381
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə görə
17–25%) ferritində olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.
Xlor bütün toxumalarda və bioloji mayelərdə ion halında-
dır. Bu ən çox mədə şirəsində xlorid turşusunun tərkibində, qan
plazmasında, xörək duzunda mövcuddur. Bioloji mayelərdə
osmos təzyiqinin yaranmasında xlorun da rolu böyükdür. Qanın
osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir.
Bunun artıqlığından dişlərdə ləkə əmələ gəlir. Bu da xallı emal
adlanır. Flüorid az olanda isə dişin emalı sərtliyini itirir.
13.3 Mikroelementlər
Heyvan orqanizmində mikroelementlər mühüm fizioloji
funksiya yerinə yetirir. Bir çox fermentlərin (karboanhidraza,
uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
382
hidrataza və s.) hormonların və vitaminlərin tərkib hissəsi mikro-
elementlərdən ibarətdir, mübadilə proseslərinin fəallaşmasında,
qandoğurmada, toxuma tənəffüsündə, boy və inkişaf proseslərində
iştirak edir.
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmə-
lərinə nisbətən daha qüvvətli təsir göstərir. Məsələn, 20 mq qeyri-
üzvi kobalt 0,004 mq üzvi kobaltla əvəz olunur.
Mikroelementlərin çatışmazlığından bir sıra xəstəliklər baş
verir, heyvanların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır.
Bu da xarici mühitdə: torpaqda, suda, bitkilərdə onların azlığından
və ya artıqlığından irəli gəlir. Bu məsələlərin öyrənilməsi ilə
biogeokimya elmi məşğul olur. Biogeokimya kainatın kimyəvi
tərkibi ilə orqanizmin elementar kimyəvi tərkibi arasındakı əlaqə-
ni və mübadilə proseslərini öyrənir. Biogeokimyanın banisi aka-
demik V. İ. Vernadskidir. Hazırda bəzi ölkələrdə bir sıra biogeo-
kimyəvi əyalətlər müəyyən edilmişdir. Bu da mikroelementlərin
xarici mühitdə yayılma dərəcəsini (azlığını və artıqlığını) göstərir.
Bu məsələni ilk dəfə öyrənən akademik L. P. Vinoqradov, sonra-
lar isə V V Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K.
Dautov və başqaları olmuşdur. Bu biogeokimyəvi əyalətlərə görə
insan və heyvanların mikroelementlərlə nə dərəcədə təmin olun-
duğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata keçirilir. Bu
sahədə Azərbaycanda da xeyli işlər aparılmışdır (Ə. Güləhmədov,
İ. Eyyubov, F. Hacı-yev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).
Azərbaycanın çox rayonlarında (Şəki–Zaqatala, Lənkəran–
Astara, Laçın–Kəlbəcər, Gəncə - Qazax, Muğan zonalarının və s.)
mikroelementlərin (yod, kobalt, mis, manqan və s.) çatışmazlığı
və bununla əlaqədar olan bəzi xəstəliklərdə (endemik ur, enzootik
ataksiya, alimentar anemiya və s.) aşkar edilmişdir. Lakin bir sıra
rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda mo-
383
libden və s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi
su ilə qəbul edir. Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda
akobaltoz xəstəliyi nəzərə çarpır. Bu xəstəlik zamanı B
12
vitami-
ninin sintezi pozulur. Çünki onun tərkibində 4,5% kobalt vardır.
Ona görə də akobaltoz B
12
avitaminoza da səbəb olur. Xəstəliyin
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə
kobalt və ya B
12
vitamini əlavə olunur.
Yod orqanizmdə ən çox qalxanabənzər vəzdə toplanır və
tiroksinin sintezində iştirak edir. O, çatışmayanda endemik ur xəs-
təliyi baş verir. Yodun çatışmamazlığına donuzlar, xüsusən cavan-
ları daha həsasadır. Yodun çatışmamazlığının qarşısını almaq
üçün insan və heyvanlara verilən xörək duzuna natrium yodid
(100 kq-a 1 q) qatılır.
Mis orqanizmdə ən çox qaraciyərdə və dalaqda toplanır.
Bu mikroelement qanyaratmada və hemoqlobinin sintezində işti-
rak edir. Orqanizmdə mis çatışmadıqda qoyunlarda enzootik atak-
siya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemiya) əmələ gəlir.
Manqan ən çox qaraciyərdə və böyrəklərdə olur. Ferment-
lərdən peptidazaları, fosfatazaları, arginazanı, karboksilazanı,
xolinesterazanı və s.-ni fəallaşdırır. ATF-lə fəal kompleks: Mn
ATF
2-
əmələ gətirir.
Manqanın çatışmazlığı qanyaranma prosesinə, cinsi yetiş-
məyə, daxili sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir.
Manqanın çatışmazlığına quşlar daha həssasdır. Onlarda
perozis adlanan xəstəlik baş verir. Bu isə ətrafların və qanadların
sümüklərinin deformasiyası ilə xarakterlənir.
Molibden xarici mühitdə çox olduqda heyvanlarda xroniki
molibden toksikozu əmələ gəlir. Boy prosesi dayanır, anemiya baş
verir, diri çəki azalır. Qoyunlarda yun məhsuldarlığı pozulur.
384
Orqanizmdə təbii radioaktiv elementlərin əhəmiyyəti də
çoxdur. Onlardan (məsələn, radioaktiv karbon) alınan enerjidən
mübadilə proseslərində istifadə olunur. Bu məsələləri radiobiolo-
giya öyrənir. Hazırda radiobiologiya elminin sürətlə inkişafı da
bununla əlaqədardır.
Mikroelementlərin maldarlıqda: heyvanların normal inki-
şafında və məhsuldarlığında əhəmiyyəti böyükdür. Ona görə də
heyvanların yemləndirilməsində onların mikroelementlərə olan
təlabatı və yemlərdə, yem payında, kifayət qədər olmasına da fikir
verilməlidir.
13.4 Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi
(vəhdəti)
Maddələr mübadiləsi bir-biri ilə sıx əlaqəsi olan və bir-
birini tamamlayan ardıcıl kimyəvi proseslərdən ibarət nizamlı
düzülüşü olan ansambıldır. Heterotrof orqanizmlərdə qida vasitə-
silə hazır şəkildə qəbul edilən üzvi maddələr kimyəvi proseslər
nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına
onların orqanizmi qurulur.
Qəbul edilən qidanın tərkibində orqanizmin qurulması
üçün lazım olan maddələr hazır şəkildə mövcud deyildir. Yalnız
bir sıra biokimyəvi çevrilmələr (fermentlərin iştirakı ilə) sayəsində
heterotrof orqanizmlərdə bir sinifə mənsub olan üzvi maddələr
digər sinifin nümayəndələrinə çevrilir. Bu da orqanizmin həyat
fəaliyyətinin qurulmasına və inkişafına zəmin yaradır. Məsələn,
heterotrof orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-
ların yağlara çevrilməsi aşağıdakı sxem əsasında baş verir.
Dostları ilə paylaş: |