N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

siyasətinin ali prioriteti depopulyasiya olmalıdır” (1.3.15). Xatırladaq
ki, H.Kissincer 1975-ci ildə Prezident C.Karter üçün depolulyasiya
haqqında “GLOBAL 2000” adlı sənəd hazırlamışdı (1.3.15).
ABŞ siyasi isteblişmentində özünəməxsus yeri olan bu iki şəxsin
dedikləri nəyi ifadə edir? Hər şeydən əvvəl, bu, müasir sivilizasiya
geosiyasətində əsas hədəfin insan beyni, qəlbi və xalqların mədə-
niyyətləri olduğuna işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin
tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə milyonların
şüurunu manipulyasiya etmək olar. Sosialist düşərgəsinin dağılması
ilə həmin tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhz
keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət
göstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC
(1989-cu il), ВВС World News (1991-ci il), Euronews (1993-cü il),
Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarını
göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləri
aydındır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslı
yayılması zərurətə çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə çalışan
insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki,
bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiya
təminatı ilə sıx bağlıdır. O cümlədən transmilli şirkətlərin dünya
miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrinin
fəaliyyətindən birbaşa asılıdır. Beləliklə, media vasitələri qlobal
miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi
proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın demək olar
ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret
məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb ictimai
rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Beləliklə, müasir
təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin “beynini
və qəlbini yumaq” mümkündür. Sivilizasiyaların toqquşma xəttini
məhz burada görürlər. Ona görə də müxtəlif ad altında həyata
keçirilən ideoloji və informasiya təsirləri faktiki olaraq, yerli cəmiy-
yətlərin mədəni baxımdan “aşılanmasına” xidmət edir. Belə çıxır ki,
milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək,
ilk növbədə, siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin
54


əsasına qoymaq isə artıq konkret geosiyasi kurs götürmək anlamını
verir. Heydər Əliyevin mədəniyyəttutumlu suverenlik prinsipi müasir
tələblərə cavab verən dövlətçilik kursunun seçildiyinə işarə edir. Bu
məqam xarici siyasətin üzərinə düşən vəzifənin mahiyyət və məqsədini
aydın göstərir. Biz ikinci fəsildə bu məsələni təhlil edəcəyik.
Nəzəri ümumiləşdirmələr
XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi
bir dövrdə dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi
proseslər cərəyan edirdi. Bu şərtlər daxilində müstəqil dövlət
quruculuğu yaradıcı yanaşma tələb edirdi. Müstəqillik və suverenlik
anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər hansı
ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin
xarakteri və məzmunu ilə sıx bağlıdır. Qlobal güclərin dünyanı bir-
birindən “qarşılıqlı asılı olan” dövlətlər sistemi kimi qəbul etməsi
bir tərəfdən, əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən, bir
sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün zəmin hazır-
layırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş cəmiyyətlər xarici tə-
sirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında
qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün
bunun mühüm əhəmiyyəti var idi. O cümlədən daxili siyasətlə xarici
siyasət bir-birini tamamlamalı idi. Yuxarıdakı təhlillərimiz göstərir
ki, 1993-cü ildən etibarən Azərbaycan bu vəzifənin öhdəsindən
yüksək səviyyədə gələ bilmişdir. Burada bir neçə məqamı ayrıca
vurğulamaq istərdik.
Əvvəla, Qərbdə formalaşmış müasir geosiyasi nəzəriyyələrdə
beynəlxalq münasibətlər sistemində mədəniyyət amilinə daha çox
önəm verilməsi ideyası hökm sürürdü. Bu, ümumilikdə, XX əsr geo-
siyasi ideyasında növbəti transformasiyanı ifadə edirdi. Yeniləşmənin
əsas məğzi dövlət lərarası münasibətlərdə “yumşaq və ya ağıllı güc”ə
üstünlük verməkdən ibarət idi. Yəni artıq əsas mübarizə insan beyni
və qəlbi uğrunda getməkdə idi. Xarici siyasətdə bu, “könüllü
əməkdaşlıq” formulu ilə ifadə olunurdu. Hər bir “könüllülüyün”
55


arxasında isə böyük geosiyasi güclərin maraqlarının təmini
məsələsi dururdu. XX əsrin sonu dünyanın bu prinsiplər əsasında
birləşdirilməsi kursunun geniş vüsət alması ilə yadda qaldı. XXI
əsrin əvvəllərində isə bu prosesin daxili ziddiyyətləri daha qabarıq
şəkildə özünü büruzə verdi.
Postsovet məkanı ölkələrində hadisələrin bu cür inkişafı milli döv-
lətçiliyin optimal təkamül modelinin tapılması məsələsini son dərəcə
aktuallaşdırdı. Ön plana müstəqil dövlətçilik, demokratik cəmiyyət,
inteqrasiyaya aparan geosiyasi amillər çıxdı. Bu prosesdə xarici
siyasətin rolu böyük əhəmiyyət daşımağa başladı. Çünki inteqrativ
proseslərin intensivləşməsi müxtəlif dövlətlərin “təmas sahəsi”,
“qarşılıqlı təsir zonasının ön cəbhəsi” olan xarici siyasətin rolunu da -
ha da artırdı. Diplomatiya həmin prosesdə əsas fəaliyyət mexanizmi
kimi daha çox diqqət mərkəzinə gəldi. “İnteqrativ diplomatiya”, “çox-
vektorlu diplomatiya” və s. terminlər for  malaşdı.
İkincisi, postsovet məkanında müstəqillik əldə etmiş ölkələr
qlobal miqyasda formalaşmış geosiyasi situasiyanı fərqli dəyərlən-
dirdilər. Onların hər biri öz yolunu seçdi. Bu, müasir tarixi şəraitdə
geosiyasi reallıqların hər bir cəmiyyətin həyatına çox ciddi təsir gös-
tərdiyini təsdiqləyirdi. Postsovet məkanı ölkələri öz inkişaf modellərinə
uyğun xarici siyasət yeritməyə başladılar. Burada aqressiv və
təcavüzkar mövqedən (məsələn, Ermənistan) tutmuş birtərəfli qərbçi
(məsələn, Gürcüstan) istiqamətə qədər fərqli kurslara rast gəlmək
olar. Bəzi ölkələr isə sovet dövrünün mövqeyindən elə də uzaqlaşmaq
istəmir və zahirən özlərini bitərəf göstərməyə çalışırdılar. Əslində
isə, müstəqil dövlət quruculuğu ilə bağlı tam aydın inkişaf modelinə
malik olmadıqlarına görə, onlar tərəddüd edirdilər. Bu məqam həm
də əsaslı xarici siyasət yeritməməkdə öz ifadəsini tapırdı.
Üçüncüsü, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycan
konkret xarici siyasət kursu seçdi. Bu siyasət güclü dövlət quruculuğu
konseptinə əsaslanırdı. Onun əsas istiqamətləri Ümummilli lider
Heydər Əliyev tərəfindən dəqiq müəyyənləşdirildi. Xarici siyasət
kursu Azərbaycanın güclü dövlət, demokratik və sülhpərvər ölkə
imicinin formalaşmasına xidmət edir. Bu məqamların hər biri Azər -
56


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə