N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə15/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

Güclü dövlət quruculuğunun təməlində güclü iqtisadi infrastrukturun
formalaşdırılması durur. Ümummilli lider bu aspektə çox böyük
diqqət yetirirdi. O, iqtisadi gücü bü tün digər məsələlərin təməlinə
qoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin ölkəyə cəlb
edilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni istehsal
sahələrinin yaradılması və iş yerlərinin açılması Azərbaycanda ardıcıl
surətdə həyata keçirilir.
Artıq 2003-cü ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə
etmiş bir Azərbaycan vardı. Vətəndaş cəmiyyəti quruculuğunun təməli
hazırlanmışdı. Bunun sayəsində Azərbaycan modernləşmənin yeni
mərhələsinə keçə bilərdi. Bunun üçün xarici sərmayələrin cəlb edil-
məsinə əsaslanan mo dern ləşmə cəmiyyətin daxili potensialına əsas-
lanan müa sirləşmə kursu ilə əvəz olunmalı idi. Əgər 
Heydər Əliyev
1993-2003-cü illər ərzində səbir, inam və qətiyyətlə və ardıcıl olaraq
dövlət quruculuğu siyasətini həyata keçir mə səydi, modernləşmənin
birinci mərhələsi başa çatmayacaqdı. Həmin illərdə Azərbaycan iqti-
sadiyyatının bütün sahələrində sistemli islahatlar həyata keçirildi.
Qeyri-neft sektorunun inkişafı üçün ayrıca proqramlar reallaşdırıldı.
Enerji layihələrinin həyata keçirilməsi bu prosesdə xüsusi yer
tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə səmərəli apardı
ki, tarixi baxımdan qısa bir zamanda dünyanın aparıcı geosiyasi
gücləri Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan
artıq enerji təhlükəsizliyi sahəsində sözünü deyən, müstəqil ma-
raqları ilə çıxış edən, regionun lideri qismində geosiyasi statusunu
fəaliyyəti ilə təsdiqləyən bir dövlətdir. Güclü dövlət konseptinin
həyata keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət tarixi
əhəmiyyət daşıyır. Güclü dövlət kon septinin iqtisadi aspektinin də
sıx bağlı olduğu başqa bir məqamı qeyd etmək gərəkdir.
Müasir tarixi mərhələdə güclü dövlət və güclü cəmiyyət anlayışları
sıx bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadi
amillə bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir. Bu səbəbdən
Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması və inkişaf et-
dirilməsinə ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-
51


ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması və
təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimi
məsələlər onun siyasətinin mərkəzində duran məqamlardan idi.
Öz milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət həqiqi mənada
müasirləşə bilər. 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının
I qurultayında Ulu Öndər deyirdi: “Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
– Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq” (1.3.12).
Milli-mənəvi dəyərlər cəmiyyətin gücünü qidalandıran mən-
bədirsə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasını
təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyə
açıq olması inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqda
yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir.
Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini
məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləş -
məsi konkret olaraq modernləşmə proqramında öz ifadəsini tapır.
Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək,
burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunu
görərik. Demokratik institutlar cə miyyətdə sosial-siyasi münasi-
bətləri tənzimləyən əsas mexanizmdir.
Azərbaycan demokratik təsisatların formalaşması məsələsində
postsovet məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki,
cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Tək-
milləşmənin, daha yüksək demokratik yaşam tərzinə sahib
olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi
də fasiləsiz gedən prosesdir. Dövlətin gücü ilə cəmiyyətin gücünün
uzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtiva
edir. Bu mənada inkişafda olan güclü dövlətin uğurlu xarici siyasətinin
formalaşması məsələsi müasir geosiyasət üçün tədqiqinə ehtiyac duyulan
problemdir.
Dövlət quruculuğunun inkişafı ilə xarici siyasət kursu arasındakı
bağlılıq haqqında professor Əli Həsənovun aşağıdakı fikri maraqlıdır.
O yazır: “...ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan
52


vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər
sahəsində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini,
prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənada xarici siyasəti
dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin
milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış
qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış mü-
nasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət
növü kimi xarakterizə etmək olar” (1.3.13, s.219-220). Bu iqtibasdan
da görünür ki, güclü dövlət qurmaq üçün xüsusi xarici siyasət kursu
formalaşdırmaq lazımdır. Güclü dövlətin təşəkkülü prosesi ilə xarici
siyasətin uyğunluğu məsələsi elmi baxımdan sistemin (bizim misalda
Azərbaycanın) ətraf aləmlə (bizim misalda dünya dövlətləri ilə)
qarşılıqlı uzlaşmasını təmin edən əlaqələr sisteminin formalaşdırılması
deməkdir. Metodoloji aspektdə problem sistem-ətraf mühit münasi-
bətlərini tənzimləyən mexanizmlərin səmərəliliyini təmin etməkdən
ibarətdir. Xarici siyasət bu cür tənzimləmədə əsas fəaliyyət sahəsini
təşkil edir. Diplomatiya isə bu fəaliyyətin başlıca vasitəsidir. Deməli,
sürətlə dəyişən dünyada uğurlu xarici siyasət dinamik olmalıdır.
Güclü dövlətin təşəkkül dinamikası ilə xarici siyasətin çevikliyi bir-
birinə uyğun olmalıdır. Təbii ki, həmin prosesdə diplomatiyanın da
fərqli metodlarından yararlanmaq lazım gəlir. Bununla bağlı aşağıda
fikir yürüdəcəyik. Burada isə onu qeyd edək ki, güclü dövlətin
xarici siyasətinin təməl prinsipi müəyyənləşməlidir. Heydər Əliyev
milli inkişaf strategiyasının təməlinə mədəniyyət tu tumlu suverenlik
prinsipini qoymuşdur. Niyə məhz mə dəniyyəttutumlu suverenlik?
Bu kontekstdə müasir geosiyasi konsepsiyalarda mühüm yerlərdən
birini tutan “sivilizasiya” anlayışına nəzər salaq. Sivilizasiya geosiyasəti
mədəni kodlara və arxetiplərə yönəlir. Problemə böyük dövlətlərin
maraqları müstəvisindən baxdıqda yerli mədəniyyət sistemlərini
təhdid edə bilən təhlükələri nəzərə almaq lazım gəlir. S.Hantinqton
məşhur əsərində vurğulayır: “...qlobal siyasət – sivilizasiya siyasətidir.
Fövqəldövlətlərin rəqabəti sivilizasiyaların toqquşması ilə əvəz
olunub” (1.3.14, s.18). Digər ABŞ siyasətşünası və ideoloqu
H.Kissincer deyir ki, “...üçüncü dünyaya münasibətdə Amerika xarici
53


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə