ki, onların hər ikisi türk sözüdür. 
 
Ur – ‘ayaq’ deməkdir. Er/yer/yerimək söz-
lərinin  hamısı  həmin  yuvadandır.  Yer  sözünün 
‘ur’, ‘ir’, ‘jir’, ‘er’ və s. şəkilləri mövcuddur. Ayaq 
sözü  ‘gir’  şəklində  də  interpretasiya  edilmişdir: 


ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR 
 
 
63 
nam-tar  su  nu-tuku  gir  nu-tuku  [7.  S.50]. 
Tərcüməsi belədir: ‘Namtarın nə əli var, nə ayağı’.  
Yerimək,  girmək  sözləri  həmin  kökdən 
yaranmışdır (gir sözünə bax).  
 
İgi – ‘göz’ sözüdür. Şumer dilində o/ö səslə-
rinin olmadığı fikri irəli sürüldüyünə görə, onu bu 
cür interpretasiya etmişlər: ‘i gi’ [8. S.47]. Sözün 
sonundakı  z  şumer  dilinin  qaydalarına  uyğun 
olaraq düşmüşdür. Deməli, igi kimi interpreta-
siya  edilmiş  söz  əslində  ‘gö(z)’  kimi oxunma-
lıdır ki, bu da hazırda türk dilində olduğu kimi 
işlənməkdədir.  İgi  –  şumer  dilində  ‘göz’  de-
məkdir.  igi  mu-ul-muş-muş-u-ne  [9.  S.53].  Tər-
cüməsi belədir: ‘ilan gözlü igid’
İgi 
d
Nannar-ka  he-en-şa.  İ.T.Kaneva  bu 
cümləni  belə  tərcümə  etmişdir:  ‘Qoy  o  Nannarın 
qabağında  mərhəmətli  olsun’  [7.  S.23].  Mətndə 
qabağında sözü yoxdur, o tərcümədə artırılmışdır. 
Mətndəki igi (‘göz’) sözü isə əksinə buraxılmışdır. 
Cümlənin düzgün tərcüməsi belədir: ‘Qoy o, Nan-
narın  gözündə  ürəkli  (mərhəmətli)  olsun’.  İgi  kö-
kündə həm göz (‘gö’), həm də gör/görmək sözləri 
aydın  görünür.  Onların  həm  yazılışında,  həm  də 
mənasında demək olar ki, fərq yoxdur. 
Rus  dilindəki  okno  (‘pəncərə’)  sözü  oko 
(‘göz’)  sözündən  törəmişdir  [10.  S.29].  Oko-
nun  isə  igidən  törəndiyi  şübhəsizdir.  Rus  dili-
nin tələffüzündə sözün igi/ögö/ökö/oko fonetik 
variantları əmələ gəlmişdir. 
 
Kasuga  –  şumer  dilində  ‘qursaq’  anla-
mındadır  [6.  S.109].  Hazırda  qursaq  sözünün 
türk  ləhcələrində  kursaq,  qursaq,  kursuq,  kur-
suqa şəkillərində tələffüzünə rast gəlinir. Bun-
dan başqa, türk dilində ombanın qarınla bitişən 
bükük hissəsinə ‘qasıq’ deyilir. Qasıq sözü de-
mək  olar  ki,  kasuqanın  eynidir.  Qursaq  qasıq 
nahiyəsində  yerləşən  daxili  orqandır.  Bu  iki 
sözün  bir kökə  bağlılığı təbiidir. Bütün  hallar-
da hər üç sözün eyniliyi göz önündədir.  
 
Kol  –  bu  söz  də  Muherrem  Kılıca  görə, 
şumer dilində  məhz  ‘kol/qol’  anlamında  işlən-
mişdir [11. S.19].  K/q  əvəzlənməsi türk dilləri 
üçün  çox  səciyyəvidir.  Azərbaycan  dilində  q 
səsi ilə tələffüz edilən sözlərin Türkiyə türkcə-
sində daha  çox  ‘k’  səsi  ilə  deyildiyi  müşahidə 
olunur.  Kol/qol  sözü  hazırda  türk  dillərində  öz 
ilkin anlamını və şəklini olduğu kimi saxlamışdır. 
 
Qaba  –  şumer  dilində  ‘qabaq,  sinə,  döş’ 
mənalarında  işlənmişdir.  Bu  söz  ‘ga-ba’  kimi 
interpretasiya  edilir:  Ur-lum-ma  gaba-ni-şe  i-
gub [12. S.121]. Belə tərcümə olunur: ‘Urlum-
ma  onun  qabağında  dayandı’;  gaba-guruş-a-
gi-gim-he-ra-ra  [8.  S.46].  Tərcüməsi  belədir: 
‘O gəncin sinəsinə (döşünə) qamışla dəqiq zər-
bə  vurdu’.  Hər  iki  cümlədə  qaba  sözü  ‘döş’, 
‘sinə’  anlamlarında  işlənmişdir.  Qaba sözü  bu 
gün türk  dilində  işlənən qabaq (‘ön’)  sözünün 
eynidir.  Birincidə  şumer  dilinin  xüsusiyyətinə 
uyğun olaraq sondakı ‘q’ samiti düşmüşdür. 
Balkar-qaraçay  dilində  qadın  döşlüyünə 
(lifçik)  ‘qabara’  deyilir  ki,  bu  da  şumer  dilin-
dəki qaba (‘döş, sinə’) sözünə ‘ra’ sözdüzəldi-
ci şəkilçisi artırılmaqla yaranmışdır. 
Qaba sözü ‘sinə’, ‘döş’ anlamlarında qa-
bar  sözü  ilə  tam  üst-üstə  düşür.  Qadın  döşü 
qabardığına görə, qaba sözünün həmin kökdən 
yarandığı  şübhə  doğurmur.  Qabara  sözünün 
də  məhz  döşün  qabarması  ilə  bağlı  olub,  hə-
min yuvadan yarandığı göz qabağındadır.  
Şumerlər  arabanın  qabaq  oxunun  qoru-
yucu hissəsinə ‘qaba-qal’ deyirdilər ki, burada 
da qaba sözü ‘qabaq’ anlamında işlənmişdir. 
 
Qarı(u)  –  şumerlərin  işlətdikləri  əkinçi-
nin təqvimində ‘qaruş’ ölçü vahidinə rast gəli-
nir.  Bu  sözün  ideoqramı  KUŞdur. S.N.Krame-
rə  görə,  1  qaruş  təxminən  7–8  m  bərabər  ol-
muşdur [13. S.126]. V.İ.Zamarovski isə bir qa-
rışın  0,495  m olduğunu  yazır [14.  S.117].  De-
mək lazımdır ki, bu cür ölçü vahidləri müxtəlif 
dövr  və  yerlərdə  müxtəlif  rəqəmlərlə  ifadə 
edilmişdir. Bugünkü düşüncəmizlə  yanaşdıqda 
1 qarışın  0,495 m  bərabər olduğu  həqiqətə da-
ha çox uyğun gəlir. 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə