N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

T Ü R K O L O G İ Y A  
 
№ 2 
2015 
 
 
 
 
 
 
İSLAM SADIQ 
 
ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN 
ADLARINI BİLDİRƏN TERMİNLƏR 
 
 
X ü l a s ə .  XIX  yüzilliyin  ikinci  yarısında  iki  çay  arasında  (indiki  İraqın  ərazisində)  apa-
rılan arxeoloji qazıntılar nəticəsində şumer dilində yazılmış gil lövhələr tapılmış və oxunmuşdur. 
Həmin vaxtdan şumer dilinin mənşəyi, hansı dillərlə qohumluğu məsələsi gündəmə gəlmişdir. Şu-
mer dilinin aqlütinativ dil olduğu birmənalı şəkildə sübut edilmiş, bundan sonra onun türk dili ilə 
qohumluğu fikri irəli sürülmüşdür.  
Şumer  və  türk  dillərinin  qohumluğu  haqqındakı  fikirlər  birmənalı  qarşılanmamış,  elə  ilk 
gündən akad. İ.Əliyev başda olmaqla bir çox alimlər açıq-aşkar onun əleyhinə çıxmışlar. Hətta bu 
iki dilin qohumluğunu inkar etmək üçün yersiz, elmi əsası olmayan şərtlər də ortaya atılmışdır. 
Son dövrlərdə şumer və türk dillərinin qohumluğu məsələsi elmdə yenidən aktuallaşmışdır. 
Azərbaycanda da bu sahədə xeyli tədqiqatlar aparılmışdır. 
Bu məqalədə şumer və türk dillərində bədən üzvlərinin adlarını bildirən terminlər araşdırıl-
mış, onların arasından 20-dən çox eyni yaxud oxşar termin seçilib şərh olunmuşdur. İndiyə qədər 
şumer  və  türk  dillərində  bədən  üzvlərinin  adlarını  bildirən  eyni  terminlərə  rast  gəlinmədiyi  fikri 
söylənsə  də, onun  heç  bir  elmi  əsası olmamışdır. Bu  məqalədə  verilmiş  20-dən  çox  bədən üzvü-
nün  adını  bildirən eyni terminin  mövcudluğu  şumer  və türk dillərinin  qohumluğunu təsdiqləmək 
baxımından böyük elmi əhəmiyyət kəsb edir.  
 
Açar sözlər: şumer, türk, dil, qohumluq, termin, bədən üzvünün adı  
 
  
Hazırda  dünya  dilçilik  elminin  qarşısında 
duran  ən  böyük  problemlərdən  biri  də  ayrı-ayrı 
dillərin  qohumluğunun  öyrənilməsidir.  Burada 
söhbət  həm  genetik,  həm  də tipoloji  qohumluq-
dan gedir. Dillərin tarixinin, mənşəyinin, inkişaf 
xüsusiyyətlərinin  düzgün  öyrənilməsində  gene-
tik  və  tipoloji  qohumluq  əlaqələrinin  aydınlaş-
dırılması mühüm elmi əhəmiyyət kəsb edir. Xü-
susilə  qədim  və  çağdaş  dillərin  qohumluğu  hə-
mişə  ciddi  elmi  mübahisələr  doğurur.  Şumer  və 
türk dillərinin genetik qohumluğu da XIX yüzil-
liyin sonlarından etibarən müzakirə və mübahisə 
mövzusu olmuşdur. Bir sıra tanınmış alimlər şu-
mer  və  türk  dillərinin  qohumluğuna  dair  tutarlı 
faktlar  üzə  çıxarmış,  əsaslı  fikirlər  söyləmişlər. 
Ancaq  onlarla  əks  mövqedə  dayananlar  da  ol-
muşdur və bu gün də var. İkincilər şumer və türk 
dillərinin qohumluğunu heç bir vəchlə qəbul et-
mir, birincilərin arqumentlərini  yetərsiz sayırlar. 
Ona  görə  də  şumer  dilindən  danışan  alimlərin 
əksəriyyəti  bu  dili  çağdaş  dillərdən  heç  biri  ilə 
qohum olmayan, təcrid edilmiş dil adlandırırlar. 


ŞUMER VƏ TÜRK DİLLƏRİNDƏ BƏDƏN ÜZVLƏRİNİN ADLARINI BİLDİRƏN TERMİNLƏR 
 
 
61 
Elmin,  texnikanın,  texnologiyaların,  mə-
dəniyyətlərin  durmadan  inkişafı  ilə  əlaqədar 
olaraq  yaranmış  yeni  terminlər  asanlıqla  bir 
dildən  digərinə  keçə  bilir.  Lakin  elə  terminlər 
var ki, onlar hər bir dilin özünə məxsus olur və 
digər  dillərdən  nadir  hallarda  götürülür.  Bu 
qəbildən  olan  terminlərə,  birinci  növbədə,  qo-
humluq, say və bədən üzvlərinin adlarını bildi-
rən  terminlər  aiddir.  Müqayisələr  göstərir  ki, 
belə  terminlər  qohum  olmayan  dillərdə  bir-bi-
rindən  çox  fərqlənir.  Rast  gəlinən  oxşarlıqlar 
isə  təsadüfi  xarakter  daşıyır.  Ona  görə  də  hər 
hansı  iki  dilin  genetik  qohumluğundan  danı-
şarkan əksər alimlər həmin dillərdə qohumluq, 
say  və  bədən  üzvlərinin  adlarını  bildirən  söz-
lərin  eyni olması  şərtini ortaya  atırlar. Onların 
sözlərinə  görə,  iki  dilin  genetik  qohumluğunu 
təsdiqləmək  üçün qohumluq,  say  və  bədən  üzv-
lərinin  adlarını  bildirən  sözlərin  eyniliyi  birinci 
şərtdir.  Eyni  şərtlə  şumer  və  türk  dillərinin  qo-
humluğu söhbəti ortaya çıxanda da qarşılaşırıq.  
İ.M.Dyakonov  bu  mövzudan  danışarkan 
yazırdı:  «Bizim  biliklərimizin  indiki  səviyyə-
sində nə şumer dilinin qrammatik formatlarına 
dair  materiallar,  nə  də  əsas  lüğət  fondunun 
saylardan,  qohumluq  bildirən  terminlərdən  və 
bədən  üzvlərinin  adlarından  ibarət  sözləri  ilə 
digər dillərin, o cümlədən Qafqaz dillərinin bu 
qəbildən  olan  sözləri  arasında  sistematik  uy-
ğunluqlar  və  analoji  materiallar  tapılmamış-
dır» [1. S.84]. Göründüyü kimi, İ.M.Dyakonov 
burada Qafqaz  dillərinin adını  xüsusi  vurğula-
sa da, türk dilinin adını bilə-bilə çəkməmişdir. 
Əlbəttə, burada heç bir təsadüf yoxdur. İ.M.Dya-
konov  yaxşı  bilirdi  ki, şumer  və türk dillərinin 
lüğət  fondunda  bu  qəbildən  olan  xeyli  termin-
lər mövcuddur. Sadəcə olaraq onun xidmət etdiyi 
konsepsiya bunları üzə çıxartmağa imkan vermir-
di.  Həmin  konsepsiyanın  qatı  tərəfdarlarından 
olan Azərbaycan alimi İ.Əliyev də İ.M.Dyakono-
vun  yuxarıdakı  fikirlərini öz adından  necə  varsa, 
o cür təkrarlamışdır. Onun  fikrinə görə, A.Məm-
mədov  şumer  və  türk  dillərinin  lüğət  fondunda 
qohumluq  bildirən  terminlər,  bədən  üzvlərinin 
və  sayların  adları  arasında  maddi  qohumluq 
tapmamışdır [2. S.66].  
İ.M.Dyakonov  qohumluq  bildirən  ada/ata 
(şumer)  –  ata  (türk)  və  ama/ana  (şumer)  –  ana 
(türk)  sözlərinin  şumer  və  türk  dillərində  eyni 
olduğunu  gördükdə  isə  onları  uşaq  sözləri  ad-
landırmışdır.  V.İ.Abayev  də  əksər  Qafqaz  xalq-
larının  dillərində  geniş  işlənən  baba  və  ata 
sözlərinin türk dilindən alındığını bilə-bilə on-
ları  uşaq  sözləri  adlandırmışdır  ki,  heç  kim 
onlara  ‘mənimdir’  deməsin  [3.  S.29].  Əlbəttə, 
uşaq  sözləri  ifadəsi  heç  bir  elmi  məntiqə  söy-
kənmir  və  həqiqəti gizlətmək  məqsədilə  düşü-
nülmüşdür. Uşaq dili də, sözləri də, danışmağı 
da  böyüklərdən  öyrənir.  Körpə  türk  uşağını 
alman ailəsinə versən, o dil açıb öz-özünə türk 
dilində  danışmayacaq.  Alman  dili  mühitində 
dil açan uşaq mütləq alman dilində danışmağa 
başlayacaq.  Bir  məsələ  də  var.  Uşaq  sözləri 
ifadəsi hər hansı bir elmi məntiqə söykənsəydi, 
onda rus uşağı heç vaxt nənə və baba kimi çox 
asan  tələffüz  olunan,  dilə  tez  yatan,  deyilişi 
heç bir çətinlik törətməyən sözləri qoyub onla-
rın əvəzinə  babuşka  və deduşka kimi  çətin tə-
ləffüz  olunan  sözləri  işlətməzdi.  Deməli,  uşaq 
sözləri  ifadəsi  heç  vaxt  özünü  doğrulda  bil-
məz.  Ona  görə  alman  dilçi-alimi,  rus  dilinin 
izahlı  lüğətinin  müəllifi  M.Fasmer  doğru  ola-
raq  yazmışdır  ki,  «rus  dilində  “baba”  və  “qoca” 
anlamlarında  əzizləmə  bildirən  “baba”,  “babay” 
sözləri türk dilindən alınmışdır» [4. S.100]. Uşaq 
sözləri  ifadəsi  məhz  bu  cür  minlərlə  sözün  türk 
dilindən alındığını gizlətmək üçün uydurulmuş-
dur.  Şumer  və  türk  dillərinin  qohumluğu  söh-
bəti  ortaya  çıxanda  bu  ifadənin  işlədilməsi  də 
məsələyə elmi yox, qərəzli yanaşıldığını aydın 
göstərir. 
Son  dövrlərdə  şumer  və  türk  dillərinin 
qohum  olub-olmaması  istiqamətində  geniş 
araşdırmalar  aparılmışdır.  Hər  iki  dilin  qram-
matik  quruluşu  və  sintaksisi  arasında  çoxsaylı 
eyniliklərin  olduğu  üzə  çıxarılmışdır.  Şumer 
dilinin fonetikasını öyrənmək xeyli çətinlik törətsə 
də,  bu  sahədə  də  müəyyən  işlər  görülmüşdür. 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə