N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə12/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

verən xammal yeri kimi baxırdılar. Qısa bir zamanda Ermənistana
havadarlıq edilməsi nəticəsində torpaqlarımızın bir qismi işğal edildi
və Azərbaycana güclü təzyiq vasitəsi yarandı. Bundan sonra Ermə-
nistanla münaqişəni müxtəlif üsullarla uzadaraq, Azərbaycanı çox
şeyə məcbur etmək taktikası seçildi. Rusiya tədqiqatçısı S.İ.Çernyavski
“Azərbaycanın yeni yolu” adlı kitabında həmin dövrü yaxşı təsvir
edir (bax: 1.3.2). Bəzi çatışmazlıqlara baxmayaraq, həmin kitabda
Azərbaycana qarşı qurulan amansız geosiyasi oyunların arxasında
duran məqamlara işıq salınır.
Sözün həqiqi mənasında ölkə parçalanma astanasında dayanmışdı,
xarici təcavüz sistemli xarakter almışdı, daxildə böyük xaos hökm
sürürdü. Azərbaycan üçün bu vəziyyətdən yeganə optimal çıxış yolu
sabitlik yaradıb, dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti və
dövləti xilas etmək məqsədi digər bütün maraqlardan üstün tutulmalı
idi. Burada F.Fukuyamanın belə bir situasiya üçün təklif etdiyi
ideyanı xatırlatmaq yerinə düşər.
F.Fukuyama yazır ki, Böyük səhradan cənubda yerləşən Afrika
ölkələrində milli dövlət qurmaq cəhdləri yerli institusional potensialın
tam məhvinə gətirib çıxardı (1.1.1, s.169). Başqa nümunələr də
analoji nəticənin alındığını göstərirdi. Bu, Qərbin yeni milli dövlətlər
qurmaq işinə bədbin yanaşmasına səbəb olmuşdu. Lakin tarixi ger-
çəklik milli dövlət quruculuğunu tələb edirdi. 
F.Fukuyama bu
prosesin üç mərhələdə həyata keçirilməsini doğru sayır. Birinci
mərhələni o, münaqişədən sonrakı yenidənqurma adlandırır.
Bu mərhələ ölkənin münaqişəli vəziyyətdən çıxmasından sonra
başlayır. İkinci mərhələ cəmiyyətdə sabitlik bərqərar olunduqdan
sonra işlək dövlət strukturlarının yaradılmasını nəzərdə tutur.
Xarici təcavüz sona çatandan sonra bu proses özünün mükəmməl
səviyyəsinə çatmalıdır. Üçüncü mərhələ hakimiyyətin böyük
ölçüdə sabitləşməsindən başlayır və zəif dövlətdən güclü dövlətə
keçidi əhatə edir. Bunun əlamətləri sırasında dövlətin öz vətəndaşlarının
hüquqlarını, xüsusi mülkiyyətini, təhsil haqlarını və s. qoruya
bilməsini göstərmək olar. Bir sözlə, üçüncü mərhələdə dövlət
strukturları lazımi qədər səmərəli işləməlidir (bax: 1.1.1, s.169-174).
42


F.Fukuyamanın təklif etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyin
yaradılması və dövlət strukturlarının səmərəliliyi təşkil edir. Bəs
bunu necə təmin etməli? Afrika və ya Əfqanıstan mo deli postsovet
məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə çox
ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu,
təcrübəsi, xalqın men tal xüsu siyyətləri və konkret yerli sosial-
siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri var. Bütün bunlara görə,
vacib məsə 
lələrdən biri 1993-cü ildən başlayaraq Azərbaycanda
güclü dövlət quruculuğunun əsas cəhətlərinin dərk edilməsidir.
Əvvəlcə  Azərbaycanın 1993-cü ilin əvvəllərində düşdüyü vəziyyətə
baxaq. O zaman cəmiyyətin bütün sahələrində də rin böhran hökm
sürürdü. Ermənistan havadarlarının yar 
dımı ilə təcavüzü davam
etdirir, torpaqlar işğal altına düşürdü. Daxildə hakimiyyət iddiasında
olan bir neçə silahlı qruplaşma yaranmışdı. Onlar yalnız hakimiyyəti
ələ keçirmək haqqında düşünürdülər. Çoxlu sayda siyasi partiya var
idi, ancaq onların hansı qüvvələrə xidmət etdiyi məlum deyildi. Ha-
kimiyyət ölkədə vəziyyətə nəzarət edə bilmir, qanun pozuntuları,
məsələləri “cinayət aləminin qanunları” ilə həll etmək cəhdləri baş alıb
gedirdi. İnsanlar küçəyə çıxmağa qorxurdular. Təbii ki, belə bir vəziyyəti
həmin dövrün ha ki miyyəti qəsdən yaratmamışdı, sadəcə bu hakimiyyət
dövrün meydana gətirdiyi problemləri həll edə bilmirdi. Bu vəziyyət
Azərbaycanın müxtəlif bölgələrində separatçılığa yol açırdı. Qanunsuz
silahlı birləşmələrin radikal davranışları isə əhalini cana gətirmişdi.
Siyasi qüvvələr arasında münasibət qeyri-sağ lam və gərgin idi. Bir sözlə,
Azərbaycan daxildən idarə edilmir, xaricdən baxanda isə “sifarişlər
məkanı” təsiri bağışlayırdı.
Bütün bunlar Azərbaycan üçün iki problemi aktuallaşdırmışdı.
Birincisi, ölkədə sabitliyi necə təmin etməli? İkincisi, müstəqil dövlət
quruculuğunu uğurla aparmaq üçün hansı kursu seçməli? Bu aspektlər
reallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün ideologiyanın
müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcək
ideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək,
dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin bir-
ləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil
dövlət quruculuğunun gerçək fəlsəfəsini formalaşdırmaqdan gedirdi.
43


1993-cü ilə qədər belə fəlsəfə yox idi. Siyasətçilərin istəkləri
səmimi və çox olsa da, həmin dövrün mürəkkəbliyi şəraitində
praqmatik səmərə verə biləcək kursun seçilməsi xüsusi keyfiyyətlər
tələb edirdi. Tarix Azərbaycanın siyasi səhnəsinə həmin keyfiyyətlərə
malik Heydər Əliyevi yenidən gətirdi və faktiki olaraq, xalq fəlakətdən
qurtuldu. 1993-cü ildə Heydər Əliyevin prosesləri necə bir siyasi
uzaqgörənlik, təmkin, səbir və zəhmətlə Azərbaycanda dövlətçiliyin
xilasına yönəltməsi siyasətə aid klassik əsərlərin gözəl mövzusudur.
Bunları kitabında qısaca təsvir edən S.İ.Çernyavski Heydər Əliyevin
S.Hüseynovla olan danışıqlarını və atdığı addımları təhlil edir (1.3.2,
s.125-133). Onların təhlilini növbəti fəsildə verəcəyik, burada isə
onu qeyd edək ki, faktiki olaraq, o günlərdə Azərbaycan dövlətçiliyinin
taleyi həll olunurdu.
Mahir siyasət ustası şahmat taxtasında bir neçə rəqibi ilə oynamalı
və qalib gəlməli idi. Heydər Əliyev bunu ba cardı. Ümumi beynəlxalq
və daxili vəziyyət isə nə onun, nə də Azərbaycanın xeyrinə deyildi.
Siyasətçi dövlət quruculuğunun fəlsəfəsini sürətlə, ölkənin ziddiyyətli
problemlərini həll edə-edə yaratmalı idi. Dövlət quruculuğunda ən
böyük maneələrdən biri həmin ərəfədə xaricdən idxal edilmiş və
bütün postsovet məkanı üçün şirnikdirici görünən ideologiyanın
qafalara hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn gözqa-
maşdırıcı, şirnikdirici və bəzən təhrikedici ideoloji konsepsiyalar in-
sanlarda əməlli-başlı çaşqınlıq yaratmışdı. Burada həm radikal mil-
liyyətçiliyin avantürist cəzbetmə sahəsinə, həm də liberal demokra-
tiyanın azadlıq xülyasına düşmək ehtimalı var idi. Bu ifrat tendensiyaların
hər ikisi, əslində, 1993-cü ilə qədər özünü büruzə verirdi. Qərbdən
gələn təsirlərin arxasında hansı məqsədlərin durduğunu müəyyən
etmək asan məsələ deyildi. Çünki Qərb məhz liberalizm, azadlıq, de-
mokratiya kəlmələri ilə gerçək geosiyasi maraqlarını gizlədə bilirdi.
İnsanlar bu cəlbedici və ümidverici terminlərlə dolu ideoloji sistemin
çarxına düşür və oradan çıxa bilmirdilər.
Əvvəlki paraqrafda apardığımız təhlil də göstərir ki, əslində məhz
Qərbdə işlənmiş geosiyasi konsepsiyalar dünyada qüvvələr balansını
44


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə