N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   74   75   76   77   78   79   80   81   ...   107

290 
 
düzəlməsi  r e p a r a s i y a  adlanır.  
Ribosomlarda  məlumat  RNT-nin  (mRNT)  göstərişi  ilə 
dRNT-lərlə gətirilmiş fəallaşmış aminturşuları müəyyən ardıcıllıq-
la  peptid  rabitəsi  ilə  birləşməklə  polipeptid  zənciri  əmələ  gətirir. 
Peptid rabitəsinin əmələgəlmə prosesi  t r a n s p e p t i d a s i y a  
adlanır.  Polipeptid  zəncirinin  sintezi  aminturşularında  azotdan 
karbona tərəf istiqamətində aparılır. 
 
 
 
 
 
 
 
 
 
Ribosomlarda aminturşularının birləşmə prosesinin başlan-
masına i n i s i a s i y a, polipeptid zəncirinin uzanmasına isə p r o- 
l o n q a s i y a (və ya e l o n q a s i y a) deyilir. 
Ribosom  iki:  iri  və  xırda  subvahiddən  ibarətdir.  İri 
subvahiddə  (50S)  iki  rRNT  (5S  və  23S  rRNT)  və  34  müxtəlif 
zülal, kiçik sübvahiddə (30S) isə bir rRNT (16S rRNT) və 21fərdi 
zülal vardır. Məlumat RNT-si xırda subvahidlə birləşir, polipeptid 
zənciri isə iri subvahiddə əmələ gəlir. Sonuncuda iki sahə: peptidil 
(R-sahəsi) və aminoasil sahəsi (A-sahəsi) vardır. Peptidil sahəsin-
də d o n o r  s a h ə s i və aminoasil sahəsinə a k s e p t o r  s a h ə 
s i də  deyilir. Aminoasil-dRNT əvvəlcə A sahəsi və sonra keçib R 
sahəsi  ilə  birləşir.  Bu  prosesə,  yəni  aminoasil-dRNT-nin  A  sahə-
sindən R sahəsinə keçməsinə t r a n s l o k a s i y a  deyilir. Amin-
turşuları translokasiya zamanı bir-birilə birləşir, polipeptid zənciri 
əmələ  gətirir.  Bu  proses  prolonqasiya  zamanı  quanozintrifosfatın 
(QTF) iştirakı ilə xüsusi zülallar (U-amili) kataliz olunur. 
HN─CO                   HN─CO                  H
2
N     COOH            CH
2
NH
2
 
   │    │    
+NAD∙H
2
        
│   │        
+ H
2
O
         │     │      
+ H
2
O
      │ 
   CO  CH                OC    CH
2
                  OC     CH
2
                 CH
2
   + NH
3
+CO

   │     ║     
─NAD 
     │   │                         │     │                      │ 
HN ─ CH                 HN─CH
2
                  HN ─ CH
2
                 COOH 
 
  Urasil                 Dihidrourasil            Ureidalanin               β-Alanin 
                                                                     turşusu 


291 
 
Polipeptid  zəncirlərində  aminturşularının  düzülmə  ardıcıl-
lığı  məlumat  RNT-sindəki  və  daşıyıcı  RNT-lərdəki  tripletlərlə 
Çarqaf qaydası ilə kodon və antikodonlarla nizamlanır. Bu triplet-
lər (və ya kodlar) DNT və RNT-lərdə ardıcıl birləşmiş üç nukleo-
tiddir. Nukleotidlərdə azotlu əsaslardan əsasən adenin (A), quanin 
(Q), sitozin (S), timin (T) və urasil (U) iştirak edir.  
 
Cədvəl 14.  
 
Aminturşuların kodonları 
Aminturşular 
Kodonlar 
Alanin 
QSU, QSS, QSA, QSQ 
Arginin 
SQU, SQS, SQA, SQQ, AQA, AQQ 
Asparagin 
AAU, AAS 
Asparagin turşusu 
QAU, QAS 
Sistein 
UQU, UQS 
Qlütamin turşusu 
QAA, QAQ 
Qlütamin 
SAA, SAQ, QQA, QQQ 
Qlisin 
QQU, QQS 
Histidin 
SAU, SAS 
İzoleysin 
AUU, AUS, AUA 
Leysin 
SUU, SUS, SUA, SUQ, UUA, UUQ 
Lizin 
AAA, AAQ 
Metionin 
AUQ 
Fenilalanin 
UUU, UUS 
Prolin 
SSU, SSS, SSA, SSQ 
Serin 
USU, USS, USA, USQ, AQU, AQS 
Treonin 
ASU, ASS, ASA, ASQ 
Triptofan 
UQQ 
Tirozin 
UAU, UAS 
Valin 
QUU, QUS, QUA, QUQ 
 
Burada  A-adenil,  Q-quanil,  S-sitidil,  U-uridil  nukleotidləri-
dir. 
Məlumat RNT-sindəki tripletlərə k o d o n l a r və daşıyıcı,  


292 
 
Ribosomun hərəkət istiqaməti 
Kiçik subvahid kodon 
 
                                ...QAA─USU─SUQ─UUQ─UQS─QQU─ ...mRNT 
                        │││   │││     ASQ  ─── -Antikodon 
                        QAS    AAS   
                           │         │       S İ S 
 İle─Asp─Ser─                                   ley ←  ley 
  │           
                                                                      ASQ  Gələn aminoasil d RNT 
Met 
  
│                                
                                                     S İ S 
Ark 
  
│ 
Fmet 
 
Böyüyən polipeptid                                       Peptid rabitəsinin yaranması 
                                         
RNT-lərdəki tripletlərə isə a n i k o d o n l a r deyilir. Fenilalanin 
tripletində nukleotidlər SSU, alanininkində SSQ, triptofanınkında 
SQT,valininkində  UUQ  ardıcıllığında  düzülmüşlər  və  s.  Bunlar 
elə ardıcıllıqla düzülmüşdür ki, bir-biri ilə, yəni dRNT-nin tripleti 
mRNT-nin tripleti ilə birləşir. Buna k o d o n - a n t i k o d o n  t a- 
n ı m a s ı deyilir. Bununla da aminturşularının ardıcıl birləşməsi  
nəticəsində  polipeptid  zəncirinin  sintezi təmin olunur. Bunu sxe- 
matik olaraq belə göstərmək olar: 
Polipeptid zəncirinin uzanma prosesinin qurtarmasına pro-
lonqasiyasının dayanmasına t e r m i n a s i y a deyilir. Termina-
siya boş kodların-terminasiya kodlarının (UAQ, UAA, UQA) işti-
rakı ilə dRNT ilə həyata keçirilir. Lakin onda aminturşusu olmur. 
Polipeptid zəncirinin əmələ gəlməsi tamamlandıqdan sonra 
onda  formalaşma  gedir,  qıvrılaraq  müəyyən  forma  alır.  Bu  isə 
hidrogen, disulfid tipli rabitələrin və s.  yaranması ilə əlaqədardır. 
Bu  rabitələr  polipeptid  zəncirinə  xüsusi  forma  verməklə,  zülal 
molekulunun ikinci və üçüncü quruluşunu yaradır. Yuxarıda gös-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə