108
N
adenozin nukleozid
ATF
ADF
AMF
O O O
║ ║ ║
HO─P~O─P~O─P~O─CH
2
│ │ │
OH OH OH
OH
OH
H
H
O
N
N
N
NH
2
H
H
Həmçinin bu qayda ilə QMF, QDF, QTF, SMF, SDF, STF,
UMF, UDF və UTF sintez oluna bilər.
Fosfat turşusu molekulları arasında makroergik efir
rabitələri çox zəifdir və asan qırılır.
RNT-nin hidroliz zamanı ribonukleotidlər, DNT-in hidrolizi
zamanı dezoksiribonukleotidlər alınır. Toxumalarda sərbəst şəkil-
də ADF və ATF tapılmışdır. Onlar orqanizmdə gedən oksidləşmə
reduksiya proseslərinin fəal iştirakçılarıdır. Həmçinin digər
nukleotidlər də vacib fizioloji əhəmiyyətə malikdirlər. Nukleotid-
lər demək olar ki, oranizmdə gedən bütün biokimyəvi proselərdə
mühüm rol oynayırlar. Bir çox mononukleotidlər amin, karbohid-
rat və s. qalıqlarının bir birləşmədən
digərinə ötrülməsində, enerji
109
mübadiləsində koferment kimi iştirak edirlər.
Nuklein turşuları (NT).- mononukleotidlərin müxtəlif sayda
(minlərlə) bir-birilə efir tipli rabitə ilə birləşərək oliqonukleotid və
polinukleotid zəncirindən ibarət yüksəkmolekullu biopo-
limerlərdir. Poliribonukleotidlərin (RNT) tərkibində purin
nukleotidlərindən adenil və quanil turşuları, pirimidin nuk-
leotidlərindən sitidil və uridil turşuları olur. Polidezoksi-
ribonukleotidlərin (DNT) tərkibində isə dezoksiadenil,
dezoksiquanil, dezoksitidil və timidil turşuları
mövcud-
dur. RNT-in əmələ gəlməsində pentozalardan riboza,
DNT-də isə dezoksiriboza iştirak edir.
RNT- molekulunda 60-dan 6 minə qədər nukleotid
qalığından, DNT molekulları isə 20-25 min və daha çox
(10 mln-a qədər) nukleotiddən əmələ gəlir. Dörd xromo-
somu olan DNT molekul kütləsi 11,3∙10
10
Da-dur. Belə
DNT molekulunun uzunluğu 2,1 sm-ə çatır. Bu DNT mo-
lekulunda 62 mln nukleotid cütü mövcuddur.
İnsanların somatik hüceyrələrinin nüvəsində 23 cüt xromo-
som yerləşir. Hər bir hüceyrədə bir molekul DNT olur. İnsanın bir
hüceyrə toxumasında 46 molekul DNT olur. İnsanın bir hüceyrə
toxumasında olan 46 molekul DNT-in uzunluğu 2 metrə çatır.
Onda olan nukleotid cütlərinin sayı 3,2 mlrd. Son zamanlar DNT-
in yeni A, B, C, D, Z formaları müəyyən edilmişdir. A-formada
polinukleotid zəncirində azot əsasları aralı, B- formada isə yaxın
yerləşir. O. biri C, D, Z formalarında isə qarışıq halda yerləşirlər.
Nuklein turşularının molekullarında nukleotidlərin yerləş-
mə ardıcıllığına, onların
birincili quruluşu deyilir.
Nuklein turşusu molekullarını təşkil edən monomerlərin
(nukleotidlərin) fəzada tutduğu mövqe (fəza konfiqursiyası) onla-
rın
ikincili quruluşu adlanır.