N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə13/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

yerli xalqların xəbəri və iradəsi olmadan pozdu (burada sovet cə-
miyyətinin daxili ziddiyyətləri də unudulmamalıdır), bununla da
böyük bir geosiyasi məkanda xaos yarandı. Yəni xaricdən gələn
ideoloji konsepsiyalarda əsas yeri yerli cəmiyyətlərin tarixi və
dövlətçilik maraqları yox, Qərbin böyük geosiyasi konsepsiyalarda
öz əksini tapmış strateji maraqları tuturdu. Bu prizmadan da çıxış
edərək, eyni məzmunlu hadisəyə fərqli reaksiya verilirdi. Məsələn,
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışılmır,
ancaq Moldovada (Dnestryanı) və Gürcüstanda (Cənub Osetiya və
Abxaziya) baş verənlərə başqa meyarlar əsasında yanaşılırdı. Keçən
əsrin 90-cı illərində Qərb dövlətlərini Azərbaycan torpaqlarının iş-
ğalından çox, ölkəmizdəki enerji ehtiyatları və “milli azlıqlar məsələsi”
maraqlandırırdı. Bir tərəfdən də sovet ideologiyasının uğursuzluğu
fonunda cəmiyyətimizdə ideologiyaya nihilist bir münasibət forma-
laşmaqda idi. Lakin konkret ideoloji konsepsiya seçilməli idi. Bəs
hansı ideologiya Azərbaycanı düşdüyü vəziyyətdən qurtarıb, müstəqil
dövlətçiliyinə və azadlığına tam qovuşdurar, sonrakı mərhələdə isə
Azər 
baycanın güclü dövlət kimi dünyada geosiyasi statusunu hər
kəsə qəbul etdirərdi? Seçim etmək üçün variantlar vardı.
XX əsrin sonlarında beynəlxalq aləmdə güclü ideoloji sistemlər
olan liberalizmlə neokonservatizm arasında rəqabət gedirdi. Azərbaycan
bu iki sistem arasında seçim etməli idi. Kommunist ideoloji sistemindən
təzə azad olduğumuzdan, ona qayıdış ehtimalı yox idi. Postsovet
məkanı üçün liberalizm o zaman çox cəlbedici görünürdü. Anlayan
da, anlamayan da “azadlıq” sözünün şirnikdirici və təhrikedici cazi-
bədarlığı qarşısında təslim olurdu. Liberalizmin fərdi azadlıq və
hüquqa üstünlük verməsi totalitar cəmiyyətin buxovlarından azad
olanlar üçün çox cazibədar görünürdü. Lakin o zaman bütövlükdə
cəmiyyətin təkamül şərtləri ilə eyforik ideoloji vədlər arasındakı
fərqləri çox az adam görə bilirdi. Çünki güclü dövlət və sabit
cəmiyyət olmayan yerdə fərdi azadlığın özbaşınalığa, xaosa, hərc-
mərcliyə və başqasının hüquqlarını tapdalayan qrupların meydan su-
lamasına rəvac verdiyini dərk etmək lazım idi. Bunun üçün isə
tənqidi siyasi təfəkkür gərək idi.
45


Əslində, XX əsrin ortalarında liberalizmin görkəmli nümayəndələri
Avropada gözlənilən təhlükələrdən və buraxılan səhvlərin acısından
danışırdılar.  Fridrix Avqust fon Hayek qeyd edirdi ki, beynəlxalq
münasibətlər sahəsində liberalizm ideyalarından geriçəkilmələrin
bədəlini dünya çox ağır ödədi. Ancaq “biz (yəni avropalılar – N.M.)
bu təcrübənin verdiyi dərsləri tam öyrənə bilmədik” (1.3.3, s.171).
Eyni səhvin liberalizmi kortəbii qəbul edən postsovet məkanı ölkələri
tərəfindən buraxılmayacağına heç bir təminat yoxdur. Yəni problemin
mahiyyəti gözəl təsir bağışlayan, pozitiv ideyalarla dolu hər hansı
ideoloji konsepsiyanı mexaniki şəkildə qəbul etməkdə deyildi. Prob-
lemin düzgün həlli ölkənin tarixi təkamülünü, coğrafi mövqeyini,
qlobal dünyada mövcud olan geosiyasi konsepsiyaların ümumi
ruhunu və məqsədlərini nəzərə alaraq cəmiyyətin maraqlarına,
müstəqil dövlət quruculuğunun tələblərinə cavab verən ideoloji
kursun seçilməsində idi.
Azərbaycan üçün situasiyanı çətinləşdirən başqa məqam cəmiyyəti
etnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədə
cərəyan edən hadisələrə zidd ultramillətçi ideologiyanın mövcudluğu
idi. Bu tendensiyanın ideoloji konsepsiya kimi möhkəmlənməsi gə-
ləcəkdə cəmiyyəti olduqca mürəkkəb vəziyyətə sala, ona qarşı itti-
hamlara əsas verə bilərdi. Bir sıra geosiyasi qüvvələrin Azərbaycana
qarşı çoxəsrlik qərəzli münasibətinin fonunda bu tendensiya da son
dərəcə təhlükəli görünürdü.
Hər iki ifratçılığın ideoloji səviyyədə rəqabəti müəyyən mənada li-
beralizmlə konservatizmin mübarizəsində əks olunurdu. Bu ideoloji
cərəyanların özlərinin daxilində parçalanmaların olması əlavə çətinliklər
yaradırdı. XVIII əsrdən başlayaraq liberalizmin Qərbin inkişaf etmiş
ölkələri üçün aparıcı ideologiyaya çevrilməsinə baxmayaraq, XX
əsrdə onun fəsadları alimlərin araşdırdığı məsələlərdən biri oldu. Buna
misal olaraq F.Hayekin yuxarıda göstərdiyimiz fikrini gətirə bilərik.
Digər bir problem sosial ədalət məsələsi ilə bağlı idi. Sosial
ədalət müxtəlif cür izah edilirdi (bax: 1.3.4). Sosial ədalət mövzusu
liberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservatizm,
millətçilik, neokonservatizm, sosializm və s.) toqquşduran əsas
46


məsələ oldu (1.3.5, 1.3.6 və 1.3.7). Liberalizmə qarşı iddialar əsassız
deyildi. Çünki doğrudan da müasir cəmiyyət üçün sosial ədalət
olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin mühüm
tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları ona
tənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstə-
qilliyini yaxın keçmişdə əldə etmiş cəmiyyətlər üçün sabitlik və təh-
lükəsizlik də həyati əhəmiyyətli məsələlərdən idi. Bu məqam neo-
konservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqi
sosial dövlət” konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik
olaraq güclü dövlət konseptini aktuallaşdırırdı. Güclü dövlət cəmiyyətdə
nizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruya
bilərdi (1.3.8).
Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər üçün bu ideya
çox maraqlı idi. Lakin onu kor-koranə qəbul etmək də riskli idi.
Çünki hər bir cəmiyyətin öz təkamül yolu var. Heydər Əliyev
postsovet məkanında bütün bu kimi məqamları nəzərə alaraq,
Azərbaycan üçün neokonser vatizmə çox yaxın olan, lakin liberal
demokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideoloji
konsepsiya formalaşdırdı. Akademik  Ramiz Mehdiyev yazır ki, bu
kontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla neokon-
servatizm arasında əlaqə olduğunu demək olar (bax: məs.,1.3.9, s.22).
Liberalizmlə neokonservatizmin təhlili üzərində ətraflı dayanmaq
məqsədimiz yoxdur. Bizi maraqlandıran müstəqilliyin ilk illərində
Heydər Əliyevin ideologiya seçimində hansı amillərə üstünlük
verdiyini aydınlaşdırmaqdır. Liberalizmlə neokonservatizmi əsas
ideoloji məsələlərə görə müqayisə etdikdə, bir tərəfdə sosial-hüquqi
dövlət, digər tərəfdə fərdin azadlığı dururdu. Hər ikisi müasir
cəmiyyət üçün vacib şərtlərdir. Lakin yaranmış vəziyyətdə optimal
variant seçmək lazım gəlirdi. Ulu öndər hər iki aspekti özündə
birləşdirən, lakin dövlət quruculuğuna daha çox üstünlük verən
ideoloji kursu seçdi. Tarix sübut edir ki, o zaman üçün bu, ən
doğru seçim idi.
Məsələnin mahiyyəti bundadır ki, fərdin azadlıqları yalnız güclü
dövlətlə güclü cəmiyyətin harmonik mövcudluğu şəraitində təmin
47


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə