N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə11/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

1.3. Güclü dövlətin təşəkkülü:
sabit cəmiyyət və dinamik xarici siyasət
Frensis Fukuyama “Güclü dövlət” əsərində yazır: “Bu kitabda
mən göstərirəm ki, güclü dövlət quruculuğu dünya ictimaiyyətinin
ən vacib problemlərindən biridir. Belə ki, dövlətlərin zəifləməsi və
dağılması bir çox daha ciddi dünya problemlərinin mənbəyidir...”
(1.1.1, s.5). F.Fukuyamanın yazdıqları normal düşüncə üçün qəbule-
diləndir. Ancaq güclü dövlət quruculuğu məsələsi dünyanın inkişaf
etmiş dövlətləri üçün heç də birmənalı, aydın olan proses deyildir.
Bizim əvvəlki paraqrafda təhlil etdiyimiz geosiyasi konsepsiyaların
ümumi ruhundan da bu məqamı sezmək olar. F.Fukuyama isə konkret
yazır: “Biz dövlət quruculuğu haqqında çox düşünürük, lakin hələlik
başa düşə bilmədiyimiz çoxlu sayda məsələlər də var. Xüsusilə
inkişaf edən ölkələrə güclü strukturların köçürülməsi məsələsi aydın
deyil” (1.1.1, s.5). Siyasətşünas bunun səbəblərindən biri kimi ictimai
qurumların fəaliyyətinin yerli əhalinin mentalitetinə uyğun təşkil
edilmədiyini, kompleks tədbirlərin həyata keçirilmədiyini göstərir.
F.Fukuyama belə nəticəyə gəlir ki, “zəif dövlət birinci dərəcəli prob-
lemlərin həm milli, həm də beynəlxalq mənbəyidir” (1.1.1, s.8).
Təbii ki, F.Fukuyama kimi böyük bir alim, futuroloq və siyasət-
şünasın əsərindən bir-birinin ardınca bir neçə iqtibas vermək normaldır.
Lakin burada bizim məqsədimiz bir qədər fərqli məqamla bağlıdır.
Məsələ ondan ibarətdir ki, Qərbdə müstəqilliyini yaxın keçmişdə
əldə etmiş ölkələrdə güclü dövlət quruculuğuna birmənalı münasibət
yoxdur. Hətta bəzi tədqiqatçılar Qərbin postsovet məkanındakı
dövlətlərin zəifləməsində maraqlı olduğunu qeyd edirlər. Burada
məqsəd zaman yetişəndə yeni müstəqil dövlətləri “qlobal dövlətin”
bir hissəsinə çevirməkdir. Məsələn, Rusiyanın Geosiyasi problemlər
akademiyasının vitse-prezidenti K.Sokolov “Dünyanın sonunun geo-
siyasəti” məqaləsində birmənalı qeyd edir ki, “qlobal dəyişikliklərdə
məqsəd məhdud yeni dünya elitasının başçılığı ilə vahid dünya
dövləti yaratmaqdan ibarətdir” (1.3.1). Məsələnin başqa tərəfi F.Fu-
kuyamanın özünün “güclü dövlət” anlayışı ilə bağlıdır. Yuxarıdakı
39


iqtibaslardan duyulur ki, birincisi, güclü dövlət dedikdə, F.Fukuyama
daha çox beynəlxalq miqyasda ciddi problemlərin meydana gəlməsinin
qarşısını almağa qadir yerli hakimiyyət strukturlarının formalaşmasını
nəzərdə tutur, ikincisi, güclü dövlətin yaranmasını, əsasən, Qərbdəki
güclü dövlət strukturlarının “inkişaf etməkdə olan ölkələrə transferi”
kimi başa düşür. İkinci məqamda mövcud olan problemləri Fu-
kuyama dərhal qeyd edir. Burada belə təəssürat yaranır ki, əsas
məqsəd Qərb modelinə uyğun “güclü dövlət”in qurulmasından
ibarətdir. Bu dövlət quruculuğunun yerli xalqın suverenliyinə,
maraqlarına və tarixi ənənəsinə nə dərəcədə uyğun olması
məsələsi 
F.Fukuyama üçün ikinci dərəcəli məsələdir. Özünün
qeyd etdiyi kimi, əsas məsələ dünya miqyasında problemlərin
yaranmamasıdır. Bu mövqeyə görə, güclü dövlət quruculuğu
faktiki olaraq, XX əsrin sonu – XXI əsrin əvvəllərində Qərbdə
yaranmış sivilizasiya geosiyasəti konsepsiyalarının çərçivəsindən
kənara çıxmır. Ona görə də, milli dövlətlərin taleyi ilə bağlı
faciəvi nəticələr çıxaran 
K.Sokolov kimi alimlər az deyil.
Hər bir halda F.Fukuyama zəif dövlətin milli problemlərin də
qaynağı olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı tam haqlı
görürük. Keçən əsrin 90-cı illərində postsovet məkanında, o cümlədən
Azərbaycanda cərəyan edən siyasi proseslər müstəvisində həmin
amil olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmiş
sovet respublikalarının hamısının qarşısında “hansı yolu seçməli?”,
“necə bir cəmiyyət və dövlət qurmalı?” kimi suallar dururdu.
Problemin bir tərəfi sosialist düşərgəsinin dağılması ilə dünyadakı
geosiyasi balansın Qərbin xeyrinə kəskin dəyişməsi ilə bağlı idi.
Digər tərəfdən isə, müstəqilliyə zaman baxımından qısa müddətdə
“atılmış”, totalitar rejimin “tırtılları” altında əzilmiş, tarixi və mədə-
niyyəti zədələnmiş, dövlət strukturları, demək olar ki, dağılmış cə-
miyyətlərdə nizam-intizam yaratmaq lazım idi.
Eyni zamanda, sovetlər ölkəsi dağıldıqdan sonra Qərbin keçirdiyi
eyforiya və özündənrazılıq beynəlxalq münasibət lərdə təhlükəli və-
ziyyətə gətirib çıxara bilərdi. Ən azından, Azərbaycan kimi kiçik öl-
kələrin problemlərinə kifayət qədər həssaslıq göstərilməz, onun milli
maraqları nəzərə alınmazdı. Proseslər göstərdi ki, belə də oldu.
40


1988-1995-ci illərdə Azərbaycanda və onun ətrafında baş verən ha-
disələrin hətta sadə xronoloji statistikası belə fikirlərimizi təsdiq
edir. Dünyanın bir sıra mərkəzlərində (bəzilərində Azərbaycanı heç
xəritədə də göstərə bilmirdilər) bu zəngin Qafqaz incisini ələ keçirmək
üçün müxtəlif məkrli planlar qurulurdu. Bu planlar Azərbaycanda
güclü dövlətin formalaşmasına maneələr yaratmağa xidmət edirdi.
Tarixi baxımdan qısa bir zamanda – 1991-1995-ci illərdə birbaşa
Azərbaycan dövlətçiliyinə qarşı yönələn və bəzi xarici qüvvələr tə-
rəfindən dəstəklənən sui-qəsdlər törədildi. Azərbaycan beynəlxalq
terrorun qurbanı oldu, ərazisində separatçı qurumlar yaradıldı, dövlət
adamları, ziyalılar qətlə yetirildi, bəzi siyasi qruplaşmaların naşılığından
istifadə edilərək, siyasi qüvvələr bir-birinə qarşı qoyuldu, ölkə
vətəndaş müharibəsinin alovuna atıldı. Bunları seyr edən və Azər-
baycana ən azından dost olmayan bəzi xarici qüvvələr ölkənin dağı-
lacağını güman edirdilər.
Lakin çoxlarının artıq dağılmış kimi təsəvvür etdikləri Azərbaycanda
dövlət quruculuğu başladı. Kiçik bir dövlətə bu güc haradan gəldi?
Necə oldu ki, bəzi xarici dairələrin onu dağıtmağa çalışdığı tarixi bir
mərhələdə zaman Azərbaycanın xeyrinə işləməyə başladı? Bu suallara
cavab cəmiyyətdə güclü dövlət quruculuğu konsepsiyasının, güclü
xarici siyasət kursunun həyata keçirilməsi ilə verildi. Nəzəriyyə öz
yerində, ancaq praktik cəhətdən çox mürəkkəb xarici və daxili situa-
siyada dövlət qurmaq tarixi hadisədir. Biz bu tarixi hadisənin izi ilə
keçən əsrin 90-cı illərinin əvvəllərindən bu günə qədər baş verənlərə
nəzər salmaq istərdik.
SSRİ dağılana qədər bütün geosiyasi konsepsiyalarda dünyada
qüvvələr balansının saxlanmasında bu dövlət iki gücdən biri hesab
olunurdu. Balansın bir tərəfi yox olandan sonra meydanda bir
supergüc qaldı – ABŞ! Geosiyasi situasiya bir andaca çoxməchullu
riyazi tənlik qədər mürəkkəbləşdi. Sovet məkanında əsl xaos hökm
sürməyə başladı. Təbii ki, bu məkanı təsir altına almaq uğrunda
aman sız yarış da özünü çox gözlətmədi. Dünyanın böyük dövlətləri
Cənub Qafqaza, ilk növbədə, daha çox enerji payı almağa imkan
41


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə