N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə3/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   ...   80

METODOLOJİ QEYDLƏR
Kitabda konkret elmi-metodoloji yanaşma əsasında təhlil aparılır,
bu məqsədlə müasir elmdə olan bir sıra yanaşmalara nəzər salınır.
Ümumiyyətlə, siyasətçilər, diplomatlar və analitiklər geosiyasi və
siyasi nəzəriyyələrin hazırlanmasında elmi metodologiyadan istifadə
edirlər ki, bu da Qərb və Rusiyada işlənən geosiyasi konsepsiyalarda
özünü daha aydın şəkildə büruzə verir.
Beləliklə, kitabda müasir fəlsəfi-elmi yanaşmalar əsasında konkret
metodoloji mövqe müəyyənləşdirilmiş, əsasən, XX əsrin tədqiqatçıları
Edqar Morin (1), Niklas Luman (2) və Danilo Zolonun (3) yanaşma-
larından, həmçinin Rusiyada elmlərin inteqrasiyasını tədqiq edən
alimlərin metodoloji yanaşmalarından istifadə edilmişdir. Fəlsəfi-
elmi səviyyədə olan metodoloji müddəaları siyasi nəzəriyyə üçün
yararlı məzmuna gətirmək məqsədilə müasir italyan siyasi nəzəriyyəçisi
D.Zolonun gəldiyi nəticələrə müraciət edilmişdir. Əldə edilən
metodoloji qənaətləri qısaca aşağıdakı kimi təqdim etmək olar:
1. Hər bir ölkənin xarici siyasətini dünya siyasi sisteminin alt -
sistemi kimi nəzərdən keçirmək mümkündür. Bu zaman konkret öl -
kənin xarici siyasətinin istifadə etdiyi əsas alət və dəyərlər ilə beynəl -
xalq münasibətlər sisteminin ümumi alət və dəyərləri daim qarşılıqlı
əlaqədə olur. Ona görə də müasir ölkələrin müstəqilliyi və suverenliyinə
bu konsepsiyadan kənarda baxılması elmi meyarlara uyğun deyil.
2. Ölkənin xarici siyasət kursunun avtonomluq dərəcəsi artdıqca, digər
ölkələrin xarici siyasət sistemləri ilə qarşılıqlı əlaqə tendensiyası da güc -
lənir. Bu, dövlətlərin xarici siyasət sahəsində başqaları ilə dialoqa, əmək -
daşlığa və təcrübə mübadiləsinə daha çox diqqət yetirməsi ehtiyacını
meydana çıxarır.
14


3. Açıq sistem kimi səciyyələndirdiyimiz xarici siyasət sahəsi
həm daxili siyasətdən, həm də qlobal siyasi sistemdən daima təsirlərə
məruz qalır. Xarici siyasət kursunun gücü bu təsirləri nə dərəcədə
“öz maraqlarına” uyğunlaşdıra bilməsi ilə müəyyən olunur. Bununla
yanaşı, mühüm məqamlardan biri də xarici siyasətdə atılan hər bir
addımın müsbət və ya mənfi əks-əlaqə formasında özünə qayıtmasıdır.
Yəni xarici siyasətdə atılan addım ümumi kursa uyğun olduqda,
müsbət amil kimi “özünə qayıdır” və onun gücünü artırır, əks halda
isə, mənfi təsir qismində geri qayıdaraq sistemi zəiflədir.
Sonuncu müddəa mürəkkəb mexanizmlə bağlıdır. Lakin biz onu
müasir beynəlxalq münasibətlər sisteminin mürəkkəbliyinə və çox-
funksiyalılığına görə vacib hesab edirik. Dolayısı ilə həmin məqam
müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlərin milli suverenliyinin
təmini probleminin nəzəri tədqiqində əsas rol oynaya bilər. Müasir
tarixi dövrdə ətraf aləmdən gələn təsirləri ciddi surətdə nəzərə
almadan milli dövlət quruculuğu prosesini uğurla həyata keçirmək
mümkün deyil.
Yuxarıda göstərdiyimiz metodoloji prinsiplər mövzuya ölkənin
xarici siyasət kursunu bütöv proses kimi nəzərdən keçirən kompleks
yanaşmanı ifadə edir. Bu keyfiyyətdə onu sistem kimi təsəvvür et -
mək olur. Qeyd olunan metodoloji prinsiplər həmin sistemin avto-
nomluğunu qoruması şərti ilə, digər sistemlərlə qarşılıqlı əlaqədə
tədqiq edilməsi üçün imkanlar açır. 
15


I Fəsil
GEOSİYASİ KONSEPSİYALARIN
İDEYA TRANSFORMASİYALARI
1.1. Müasir tarixi dövrün çağırışları
XX əsr bəşəriyyətin yaddaşında üç böyük hadisə ilə qaldı. Bunlar
iki dünya müharibəsi və sosialist düşərgəsinin dağılmasıdır. Bu
hadisələr tarixi missiyaları və xarakteri ilə fərqlənsələr də, geosiyasi
nəticələri mahiyyət etibarilə bir-birinə yaxındır. Birinci Dünya mü-
haribəsi Osmanlı imperiyasının varlığına, İkinci Dünya müharibəsi
Almaniyanın imperialist planlarına, sosialist düşərgəsinin dağılması
isə SSRİ və Mərkəz və Şərq Avropanın sosialist dövlətlərinin siyasi-
hərbi, sosial-mədəni birliyinə son qoydu. 100 il ərzində dünyanın
qlobal miqyasda üç dəfə silkələnməsi onun bütün sahələrdə strukturuna
və fəaliyyətinə ciddi təsir göstərdi. Hər üç hadisə dünya miqyasında
böhran vəziyyətinin yaranmasından sonra baş verdi.
Tarixi təcrübə göstərir ki, bu cür silkələnmələrdən sonra insanların
düşüncələrindən tutmuş, böyük dövlətlərin daxili və xarici siyasətinədək
bütün sahələrdə köklü dəyişikliklər baş verir. O cümlədən fəlsəfi,
elmi, siyasi, mədəni və iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr inten-
sivləşir. Birinci Dünya müharibəsi ərəfəsi və ondan dərhal sonra fəl-
səfədə yeni cərəyanlar və konsepsiyalar meydana gəldi. Köhnə mək-
təbləri tənqid edən yeni fəlsəfi sistemlər yarandı. Məsələn, ekzisten-
sializm, həyat fəlsəfəsi, praqmatizm və s. Geosiyasi nəzəriyyələrdə
də əvvəlkiləri (məsələn, coğrafi determinizmə və gücə əsaslanan
geosiyasi nəzəriyyəni) tənqid edən yeni konsepsiyalar (biheviorist
geosiyasi təlim, açıq cəmiyyət nəzəriyyəsi və s.) formalaşmağa
başladı. Elmdə (məsələn, təbiətşünaslıqda) və ədəbiyyatda da yeni
yanaşmalar meydana gəldi. İkinci Dünya müharibəsindən sonra
(əsasən, 1950-ci ildən başlayaraq) elmdə, ədəbiyyatda, fəlsəfədə,
siyasi nəzəriyyələrdə yeni konsepsiyaların sayı artdı və intensivləşdi.
16


Nəhayət, sosialist düşərgəsinin dağılması da geosiyasi nəzəriyyələrdə
fərqli anlayışların meydana gəlməsi ilə müşayiət olundu.
Üç tarixi hadisənin fərdlərin və bütövlükdə cəmiyyətlərin həyatında
etdiyi bu dəyişikliklərin fövqündə bizi maraqlandıran problem baxı-
mından diqqəti çəkən bir qanunauyğunluq da var. Məsələ ondan
ibarətdir ki, hər üç hadisə zəruri olaraq dünyanın siyasi xəritəsində
əsaslı dəyişikliklər etdi və bu keyfiyyətdə də insan övladı qarşısında
daha mürəkkəb məsələlər qoydu. XX əsr boyu sosial-mədəni,
geosiyasi, hərbi və iqtisadi mühitin ardıcıl olaraq mürəkkəbləşdiyini
müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mü-
rəkkəbləşməni bəşəriyyət üçün ümumi tendensiya kimi qəbul etməklə
yanaşı, onun ayrı-ayrı mərhələlərdə ön sıraya fərqli prosesləri də çı-
xardığını vurğulamaq lazımdır. Məhz bu kontekstdə demək olar ki,
sosialist düşərgəsinin dağılması iki mühüm olayı dünya siyasətinin,
geosiyasi və humanitar-elmi nəzəriyyələrin diqqət mərkəzinə gətirdi.
Onları “postsovet məkanı” və “yeni müstəqil dövlətlər” terminləri
ilə ifadə etmək olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni, geo -
siyasi və iqtisadi birliyin sürətlə parçalanması nəticəsində yenə
həmin məkanın birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi
ilə formalaşdırıldı. Bu cür yanaşma tarixin tələbi idi. Çünki sosialist
düşərgəsinin dağılması ilə ölkələr mövcud olduqları coğrafi məkandan
silinib atılmadı. Onların mövcudluğunun iki yolu var idi – ya bir-
birinə düşmən olub, sonu bilinməyən müharibələrə yuvarlanmaq, ya
da qloballaşan dünyada birgəmövcudluğun sivil yollarını tapmaq.
“Postsovet məkanı” ifadəsi həm də bu məkana daxil olmayanların
ona münasibətini əks etdirir. “Yeni müstəqil dövlətlər” termini isə
postsovet məkanında yaranmış yeni geosiyasi və siyasi reallığın
etiraf edilməsi anlamına gəlir.
20 ildən çox keçən müddət göstərdi ki, hər iki termin ən azı bu
dövr üçün yaşamaq hüququ qazanmışdır. Artıq nə “postsovet məkanı”,
nə də “yeni müstəqil dövlətlər” ifadələri heç kəsi təəccübləndirmir.
Əvəzində, bu məkanda yaranmış yeni müstəqil dövlətlərin milli
qurum olaraq inkişafı, onların demokratik dünyaya inteqrasiyası və
xarici siyasətlərinin prioritetləri ciddi maraq doğuran məsələyə çev-
17


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə