96
2. Nəqliyyat funksyası. Bir çox zülallar müxtəlif tərkibli
maddələrlə birləşərək onları hüceyrənin bir hissəsindən digərinə
daşınmasını təmin edir. Məsələn, qanın eritrositlərinin tərkibində
olan hemoqlobin O
2
və CO
2
-ın toxumalara daşınmasını yerinə
yetirir.
Hüceyrə membranının tərkibində xüsusi tərkibli zülallar
vardır ki, onlar aktiv təşkil olunmuş formada bir çox maddələri və
ionları özlərinə birləşdirərək hüceyrə daxilinə və xaricinə daşın-
masını təmin edirlər. Bu daşınmanın hesabına hüceyrə və toxuma-
larda maddələr mübadiləsinin və enerji mübadiləsinin getməsi
üçün şərait yaranır. Orqanizmin bütün hüceyrə və toxumaları bu
prosesdə iştirak edir.
97
3. Tənzimləyici funksyaları. Bəzi zülallar hormon funk-
syası, yəni tənzimləyici rolunu yerinə yetirir. Hormonlar bioloji
aktiv maddələrdir, onlar xüsusi vəzilərdə sintez olunaraq qana da-
xil olur və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.
İnsulin hormonu qanda qlükozanın miqdarını tənzimləyir və
qlükozanın qlikogenə çevrilməsini təmin edir.
4. Reseptor funksyası. Zülal reseptorları hüceyrə membra-
nında zülalların qurulmasında iştirak edirlər. Onlar bu funksyanı
98
yerinə yetirdikləri zaman hər hansı bir kimyəvi birləşməni özünə
birləşdirmək üçün hətta öz quruluşlarını da dəyişməyə qadirdirlər.
5. Müdafiə funksyası. Orqanizmə yad zülallar və ya mikro-
orqanizmlər (antigenlər) daxil olduqda orqanizmin özündə bəzi
müdafiə xarakterli (antigellər) zülallar sintez olunur ki, həmin
zülallar antigenlərlə əlaqəyə girərək onları məhv etmək funksya-
larına malikdirlər.
Müdafiə funksyası daşıyan fibrin zülalı fibrinogendən əmələ
gəlir və qanaxmanın qarşısını alır.
99
6. Hərəkət funksyası. Qısa əzələlərin xüsusi zülalları (aktin
və miozin) hüceyrənin və orqanizmin bütün hərəkətlərinin yerinə
yetirilməsində iştirak edir. Aktin və miozin təkhüceyrəlilərdə və
çoxhüceyrəlilərdə əzələ qısalması prosesində iştirak edir. Həmçi-
nin bu zülallar bitkilərdə yarpaqların hərəkət proseslərində və s.
iştirak edir.
100
7. Ehtiyyat funksyaları. Bu funksyaları ehtiyatda olan
zülallar yerinə yetirir. Ehtiyyat zülalları enerji ehtiyatı yığır.
Hemoqlobinin parçalanmasından ayrılan dəmir ionu orqanizmdən
xaric olunmur, orqanizmdə qalaraq bəzi zülallarla ferritin tərkibli
komplekslər əmələ gətirir.
8. Energetik funksya. Orqanizmdə karbohidratlar və lipid-
lər azlıq təşkil etdikdə bəzi zülallar parça-lanaraq enerji kimi
istifadə edilir. Bir qram zülalın parçalanmasından 17,6 KCoul
enerji alınır. Zülallar əvvəlcə aminturşulara sonra isə son məhsul
olaraq CO
2
, NH
3
və H
2
O parçalanırlar.
101
9. Katalitik funksiya. Bir çox qlobulyar zülallar ferment
kimi funksyaya malikdir. Ferment zülallar biokimyəvi reaksiyaları
kataliz edir, onları sürətləndirir. Fermentə birləşərək reaksiyanın
sürətini dəyişən molekula – substrat adlanır.
Substratın fermentə birləşən hissəsi fermentin aktiv mərkəzi
adlanır. Aktiv hissə bir neçə aminturşu qalığından ibarət olur ki,
onlar katalitik aminturşular adlanır.
102
Mövzuya aid suallar
1. Zülalların kimyəvi tərkibini, molekul kütləsini və
molekulunun formasını xarakterizə edin.
2. Zülalların ayrılması və fraksiyalaşdırılma üsullarını
göstərin.
3. Zülalların aminturşu tərkibini, onların aminturşu radikal-
larından asılı olaraq xassələrinin xarakterik xüsusiyyətlərini,
peptid əlaqəsini izah edin.
4. Zülalların birinci və ikinci quruluşu ilə əlaqəli olaraq
bioloji xassələrini xarakterizə edin.
5. Zülalların üçüncü və dördüncü quruluşunu aydınlaşdırın.
Bu quruluşların yaranmasında hansı rabitələr əsas rol oynayır?
6. Zülalların fiziki-kimyəvi xassələrini yazın. Çökmə ilə
denaturasiyanın fərqini izah edin.
7. Zülalların neytral, turş və əsasi xassəli olmasını,
izoelektrik nöqtə və pH-ı barədə məlumat verin.
8. Hansı zülallar dördüncü quruluşa malikdirlər?
9. Zülalların prostetik qrupunu hansı birləşmələr əmələ
gətirə bilər?
10. Sadə zülallardan insan orqanizmində rast gəlinənlər
hansılardır?
11. Polipeptidlər zülallardan hansı əlamətlərilə fərqlənir?
12. Metaloproteidlərin bioloji rolunu aydınlaşdırın.
103
IV FƏSİL
4. NUKLEİN TURŞULARI
Nuklein turşuları- elementar tərkibli azot əsasları, pentozalar
və fosfat turşusu olan yüksəkmolekullu birləşmələrdir. Nuklein
turşularını ilk dəfə 1868-ci ildə İsveç həkimi F. Mişer sarğı
materiallarında olan irin hüceyrələrində qeyr-adi fosforlu birləşmə
olduğunu aşkar etdi və bunları nukleinlər (latınca nulkeus-nüvə)
adlandırdı. 1889-cu ildə Z. Altman heyvan toxumalarından və
maya köbələklərindən nuklein turşularının zülallardan ayrılmasına
nail oldu. Daha sonra Kossel hüceyrələrdə NT-nin iki növü
olduğunu aydınlaşdırdı. XX əsrin əvvəllərində Levin və Qulland
NT-nin makromolekulyar strukturu haqqında nəzəriyyə irəli
sürdülər.
Son zamanlar NT-nin rolu haqqında məlumatlar əldə
edilmişdir: onlar genetik informasiyaların mühafizə olunmasında,
saxlanmasında, nəsildən nəsilə ötrülməsində və bu informasiyala-
rın həyata keçrilməsində vacib komponentdir. NT-i zülalların və
hüceyrə orqanoidlərinin sintezini idarə edir, biokomplekslər
formasında fəaliyyət göstərir.
4.1 Nuklein turşularının kimyəvi tərkibi və növləri
Müxtəlif mənbələrdən alınan NT tam hidroliz olunduqda
pirimidin və purin əsasları, pentozalar və həmçinin fosfat turşusu
əmələ gəlir. Natamam hidroliz zamanı nukleozid və nukleotidlər
alınır. NT-in hamısının tərkibində pirimidin əsaslarından sitozin,
urasil və timinə təsadüf edilir.
Dostları ilə paylaş: |