N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

İSLAM SADIQ 
 
 
64 
 Azərbaycanda  hazırda  çox  işlənən  xalq 
ölçü  vahidlərindən  biri  qarışdır.  Əlin  çeçələ 
barmağının  ucundan  baş  barmağın  ucuna  qə-
dər  olan  hissəsinə  ‘qarış’  deyilir.  Daha  çox 
‘qarış’ şəklində tələffüz edilir və yazılır. Qarış 
mürəkkəb  söz  olub,  qarı  və    tərkiblərindən 
əmələ gəlmişdir. Türk dillərində qolun dirsək-
dən  biləyə  qədər  olan  hissəsi  qarı,  biləkdən 
barmaqların  ucuna  qədər  olan  hissəsi  isə  ovuc 
(‘uş’)  adlanmışdır.  Altay  türkcəsində  qolun 
dirsəkdən biləyə qədər olan hissəsi karı adlan-
mışdır  [15.  S.99].  Qax  rayonunda  bazu  sümü-
yünə həm ‘kar’, həm də ‘kır’, Şəkidə və Taba-
saranda qolun dirsəkdən  yuxarı hissəsinə, həm 
də  qoyunun  qabaq  ayaqlarının  dizdən  yuxarı 
hissəsinə ‘qarı’ deyilir. Hazırda Balakəndə ya-
rım  metrlik  ölçü  vahidi  qarı  adlanır  [8.  S.18]. 
Bu  söz  digər  türklərdə  ölçü  vahidi  kimi  işlən-
mişdir  [16.  S.183].  Türk  dillərində  biləkdən 
barmaqların  ucuna  qədər  olan  hissə  ovuc 
(‘uş’/‘şu’)  adlanmışdır.  Şumer  dilində  ovuca 
‘şu’  deyildiyini  bilirik.  Qaruş  sözündən  gö-
rünür  ki,  qolun  dirsəkdən  biləyə  qədər  olan 
hissəsi şumer dilində də qarı adlanmışdır. Qa-
rış/qaruş  sözü şumer  və türk dillərində  bu  cür 
yaranmışdır: qarı/qaru + şu/uş = qarış/qaruş
Şumer  dilində  qaruş  sözü  yaranarkan 
birinci sözün sonundakı sait (ı) düşmüş, ikinci 
sözün  əvvəlindəki  sait  (u)  saxlanmışdır  (elizi-
ya). Bu söz türk dilində daha çox qarış şəklin-
də  işlənir.  Onun  yaranması  zamanı  birinci  sö-
zün  sonundakı  sait  (ı)  saxlanmış,  ikinci  sözün 
əvvəlindəki sait (u) düşmüşdür (aferezis). 
Qarış  ölçü  vahidi  adı  kimi  bu  gün  də 
türk dillərində işlənməkdədir. Sözün  yazılışın-
da  və  tələffüzündə  heç  bir  dəyişiklik  baş 
verməmişdir.  
 
Qu.  Murğu  –  şumer  dilində  ‘bel  sütunu’, 
‘onurğa’  deməkdir.  Sözün  yazılışındakı  və  tələffü-
zündəki  oxşarlıq  onun  bu  gün  türk  dilində  işlənən 
onurğa  sözü  ilə  eyniliyini  göstərir:  Qu.  Murğu 
/Qumurğa/qomurğa/onurğa.  Göründüyü  kimi,  hər 
üç  söz  bir-birinin  fonetik  variantıdır.  Bir  neçə 
fonetik dəyişmədən sonra Qu. Murğu sözü ‘onurğa’ 
şəklinə düşmüşdür. 
 
Mi  –  şumer  dilində  qadına  aidlik  bildirən 
sözdür.  ‘Mə’  şəklində  oxunması  daha  doğrudur. 
Məmə  sözünün  köküdür.  Türk  dilinin  əksər  ləhcə-
lərində əzizləmə anlamında anaya ‘məmə’ deyirlər. 
Ana/ama  sözünün  də  kökü  mə/madır.  Onun  əvvə-
linə a saiti artırılmaqla ama sözü yaradılmışdır. 
 
Şu  –  şumer  mətnlərindən  ‘əl’  kimi  tərcümə 
edilir. Bu sözü ‘ovuc’ kimi oxumaq daha doğrudur. 
Şu sözünün əks oxunuşu ‘uş’dur.  ovuş/(c) sözü-
nün bir hissəsidir. Şumer dilində o/ö hərflərinin ol-
madığı  fikri  irəli  sürüldüyünə  görə,  ovuş/(c)  sözü-
nün ‘şu’/‘uş’ kimi tələffüz edildiyi şübhə doğurmur. 
Əvvəldə  göstərildiyi  kimi,  şumer  dilində  ‘əl’  anla-
mında (‘al’/‘əl’) sözü işlənmişdir ki, bu da şu/uşun 
‘ovuş/(c)’ demək olduğunu söyləməyə əsas verir. 
Uyğur dilində ovuc sözünün uş/oç/oçum vari-
antları var [17. S.288, 293]. Yumruğa ‘muş’ deyilir 
ki,  o  da    kökündən  düzəlmişdir.  Altay  dilində 
ovuca  ‘uş’  deyilir  ki,  burada  da    kökü  olduğu 
kimi qalır [15. S.195]. 
Şumer  dilindəki  bir  mətnə  baxaq:  şu-na  ba-
an-sum-ma  [8.  S.121].  Cümlə  belə  tərcümə  edilir: 
‘Onun ovcuna (‘əlinə’) qoydu (‘verdi’)’. Göründü-
yü kimi, burada şu sözünü həm ‘əl’, həm də ‘ovuc’ 
kimi tərcümə etmək mümkündür.  
B.B.Əhmədova görə, ovuc  sözü  Azərbaycan 
dilində  əvvəlcə  iki  hissədən  –  ov  və  ucdan  ibarət 
olmuşdur  [18.  S.130].  Ancaq  sözün  şumer  dilində 
‘şu’/‘uş’ şəklində işlənməsi göstərir ki, bu söz türk 
dilində də əvvəlcə birhecalı (‘şu’/‘uş’) olmuş, sonra-
lar mürəkkəb sözə çevrilmişdir. Hazırda ovuc sözü 
başqırd və qazax dillərində us [19. S.58; 20. S.14], 
yakut dilində is [21. S.114] şəkillərində saxlanmış-
dır. Bunlar da göstərir ki, ovuc sözünün ilkin şəkli-
etimonu şumer dilindəki şu/uş olmuşdur. 
 
Teş (tiş) – Əjdər Fərzəliyə görə, bu söz şu-
mer  dilində  cinsi  orqan  bildirmişdir  [22.  S.39]. 
Hazırda  türk  dilində  heyvanların  cinsini  bildi-
rən  dişi  sözünün  teş/tiş  kökü  ilə  eyniliyi  göz 


ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR 
 
 
65 
qabağındadır.  Deməli,  şumer  dilindəki  teş/tiş 
sözü  türk  dillərində  ‘dişi’,  ‘dişilər’  şəklində  həm 
ilkin  mənasını,  həm  də  azacıq  fərqlə  tələffüz  və 
yazılış formasını saxlamışdır. 
 
Ti(i)  –  şumer  dilində  ‘dil’  demək  olub, 
ideoqramı da Tdır. Onu ‘eme’/‘əmə’ kimi oxu-
yurlar ki,  bu  da  ‘əmmək’ anlamındadır.  Til  və 
dil eyni sözlərdir. T və d əvəzlənməsi şumer və 
türk dilləri üçün səciyyəvi haldır.  
Orxon-Yenisey  abidələrində  ‘demək’, 
‘söyləmək’ anlamlarında te, ti sözləri işlənmiş-
dir  [23.  S.376].  Danışmaq,  demək,  söyləmək 
sözlərinin hamısı dillə bağlıdır. Hətta uşaq da-
nışmağa  başlayanda  ‘dil açdı’  deyirlər.  Bunlar 
aydın  göstərir  ki,  şumer  və  türk  dillərində  bə-
dən üzvü olan dilin də adı eynidir.  
Burada bir məqama da aydınlıq gətirmək 
lazımdır  ki,  til/dil  bədən  üzvünün  adıdır.  Əmə 
sözü isə danışıq dilini bildirmişdir. 
 
Ur  –  şumer  dilində ağ  ciyərin  adıdır.  Türk 
dillərində  (Altay,  qazax,  Tuva)  ‘üfürmək’,  ‘üfü-
rüb şişirtmək’, ‘nəfəs vermək’, ‘nəfəs almaq’ an-
lamlarında ür sözü işlənmişdir ki, bunların hamısı 
birbaşa ağ ciyərlə bağlıdır [24. S.9]. 
Qorxaq adamlara ‘ağciyər’ deyirlər. Çox 
güman  ki,  qorxaq  sözü  ‘ağciyər’  demək  olan 
urdan yaranmışdır: ur/urxaq/orxaq/qorxaq
A.Məmmədova görə, ürək sözü də ür kö-
kündən  yaranmışdır.  Bu  da  tamamilə  məntiqə 
uyğundur.  
 
Zalağ  –  şumer  dilində  insanın  daxili  or-
qanlarından  birinin  adıdır.  Onu  ‘qaraciyər’ ki-
mi tərcümə  edirlər. Şumer  dilindəki  bir  mətnə 
baxaq:  İnim-guruş-uru-na-şe-şa-ga-ni  an-hu 
har-ra-mi  ba-an-zalağ  [25.  S.261].  Cümləni 
belə tərcümə etmişlər: ‘Şəhər sakinlərinin söz-
lərindən  ürəyi  sevinclə  doldu,  qaraciyəri  işıq-
landı’ [25. S.264]. 
Burada  zalağın  ‘qara  ciyər’  kimi  tərcü-
məsi doğru deyil. Başqa mətnlərdən qara ciyə-
rin  ba  (‘bağır’)  adlandığını  bilirik.  Zalağın 
‘dalağ’  olduğunu  düşünməyə  əsas  var.  Dalağı 
sancmaq ifadəsi də bu şeirdəki fikirlə səsləşir. 
Onda zalağ elə ‘dalağ’ deməkdir. 
 
Gir  –  şumer  dilində  ‘ayaq’  deməkdir. 
Gir girmək  sözünün köküdür. Girmək də  yeri-
məyin  bir  formasıdır.  Evə  girmək,  binaya  gir-
mək  deyəndə  ‘yerimək’  başa  düşülür.  Yerimək 
sözü  isə  birbaşa ayaqla  bağlıdır. Ona görə  de-
mək olar ki, yerimək sözü də gir kökündən tö-
rənmişdir.  
Azərbaycanın  bəzi  bölgələrində  ayağa 
‘qurumuş’  deyilir.  Qurumuşunu  o  yana  çək, 
qurumuşunu altına yığ ifadələrindəki qurumuş 
sözünün  qur  kökü  ilə  gir  morfeminin  eyniliyi 
heç bir şübhə doğurmur. Bundan başqa, ‘ayaq’ 
mənasındakı qılç/qılça sözləri də gir kökündən 
yarana bilərdi. 
 
Geştuka  –  şumer  dilində  qulaqlarını 
‘şəkləmək’,  ‘dinləmək’,  ‘qulaq  asmaq’,  ‘eşit-
mək’ anlamlarında işlənmişdir. Bu sözə şumer-
lərin  «Bilqamıs  və  ölməzlər  dağı»  və  «İnanna-
nın  yeraltı  dünyaya  enməsi»  adlı  əsərlərində 
rast  gəlinir:  En-e  kur-lu-ti-la-şe  geş-tuğ-ğa-ni 
na-an-ğub  [9.  S.40].  Tərcüməsi  belədir:  ‘Ka-
hin  (Bilqamıs)  qulaqlarını  ölməzlər  dağına 
şəklədi’. 
Bu  sözün  ayrı-ayrı  alimlər  tərəfindən  müx-
təlif cür oxunuşlarına rast gəlinir. Məsələn, İ.T.Ka-
nevanın və V.K.Afanasyevanın ayrı-ayrı yazılarında 
onun ‘giştuku’ (‘ağlı olmaq’, ‘eşitmək’) [8. S.226] və 
‘ngeştuq’ (‘qulaq asmaq’ və ‘müdriklik’) [26. S.364], 
İ.M.Dyakonovda isə ‘geş-tuk-a’ (‘eşidən’) şəkillə-
rində  tərcümə  olunduğunu  və  izah  edildiyini  gö-
rürük: en-e kur-lu til-la-şe geştug-ga-ni na-an-gub 
[1. S.1]. Cümləni İ.T.Kaneva və S.N.Kramer belə 
tərcümə etmişlər: ‘(Hökmdar Bilqamıs) ağa həqiqə-
tən öz diqqətini ölməzlər dağına yönəltdi’ [8. S.42]. 
Burada müəyyən sözlər buraxılmışdır. Birinci tər-
cümədəki  qulaq  sözü  axırıncı  tərcümələrdə  diq-
qətini  yönəltdi’  şəklində  verilmişdir  ki,  onu  düz-
gün hesab etmək olmaz. Lakin bütün oxunuşlarda 
geştuk sözü aydın görünür. 
5 «Türkologiya», № 2 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə