N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə52/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

həddi var. Hələlik tərəflər o həddi genişləndirməyə ehtiyatla yana-
şırlar.
Bunlar onu göstərir ki, Çinin xarici siyasətində liderlik iddiaları
Şərq müdrikliyi pərdəsi ilə örtülsə də, atılan addımlar başqa məqam-
lardan xəbər verir. “Harmonik dünya” konsepsiyası Çinin prosesləri
öz maraqlarına uyğun idarəetməsi üçün imkanlar yarada bilər. Yəni
“harmoniyanın ritmi” Çinin maraqlarına cavab verən dərəcədə ol-
malıdır.
Yuxarıda təhlil etdiyimiz şərtlər daxilində Azərbaycan Uzaq Şərq
amilini, o cümlədən Çini xarici siyasətində nə dərəcədə nəzərə
almalıdır? Hələ keçən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan
Çin və Yaponiya ilə əməkdaşlığa başladı. Çinlə Azərbaycan arasında
diplomatik münasibətlər 1992-ci ilin aprelində quruldu. Lakin həmin
dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin bəzi millətçi çıxışları
rəsmi Pekinlə münasibətlərin inkişafına əngəl törətdi. Demək olar
ki, Çin kimi böyük bir dövlətlə az qala düşmən olmaq vəziyyəti ya-
ranmışdı.
Bu, Azərbaycanın dövlət maraqlarına cavab vermirdi. Müasir
tarixi şəraitə uyğun gəlməyən bir mövqe idi. Azərbaycan rəhbərliyi
nəzərə almalı idi ki, Çin sürətlə inkişaf edən, geniş islahatlar həyata
keçirən böyük bir dövlətdir. Onunla münasibətlərdə problem yaratmaq
əlavə çətinliklərdən başqa bir nəticə verməyəcək. Təsəvvür edək ki,
keçən əsrin 90-cı illərində ABŞ nəzəri səviyyədə Çinlə münasibətlərini
qurmağın variantlarını axtarırdı, Azərbaycan rəhbərliyi isə əlaqələri
sərinlədən bəyanatlar verirdi. Təbii ki, bu, uzun müddət davam edə
bilməzdi.
Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çinlə əlaqələrin
qurulmasına ciddi diqqət yetirildi. İlk olaraq, Azərbaycanın Çində
səfiri təyin edildi. Azərbaycan Prezidentinin Çinə səfəri 1994-cü il
martın 7-10-da oldu. Səfər zamanı ÇXR-in Sədri Tszyan Tszemin
qeyd etdi ki, “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə
böyük əhəmiyyət verir və bütün sahələrdə onunla dostcasına əmək-
daşlığın genişləndirilməsinə hazırdır” (3.5.1, s.112). Heydər Əliyev
164


Çinin iqtisadi sahədə apardığı islahatları yüksək qiymətləndirdi. O,
Azərbaycanın Çin təcrübəsindən yararlana biləcəyini vurğuladı. Ulu
öndərin Çində islahatların aparılması təcrübəsi ilə maraqlanması
təsadüfi deyildi. Burada bir qədər geniş aspektdə problemə nəzər
salmağa ehtiyac görürük.
Məsələ postsovet məkanı ölkələrində uyğun sosial-siyasi və iqti-
sadi-mədəni inkişaf modelini tapmaqdan ibarət idi. Bəzi keçmiş
sovet respublikaları dərhal ifrat siyasi liberalizmə meyl etdilər. Onlar
siyasi islahatları intensivləşdirdilər, iqtisadi sahə isə geridə qaldı.
Nəticədə, həmin cəmiyyətlərdə xaos yarandı, əhalinin ağır iqtisadi
vəziyyəti siyasi qarşıdurmaları daha da kəskinləşdirdi. Belə görünürdü
ki, siyasi liberalizm ölkənin xüsusiyyətlərini nəzərə almaqla həyata
keçirilməlidir.
Heydər Əliyev bunları çox yaxşı bilirdi. Ulu öndər əvvəlcə iqtisadi
islahatlara üstünlük vermək kursunu seçdi. Siyasi islahatları da
tədricən apardı. İqtisadi infrastrukturun yeniləşməsi cəmiyyətdə
sabitliyin yaradılmasına çox kömək etdi. Bu yolu artıq keçmiş bir
dövlət kimi Çin Heydər Əliyevi əlbəttə, maraqlandırırdı. İlk səfərində
ümummilli lider Çində həyata keçirilən iqtisadi islahatlarla dərindən
tanış olmağa üstünlük verdi. Ulu öndər Azərbaycan cəmiyyətinin mo-
dernləşməsi prosesində Çin təcrübəsindən istifadə etməyə çalışırdı.
Onu deyək ki, Latın Amerikası ölkələrinin bəzilərində modern-
ləşmənin mənfi nəticələr verməsi, müstəqilliyini yeni əldə etmiş
dövlətlər üçün də bir xəbərdarlıq idi. Çin ənənə ilə müasirləşmənin
maraqlı sintezini yarada bilən ölkə olaraq Azərbaycan rəhbərliyinin
diqqətini çəkirdi. Bütövlükdə Heydər Əliyevin Çinlə əlaqələr qurmağa
üstünlük verməsi, onun həmişə strateji maraqları nəzərə alaraq addım
atdığının göstərirdi.
ÇXR rəhbəri T.Tszemin Heydər Əliyevlə görüşündə Azərbaycanla
BMT çərçivəsində əməkdaşlığı genişləndirmək istədiklərini də vur-
ğuladı. Dağlıq Qarabağ məsələsində Çinin ehtiyatlı mövqe tutduğu
hiss edilirdi. T.Tszemin bu problemin yaranmasından narahatlığını
ifadə etdi. Eyni zamanda, Azərbaycan və Ermənistana problemi həll
etməkdə uğurlar arzuladı. Bu problemin hər iki tərəfə zərər verdiyini
165


söylədi. Çinin dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün
bərpasını, öz növbəsində Azərbaycan Prezidenti də Tayvan məsələsində
Çinin mövqeyini dəstəklədiyini bildirdi.
Bunlarla yanaşı, Çin Azərbaycana Cənub Qafqaz regionu müstə-
visində ölkələr arasında fərq qoymadan yanaşır. Çin Azərbaycanı
“üçüncü dünya”nın tərkibində görməklə bərabər, onu bütövlükdə
Cənub Qafqaz kontekstindən ayırmaq fik rində deyildi. Yəni Cənub
Qafqazın hər bir ölkəsinə layiq ol duğu aspektdə yanaşmaq xətti o
zaman rəsmi Pekinin hərəkətlərindən hiss olunmurdu. Həmin dövr
üçün bu cür yanaşma ümumiyyətlə, dünyanın əksər böyük dövlətlərində
müşahidə edilirdi. Rəsmi Bakı bundan problem yaratmaq fikrində
deyildi. Hesab edirik ki, Azərbaycan rəhbərliyinin məsələyə yanaşması
reallığa söykənirdi.
Nəzərə alaq ki, o illərdə Çin Azərbaycana iqtisadi və mədəni as-
pektlərdə nüfuz etməyə çalışırdı. Böyük bir dövlətin bu marağına
laqeyd qalmaq olmazdı. Eyni zamanda, əlaqələr inkişaf etdikcə
qarşılıqlı anlaşma ehtimalı da yüksəlir. Doğrudur, burada Çinin Qərb
ölkələrinin Azərbaycanda nüfuz sahibi olmasını əngəlləmək məqsədi
olduğu unudulmamalıdır. Bununla yanaşı, ölkəmizin enerji daşıyıcıları
ilə zəngin olması Çinin Azərbaycana marağını artırırdı.
Azərbaycan bu amillərdən istifadə edərək, Çinlə iqtisadi və
mədəni əlaqələri inkişaf etdirə bilərdi. Ona görə də, rəsmi Bakı
Çinlə münasibətlərin genişlənməsinə həmişə müsbət yanaşıb. Beləliklə,
iki ölkə arasında iqtisadi-ticari, texniki və mədəni əlaqələr genişləndi.
2002-ci ildə Heydər Əliyev Çinin Azərbaycana yeni təyin edilmiş
səfirinin etimadnaməsini qəbul edərkən, belə bir fikir söylədi: “Bizim
diplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə də
qalacaqdır, çünki Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsi
yoxdur, aramızda da heç bir problem yoxdur” (3.6.10).
Ulu öndərin Çin siyasətini Prezident İlham Əliyev uğurla davam
etdirir.  İlham Əliyevin Çinə ilk səfəri 2005-ci il martın 17-19-da
oldu. ÇXR-in sədri Hu Szintao bu səfərə böyük əhəmiyyət verdiklərini
açıq dedi. Rəsmi Pekin Azərbaycana Cənub Qafqazın lider dövləti
kimi münasibət göstərdi. Çin rəhbərləri bu haqda fikirlərini bildirdilər.
166


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə