N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

115 
 
fəsi  insan orqanizmində  olan bütün  DNT və RNT molekullarının 
quruluşunu aydınlaşdırmaqdır.  
 
 
4.3 DNT və RNT-in ikinci quruluşu 
 
Nuklein  turşusu  molekulunu  təşkil  edən  monomerlərin 
(nukleotidlərin)  fəzada  tutduğu  mövqe  (fəza  konfiqurasiyası) 
onların ikinci qururluşu adlanır.  
1953-cü  ildə  D.  Uotson  və  F.  Krik  NT-in  hidroliz  məhsul-
larının kimyəvi quruluşuna, Çarqaff qaydasına və rentgenostruktur 
analizdən  alınan  nəticələrə  əsaslanaraq  DNT  molekulunun  iki 
ədəd spiralvarı, bir-birinə sarınmış polinukleotid zəncirindən iba-
rət  olmasını  sübut  etdilər.  Bu  zəncirlərdə  azot  əsasları  bir-birinə 
doğru  çevrilmiş  şəkildə  spiralın  daxili  hissəsində,  fosfat  turşusu 
qalıqları  isə  xaricdə  yerləşir.  Polinukleotid  zəncirləri  bir-biri  ilə 
purin  və  pirmidin  əsaslarının  arasında  əmələ  gələn  hidrogen 
rabitələri  vasitəsilə  birləşir.  Hidrogen  rabitələri  adenini  timinlə, 
quanini  isə  sitozinlə  birləşdirir.  Adeninlə  timin  arasında  iki, 
quaninlə sitozin arasında üç ədəd hidrogen rabitəsi olur. Hidrogen 
rabitələrinin mövcudluğu DNT molekulunun ikiqat zəncirin əmələ 
gəlməsində ən mühüm rol opynayan amillərdən biridir. 
DNT molekulunda purin və pirimidinin qarşı-qarşıya yerləş-
məsi, bu əsasların molayar miqdarının bir-birinə bərabərliyi haqda 
olan Çarqaff qaydasına uyğun gəlir. Bu molekullarda purin əsası-
nın qarşısında mütləq pirimidin əsasları yerləşməlidir (A–T; Q–S), 
iki purin və  ya  iki pirimidin törəməsinin qarşı-qarşıya dayanması 
qeyri-mümkündür. 


116 
 
 
 
DNT  molekulunda  polinukleotid  zəncirində  monomerlərin 
yerləşmə  ardıcıllığı  digərindən  fərqlənsədə  onlar  arasında  müəy-
yən əlaqə də vardır. Belə ki, əgər bir zəncirin müəyyən hissəsində 
adenin  yerləşirsə  digər zəncirdə  onun qarşısında  timin. Həmçinin 
birində  quanin  yerləşirsə, digərində  sitozin  yerləşir. Deməli DNT 
molekulunda olan zəncirlər bir-birini tamamlayır.  
1-ci zəncir --- A─Q─A─T─S─S─T─ --- 
2-ci zəncir ---T─S─T─A─Q─Q─A─ --- 
DNT  molekulunda  bu  ardıcıllıq  Çarqaff  qaydasına  uyğun 
gəlir. Bu molekullarda mütləq purin əsasının qarşısında pirimidin 
əsasları  yerləşməlidir.  DNT  molekulunda  mononukleotidlərin 
düzülüş  qaydasının  belə  asılılığı  komplementarlıq  (tamamlama) 
prinsipi adlanır. 
DNT  molekullarında  nukleotidlər  arasındakı  məsafə  0,34 
nm –dir. Spiralın hər bir dövrəsində qarşı-qarşıya yerləşmiş 10 cüt 
nukleotid  olur.  Hər  bir  dövrənin  tamamlanması  üçün  3,4  nm 
məsafə  lazım  gəlir.  İkiqat  spiralın  eninə  diametri  2,1  nm,fosfat 
atomu  ilə  DNT  spiralının  mərkəzi  oxu  arasındakı  məsafı  isə  1,2 


117 
 
nm-dir. Spiralların komplementarlıq prinsipi ilə bir-birini tamam-
laması çoxlu sayda hidrogen rabitələri hesabına baş verir.  
DNT  molekulundan  fərqli  olaraq  RNT  molekulu  bir  poli-
nukleotid  zəncirindən  əmələ  gəlmişdir.  RNT-in  ikincili  quruluşu 
fəzada  polipeptid  zəncirinin  natamam  spiral  şəkilini  (50%-ə 
qədər) almasıdır. Onun yalnız bəzi hissələri adeninlə timin arasın-
da  olan  iki  və  quaninlə  sitozin  arasında  əmələ  gələn  üç  hidrogen 
rabitəsi hesabına qısa və natamam spiral şəkli alır.  
 
 
 
RNT  molekulunda  polinukleotid  zəncirlərinin  burulma 
yerlərindən  DNT  molekulunda  olduğu  kimi  komplementarlıq 
prinsipi ilə bir-birini tamamlamır.  
 
 
4.4 NT-ın üçüncü quruluşu 
 
Hər  bir  NT  molekulu  fəzada  ümumi  bir  superspirallaşma 
halına  malik  olur  ki,  bu  da  onların  üçüncü  quruluşunu  əmələ 


118 
 
gətirir.  Bu  hal  ən  çox  fenilalanin  nRNT-si  üçün  öyrənilmişdir. 
Rentgenostruktur  analiz  üsulları  ilə  nRNT  molekulunun  açılması 
göstərir ki, üş hissə fəzada bir-birinə sıx birləşmiş halda digər dör- 
düncü hissə (antikod) əks istiqamət dartılmış halda yerləşir.  
 
 
 
Xromatinin və xromosomun tərkibində DNT üçüncü quruluş 
halında superspirallaşmış formada mövcuddur. Xromotinin struk-
tur  vahidini  nukleosomlar  təşkil  edir.  Nukleosomlar  DNK  spiralı 
ilə əhatə olunur ki, orada 8 nüvəli əsasi xassəli zülallar (histonlar) 
yerləşir. 
 
 


119 
 
4.5 Nukleoproteidlər 
 
Nuklein  turşuları  sərbəst  halda  yaşamırlar  (n  RNT-dən 
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallar-
la  əlaqəli  şəkildə  fəaliyyət  göstərirlər.  İki  tipdə  nuklein  turşuları 
(DNT və RNT) olduğu kimi, bunlara müvafiq nüvənin tərkibində 
dezoksiribonukleoproteinlər  (DRNP)  və  ribosomların  tərkibində 
ribonukleoproteinlər  (RNP)  olur.  RNP  və  DRNP-lər  mürəkkəb 
aqreqatlardır.  Onlar  1-2  molekul  NT-dən  və  çoxlu  sayda  ona 
birləşmiş zülal substratlardan əmələ gəlmişdir.  
RNP- ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu 
virusun molekul kütləsi 2,1∙10
6
 Da-dır və 2200 zülal substratından 
ibarətdir.  Nukleoproteidlərdə  NT  və  zülal  molekulu  bir-birini 
tənzimləyirlər.  Bu  da  hər  iki  komponentin  denaturasiyaya  qarşı 
davamlılığını  artırır.  RNP-hissəcikləri  (ribosomlar)  zülalların 
biosintezində,  DRNP-hissəcikləri  (nukleosom  nüvələri)  xromo-
somların  hüceyrə  aparatının  formalaşmasında  və  funksyalaşma-
sında əsas rol oynayır.  
 
 
 
Mövzuya aid suallar  
 
1. Nuklein turşularının orqanizmdə funksyalarını xarakterizə 
edin. 
2.  Purin,  pirimidin  və  minar  əsaslarının  tərkibi,  keto-enol 
formasını, tautomerliyini və hidrogen rabitəsini izah edin. 
3.  Çarqaff  qaydasını  DNT  və  RNT  molekulunda  izahını 
verin. 
4. Nukleozidlər və nukleotidlər nədir. DNT və RNT mole- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə