N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   ...   80

rilmişdir. Doğrudan da, sosialist düşərgəsi cəmiyyətləri eyni “bir
şineli atandan” sonra daha aydın dərk etdilər ki, “ölçüləri fərqlidir”.
Yollar ayrıldı, fərqli siyasi kurslar seçildi və hər kəs öz yolunda uğur
qazanmağın modellərinin axtarışına başladı. Ötən müddət ərzində
qət edilmiş yola nəzər saldıqda hər kəsin öz tarixi trayektoriyasının
formalaşdığını görürük. İllər bəzi ölkələr üçün uğurlu olmuş,
digərlərinin problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnə
düşüncə tərzindən əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər...
Əslində, biz XX əsrdə cəmiyyətlərin taleyində baş vermiş köklü
dəyişikliklərin ümumnəzəri təhlilini aparmaq niyyətində deyilik.
Keçən əsrin 90-cı illərində Azərbaycanın bir əsrin ərzində ikinci
dəfə müstəqilliyə qovuşmasının hansı qlobal silkələnmələr fövqündə
baş verdiyinə qısa nəzər salmaq istərdik. Dünyada baş vermiş üç
siyasi, geosiyasi, hərbi və mədəni-iqtisadi silkələnmələr xalqımızın
taleyində iki dəfə ciddi dəyişikliklər etmişdi. Keçən əsrin əvvəllərində
“demokratiya və azadlıq” sədaları Şərqdə ilk dəfə olaraq Cənub
Qaf qazın incisi adlandırılan Azərbaycanda yüksəldi.
1988-ci ildən başlayaraq Azərbaycan yenidən azadlıq və demokratiya
uğrunda gərgin və ağır mübarizənin mərkəzinə çevrildi. Bu dəfə ona
torpaqlarının bir qismini işğal etməklə zərbə vurdular. Sonra ümu-
miyyətlə, Azərbaycan adlı dövləti yer üzündən silmək planları ortaya
qoyuldu. Azərbaycan xalqı öz mədəniyyəti, dövlətçilik ənənəsi,
ideyası və ideologiyası ilə bu sınaqdan da üzüağ çıxdı. Azərbaycan
müstəqil dövlət kimi bir əsrdə ikinci dəfə bayrağını qaldırdı! İndi
Cənub Qafqazda ən böyük və ən uca bayraq Azərbaycanındır.
Düşündürücüdür ki,100 ildə üç dəfə “sökülüb yenidən özünü
bərpa edən” dünyada Azərbaycan niyə iki dəfə “söküldüsə də, yeni -
dən toparlana bildi”? Bu suala hələ tam cavab verilməyib. Məsələ
ilk baxışda bəsit görünə bilər. Lakin XX əsrin böyük filosof, sosioloq,
politoloq və başqa qabaqcıl təfəkkür sahibləri elə suallar qaldırırlar
ki, situasiyanın ciddiliyi və mürəkkəbliyi dərhal aydın olur. Məsələn,
müasir dövrün tanınmış filosofu və futuroloqu Frensis Fukuyama
güclü dövlətin formalaşması məsələlərini birbaşa XXI əsrdə dünya ni-
zamının təmini və idarəetmə ilə əlaqələndirir (bax: 1.1.1). O yazır ki,
18


bizim dövlət quruculuğu haqqında çox düşünməyimizə baxmayaraq,
anlamadığımız çox şeylər vardır (1.1.1, s.5). F.Fukuyama həmin
çətin məsələlər sırasında “güclü strukturları (dövlət strukturları
nəzərdə tutulur – N.M.) inkişaf etməkdə olan ölkələrə necə köçürməyi”
(1.1.1, s.5) ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə dağılması nəti-
cəsində cəmiyyətin tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi
mühitə düşməsi, onun bütövlüyünü saxlamaq şərti ilə transformasiyası
çox mürəkkəb problemdir. Həmin şərtlər daxilində Azərbaycanla
bağlı qoyduğumuz sualın cavabı trivial ola bilməz. Bizim fikrimizcə,
sualın cavabı Azərbaycanın geosiyasi mövqeyi və təbii sərvətlərindən
çox cəmiyyətimizin zəngin və özünəməxsus mədəniyyətə, dövlətçilik
ənənəsinə və yüksək passionarlığa sahib olmasındadır. Həmin
potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman liderlərini
yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin çağırışlarına məhz
bu potensialla cavab verib. Bir neçə dəfə repressiyalara, deportasiyalara
məruz qalmalarına baxmayaraq, onlar öz müstəqilliklərini heç nəyə
dəyişməmişlər. Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin
obrazlı ifadəsinə görə, Azərbaycan “G üçlüyü” (Geography, Geology,
Geopolitics) ölkəsi (1.1.2, s.12-15) olaraq bölgənin aparıcı dövlətinə
çevrildi.
1988-ci ildən başlayıb, 1993-cü ili iyun ayınadək isə Azərbaycanın
perspektivləri ilə bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə,
söhbət dövlətin qalıb-qalmaması məsələsindən gedirdi. O zaman ha-
kimiyyətdə olan qruplar emosional vətənpərvərlikdə ola bilsin ki,
nəyəsə qadir idilər, lakin mürəkkəb bir tarixi şəraitdə dövlətin müs-
təqilliyini və cəmiyyətin bütövlüyünü təmin etmək üçün bu keyfiyyət
yetərli deyildiF.Fukuyamanın haqqında bəhs etdiyi güclü dövlət
strukturlarını formalaşdırmadan müstəqilliyi qoruyub saxlamaq
mümkün deyildi. Bunun üçün isə strateji düşüncəli, uzaqgörən,
soyuqqanlı və qətiyyətli siyasətçi-lider lazım idi. Azərbaycan xalqı
1993-cü ildə həmin liderini meydana çıxardı. Bu, bir xalqın bir
əsrdə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlət
qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər Heydər Əliyev
Azərbaycanın müstəqil dövlətini və xalqını zamanın ziddiyyətləri
19


məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real inkişaf
xəttinə istiqamətləndirdi.
Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti və
tarixinin əhəmiyyətini xüsusi qeyd edirdi. Bütövlükdə Azərbaycanın
müstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq,
Ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini
dövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi.
Heydər Əliyev cəmiyyətin mədəni-intellektual potensialını və mənəvi
dəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi.
Problemin bu aspekti elmi baxımdan böyük əhəmiyyət kəsb edir.
Sosialist düşərgəsinin dağılmasından sonra meydana gələn müstəqil
dövlətlərin daxili və xarici siyasətinin təməlinə hansı prinsipi qoy-
masından onların gələcək dövlətçiliyinin taleyi asılıdır. O zaman bu
məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı daha
çətin amillərlə bağlı idi. Ölkəyə təcavüz vardı, müxtəlif istiqamətlərdən
təzyiqlər ara vermir, daxildə qeyri-müəyyənlik hökm sürürdü. Məhz
belə bir mürəkkəb və ziddiyyətli şəraitdə mədəniyyəttutumlu suverenlik
strategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə yanaşı, siyasi
xadim müdrikliyi də tələb edirdi. Heydər Əliyev dövlət idarəçiliyində
klassik və müasir anlamda dövlət quruculuğunun baza prinsiplərinə
əsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən geniş
istifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlar
qəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgün
çıxış yolu tapa bilirdi. Heydər Əliyev strateji hədəfləri daxili və
xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən
mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək
müəyyənləşdirirdi. Bütün bunlar Ulu öndərin dövlətçilik məfkurəsinin
başlıca siyasi, ideoloji və nəzəri əsaslarının zənginliyini nümayiş
etdirir. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu seçimi
tarixi əhəmiyyətə malikdir. Bu kursda daxili siyasətlə xarici siyasətin
incə harmoniyası təmin edilir. Böhranlı situasiyalarda çevik qərarların
qəbul edilməsi müasir siyasi idarəçiliyin əsas məğzini təşkil edir.
Bununla bağlı müasir elmi nəzəriyyələrdə müxtəlif yanaşmalar möv-
cuddur (bax: məs., 1.1.3 və 1.1.4).
20


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə