N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

baycanın xarici siyasətinin məqsəd və vəzifələrində, onun başlıca
prioritet istiqamətlərinin məzmununda öz yerini tutmuşdur.
Nəhayət, keçən əsrin 90-cı illərində Azərbaycan milli, regional
və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasını formalaşdıra
bildi. Bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunun
uğurla həyata keçirilməsi, həm Azərbaycanın Cənub Qafqazın aparıcı
dövlətinə, həm də regional liderə çevrilməsi üçün imkan yaratdı.
Həyata keçirilən xarici siyasətin işığında bu istiqamətlərin hər birinin
üzərində geniş dayanmağa ehtiyac var. 
57


II Fəsil
XARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ:
PRİORİTET İSTİQAMƏTLƏRİN 
UZLAŞMA SAHƏSİ
2.1. Dünyanın “ikiqütblülük”dən 
“birqütblülüy”ə keçidi: yeni balanslaşma 
modeli axtarışında
XX əsrin ikinci yarısı iki “geosiyasi qladiator”un – ABŞ və SSRİ-
nin qarşıdurması ilə yadda qaldı. Dünya bu iki “güclü əl”in bir-birini
tarazlaşdırması fövqündə varlığını saxlayırdı. Həmin əsrin sonlarında
onlardan biri “sındı” – SSRİ geosiyasi səhnədən çəkildi. Bununla da
“bir qolu sın 
mış” dünyanın yeni “geosiyasi iztirabları” başladı.
Beynəl xalq münasibətlərin dəyişmə dinamikasından az-çox xəbərdar
olanlar bununla dünyanın nə dərəcədə mürəkkəb bir geosiyasi
vəziyyətlə üzləşdiyini yaxşı bilirlər. Elmi ədəbiyyatlarda bu durum
“bipolyar-ikiqütblü strukturun dağılması” kimi sə ciyyələndirilir (bax:
2.1.1). “Bipolyar struktur” termininin geosiyasi mənası haqqında
əvvəlki paraqrafda yazmışıq.
Mütəxəssislər hesab edirlər ki, “bipolyar struktur”un dağılması
1991-1996-cı illəri əhatə edir (2.1.1). Həmin illərdə Qərb bir vaxtlar
SSRİ-nin nüfuz dairəsində olmuş geosiyasi məkanları bir-birinin
ardınca öz təsiri altına aldı. Şərq Avropa ölkələri ABŞ və Qərb
Avropa ilə yaxınlaşdı. Qafqazda etnik zəmində yaradılmış münaqişələr
regionu qeyri-müəyyənlik girdabına saldı. Baltikyanı ölkələr Avropa
ilə əməkdaşlığı gücləndirdilər. Paralel olaraq, NATO-nun Şərqə
doğru genişlənmə planları ortaya çıxdı. 1992-ci ildə imzalanan
Maastrixt sazişindən sonra Avropa İttifaqının beynəlxalq münasibətlərin
subyekti kimi postsovet məkanına təsir imkanları artdı. SSRİ-nin
varisi olan Rusiyanın itirdiyi nüfuzunu bərpa etmək cəhdləri müsbət
nəticə vermədi. ABŞ isə cəlbedici konsepsiyalarla daha da fəallaşdı.
58


1993-cü il sentyabrın 21-də ABŞ Prezidentinin milli təhlükəsizlik
üzrə müşaviri Entoni Leyk Cons Hopkins Universitetində çıxışı
zamanı “demokratiyanın genişlənməsi” konsepsiyasından danışdı.
Bununla geosiyasi mühitdə ciddi dəyişikliyi nəzərdə tutan bir
konsepsiya səsləndirildi.
Bu konsepsiyanın mahiyyəti Avrasiyadakı keçmiş sosialist sisteminə
daxil olan ölkələrin demokratikləşməsinə yardım etməkdən ibarət
idi. ABŞ bu istiqaməti xarici siyasətinin prioriteti elan etdi. 1994-cü
ildə isə E.Leykin ideyaları ABŞ-ın “Cəlbetmə və genişlənmə vasitəsi
ilə milli təhlükəsizlik strategiyası” (A National Security Strategy of
Engagement and Enlargement) adlı sənədinin əsasını təşkil etdi. Bu
sənəddə söhbət Şərq Avropa ölkələri və keçmiş SSRİ respublikalarının
ümumi demokratik model vasitəsi ilə transformasiyalarını nəzərdə
tuturdu. İdeyanın arxasında duran məqsəd “postkommunist” məkanını
ABŞ-ın “strateji ehtiyatına” çevirmək idi. Bu “ehtiyat məkanın” he -
sabına Amerika dünyadakı mövqelərini saxlamalı idi. “Demokratiyanın
genişlənməsi” ideyası 1993-2000-ci illərdə ABŞ-ın beynəlxalq-siyasi
fəaliyyətinin əsasını təşkil etdi. Əvvəlcə postsovet məkanı ölkələrində
bu konsepsiyanın əsl mahiyyətini anlaya bilmədilər. Maraqlıdır ki,
E.Leykin konsepsiyası hərbi-siyasi aspektə də malik idi. “Demokra-
tiyanın genişlənməsi”, “demokratik tranzit” mərhələsini keçmiş
ölkələr Qərbin hərbi-siyasi və iqtisadi strukturlarına daxil edilməli
idi (2.1.1). Başqa sözlə, postsovet məkanında NATO-nun nəfəsi du-
yulmağa başladı.
Dünyanın yeni geosiyasi nizama doğru getdiyi aydın görünürdü.
1997-ci ildə artıq Rusiyanın ABŞ-a bərabər statusda alternativ
geosiyasi güc ola bilmək imkanının yoxluğu müəyyən olundu. Həmin
zamandan “birqütblü dünya” modelindən danışılmağa başlandı.
Lakin artıq dünyanın bir nəhəng blokda yaşaması da mümkün
deyildi. Çünki çoxlu sayda müstəqil dövlətlər meydana gəlmişdi və
onlar BMT-nin üzvü idilər. BMT qurulanda 50 üzvü vardı. Keçən
əsrin 90-cı illərində bu quruma üzv ölkələrin sayı 150-dən çox oldu,
indi isə 200-ə yaxındır. Onların hər biri söz sahibi idi.
59


Doğrudur, “birqütblü dünya” modelinə keçid, geosiyasi problemlərin
həllində BMT-nin zəifliyini də ortaya qoymuşdu. Təsadüfi deyil ki,
bu qurumda islahatların aparılması məsələsi məhz həmin dövrdə
meydana gəldi. ABŞ və Rusiya qeyri-rəsmi razılığa gəldilər ki,
BMT-nin islahatı dayandırılsın. Görünür, burada bu dövlətlərin hər
birinin öz marağı vardı. İlk növbədə, dünya yeni nizama tam keçmə-
diyindən qeyri-müəyyən məqamlar çox idi və Amerika ilə Rusiya
“bulanıq suda balıq tutmaq” istəmədilər. Paralel olaraq, Avropa
İttifaqı güclü geosiyasi məkana çevrilməkdə idi, NATO genişlənirdi
və postsovet məkanı ölkələrinin Qərb həyat tərzinə meyli artırdı.
Buna görə də Rusiya ABŞ-la birbaşa mübarizə aparmaq taktikasından
imtina etməli oldu.
Dünyada isə dövlətlərarası əməkdaşlıqda maraqlı proseslər gedirdi.
Müxtəlif regionlarda bir neçə dövlət inteqrativ təşkilatlar
yaradırdı. “İnteqrasiya” anlayışı keçən əsrin 20-ci illərində siyasi
termin kimi leksikona daxil oldu. Bu termini alman alimləri R.Şmed,
H.Kelzen və D.Şindler işlətməyə başlamışdılar. Bu müəlliflər
inteqrasiya anlayışını siyasi mənada dövlətlərin sosial-siyasi birlik
yaratması kimi başa düşürdülər. Ancaq siyasi sahədə real inteqrasiya
prosesləri yalnız XX əsrin ikinci yarısından, daha intensiv şəkildə
isə 80-90-cı illərdən başlandı.
XX əsrin 80-ci illərinin axırında dövlətlər tərəfindən yaradılan
koordinasiya xarakterli beynəlxalq təşkilatların sayı 400-ə yaxın idi.
Beynəlxalq qeyri-hökumət təşkilatlarının sayı isə 4676 idi (2.1.2).
XX əsrin sonuna artıq bir neçə siyasi-iqtisadi inteqrasiya modelləri
vardı: Avropa İttifaqı, And qrupu (Latın Amerikası, 1969-cu il),
Karib “ümumi bazarı” (Latın Amerikası, 1973-cü il), ASEAN (Uzaq
Şərq, 1967-ci il), MERKOSUR (Latın Amerikası, sosial, siyasi,
iqtisadi inteqrasiya, 1991-ci il), MAİS (Ümumdünya Əqli Mülkiyyət
Alyansı, Mərkəz Amerika, 1991-ci il), NAFTA (Şimal Amerika azad
ticarət sazişi, Şimal Amerika, 1994-cü il), FTAA (Ümumamerika
azad ticarət zonası, 1994-cü il). Paralel olaraq, siyasi ittifaqlar və
hərbi bloklar da yaranmışdı: Avropa Şurası, Afrika Birliyi Təşkilatı
60


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə