N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə14/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

edilə bilər. Qanunsuzluq, hərc-mərclik və idarəsizlik şəraitində heç
kəsin hüquqları təmin edilə bilməz və ümumiyyətlə, cəmiyyət
qarşılıqlı ittihamlar girdabına düşər. Ona görə də bütün sahələri iflic
halına düşmüş cəmiyyətdə birbaşa liberal dəyərlərdən pafosla
danışmaq çox təhlükəli nəticələr verə bilərdi. Azərbaycanın çıxış
yolu güclü dövlət konseptində idi. Azərbaycançılıq ideologiyasına
bu vəzifələrin işığında nəzər saldıqda, dövlət müstəqilliyinin təmini
və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinin
möhkəm ideya təməli aydın görünür. Azərbaycan çılıq  ideologiyasına
hər iki ifrat qanaddan kənarda, dövlətçilik və real demokratiya
sahəsində məzmun verməklə
Heydər Əliyev tarixi missiya yerinə
yetirdi.
Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox maraqlıdır.
Mehriban Əliyeva “Həyat dərsi” əsərində qeyd edir: “Heydər Əliyev
tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı,
yaradıcısı, aparıcısıdır” (1.3.10). Dəqiq və lakonik ifadə edilmişdir.
Görkəmli dövlət xadimi elə bir ideoloji mövqe seçdi ki, həm qlobal
səviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm də
cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqil
dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanı
yarandı. Özü də bu seçim dünyada güclü ideoloji sistemlərin rəqabəti
şə raitində edildi. Bu mənada Ulu öndər XX əsrdə taleyüklü məsələlərin
həllində aparıcı rol oynayan, yaradıcı fəaliyyət göstərən nadir şəxsiy-
yətdir.
Beləliklə, ümummilli lider güclü dövlət konseptini Azərbaycanın
müstəqilliyi fəlsəfəsinin təməlinə qoya bildi. Ancaq bu konseptin re-
allaşması müasir tarixi şəraitdə kifayət qədər sanballı və ölçülü-
biçili yanaşma tələb edirdi. Konsepsiyanı həyata keçirmək üçün
güclü dövlət quruculuğunun konkret mexanizmlərini işləyib hazırlamaq
lazım idi. Dövlətin bütün fəaliyyət istiqamətlərini bu məqsəd ətrafında
sistemləşdirmək lazım gəlirdi. Unutmaq olmazdı ki, Azərbaycan
tarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçib.
Müstəqil dövlətçiliyindən uzaq düşmüş xalqın psixologiyasında özü-
nəinamı qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik ənənəsinin
48


olması, təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasir
dünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və ma-
hiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu hər
an anladırdı.
Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmağı tələb
edirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə sabitliyi
pozan çoxlu sayda amillərin olduğunu qeyd etmişdik. Həmin dağıdıcı
amillər havadarları tərəfindən üstümüzə qısqırdılan Ermənistanın tə-
cavüzkar davranışları ilə daha da aqressiv xarakter alırdı. Azərbaycanın
90-cı illərdə sui-qəsd planlarına, dövlətçiliyə qarşı çıxışlara səhnə
olması təsadüfi deyildi. Bu səbəbdən də Heydər Əliyevin dövlət qu-
ruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması strateji
xarakter daşıyırdı. Bunu hətta erməni alimləri də etiraf etməli ol-
muşdular. Çikaqo Universitetinin professoru, erməni əsilli Ronald
Süni 1997-ci ildə yazırdı: “Heydər Əliyev dağılma ərəfəsində olan
ölkədə (Azərbaycanda – N.M.) böyük sabitlik və nizam-intizam ya-
ratdığına görə, hörmətə layiqdir. Onun nailiyyəti daha çox qəbul
edilən siyasi sistemə doğru atılan addım kimi dövlət quruculuğundan
ibarət idi” (1.3.11).
Nəticədə, Ermənistandan fərqli olaraq, Azərbaycan fundamenta-
lizmdən uzaq olan, mütərəqqi dünyəvi dövlət perspektivini aydın
dərk edən ölkəyə çevrildi. Bu kursun Azərbaycana İslam dünyası
üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən
demək olar. 
Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətin
yeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan
mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişaf etməlidir, lakin o,
eyni zamanda, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir.
Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəy-
yənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindən
birinə çevrilməlidir. Ulu öndər dövlət quruculuğu üçün vacib olan
bu müddəanı azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən
olan islamlaşma ilə müasirləşmənin sintezindən nəticə olaraq çıxar-
mışdır. Bu sintez ənənədən gələn mədəni amillərin tədrici transfor-
49


masiyalar yolu ilə müasir bəşəri-mədəni elementlərlə harmoniyasına
nail olmağı nəzərdə tutur. Dövlət quruculuğu kursunda mədəniyyət
amilinin idarəetmə sistemini yaradan parametrlərdən biri kimi yer
alması, cəmiyyətin daxili bütünlüyünü təmin edir və dünyaya
inteqrasiya üçün geniş fəaliyyət sahəsi yaradır.
Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən biri
kimi milli olanla bəşəri olanın vəhdətinin dövlət quruculuğu
prosesində səmərəli-praktik tətbiqi müasir dövlətçilik tarixində
yenilikdir. Azərbaycançılıq ideologiyasının qayəsində mövcud olan
mədəniyyətlərarası dialoq imkanları məhz həmin prinsip əsasında
indi də dövlət quruculuğu siyasətinin vacib istiqamətlərindən biri
kimi öz təsdiqini tapır. Azərbaycan dövlət səviyyəsində mədəniy -
yətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktik
şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın müxtəlif
guşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndələrinin
qatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun ma-
hiyyətində mədəni və dini tolerantlığın varlığını sübut edən konkret
faktlardandır. Bu xüsusda uğurlu proqramlardan biri kimi Bakı Bey-
nəlxalq Humanitar Forumunun (10-11 oktyabr 2011-ci il, 4-5 oktyabr
2012-ci il) təşkilini qeyd edə bilərik. Humanitar Forumda dünyanın
hər yerindən görkəmli siyasət və dövlət adamları, mədəniyyət
xadimləri, filosoflar, yazıçılar, Nobel mükafatı laureatları və alimlər
iştirak edirdilər. Onlar Azərbaycan dövlətinin real simasını, burada
həyata keçirilən quruculuq işlərini görürlər.
Eyni sözləri müxtəlif dinlərə mənsub adamların toplaşdıqları si-
vilizasiyalararası və dinlərarası dialoqa xidmət edən tədbirlər haqqında
deyə bilərik. Azərbaycan artıq islamlaşma ilə müasirləşmənin
səmərəli sintezini reallaşdıran ölkə olaraq tanınır. İndi bu istiqa-
mətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi haqqında
yüksək səviyyələrdən təkliflər eşidilməkdədir. Bütün bunların
kökündə ulu öndər 
Heydər Əliyevin azərbaycançılıq ideo logiyasında
nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi
mexanizmlərinin işlənməsi durur.
50


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə