N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

88 
 
 
 
2  α  və  2  β  polipeptid  zəncirindən  ibarət  olan  hemoqlobin 
molekulunun  hər  birinin  molekul  kütləsi  17000  Da  olmaqla  4 
protamerdən əmələ gəlmişdir. α-zəncirində 141, β-zəncirində 146 
aminturşu qalığı tetraed formasında tillərdə yerləşmişdir. Nəticədə 
yumaqşəkilli (şarşəkilli) 0,50 x 0,55x0,64 nm ölçüdə fəza forması 
alınır və qlobulin zülalı yaranır.  
Tütün  mozaikası  virusunun  zülalının  molekul  kütləsi 
40 000 000 Da  yaxındır. Onun 6%-ə qədərini ribonuklein turşusu 
qalan  hissəsinui  zülal  təşkil  edir.  Zülal  mültmerinin  tərkibində  4 
substrat (protomer) yerləşir. Hər protomerin öz təsir sahəsi vardır 
ki, bunlar da aminturşu radikalları ilə müəyyən olunur. Protomer-
lərin  molekul  kütləsi  1700-330000  Da  arası  tərəddüd  edir. 
Protomerlər  arasında  Van-der-Vaals-London  qüvvələri,  polyar  və 
hidrofil qrupların (─OH, ─NH
2
, ─NH, ═C═O, ─COOH) qarşılıq-
lı təsir qüvvəsi, hidrogen rabitələri və s. təsir göstərir. Hazırda bu 
cür  rabitələrin  hesabına  protomerlər  multmerləri  əmələ  gətirir  və 
kooperativləşərək zülalların bioloji aktivliyini artırır.  
Müasir fikirlərə görə zülalların dördüncü quruluşunun sax- 


89 
 
lanmasında  aminturşu  radikalları  arasında  hidrofil  və  hidrogen 
rabitələri əsas rol oynayır. Hazırda 100-ə qədər zülalın dördüncü  
quruluşu öyrənilmişdir.  
3.11  Zülalların  təsnifatı  və  qısa  xarakteristikası.  Zülallar 
yüksəkmolekullu  birləşmələrdir,  onların  quruluşları,  funksyaları, 
tərkibi  hələ  tam  öyrənilməmişdir.  Zülallar  müxtəlif  əlamətlərinə 
görə təsnif olunurlar. 
 Zülallar  tərkiblərinə  və  fiziki,  kimyəvi  xassələrinə  görə 
sadə və mürəkkəb zülallara bölünür. 
3.12  Sadə  zülallar.  Sadə  zülallar  (proteinlər)  hidroliz  olun-
duqda  ancaq  aminturşularına,  mürəkkəb  zülallar  (proteidlər)  isə 
aminturşularından  başqa,  zülal  təbiətli  olmayan  (nuklein,  fosfat, 
yağ  turşuları,  karbohidratlar  və  s.)  başqa  birləşmələrə  ayrılırlar. 
Zülal olmayan hissə prostetik qrup adlanır.  
Sadə zülallar həll olmasına, aminturşu tərkibinə və xassəsinə 
görə bir neçə qrupa: albuminlərə, qlobulinlərə, prolaminlərə, qlü-
telinlərə, histonlara, protaminlərə,  proteinoidlərə  və  ya skleropro-
teinlərə bölünür. 
Albuminlər.  Albuminlərə  insan  və  heyvanların  qan  zərda-
bında, beyin-haram ilik mayesində, əzələlərdə, sinir toxumasında, 
süddə (laktoalbumin), yumurta zülalında (ovalbumin) və s.-də rast 
gəlinir. Zərdab albumininin tərkibində bir polipeptid zənciri vardır 
ki, o da 600-ə yaxın aminturşusunun qalığından əmələ gəlmişdir.  
Qlobulinlər.  Qlobulinlərin  molekul  kütləsi  100-300  min 
dalton  arasında  dəyişir.  Bu  zülallara  qan  plazmasındakı  fibrino-
gen, zərdab qlobulinləri (α-, β- və γ- qlobulinlər), süd qlobulinləri 
(laktoqlobulinlər), əzələ qlobulinləri, yumurta sarısındakı ovoqlo-
bulinlər və qeyriləri aiddir.  
Prolaminlər. Bu qrup zülallar ən çox bitkilərdə olur. Mole-
kul kütlələri az olmaqla, 26-40 min dalton arasında tərəddüd edir. 


90 
 
Prolaminlərə misal arpada olan qordeini, qarğıdalıdakı zeini, buğ-
da  və  çovdarda  olan  qliadini,  vələmirdəki  avenini  və  başqalarını 
göstərmək mümkündür.  
Qlütelinlər.  Zəif  (0,2-2,0  %-li)  qələvi  məhlullarında  həll 
olur,  suda,  neytral  duzların  duru  məhlullarında  isə  həll  olmur. 
Bunlara  buğda  qlüteini,  düyü  orizenini,  qarğıdalı  qlütelini  və 
qeyriləri  aiddir.  Buğda  kleykovinasının  çoxunu  qlütelinlər  təşkil 
edir. Bu zülalların toxumda miqdarı 1-3%-ə qədərdir.  
Histonlar.Turşularda  həll  olur.  Bu  zülalların  tərkibində 
diaminomonokarbon turşuları (lizin, arğinin) çox olduğundan (20-
30%)  əsasi  xassə  daşıyır  və  azotun  miqdarı  da  nisbətən  artıqdır, 
yəni 18%-ə yaxındır. Histonlarda triptofan olmur. Bunların mole-
kul  kütlələri  5-37  min  arasında  dəyişir.  Bunlar  nüvə  zülalları 
hesab  edilir.  Çünki  əsas  nüvədə  DNT-kompleksləri  şəklində 
xromatində yerləşir.  
Histonlar  vəzifələrinə  görə  quruluş  və  genetik  zülallar 
sayılır. DNT-nin fəallığını azaltmaqla RNT-nin sintezini ləngidir.  
Protaminlər.Bu  zülallarda  əsaslıq  xassəsi  daha  çoxdur. 
Aminturşu tərkibinin 60%-dən çoxunu, bəzi hallarda 80%-ni argi-
nin  təşkil  edir,  tirozin,  triptofan,  sistein,  asparagin  turşusu  və 
metionin olmur. Molekul kütlələri 10 mindən çox deyildir.  
Protaminlər az yayılmışdır. Bunlar əsasən spermada (klupe-
in) və balığın kürüsündə olur.  
Proteinoidlər.  Fibrilyar  quruluşa  malik  olmaqla  istinad 
toxumalarının quruluşunda və mexaniki müdafiədə iştirak edir. Bu 
qrup zülallara kollagenlər və keratinlər aiddir. Kollagenlər birləş-
dirici toxumada olan fibrilyar zülallardır. Buraya sümük, qığırdaq, 
vətərlər,  bağlar  və  birləşdirici  toxumanın  qeyri-zülalları  aiddir. 
Bunlar birləşdirici toxumanın quruluş zülallarıdır.  
3.13 Mürəkkəb zülallar. Mürəkkəb zülallar sadə zülallarla  


91 
 
qeyri-zülal təbiətli maddələrdən ibarətdir. Onlar hidroliz olunduq-
da  sadə  zülallara,  fosfat  turşusuna,  nuklein  turşularına,  lipidlərə, 
metallara və bir sıra başqa birləşmələrə ayrılır.  
Mürəkkəb  zülallara  nukleoproteidlər,  xromoproteidlər,  
fosfoproteidlər,  lipoproteidlər,  qlikoproteidlər  (mukoproteidlər), 
metalloproteidlər, metalloid-proteidlər aiddir.  
3.13.1.  Nukleoproteidlər.  Nukleoproteidlər  və  ya  nüvə 
zülalları bitki və heyvan hüceyrələrində olur.  
Nukleoproteidlərin  tərkibində  qeyri-zülal  təbiətli  maddələr 
nuklein  turşularıdır.  Nuklein  turşuları  2  növdən  ibarətdir.  Onlar-
dan  bir  qrupuna  dezoksiribonuklein  turşuları  (DNT)  və  digərinə 
isə ribonuklein turşuları (RNT) deyilir. Bunlar özləri də mürəkkəb 
maddələrdir  və  mononukleotidlərin  polimerləşməsindən  əmələ 
gəlmişdir. Nuklein turşularının əmələ gəlməsində 3 müxtəlif qrup 
maddələr: azotlu əsaslar, pentozalar və fosfat turşusu iştirak edir.  
3.13.2.  Xromoproteidlər.  Xromoproteidlər  tərkibində  sadə 
zülallar-dan  başqa  müxtəlif  rəngli  maddələr  də  saxlayır.  Bunlara 
misal eritrositlərdə olan hemoqlobini, əzələlərdə  olan mioqlobini, 
bitkilərin  xlorofilini,  gözün  torlu  təbəqəsindəki  rodopsini  və 
başqalarını göstərmək mümkündür.  
Hemoqlobin  sadə  zülal  qlobinə  prostetik  qrup  olan  hemin 
birləşməsindən  əmələ  gəlir.  Bir  molekul  qlobinlə  dörd  molekul 
hem birləşir, hemin hər molekulunda bir atom da dəmir vardır.  
3.13.3. Mioqlobin də xromoproteiddir. Əzələlərdə olmaqla, 
hemoqlobinə  nisbətən  bəsitdir.  Mioqlobin  molekulda  bir  hem 
molekulu  və  153  aminturşusunun  qalığından  əmələ  gəlmiş  bir 
polipeptid  zəncirindən  ibarət  zülal  molekulu  vardır.  Bunun  oksi-
genə hərisliyi hemoqlobindən artıqdır.  
Fermentlərdən  katalaza,  peroksidaza,  sitoxromlarda  xromo-
proteidlərə aiddir. Bunların prostetik qrupları hemə yaxın maddə- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə