78
üsuli ilə təyin edirlər. Reaksiyaları dəfələrlə təkrar etməklə
aminturşuların polipeptid zəncirində
N-terminal hissədən başla-
maqla hansı ardıcıllıqla yerləşdiyi aydınlaşdırılır.
Amintuşuların peptid zəncirində hansı ardıcıllıqla yerləş-
diyini aydınlaşdırmaq üçün kalium-sianatdan və 1-dimetilamin-
naftil-5-sulfonilxloriddən də istifadə etmək olar. Bu məqsədlə
ekzopeptidazalardan da (xüsusən, alanin və leysinaminopeptida-
zadan) istifadə olunur. Bu fermentlər peptid rabitələrinin sərbəst
amin qrupu olan tərəfdən hidroliz edir.
S-terminal aminturşunu təyin etmək üçün hidrazindən isti-
fadə edilir. Hidrazin (
H
2
N─NH
2
) peptid rabitəsində olan karbonil
(
═C═O) qrupuna təsir edərək hidrazonlar əmələ gətirir. O, peptid
zəncirində yalnız karboksil qrupu sərbəst olan aminturşuya təsir
edə bilmir. Deməli, hidrazinlə reaksiyaya girmiş zülalın hidroli-
zatında yalnız polipeptid zəncirində
S-terminal vəziyyətdə yerləş-
miş aminturşu sərbəst şəkildə tapıla bilər.
S-terminal aminturşunu təyin etmək üçün mədəaltı vəzinin
fermenti olan karboksipeptidazadan da istifadə olunur. Bu fermen-
tin zülala qısamüddətli təsiri zamanı polipeptid zəncirindən
S-
terminal aminturşu ayrılır. Ayrılan aminturşu müvafiq analitik
metodlarla tədqiq edilir.
Zülal molekulu bir-birilə disulfid rabitəsi
vasitəsilə birləşmiş
müxtəlif polipeptid zəncirindən ibarət olarsa, onu ayırmaq üçün
COOH COOH N─NH
2
O
R─CH─NH─C─CH∙∙∙
zülal
+ H
2
N
O
H
2
R─CH─NH─ C─CH─
zülal
R
1
R
1