N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

110 
 
 


111 
 
 


112 
 
RNT-in  4  növü  məlumdur.  Bunlar  miqdarına,  tərkiblərinə, 
xassələrinə və funksiyalarına görə bir-birindən fərqlənirlər.  
1)  Ribosom-rRNT-si  hüceyrədə  olan  bütün  RNT  kütləsinin 
80-85%-ni təşkil edir. Onun molekul kütləsi 1,7 mln Da şatır. 3-6 
min  nukleotiddən  əmələ  gəlir.  Onların  80-84%-i  spirallaşmış 
haldadır.  Sadə  zülallarla  birləşərək  ribonukleoproteid  hissəcikləri 
yəni  ribosomları  əmələ  gətirir.  rRNT-in  funksiyası  tam  aydınlaş-
dırılmamışdır. 
2) Nəqliyyat-nRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 
15%  -  ə  qədərini  təşkil  edir.  Onların  molekul  kütləsi  35000  Da 
çatır 60-90 mononukleotiddən təşkil olunmuşdur. nRNT-in funks-
yası  hüceyrədə  aminturşularını  zülalların  sintez  olunduğu    yerə-
ribosoma  daşımaqdan  ibarətdir.  nRNT  hüceyrədə  həll  olmuş 
haldadır.  Onun  molekulunda  minor  aminturşularının  sayı  digər 
RNT-dən artıqdır. 
3) Məlumat-mRNT hüceyrədə olan bütün  RNT  -  kütləsinin 
5%  -  ə  qədərini  təşkil  edir.  Onun  molekul  kütləsi  300  min-dən  4 
mln Daltona çatır. mRNT-sı hüceyrə nüvəsində DNT-ın iştirakı ilə 
sintez  olunur.  mRNT-sı  funksiyası  sintez  olunacaq  zülal  mole-
kulunun quruluşu haqqında olan məlumatı hüceyrənin nüvəsindən 
ribosoma aparmaqdır. Orqanizmdə saysız hesabsız zülal molekulu 
sintez olunur. Bunların hər birinin sintezi spesifik mRNT-sı vasi- 
təsilə idarə edilir. 
4)  Virus  -  vRNT-sı  virusların  və  faqların  tərkib  hissəsidir. 
Onlar virusun (hüceyrə sahibinin) çoxalmasında informasiya rolu-
nu oynayır. Molekul kütləsi 2 - 15 mln Dalton arası dəyişir. 
 
 
 
 


113 
 
4.2 DNT və NT- in birinci quruluşu 
 
Nuklein  turşularının  molekulunda  nukleotidlərin  yerləşmə 
ardıcıllığına,  onların  birinci  quruluşu  deyilir.  Bu  birləşmələrin 
birinci quruluşunu öyrənmək çox çətindir. Azot əsaslarının miqda-
rı analiz üsulu bu çətinliyi (E. Carqaff) qismən aradan qaldırdı.  
―Carqaff‖  qaydaları  adı  almış  bu  qanunauyğunluq  aşağıda-
kılardan ibarətdir.  
1.  DNT  -  molekulunda  quanın  və  adeninin  (purin  əsasları) 
molyar qatılığı miqdarca sitozın və timinin (pirmidin əsaslarının) 
molyar qatılığına bərabərdir A + Q = S + T. Bu qanunauyğunluq 
RNT - molekulunda özünü doğrultmur.  
2. DNT molekulunda adenin molekulları qlığının sayı timi-
nə,  quanın  molekulları  qalığının  sayı  isə  sitozinə  bərabər  A  =  T;  
Q = S. 
RNT molekulu  üçün bəzi  hallarda bu bərabərlik yaxınlaşsa 
da, əksər hallarda özünü doğrultmur.  
3.  Quaninlə  sitozini  molyar  miqdarının  cəminin  adeninlə 
timinin  molyar  miqdarının  cəminə  nisbəti 
T
A
S
Q


 DNT-ın 
spesfik göstəricisi olub hər bir canlı növü üçün sabit kəmiyyətdir. 
Bu  kəmiyyət  DNT-ın  spesfik  göstəricisi  adlanır.  Çox  vaxt  müx-
təlif mənbələrdən alınmış DNT – molekulunda A+T > Q+S. olur, 
belə  olduqda  onları  adenin  timin  tipli  (DNTAT)  adlandırırlar. 
Bütün  heyvan  və  bitkilərin,  həmçinin  bəzi  mikroorqanizmlərin 
DNT-sı adenin timin tiplidir. Mikroorqanizmlərin (xüsusən bakte-
riyaların) əksəriyyəti quanin sitozin tipinə mənsubdur. Q+S>A+T 
onları quanin sitozin tipli (DNTQS) adlandırırlar. DNT-ın spesifik 
göstəricisi  DNTAT  tiplilərdə  vahitdən  az,  DNTQS  tipli  DNT-
lərdə  isə  vahiddən  çox  olur.  İnsan  DNT-ın  spesifik  göstəricisi 


114 
 
0,66-dır. Canlılardan DNT-ın spesifik göstəricisi ən çox olan şüalı 
köbələkdir  (aktinomiset)  onun  spesifik  göstəricisi  2,73-ə  bəra-
bərdir. 
DNT  molekulu  nukleotidlərin  miqdarca  (Carqaff  qaydaları) 
münasibəti RNT-ın tərkibi üçün xarakterik deyil. 
RNT-ın  monomerlərinin  miqdarca  münasibətində  yanız  bir 
qanunauyğunluq vardır; burada altıncı karbon atomu ikiqat rabitə 
ilə  oksigenlə  birləşmiş  azot  əsasların  (ketoqruplar)  sayı,  həmin 
vəziyyətdə  amin  qurupu  yerləşən  azot  əsaslarının  (aminqurup) 
sayına bərabərdir. Q+Y=A+S 
RNT molekulu bir ədəd polinukleotid zəncirindən ibarətdir. 
Bu  zəncirdə  monomerlərin  yerləşmə  ardıcıllığı  RNT-ın  birinci 
quruluşunu zarakterizə edir. RNT-ın zənciri çox mütəhərrik oldu-
ğuna görə onun fəza konfiqurasiyası sabit deyil, dəyişkəndir. 
Son  zamanlar  DNT-ın  birinci  quruluşunda  nukleotidlərin 
düzülmə  ardıcıllığını  müasir,  tez  təyin  olunan  üsullarla  müəyyən 
olunur.  
Ən  çox  birinci  quruluşu  aydınlaşdırılan  nəqliyat  nRNT 
molekullarıdır.  Çünki  onların  tərkibində  75-90  nukleotid  olur.      
nRNT-ın tərkibində A,Q,U,S əsaslarından başqa 10% minar  azot 
əsasları da mövcutdur. 1965-ildə R.U.Xolli və əməkdaşları çörək 
məmulatlarında  alanin  nRNT-ın  tam  nukleotid  ardıcıllığını  ver-
mişdir. Aşağı temperaturda xüsusi fermentlərin köməyi ilə alanin 
nRNT-si  oliqonukleotidlərə,  sonra  isə  kimyəvi  üsulla  nukleotid 
ardıcıllığı açıqlanmışdır. Az sonra A. A. Bax və əməkdaşları valin 
nRNT-sının  birinci  quruluşu  açıqlanmışdır.  Hazırki  vaxtda  2000-
dən çox nRNT-ın birinci quruluşu məlumdur. 
Yüksək molekullu n RNT-dən birinci quruluşu ən çox öyrə-
niləni ana bətində uşaqlığın RNT quruluşudur. 
Beynəlxalq ―İnsanların geni‖ proqramının məqsəd və vəzi- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə