N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov


IV Fəsil. XARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə2/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   ...   80

IV Fəsil. XARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ: 
ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF TENDENSİYALARI
4.1. Xarici siyasətin prioritetlərinin təsnifi.............................................176
4.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi amillərlə 
xarici siyasətin əlaqəsi............................................................................181
4.3. Böhranlı situasiyaların həlli: ərazi bütövlüyünün 
təmini və regional təhlükəsizlik .............................................................188
4. 4. Beynəlxalq təhdidlər şəraitində əməkdaşlıq imkanları ..................199
4.5. Azərbaycanın modernləşməsi və xarici siyasətin transformasiyası 220
Nəzəri ümumiləşdirmələr .......................................................................229
Yekun......................................................................................................233
Ədəbiyyat siyahısı ..................................................................................240
Adlar göstəricisi .....................................................................................255
Summary ................................................................................................259
Резюме ...................................................................................................260
Müəllif haqqında ....................................................................................262
10


GİRİŞ
Qədim Şərq kəlamlarından birində deyilir: “Düşüncə 
lərinizə
diqqət edin – onlar davranışlarınızın başlanğıcıdır”. Bu fikir həyat
fəlsəfəsidir. Onun siyasət və diplomatiyaya da aidiyyəti var. Bəlkə
Uinston Çörçill ona görə xatırladırdı ki, “diplomat heç nə deməmək
üçün gərək iki dəfə fikirləşsin”. Mənim bu kitabda dediklərim de-
mədiklərimin cüzi bir qismidir...
1997-ci il həyatımda dönüş nöqtəsi oldu. Böyük dövlət xadimi
Heydər Əliyev məni məsul bir vəzifəyə təyin etdi. O vaxtdan çətin,
mürəkkəb və olduqca məsuliyyətli bir sahə olan xarici siyasətdə ça-
lışıram. Kitabda bu sahədə fəaliyyət göstərdiyim dövrdə bilavasitə
müşahidə etdiyim beynəlxalq münasibətlərə təhlili yanaşma tətbiq
edilmişdir. Mənim üçün çox çətin və məsuliyyətli bir prosesdir...
Azərbaycanın xarici siyasət kursu faktiki olaraq, 1993-cü ilin
ikinci yarısından formalaşmağa başladı. Həmin dövr çox ziddiyyətli
tendensiyalarla dolu idi. Dünya səviyyəsində cərəyan edən siyasi,
iqtisadi, mədəni, geosiyasi, hərbi və ideoloji proseslər müstəqilliyini
yeni əldə etmiş ölkələrə güclü təsir göstərirdi. Qərbin Samuel Han-
tinqton, Alvin Toffler, Zbiqnev Bjezinski, Henri Kissincer, Sol Kohen,
Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay və b. kimi nəhəng
geosiyasi konsepsiyalar yaradan siyasətşünasları yetişmişdi. Qərb
11


dövlətləri çox güclü idilər. Sosialist düşərgəsi dağıldığından yeni
müstəqil ölkələr taleyin hökmü ilə güclülərin təsir sahəsinə atılmış
müdafiəsiz məkanlara, yelkənsiz qayıqlara çevrilmişdi. Belə bir mü-
rəkkəb vəziyyətdə Azərbaycanı müstəqil, suveren və demokratik
dövlət quruculuğu kursuna çıxara biləcək böyük şəxsiyyətə ehtiyac
var idi. Azərbaycan xalqı belə bir şəxsiyyəti yetişdirmişdi. Bu,
Heydər Əlirza oğlu Əliyev idi!
Mahiyyət etibarilə bir kitab çərçivəsində ölkənin xarici siyasət
kursunun bütün incəlikləri ilə təhlilini vermək mümkün deyil. Ümum-
milli liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla
davam etdirdiyi bu kurs 20 il müddətində səmərəli işləyən mürəkkəb
bir sistem kimi özünü tam təsdiq etdi. Ötən müddətdə ölkəmiz göz-
lənilməz ziddiyyətli məqamlarla üzləşdi. Müxtəlif tərəflərdən təzyiqlər
oldu. Daxildə ölkəni parçalamaq planları quranlar da tapıldı. Bütün
bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək
üçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursu
yarandı. Qlobal miqyasda geosiyasi vəziyyətin dəyişməsinə praktik-
əməli səviyyədə adekvat reaksiya verə bilən siyasi fəaliyyət xətti
işləndi. Bu kitabda olduqca çətin və müəyyən məqamlarda dramatik
dinamizmlə dolu həmin prosesin təhlilinə cəhd edilmişdir. Müasir
geosiyasi nəzəriyyələrdə irəli sürülən baza ideyaların təhlili işığında
ölkənin xarici siyasət kursuna nəzər salınmış, əldə edilən nəzəri qə-
naətlərlə real vəziyyət arasında qarşılıqlı əlaqələrə ayrıca diqqət ye-
tirilmişdir.
Əsərin ideya təkamülü aşağıdakı kimidir. Birinci fəsil geosiyasi
nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr edilmişdir. Həmin
ideya təkamülü prizmasından müasir geosiyasi konsepsiyalar təhlil
edilir.
İkinci fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional
geosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi müstəvisində nəzər yeti-
rilmişdir. Ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə
sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandı-
rılmışdır. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması mə -
sələsi həmin aspektdə təhlil olunur.
12


Üçüncü fəsildə güclü dövlət konsepti və regional liderlik arasındakı
əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma
imkanları müstəvisində baxılmışdır. Problem yeni dünya nizamının
təşəkkül tapdığı bir dövrdə geosiyasi təsiri olan çoxlu sayda ölkələrin
meydana çıxmasından ibarətdir. Azərbaycanın bu prosesin harasında
ola biləcəyi məsələsi aktualdır. Biz həmin istiqamətdə mümkün ye-
niləşmə tendensiyalarına hazır olmalıyıq. Həmin kontekstdə bir sıra
mülahizələrimizi oxucularla bölüşmək qərarına gəldik. Onu da qeyd
edim ki, təhlillər ölkəmizin imkanlarının geniş olduğunu təsdiqləyir.
Nəhayət, sonuncu fəsildə xarici siyasətin prioritetləri bir-biri ilə
qarşılıqlı əlaqədə və qlobal miqyasda geosiyasi dəyişmələrin işığında
nəzərdən keçirilmişdir. Burada Azərbaycan rəhbərliyinin ardıcıl
olaraq həyata keçirdiyi modernləşmə kursu ilə xarici siyasətin trans-
formasiyası arasındakı daxili bağlılıq araşdırılmışdır. Həmin əsasda
proqnostik xarakterli müddəalar irəli sürülmüşdür. Müasir diploma-
tiyanın bir sıra xüsusiyyətlərinin təhlili əsasında onun gələcəkdə
oynaya biləcəyi rol haqqında tezislər təqdim edilir. Kitabın yekun
hissəsində gəldiyimiz qənaətlər ümumiləşdirilmiş və bu mövzu ilə
bağlı aktual hesab etdiyimiz gələcək tədqiqat istiqamətləri müəy-
yənləşdirilmişdir.
Kitabın iki fərqli cəhətini vurğulamaq istərdik. Mövzuya yanaş-
mamızın qısa səciyyəsini ayrıca vermək məqsədilə “Metodoloji
qeyd lər” bölməsində hansı metodoloji yanaşmaya üstünlük verdiyimizi
şərh etmişik. Hesab edirik ki, hər bir tədqiqatda aydın metodoloji
ya naşma  olmalıdır.
İkinci fərqli cəhət hər bir fəslin sonunda nəzəri ümumiləşdirmələrin
aparılmasından ibarətdir. Bu cür ümumiləşdirmələr irəli sürülən fi -
kirlərin daha konkret və dəqiq başa düşülməsinə və oxucunun əsərin
ideya inkişafını aydın görməsinə xidmət edir. 
13


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə