88
2 α və 2 β polipeptid zəncirindən ibarət olan hemoqlobin
molekulunun hər birinin molekul kütləsi 17000 Da olmaqla 4
protamerdən əmələ gəlmişdir. α-zəncirində 141, β-zəncirində 146
aminturşu qalığı tetraed formasında tillərdə yerləşmişdir. Nəticədə
yumaqşəkilli (şarşəkilli) 0,50 x 0,55x0,64 nm ölçüdə fəza forması
alınır və qlobulin zülalı yaranır.
Tütün mozaikası virusunun zülalının molekul kütləsi
40 000 000 Da yaxındır. Onun 6%-ə qədərini ribonuklein turşusu
qalan hissəsinui zülal təşkil edir. Zülal mültmerinin tərkibində 4
substrat (protomer) yerləşir. Hər protomerin öz təsir sahəsi vardır
ki, bunlar da aminturşu radikalları ilə müəyyən olunur. Protomer-
lərin molekul kütləsi 1700-330000 Da arası tərəddüd edir.
Protomerlər arasında Van-der-Vaals-London qüvvələri, polyar və
hidrofil qrupların (─OH, ─NH
2
, ─NH, ═C═O, ─COOH) qarşılıq-
lı təsir qüvvəsi, hidrogen rabitələri və s. təsir göstərir. Hazırda bu
cür rabitələrin hesabına protomerlər multmerləri əmələ gətirir və
kooperativləşərək zülalların bioloji aktivliyini artırır.
Müasir fikirlərə görə zülalların dördüncü quruluşunun sax-
89
lanmasında aminturşu radikalları arasında hidrofil və hidrogen
rabitələri əsas rol oynayır. Hazırda 100-ə qədər zülalın dördüncü
quruluşu öyrənilmişdir.
3.11 Zülalların təsnifatı və qısa xarakteristikası. Zülallar
yüksəkmolekullu birləşmələrdir, onların quruluşları, funksyaları,
tərkibi hələ tam öyrənilməmişdir. Zülallar müxtəlif əlamətlərinə
görə təsnif olunurlar.
Zülallar tərkiblərinə və fiziki, kimyəvi xassələrinə görə
sadə və mürəkkəb zülallara bölünür.
3.12 Sadə zülallar. Sadə zülallar (proteinlər) hidroliz olun-
duqda ancaq aminturşularına, mürəkkəb zülallar (proteidlər) isə
aminturşularından başqa, zülal təbiətli olmayan (nuklein, fosfat,
yağ turşuları, karbohidratlar və s.) başqa birləşmələrə ayrılırlar.
Zülal olmayan hissə prostetik qrup adlanır.
Sadə zülallar həll olmasına, aminturşu tərkibinə və xassəsinə
görə bir neçə qrupa: albuminlərə, qlobulinlərə, prolaminlərə, qlü-
telinlərə, histonlara, protaminlərə, proteinoidlərə və ya skleropro-
teinlərə bölünür.
Albuminlər. Albuminlərə insan və heyvanların qan zərda-
bında, beyin-haram ilik mayesində, əzələlərdə, sinir toxumasında,
süddə (laktoalbumin), yumurta zülalında (ovalbumin) və s.-də rast
gəlinir. Zərdab albumininin tərkibində bir polipeptid zənciri vardır
ki, o da 600-ə yaxın aminturşusunun qalığından əmələ gəlmişdir.
Qlobulinlər. Qlobulinlərin molekul kütləsi 100-300 min
dalton arasında dəyişir. Bu zülallara qan plazmasındakı fibrino-
gen, zərdab qlobulinləri (α-, β- və γ- qlobulinlər), süd qlobulinləri
(laktoqlobulinlər), əzələ qlobulinləri, yumurta sarısındakı ovoqlo-
bulinlər və qeyriləri aiddir.
Prolaminlər. Bu qrup zülallar ən çox bitkilərdə olur. Mole-
kul kütlələri az olmaqla, 26-40 min dalton arasında tərəddüd edir.
90
Prolaminlərə misal arpada olan qordeini, qarğıdalıdakı zeini, buğ-
da və çovdarda olan qliadini, vələmirdəki avenini və başqalarını
göstərmək mümkündür.
Qlütelinlər. Zəif (0,2-2,0 %-li) qələvi məhlullarında həll
olur, suda, neytral duzların duru məhlullarında isə həll olmur.
Bunlara buğda qlüteini, düyü orizenini, qarğıdalı qlütelini və
qeyriləri aiddir. Buğda kleykovinasının çoxunu qlütelinlər təşkil
edir. Bu zülalların toxumda miqdarı 1-3%-ə qədərdir.
Histonlar.Turşularda həll olur. Bu zülalların tərkibində
diaminomonokarbon turşuları (lizin, arğinin) çox olduğundan (20-
30%) əsasi xassə daşıyır və azotun miqdarı da nisbətən artıqdır,
yəni 18%-ə yaxındır. Histonlarda triptofan olmur. Bunların mole-
kul kütlələri 5-37 min arasında dəyişir. Bunlar nüvə zülalları
hesab edilir. Çünki əsas nüvədə DNT-kompleksləri şəklində
xromatində yerləşir.
Histonlar vəzifələrinə görə quruluş və genetik zülallar
sayılır. DNT-nin fəallığını azaltmaqla RNT-nin sintezini ləngidir.
Protaminlər.Bu zülallarda əsaslıq xassəsi daha çoxdur.
Aminturşu tərkibinin 60%-dən çoxunu, bəzi hallarda 80%-ni argi-
nin təşkil edir, tirozin, triptofan, sistein, asparagin turşusu və
metionin olmur. Molekul kütlələri 10 mindən çox deyildir.
Protaminlər az yayılmışdır. Bunlar əsasən spermada (klupe-
in) və balığın kürüsündə olur.
Proteinoidlər. Fibrilyar quruluşa malik olmaqla istinad
toxumalarının quruluşunda və mexaniki müdafiədə iştirak edir. Bu
qrup zülallara kollagenlər və keratinlər aiddir. Kollagenlər birləş-
dirici toxumada olan fibrilyar zülallardır. Buraya sümük, qığırdaq,
vətərlər, bağlar və birləşdirici toxumanın qeyri-zülalları aiddir.
Bunlar birləşdirici toxumanın quruluş zülallarıdır.
3.13 Mürəkkəb zülallar. Mürəkkəb zülallar sadə zülallarla
91
qeyri-zülal təbiətli maddələrdən ibarətdir. Onlar hidroliz olunduq-
da sadə zülallara, fosfat turşusuna, nuklein turşularına, lipidlərə,
metallara və bir sıra başqa birləşmələrə ayrılır.
Mürəkkəb zülallara nukleoproteidlər, xromoproteidlər,
fosfoproteidlər, lipoproteidlər, qlikoproteidlər (mukoproteidlər),
metalloproteidlər, metalloid-proteidlər aiddir.
3.13.1. Nukleoproteidlər. Nukleoproteidlər və ya nüvə
zülalları bitki və heyvan hüceyrələrində olur.
Nukleoproteidlərin tərkibində qeyri-zülal təbiətli maddələr
nuklein turşularıdır. Nuklein turşuları 2 növdən ibarətdir. Onlar-
dan bir qrupuna dezoksiribonuklein turşuları (DNT) və digərinə
isə ribonuklein turşuları (RNT) deyilir. Bunlar özləri də mürəkkəb
maddələrdir və mononukleotidlərin polimerləşməsindən əmələ
gəlmişdir. Nuklein turşularının əmələ gəlməsində 3 müxtəlif qrup
maddələr: azotlu əsaslar, pentozalar və fosfat turşusu iştirak edir.
3.13.2. Xromoproteidlər. Xromoproteidlər tərkibində sadə
zülallar-dan başqa müxtəlif rəngli maddələr də saxlayır. Bunlara
misal eritrositlərdə olan hemoqlobini, əzələlərdə olan mioqlobini,
bitkilərin xlorofilini, gözün torlu təbəqəsindəki rodopsini və
başqalarını göstərmək mümkündür.
Hemoqlobin sadə zülal qlobinə prostetik qrup olan hemin
birləşməsindən əmələ gəlir. Bir molekul qlobinlə dörd molekul
hem birləşir, hemin hər molekulunda bir atom da dəmir vardır.
3.13.3. Mioqlobin də xromoproteiddir. Əzələlərdə olmaqla,
hemoqlobinə nisbətən bəsitdir. Mioqlobin molekulda bir hem
molekulu və 153 aminturşusunun qalığından əmələ gəlmiş bir
polipeptid zəncirindən ibarət zülal molekulu vardır. Bunun oksi-
genə hərisliyi hemoqlobindən artıqdır.
Fermentlərdən katalaza, peroksidaza, sitoxromlarda xromo-
proteidlərə aiddir. Bunların prostetik qrupları hemə yaxın maddə-
Dostları ilə paylaş: |