N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   27   28   29   30   31   32   33   34   ...   107

120 
 
kulundan misallarla izah edin. Nukleotidlər arası əlaqəni göstərin. 
5. RNT-in növlərini və funksiyalarını sadalayın. 
6. DNT və RNT-in birinci quruluşunu aydınlaşdırın. 
7.  DNT-in  və  RNT-in  ikinci  quruluşunu  aydınlaşdırın. 
Kompementarlıq pirinsipini izah idin. 
8. NT-in üçüncü quruluşunu DNT və nRNT-si molekulunda 
aydınlaşdırmalı.  Xromoson  və  nukleosom    haqqın-da  məlumat 
verməli. 
9.  Nukleoproteidlərin  tərkibində  zülallar  və  NT-i  bir-  birilə 
nə cür əlaqədədir. 
10. Üçüncü quruluşa malik DNT və RNT-i sadalayın. 
11.  Azot  əsasları  bir-birindən  hansı  əlamətlərinə  görə 
fərqlənirlər? 
12. ATF-in orqanizimdə bioloji rolu nə ilə izah olunur? 
13. RNT-növlərinin molyar kütləsi ən çox olan hansıdır? 
14. DNT-ilə DRNP-in fərqi nədir. 
 
 
 
 


121 
 
V FƏSİL 
 
5. FERMENTLƏR. 
Fermentlər  (enzimlər)-biokatalitik  aktivliyə  malik  olan 
yüksək  spesifik  zülal  tərkibli  üzvi  maddələrdir.  Fermentlərin 
yüksək spesifikliyi və qüvvətli təsir xüsusiyyətlərinə malik olması 
sayəsində, maddələr mübadiləsi ciddi ardıcıllıq üzrə həyata keçir. 
Fermentlərin  adi  ferveo  sözündən  götürülmüşdür.  Bu  da  latınca 
qıcqırdan  deməkdir.  Genlərin  fəaliyyəti  də  fermenlərlə  tənzim 
olunur.  Ona  görə  fermentlər  deferensiasiya  və  inkişaf  proseslə-
rində  də  mühüm  rol  oynayır.  Biokimyanın  fermentlərin  öyrənil-
məsi ilə məşğul olan sahəsinə fermentologiya və ya enzimologiya 
deyilir.  
 
 
 
Fermentlər  bir sıra  əlamətlərinə  görə  qeyri-üzvi  katalizator-
lardan fərqlənirlər.  
1.  Fermentlər  qeyri-üzvi  katalizatorlardan  fərqli  olaraq  çox 
incə  bir  şəraitdə  (aşağı  temperaturda,  normal  atmosfer  təzyiqdə, 
müəyyən  bir  pH  mühitində  və  s)  təsir  göstərir  və  aktivdirlər. 
Məsələn,  katalaza fermentinin  tərkibində olan 1  mq  Fe
3+
 ionu  10 
mld dəfə, qeyri-üzvi birləşmələrdə katalitik təsir edən Fe
3+ 
ionun- 


122 
 
dan aktivdir. 
2.  Fermentlər  qeyri-üzvi  katalizatorlardan  fərqli  olaraq 
spesifik  təsirə  malikdirlər.  Hər  bir  ferment  yalnız  bir  biokimyəvi 
reasiyanı və  ya qurup halında bir tirəyə mənsub olan biokimyəvi 
reasiyaları kataliz edir. 
3. Hər bir fermentativ biokimyəvi reaksiyanın sürəti hücey-
rələrdə özünü tənzimləmə sistemi ilə tənzimlənir.  
Orqanizimdən  ayrılmış  ferment  təsir  xüsüsiyyətinə  malik 
deyildir. Bundan ötrü ayrılmış ferment kimya, əczaçılıq və həmçi-
nin qida sənayesində geniş istifadə olunur. 
 
 
 
5.1 Fermentlərin ayrılması və təmizlənməsi. 
 
Fermentlərin kimyəvi tərkibini, xassələrini, təsirini və başqa 
xüsüsiyyətlərini öyrənmək üçün onları insan və heyvan material-
larından  (həzm  şirələri,  qan,  toxumalar,  orqanlar,  hüceyrə  ele-
mentləri  və  s.),  bitkilərdən,  mikroorqanizmlərdən  ayırmaq  və 
təmizləmək  lazımdır.  Bu  məqsədlə  bioloji  materialdan,  sudan, 
bufer  məhlulundan,  qiliserinlə  suyun  qarışığından  və  üzvi  həlle-
dicilərdən  (aseton,  etil  spirti  və  s.),  fizioloji  məhluldan  istifadə 
etməklə  ekstraktı  və  ya  homogenatı  (homogenizatorda  və  ya 
həvəngdə  xırdalanmış  kütləsi)  alınır.  Homogenatı  müxtəlif  sürət-
lərdə sentrifuqa etməklə hüceyrənin ayrı-ayrı hissələrindən (mito-
xondriyalar,  ribosomlar  və  s.)  də  fermentləri  ayırmaq  olar.  Bu 
hissələrdən  fermentlər  növbə  ilə  dondurmaq  və  donunu  açmaqla, 
yaxud  detergentlərin  (çox  yüksək  səthi  fəal  maddələrin:  dezoksi-
xolatın və s.) təsiri ilə çıxarılır. Hidrolazalar əsasən lizosomlarda, 
Krebs  siklinin və  sitoxrom sisteminin fermentləri isə  mitoxondri-


123 
 
yalarda  lokalizasiya  olunmuşdur.  Bəzi  fermentlər  Holci  apara-
tında, digərləri isə endoplazmatik torda yerləşir. 
 Fermenləri  ayırmaq  üçün  aseton  tozlarından  da  istifadə 
olunur.  Həmin  məqsədlə  yoxlanan  material  (qaraciyər,  böyrək, 
ürək,  dalaq,  bağırsaq  və  s.)  əzilərək,  bir  neçə  dəfə  soyudulmuş 
asetonla işlənir. Bu zaman yağabənzər maddələr və s. kənar edilir. 
Belə işlənmiş material qurudulduqdan sonra bircinsli toza çevrilir. 
Sonuncudan  da  bufer  məhlulu  və  ya  başqa  həlledici  ilə  fermentli 
ekstrakt  alınır.  Ekstraktdan  fermenti  ayırmaq  üçün  zülallar  aşağı 
teperaturda  spirtlə,  asetonla  və  duz  məhlulları  (ammonium  sulfat 
və s.) ilə çökdürülür. 
Fermentlərin ayrılmasında adsorbisiya hadisəsindən, gelfilti- 
rasiya,  elektrofores  və  xromatoqrafiya  üsullarından  da  istifadə 
olunur. 
Ayrılmış  fermentlərin  bircinsliyi  və  təmizlik  dərəcəsi  həll 
olmalarına  görə,  elektroforez,  xromatoqrafiya  üsulu  ilə,  ultrasen-
trifuqa etməklə və fəallıqlarının təyininə görə müəyyənləşdirilir.  
Fermetlərin öyrənilməsində  K. S. Kirxhofun böyük xidməti 
olmuşdur. O,1814-cü ildə səməni ekstraktında nişastanı maltozaya 
qədər parçalayan maddənin olduğunu müəyyən etmiş, ona amilaza 
adı vermişdir. 1833-cü ildə isə Fransa alimləri A. Payen və J.Perso 
arpanın  cücərtilərindən  amilazanı  ayırmaqla  ilk  ferment  prepara-
tını əldə etmişlər. Daha sonra bu sahədə XIX əsrin ikinci yarısında 
E. Buxner, M. Manasseina, A. Lebedev və b. böyük tədqiqat işləri 
aparmışlar. Fermentlərin öyrənilməsinə dair XX əsrin birinci yarı-
sında  İ.  Pavlov,  A.  Bax,  C.  Samner,  D.  Nortop,  H.  Eyler,  V.  
Engelhard, Varburq və başqaları da çox işlər görmüşlər. Bu alim-
lərin  işləri  sayəsində  fermentlərin  kimyəvi  tərkibinin  və  bioloji 
xüsusiyyətlərinin öyrənilməsində yeni dövr açıldı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə