N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov


mübarizəsi” ilə əvəz olunduğuna bir işarədir



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə9/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

mübarizəsi” ilə əvəz olunduğuna bir işarədir (1.2.15, s.11). Bu
yanaşmada beynəlxalq münasibətlərin tənzimlənməsində qüvvələr
balansının saxlanmasına yönəlmiş müxtəlif siyasi-diplomatik kom-
binasiyalar əsas rol oynamalı idi. “Ənənəçilər” “güc mərkəzləri”nin
münasibətlərini əks etdirən anlayışları tətbiq etməli idilər. “Soyuq
müharibə”, “güc mərkəzləri”, “strateji çəkindirmə gücləri” və s. bu
kimi anlayışlar meydana gəldi. Bütün bunlar “ənənəçilər”in güclü
dövlətlərin və ya dövlətlər ittifaqının öz maraqlarını təmin etmək
üçün hərbi-iqtisadi vasitələrdən istifadə etməli olduğunu əsaslandırmağa
çalışdığını göstərir. Bu keyfiyyətdə həmin cərəyan kifayət qədər
aqressiv mövqeni nümayiş etdirir.
“Modernistlər” beynəlxalq münasibətlərə “əsl elmi” yanaşmanın
tətbiqinə üstünlük verirdilər. Onlar elmin müxtəlif sahələrində istifadə
olunan metodlardan yararlanırdılar. Modernist D.Bobrou yazırdı ki,
“köhnə yanaşmalar indiki zamanda nəyə görə bu cür beynəlxalq
münasibətlərin formalaşdığını kifayət qədər izah edən metodlardan
yararlanırdılar. Onlar qabaqgörməni təmin edən metodlardan istifadə
etmirlər...” (1.2.16, s.15). Bu yanaşma siyasətçilərdən çox, tədqiqatçılar
arasında daha geniş yayıldı. Həmin tədqiqatlarda ölkələr arasında
qarşılıqlı əlaqələrə və inteqrasiyaya yeni yanaşmalar hazırlandı,
strateji tədqiqatlar həyata keçirildi. İnteqrasiya prosesləri, münaqişəli
və böhranlı situasiyalar, qərar qəbul edilməsinin qanunauyğunluqları,
ittifaqların yaranması və fəaliyyəti, sivilizasiyalararası münasibətlərin
geosiyasətə təsiri və başqa məsələlər araşdırıldı. Nəticədə bir neçə
konsepsiya meydana gəldi. Onlardan “stimul və reaksiya” (R.Nort),
“qərarların qəbulu” (R.Snayder), “sistem nəzəriyyəsi” (D.Mak-
Klelland, C.Modelski) və s. qeyd etmək olar. Adlarından da göründüyü
kimi, bu nəzəriyyələri birləşdirən ortaq cəhət dünyanın vahid sistem
kimi təsəvvür edilməsidir. Bu sistem daxilində dövlətlərarası müna-
sibətlərə çoxlu sayda amillər təsir edir ki, onların da hamısını nəzərə
almaq lazım gəlir. Nə qədər elmi görünsə də, bu yanaşma siyasi
praktikada bir və ya bir neçə dövlətin başqaları üzərində üstünlü-
yünün təmin edilməsinə xidmət edirdi. Bu baxımdan “ənənəçilər”lə
“modernist lər”in yanaşma strategiyasında oxşarlıq var.
33


“Ənənəçi” və “modernist” yanaşmalar keçən əsrin 60-90-cı
illərində Qərbdə beynəlxalq münasibətləri tənzimləyən bir neçə
modelin formalaşmasına təkan verdi. Onların sırasında “çoxqütblü
dünya”, “üçtərəfli əməkdaşlıq”, “poliarxiya” və “qarşılıqlı asılılıq”
konsepsiyalarını qeyd edə bilərik (1.2.17, s. 101-175). Burada bir
məqama aydınlıq gətirməyə ehtiyac var. Yeni geosiyasətdə iqtisadi
amil beynəlxalq münasibətlərdə mərkəzi yerdə dururdu. İqtisadi
gücün geosiyasi təsirini təmin etmək üçün hərbi-diplomatik
amildən yararlanmaq lazım idi. Dünyada bir neçə güc mərkəzinin
formalaşması və bir sıra gənc dövlətlərin başqalarının diktəsi ilə
yaşamaq istəməməsi situasiyanı daha da mürəkkəbləşdirirdi.
Ona görə də politoloqlar, analitiklər, siyasətçilər və elm adamları
dünyanı çoxparametrli mürəkkəb sistem kimi tanımağa məcbur
idilər. Məhz həmin dövrdə elmi metod və anlayışlar geosiyasətə
“kütləvi şəkildə miqrasiya” etməyə başladı. Siyasətçilər üçün
mürəkkəb sistemin dərkinin elmi üsulları maraqlı olmasından əlavə,
həm də ümid yeri idi. Yuxarıda sadaladığımız nəzəriyyələrin adlarından
elmdə işlənən “sistem yanaşma”nın nəfəsi duyulur. Adından asılı ol-
mayaraq (“çoxqütblü”, “üçtərəfli”, “beştərəfli”, “qarşılıqlı asılı” və
s.) onlar dünyaya sistem yanaşmanı ifadə edirlər. Bu mürəkkəb
sistemin aparıcı altsistemini ayırmaq meyli həmin dövrün bütün
konsepsiyalarında özünə yer almışdı. Məsələn, “çoxqütblü dünya”
modelində  H.Kissincer  aşağıdakı 5 geosiyasi gücü digərlərindən
fərqləndirir – ABŞ, SSRİ, Avropa İttifaqı, Yaponiya və Çin. Lakin
hərbi-strateji baxımdan ABŞ və SSRİ liderdirlər. Bu nöqteyi-nəzərdən
dünya biopolyardır (ikiqütblüdür). Beş əsas geosiyasi güc arasında
balansı saxlamaq üçün, ilk növbədə, ABŞ-SSRİ münasibətlərində
balans olmalıdır (1.2.17, s.585-614). H.Kissincerə görə, dünya
siyasi aspektdə çoxqütblü, hərbi-strateji nöqteyi-nəzərdən isə
ikiqütblüdür. Dünyada sətiraltı güc balansını saxlamaq üçün
burada “birinci skripkaçı” ABŞ və SSRİ olmalı, yerdə qalan üç
güc isə “yunan xoru”nu təşkil etməlidirlər. Təbii ki, dünyanın
bu qruplardan kənarda olan dövlətləri üçün də “orkestrdə” aşa-
34


ğıdakı funksiya müəyyən olunub – liderlərin iradəsini qəbul
etmək. Bunun adını “demokratikləşmə” də, “inteqrasiya” da
qoya bilərsiniz – mahiyyət dəyişmir.
Beləliklə, “çoxqütblü dünya” modelində sistemyaradıcı amil iqti-
sadiyyatdırsa, sistemin təmin edilməsi üçün hərbi-diplomatik amillər
əsas götürülür. Belə bir bölgüdə dünya dövlətlərini birinci, ikinci,
üçüncü və s. dərəcəli kateqoriyalara bölmək həmin yanaşmanın ma-
hiyyətində özünə irəlicədən yer almışdır. Hətta H.Kissincer lider
saydığı qrupun daxilində də ayrı-seçkilikdən danışırdı. O yazırdı ki,
Qərb Avropa ilə münasibətlərdə ABŞ “formal hüquqi öhdəliklərdən
çox, ortaq maraqların inkişafına” (1.2.17, s.596) əsaslanmalıdır.
Eyni məntiqi yanaşma və strateji hədəf digər geosiyasi konsepsi-
yalarda da özünü göstərirdi. Onlar zahirən alternativ, bir-birindən
fərqli təsir bağışlasa da, ideyaca analoji idilər. Fərq dünyada ABŞ
və bütövlükdə Qərbin maraqlarını təmin etmək üçün siyasi-dip-
lomatik, hərbi-strateji və iqtisadi kombinasiyalarda özünü gös-
tərirdi. H.Kissincer “beşqütblü modelə”, S.Hoffman “iki regional
altsistem” modelinə (Şərqdə - ABŞ, SSRİ, Çin, Yaponiya, Qərbdə -
SSRİ, Qərb Avropa, ABŞ), Z.Bjezinski “üçtərəfli bloklara” (iki “üç-
bucaq”: SSRİ, ABŞ və Çinin daxil olduğu “rəqabət üçbucağı” və
Yaponiya, Aİ və ABŞ-ın daxil olduğu “əməkdaşlıq üçbucağı” nəzərdə
tutulur), S.Braun “poliarxik modelə”, M.Kemps “qarşılıqlı asılılıq”
modelinə üstünlük versələr də, başlıca ideyada bir-birindən fərqlən-
mirdilər. Lakin geosiyasi konsept olaraq bu yanaşmalar arasında
qlobal səviyyədə maraqlı bir fərq özünü göstərirdi. Bu konsepsiyalardan
bir qismi beynəlxalq münasibətlərin inkişafını konkret güclərlə əla-
qələndirir (məsələn, H.Kissincer, S.Hoffman və Z.Bjezinski), digərləri
isə belə konkretləşməni qəbul etməyərək, ümumiyyətlə, “beynəlxalq
münasibətlər sisteminin daha mürəkkəb, poliarxik sistemə” (1.2.18,
s.93) çevrildiyini vurğulayırdı (məsələn, S.Braun və M.Kemps).
“Qarşılıqlı asılılıq” konsepsiyasının əsas nümayəndələrindən biri
olan  M.Kemps yazırdı: “Biz çoxqütblü dünyada yaşayırıq və çox
güman ki, belə bir dünyada yaşamaqda davam edəcəyik. Ancaq
qütblər və ya güc mərkəzləri bir-biri ilə müqayisəolunmazdır. Əsas
35


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə