N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
83 
Əfqan  mənşəli  armenist  Kerop  Patka-
nov hələ XIX əsrin sonlarında yazırdı ki, baq-
rationlar  İberiyaya  hamıdan  sonra  gəlmişlər 
[3.  S.201–202].  Baqrationlar  ilk  dəfə  iberlərin 
qonşuluğunda 575-ci ildə göründülər [15. S.230; 
16. S.200; 17. S.188–189]. 
Baqrationlar  hələ  İudeyada  ikən  İberiyada 
Turan  mənşəli  iberlər,  türenlər,  buntürklər,  abas, 
xəzər  və  erlər  yaşayırdılar  [3.  S.201;  18.  S.159; 
19. S.225 və s.]. K.Patkanov «Albaniya tarixi»nə 
istinadən yazır ki, iber və türenlər Yafəs övladla-
rıdır.  Onlar  Gürcüstanın  ən  qədim  xalqlarıdır 
[3. S.200–201]. 
R.İ.Şor 1931-ci ildə SSRİ Elmlər Akade-
miyasının  «Məruzələri»ndə  çap  etdirdiyi  «K 
voprosu  o  jafetičesko-tureckom  jazykovom 
smešenii»  məqaləsində  yazır  ki,  iberlər  Ön 
Asiyanın qədim  xalqlarından  biridir.  Onlar  ari 
və  ya  sami  mənşəli  deyillər  [19.  S.225,  230]. 
Həmin  fikri  XIX  əsrdə  yaşamış  armenistlər  bir 
qədər  başqa  şəkildə  söyləmişdilər.  Onlara  istina-
dən İ.İ.Şopen yazır: «Türenlər iberlərin övladları-
dır.  Onlar  tamamilə  başqa  mənşəli  xalq  olub, 
kartvel tayfalarına qohum deyildir» [16. S.200]. 
Türenlər eyni zamanda Albaniyada yaşa-
yırdılar. Onların bu coğrafiyada tarixi varlığını 
Türyan  çay  etnohidronimi  təsdiq  edir.  Fikri-
mizcə, türen turan etnoniminin bir variantıdır. 
İberləri  və  türenləri  orta  əsr  səyyahları 
indiki gürcülərin əcdadlarına yad etnoslar kimi 
təqdim  edirlər.  Onların  dili  və  dini  inancları 
gürcülərdən fərqlənirdi. 
Əmir  Teymurun  səfiri  kimi  Avropaya 
göndərilən  Sultaniyyə  arxiyepiskopu  İohann 
de  Kalonifontibus  yolüstü  iberlərin  qonağı  ol-
muşdu. O yazır ki, iberlərin öz dili var. Dinləri 
yunanların dininə bənzəyir. Onlar daim gürcü-
lərlə vuruşurlar [20. S.22]. 
İ.İ.Meşşaninov  da  gürcülərlə  iberlərin 
yad  mənşəli  etnoslar  olduğunu  bildirir.  O,  ya-
zır  ki,  qədim  iberlərin  dili  yafəs  dillərindən 
biridir. Yafəs dilləri həm türk, həm sami dillə-
rinə bənzəyir [21. S.27]. 
R.İ.Şor  məsələyə  daha  dərindən  yanaşaraq 
bildirir  ki,  türk  və  iber  dillərinin  oxşarlığı  zahiri 
oxşarlıq  deyil.  Başqa  yafəs  dilləri  kimi,  iberlərin 
dili türk dilləri ilə ari və sami mənşəli dillərin qa-
rışması nəticəsində yaranmışdır [19. S.227]. 
Bütün  bunlar  belə  bir  gerçəkliyi  təsdiq 
edir ki, İberiya Azərbaycan və Anadolu türklə-
rinin qədim yurdudur. O ölkənin xristianlıqdan 
öncəki  məbədlərini  və  xristian  abidələrini  sa-
milərlə  yanaşı  biz  yaratmışıq.  N.Y.Marr,  R.İ.Şor 
və  b.  yazdıqlarına  görə,  İberiyada  iberlərin  haki-
miyyəti  570-ci  ildə  sonra  yetir.  Bundan  sonra 
onları  kartvel,  laz  və  can  tayfaları  əvəz  edirlər 
[17. S.188; 21. S.230; 22. S.4–76]. 
İberiyanın qədim türk etnoslarından biri də 
xəzərlərdir.  Leonti  Mroveli  yazır  ki,  Makedoni-
yalı  İsgəndərin  zamanında  Kartlidə  əski  Xəzər 
(Xazarauli) dilində danışırdılar [23. S.27]. Baqra-
tionlara qədər əski və yeni Xəzər dilləri İberiyada 
6 tayfa dilindən biri idi [16. S.230]. 
Kerop Patkanov salnaməçi Arçilə (VIII əsr) 
istinadən yazır ki, xəzərlər İberiyaya e.ö. II əsr-
də  gəlmişdir  [3.  S.213].  Ancaq  bəzi  gürcü  və 
erməni  tarixçiləri  belə  hesab  edirlər  ki,  bu, 
mümkün  deyil.  Çünki  xəzərlər  Şimali  Qafqaz 
çöllərində  VI  əsrdə  görünmüşlər.  Əslində  isə 
Xəzər  xaqanlığını  yaradan  xəzərlər  kam  nəs-
lindən  olan  qədim  Ön  Asiya  kazarlarının  bir 
qoludur.  Bunu  başa  düşən  Y.B.Levin  hələ 
1866-cı  ildə  yazırdı:  «İndiyədək  heç  kəsin 
ağlına  gəlməyib  ki,  xəzərlər  uzaq  Afrikadan 
kamların  ölkəsindən  çıxıblar»  [24.  S.25].  Mə-
lumdur  ki,  kam  nəsilləri  Aralıq  dənizinin  şərq 
sahillərində  arilərdən  və  samilərdən qabaq  ya-
şayırdılar. 
Moisey  Misirdən  Kənan torpağına gələndə 
Xett dövlətinin paytaxtı  Kadeş şəhərinin  yaxınlı-
ğında  Xazerot  adlı  şəhər  vardı  [25.  S.166].  Bu 
fakt onu göstərir ki, xəzərlər Ön Asiyanın qədim 
etnoslarından biridirlər.  
İ.İ.Şopen  köhnə  nəsil  erməni  və  gürcü  ta-
rixçilərinə istinadən  yazır ki, İberiyadakı Xazaria 
və  Qazaria  ayrı-ayrı  mahallardır  [16.  S.210]. 
6 * 


İLHAMİ CƏFƏRSOY 
 
 
84 
Fikrimizcə,  Qazaria  əski,  Xazaria  yeni  xəzər-
lərin İberiyadakı yurd yeridir.  
Orta  əsr  yəhudi  tarixçilərinin  əsərlərində 
xəzərlərin  adı  Kozar  formasında  göstərilmişdir. 
Kozar  tayfasının  bir  başçısı  İberiya  çarı  Asparu-
xun  (262–265)  zamanında  Somxetidə  (ermənilər 
üzərində)  hökmran  olmuşdur.  Onlar  kəsralarla, 
yəni sasanilərlə vuruşurdular [16. S.262]. 
İbn  əl-Əsir  (XIII  əsr)  «Əl-kamil-fit-ta-
rix» əsərində yazır ki, gürcülərə gürcü deyildi-
yi kimi, xəzər də deyilir [26. S.149]. Bu məlu-
mat onu göstərir ki,  xəzərlər  baqrationların  ən 
güclü  dövründə  belə  Gürcüstanın  aparıcı  et-
noslarından  biri  olmuşdur.  Ona  görə  də  Gür-
cüstandakı  bütün  xristian  kilsələrini  gürcü  ta-
rixi  mədəniyyət abidələri kimi  qələmə  vermək 
əsassızdır.  Məsələn,  Anci  kilsəsi  incə,  Tibet 
monastırı  tibet  tayfasının  səcdəgah  yeridir. 
Xəzərlərdən  başqa digər türk  etnosları  da İbe-
riyada  hökmranlıq etmişlər. Öncə qeyd  etdiyi-
miz kimi, iberlərin bir çarı Asparux (262–265) 
soyadı  daşıyırdı  [16.  S.261].  Məlumdur  ki, 
Dunay  Bulqar  dövlətinin  banisi  Asparux  xan 
olmuşdur. 
 N.A.Baskakov  Asparux  adını  ‘qurd’ 
mənasında  izah  edir.  Fikrimizcə,  Asparux  xa-
nın  adı  qurdun  yox,  qurddan  böyük  yırtıcı  bir 
heyvanın,  çox  ehtimal  ki,  barsın  bir  növünün 
adından törəmişdir. Mahmud  Kaşğarinin  lüğə-
tində  ar  börü,  as  börü  qurddan  böyük  yırtıcı 
heyvanların adlarıdır [27. S.201].  
Osmanlı  ordusu  qərargahının  1721-ci  il-
də  tərtib  etdiyi  «Dəftəri-müfəssəli-Tiflis»də 
göstərilir  ki,  Tiflis  şəhərinin  yaxınlığında  so-
ğanlı  camaatı  yaşayır. Onlar  Borçalı  elinin  bir 
qoludur.  B.Ə.Budaqovun  və  Q.Ə.Qeybullayevin 
fikrincə, soğanlı nəsli Cənubi Qafqaza monqolların 
tərkibində gəlmişdir [28. S.144, 162, 281]. 
Yəhudi  tarixçisi  İosif  Flavinin  (I  əsr) 
yazdığına görə, İudeyada Soqana adlı şəhər ol-
muşdur.  Nəzərə  alsaq  ki,  İudeya  bir  ölkə  və 
dövlət kimi e.ö. II minilliyin sonlarından yara-
nıb,  onda  soğanlı  elinin  İberiyaya  gəlişini 
monqol dövrü ilə məhdudlaşdırmaq yanlışdır.  
İberiyanın ilk xristian kilsələrindən biri Senax 
və  ya  Sana  olmuşdur.  Ernst  Renan  yazır:  «Xett 
mənşəli  köçəri  sana  tayfası  yevreylər  üzərində 
güclü nüfuza malik idi. Onlar h`iksoslardır. Samiləri 
özlərinə tabe edib, e.ə. III minilliyin XXIII əsrində 
Nil vadisini tutmuşdular» [29. S.102–103]. Müəllif 
onu da bildirir ki, sana h`iksosları həm də beni-İosif 
və  ya  İosephel  adlanırdı  [29.  S.103].  Beni-İosif 
Qurandakı  Yusif  peyğəmbərin  övladlarıdır.  Sonra-
lar yunanların Finikiya adlandırdığı Sana ölkəsi qə-
dim dünyanın mədəniyyət və ticarət mərkəzinə çev-
rilmişdir. Qədim Finikiya və ya sami yazısı çoxtay-
falı Sana ölkəsində yaranmışdır [29. S.101].  
Sana  etnoniminin  arxaik  forması  sanax 
olmuşdur.  Samidilli  yazılarda  çox  zaman  türk 
etnik adlarının son samiti  yazılmır. Sana etno-
nimi  iber  dilinə  öz  ilkin  formasında  –  sanax 
şəklində gəlmişdir.  
Sanax tayfası İberiyaya köçüb, Senax ta-
rixi  mahalını  yaratmış  və  xristianlığı  qəbul 
edəndən sonra ilk səcdəgahları olan Sanax mə-
bədinin  bünövrəsi  üzərində  Senax  monastırını 
tikmişdir [17. S.200; 30. S.89].  K.S.Kekelidze 
belə  hesab edir ki, Senax  mahalı VI  əsrdə  indiki 
Kutaisi  yaxınlığında  olmuşdur  [31.  S.29,  304]. 
Həmin  ərazidə Senak  yaşayış  məskəni  XX əs-
rin əvvələrinə qədər qalırdı [32. S.301]. 
Orta  əsr  gürcü  salnamələrində  verilən 
məlumatlara görə, Senexia baqrationların xris-
tianlıqdan  öncəsi  tanrılarından  biri  olmuşdur 
[16.  S.70].  Bu  da  onu  göstərir  ki,  sambat  və 
baqrat nəsillərinin heç də hamısı sami mənşəli 
olmamış,  türklərlə  samilərin  qatışığından  ya-
ranmışdır. 
İberiyanın ortaq tarixi-memarlıq abidələ-
rində yəhudi dini atributlarına çox təsadüf edi-
rik.  Dulusxan  kəndindəki  qədim  kilsədə  6  gu-
şəli  ulduz  və  yəhudi  müqəddəslərinin  təsviri 
vardır. Bu da onu göstərir ki, İudeyadan Cənu-
bi Qafqaza gələn etnosların bir qismi türkdilli, 
ancaq  yəhudi  dinli olmuşdur.  Ona görə də  biz 
akademik  səviyyədə  yalnız  Gürcüstanın  xris-
tian  abidələrinə  yox,  yəhudi  məbədlərinə  də 
varislik  iddialarımızı  qaldırmalıyıq.  Xüsusilə 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə