379
Maqnezium ionunun ATF-lə kompleks əmələ gətirmək
qabiliyyəti ADF-ə nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
kompleksi şəklində daha fəal olmaqla, fermentativ reaksiyalarda
fosfatın donoru rolunu oynayır. Maqnezium ionu mübadilə pro-
seslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiy-
yətlə əlaqədar çevrilmələrin nizamlanmasında, əzələlərin qısalma-
sında, bir sıra fermentlərin (fosfataza, peptidaza, karboksilaza və
s.) fəallaşmasında iştirak edir.
Maqneziumun 70%-ə yaxını fosfatlar və karbonatlar şək-
lində sümük toxumasındadır.
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülal-
ların (fosfoproteidlər), lipidlərin (fosfatidlər), karbohidratların
törəmələrinin (monosaxaridlərin fosfat efirləri), nukleotidlərin
(nukleozidfosfatlar) və s. birləşmələrin də tərkibinə daxil olur.
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların
parçalanmasında fosforun rolu çox böyükdür.
Fosfat turşusu bir sıra kofermentlərin də tərkib hissələrin-
dən biridir. O, kalsiumla birlikdə sümük toxumasının əsasını təşkil
edir. Bədəndəki fosforun 87%-i sümük toxumasındadır. Bunların
yəni fosfor və kaliumun
mübadiləsi pozulduqda tetaniya, raxit və
Mg
2+
O
-
-
O O
│ │ │
Mg ATF
2-
Adenin-riboza
─O─P─O─P─O─P─O
-
║ ║
O O
O O
║ ║
Mg ADF
-
Adenin-riboza
─O─P──O──P─O
-
│ │
-
O─Mg
2+
─O-
380
osteomalyasiya xəstəliyi baş verir.
Kükürd əsas üzvi birləşmələrin: bəzi aminturşularının,
peptidlərin (qlütation), zülalların, hormonların və fermentlərin
tərkibində olur.
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bun-
larda kükürd reduksiyalaşmış formada: hidrogen-sulfidin qalığı
şəklindədir. Kükürd sulfhidril qrupu şəklində oksidləşmə-reduk-
siya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopolisaxarid-
lərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklin-
dədir.
Kükürd ən çox tükdə (yunda), buynuzda, dırnaqda və
lələkdə olur. Onun qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını)
dəridə toplanır.
Kükürd orqanizmdə əmələ gələn bir sıra zərərli
maddələrin
(fenol, krezol, indol, skatol və s.) sulfat turşusunun efirləri şəklin-
də zərərsizləşməsində mühüm rol oynayır. O, orqanizmə zülallarla
daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə sulfatlar (natrium-
sulfat, kalium-sulfat, ammonium-sulfat, kalsium-sulfat, maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd,
indoksilkükürd, krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.
Dəmir ən çox (60–70%) porfirinin törəmələrində (hemoq-
lobin, mioqlobin), katalazada, peroksidaza və sitoxromlarda olur,
zülal komplekslərində isə nisbətən azdır. Qan plazmasında beta-
qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.
Dəmir orqanizmdə baş verən oksidləşmə-reduksiya proses-
lərində, immunobioloji reaksiyalarda, boy artımı və qanyaranma
proseslərində aktiv iştirak edir. Dəmir mübadiləsi qan zərdabında
dəmirin daşıyıcısı rolu oynayan ixtisaslaşmış zülali maddə-
siderofillin vasitəsilə həyata keçirilir.