N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

74 
 
XX  əsrin  əvvəllərində  (1920-ci  ilə  qədər)  tərkibində  19-a 
qədər  aminturşu  olan  peptidlər  sintez  edildiyi  halda  (E.  Fişer,  A. 
Abderhalden)  hazırda  məlum  peptidlərin  çoxu  (oksitosin,  vozop-
ressin, qlükaqon, adrenakortikotropin və s.) sintez edilmişdir. 
Qlükaqonda – 29, kalsitonində - 32, adrenokortikotropində - 
39 aminturşu qalığının olması  məlumdur. Təbii peptidlərin tərki-
bində  zülal  molekulunda  olmayan  aminturşular  və  digər  kimyəvi 
rabitə növləri olur. Bəzi təbii peptidlər – antibiotiklər tsiklik quru-
luşda (vazopressin oksidi, qramisidin S, basitrisin – A, siklosporin 
A)  olur  və  zülalların  tərkibində  olmayan  aminturşulardan  əmələ 
gəlmişdir.  Bu  peptidlərdə  mikroorqanizmlərdə  zülal  molekulun-
dan fərqli mexanizm ilə sintez olunurlar.  
Təxminən  800  antibiotik  növündən  100-ə  qədəri  peptid 
quruluşa  malikdir.  Penisillini  misal  göstərmək  olar.  Onun  tərki-
binə sistein və d valin daxildir.  
 
Təbii peptidlər təsir xüsusiyyətindən asılı olaraq orqanizmin 
həyat  fəaliyyətinə  müxtəlif  cür  təsir  göstərirlər.  1)  Hormonal 
aktivliyə malik olanlar (vazopressin, oksitosin, adrenokortikotron, 
qlükaqon, kalsitonin, insulin). 2) Həzm prosesində iştirak edənlər 
(qastrin,  sekretin). 3) Qan zərdabında olanlar (angiotenzin,  bradi-
kinin,  kallidin).  4)  Güclü  zəhər  təsirinə  malik  olanlar  -  ilan  və 
həşaratların  zəhəri,  zəhərli  göbələklər,  mikroblar.  5)  Antibiotik 
təsirə malik olanlar. 6) Hüceyrənin fəaliyyətini  artıranlar. 7) Bio-
üzvi kompleks və birləşmələri hüceyrə membranından keçirənlər. 

CH
3
 
│ 
C─CH
3
 
 
CHCOOH 
 
─CH
2
─C─NH─CH─HC 
               
║                │ 
              O            CO ──N 
 
Penisillin 


75 
 
8)  Beyində  gedən  prosesləri  nizamlayan  hormonlar  (neyrohor-
monlar).  
Müasir elmin inkişafı yeni polipeptid quruluşlarının açılma-
sı, canlı orqanizmdə gedən biokimyəvi proseslərin dərindən öyrə-
nilməsinə təkan verəcəkdir.  
3.6  Zülalların  quruluşunun  müasir  izahı.  Hazırda  1000-
dən  çox  zülal  növünün  kimyəvi  tərkibi  öyrənilmişdir.  Zülal 
molekulu haqqında tam təsəvvür əldə etmək üçün aminturşuların 
zülal molekulunda hansı ardıcıllıqla yerləşməsini aydınlaşdırmaq-
dan  ibarətdir.  Bundan  ötrü  əvvəlcə  zülalları  hidroliz  prosesinə 
uğradaraq kiçikmolekullu peptidlərə parçalayır və ayrılıqda götü-
rülmüş  peptidlərin  terminal  hissələrində  yerləşən  aminturşiları 
təyin edirlər.  
Hazirda  zülalların  aminturşu  tərkibini  və  onların  molekul 
zəncirində  monomer  qalıqlarının  yerləşmə  ardıcıllığını  təyin 
etmək üçün müxtəlif üsullardan istifadə edilir. Zülal molekulunda 
aminturşuların  molekulyar  nisbətini  aydınlaşdırmaq  üçün  onları 
tam hidroliz edir və müxtəlif aminturşu növlərinə ayırırlar. Sərbəst 
aminturşuların bir-birindən ayrılması üçün xromatoqrafiya üsulun-
dan istifadə edilir.  
Xromatoqrafiya  üsulunu  ilk  dəfə  rus  botaniki  M.  S.  Svet 
(1903)  təklif  etmişdir.  Bu  üsulu  peptidlərin  müxtəlif  fraksiyalara 
ayrılmasında ilk dəfə tətbiq edən isə Kreq olmuşdur.  
Zülalların  tərkibi  haqqında  tam  təsəvvür  əldə  etmək  üçün 
onların hansı aminturşu qalıqlarından ibaət olduğunu öyrənilməsi 
kifayət  etmir.  Əsas  məsələ  aminturşuların  zülal  molekulunda 
hansı  ardıcıllıqla  yerləşməsini  aydınlaşdırmaqdan  ibarətdir.  Bun-
dan  ötrü,  zülalları  hidroliz  prosesinə  uğradaraq  kiçik  molekullu 
peptidlərə parçalayır və  ayrılıqda götürülmüş peptidlərin terminal 
hissələrində yerləşən aminturşuları təyin edirlər. N-terminal amin-


76 
 
turşunu  təyin  etmək  üçün  ən  əlverişli  üsullardan  biri  Sengerin 
təklif  etdiyi  dinitrofenilaminturşu  sınağıdır.  Müəyyən  şəraitdə 
zülallara dinitroflüorbenzolla təsir edərək, alınan məhsulu hidroliz 
reaksiyasına  uğratdıqda  N-terminal  aminturşu  dinitrofenil  qalığı 
ilə birləşmiş şəkildə ayrılır, qalan aminturşular isə sərbəst olur.  
Götərilən  üsulla  aparılmış  tədqiqat  zamanı  bir  neçə  növ 
DNF-aminturşu  törəməsinin  alınması,  tədqiq  olunan  zülalın  bir 
neçə polipeptid zəncirindən əmələ gəldiyini göstərir. Dinitroflüor-
benzolun,  zülalla  qarşılıqlı  təsirindən  sonra  reaksiya  hidroliz 
edilir.  
 
 
 
 
Hidrolizatda olan dinitrofenilaminturşu xromatoqrafiya üsu-
lu ilə digər aminturşulardan ayrılır və onun tərkibinə hansı amin-
turşu qalığı daxil olduğu təyin edilir.  
N-terminal aminturşunu təyin etmək üçün Edmond tərəfin- 
                                            R           O 
                                       
 
O
2
N─                ─F+H
2
N─CH─C─NH∙∙∙ zülal 
   
→    
                     │ 
                     NO

 
1-flüor 2,4-dinitrobenzol
 
                                                        O 
 
→ O
2
N─                ─NH─CH─C─NH∙∙∙ zülal 
         
→          
                          │              │                               
hidroiz 
                          NO
2
          R 
 
                                         R             O 
                                         │ 
→ O
2
N─              ─NH─CH─C +   Aminturşular 
                          │                           OH 
                          NO
2
 
         Dinitrofenilaminturşu 
             (DNF)-aminturşu 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə