N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə20/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

Müasir dövrdə xarici siyasət müəyyən mənada geosiyasi
risklərin idarə edilməsi vasitələrindən biridir. İstənilən dövlət
daim ətraf aləmlə qarşılıqlı təsirlərdə olur. Mürəkkəb geosiyasi
situasiyada bu təsirlər zamanı gözlənilməz amillər meydana çıxa
bilir. Məsələn, dövlətin xarici qüvvələr tərəfindən işğalına cəhd
oluna bilər. Daxili dağıdıcı qüvvələrin təsiri altında dövlətin
çökməsi ehtimalı yaranar. Beynəlxalq münasibətlər sistemində
ölkənin suverenlik dərəcəsi aşağı düşə bilər. Dövlətin öz maraqlarını
lazımi səviyyədə qorumaq imkanı məhdud laşar. Bu cür hallarda
geosiyasi risklərin idarə edilməsi strategiyası özünü doğruldur.
Belə bir strategiyanın uğurla həyata keçirilməsi isə sistemli və
konkret məqsədləri olan xarici siyasət kursunun formalaşdırıl-
masını tələb edir. Azərbaycan üçün bu siyasətin əsasını Ulu
öndər 
Heydər Əliyev qoymuşdur. İndi də onun müəyyən etdiyi
kurs qətiyyətlə davam etdirilir. Bununla yanaşı, dəyişən geosiyasi
mühitdə meydana gələn riskləri və təhdidləri nəzərə alan dinamik
xarici siyasət yeritmək lazımdır. Biz Azərbaycanın xarici siyasətinin
əsas vəzifələri və prioritetlərinə həsr edəcəyimiz hissələrdə bu
məsələnin üzərində geniş dayanacağıq. Burada isə xarici siyasətin
müasir geosiyasi şərtlər çərçivəsində bəzi nəzəri-konseptual aspektlərinə
diqqət yetirmək istərdik.
Aydındır ki, sürətlə dəyişən ətraf mühit, yəni beynəlxalq aləm
eyni dərəcədə çevik xarici siyasət yeritməyi aktuallaşdırır. Geosiyasi
riskləri idarə etmək üçün həm mövcud beynəlxalq münasibətlər sis-
temini diqqətlə izləmək, həm də daxilən mükəmməl olan xarici
siyasət formalaşdırmaq gərəkdir. İnformasiya anlayışının ciddi rol
oynadığı tarixi mərhələdə bu problemin çoxsaylı parametrlərdən
asılılığını qəbul etmək gərəkdir. Burada birtərəfli düşünmək, bütün
amilləri nəzərə almadan siyasi mövqe müəyyənləşdirmək uğur gətirə
bilməz. Geosiyasi mühitdə qeyri-xətti təsir amilləri üstünlük təşkil
edir. Məsələn, zəif bir təsir sonda güclü effekt verə bilir. İndi məcazi
mənada “kəpənək effekti” deyilən bir hadisədən müxtəlif bağlılıqda
(elmi, iqtisadi, hərbi, siyasi, mədəni, ekoloji və s.) çox danışılır.
67


Bunun geosiyasi mənası ondan ibarətdir ki, dünyanın kiçik bir
ölkəsi ilə bağlı baş verən və əhəmiyyətsiz sayılan hadisə, zəncirvarı
reaksiya ilə bütövlükdə dünya üçün qlobal problem yaradır.
Obrazlı desək, müəyyən bir ölkədə kəpənəyin qanadlarının havanı
dalğalandırması (burada nəzəri ehtimaldan söhbət gedir) başqa ölkədə
tufan törədə bildiyi kimi, hər hansı bir siyasi hadisə planeti təhlükə
qarşısında qoyur.
Müasir dünyada ölkələr və cəmiyyətlər arasında əlaqələr o dərəcədə
inkişaf edib ki, bir-birindən min kilometrlərlə uzaqda olan dövlətlərin
qarşılıqlı təsirini nəzərə almaq lazım gəlir. Dağlıq Qarabağı Ermənistanın
işğal etməsi müasir dünya üçün ciddi geosiyasi problemlər yaradıb.
Faktiki olaraq, bu münaqişə Cənub Qafqazda sabitliyin qarşısını
alıb. Azərbaycan öz haqlarını təmin etmək üçün regionla bağlı bütün
beynəlxalq layihələrdən Ermənistanı təcrid edib. İndi beynəlxalq
miqyasda enerji təhlükəsizliyi sisteminin qurulmasına kiçik Ermə-
nistanın təcavüzkar siyasəti ciddi mane olur. Zəncirvarı olaraq bü-
tövlükdə Avrasiya geosiyasi məkanında hər an hərbi-siyasi partlayışın
baş verməsi təhlükəsi yaranıb.
Müasir geosiyasi mühitin yuxarıda sadaladığımız xüsusiyyətləri
xarici siyasətə təsir edən məqamları ciddi surətdə nəzərə almaq ehti-
yacını qarşıya çıxarır. Mümkün müxtəlif variantlardan optimal olanını
seçmək lazım gəlir. Burada əbədi və dəyişməz xarici siyasət
sistemindən danışmaq səmərəli görünmür. Sürətlə dəyişən situasiyaya
adekvat reaksiya verə bilən siyasət gərəkdir.
Ölkənin ətraf aləmlə qarşılıqlı təsirləri bir-biri ilə kəsişən
çoxlu sayda amillərlə xarakterizə olunur. Onları yerli, regional
və qlobal səviyyələrə bölmək olar. Qlobal proseslər beynəlxalq
münasibətlər sistemində iki məqamı önə çəkir.
Birincisi, qeyri-dövlət aktorlarının dünya siyasətində rolu
artıb. Bura transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları,
beynəlxalq qurumlar və s. daxildir. Məcazi mənada “siyasətin
qeyri-dövlətləşməsi” tədricən fərqli geosiyasi mühit yaradır.
Deyək ki, “ictimai diplomatiya” və yaxud “paradiplomatiya”
kimi anlayışlar meydana çıxır.
68


İkincisi, informasiya texnologiyalarının sürətli inkişafı “daxili”
və “xarici” anlayışları arasında olan ənənəvi sərhədi dəyişib.
Cəmi bir neçə il öncə daxili sayıla bilən hər hansı amil artıq
qarşılıqlı təsirlərin genişlənməsi və cəmiyyətin dərinliklərinə
nüfuz etməsi nəticəsində “xariciləşib”. Məsələn, insan haqları
indi heç bir dövlətin yalnız daxili məsələsi sayılmır. Transmilli
korporasiyalar yerli iqtisadi infrastrukturda o dərəcədə yer alıb
ki, iqtisadiyyat sırf daxili hadisə olmaq statusundan uzaqlaşıb.
O cümlədən daxili siyasət bütün parametrləri üzrə toxunulmaz
deyil. Daxili siyasətlə xarici siyasətin münasibəti bu kontekstdə
xeyli dəyişmişdir.
Qlobal proseslərin təsiri ilə regional və qlobal təhlükəsizlik
mühiti transformasiyaya uğrayır. Bu transformasiya “birqütblü
plüralistik” modellə “çoxqütblü” modelin ziddiyyətlərlə müşayiət
olunan açıq və gizli rəqabəti fonunda yeni çalarlar kəsb etməyə
başlayır. Dünyanın əsas güc mərkəzləri hələ də qarşılıqlı müna-
sibətlərdə sabit meyarlar sistemi qura bilmirlər. Məsələn, Cənub
Qafqaz regionunda Qərblə Rusiyanın rəqabəti zaman-zaman
kəskin xarakter alır.
Regional güclər olan İran və Türkiyənin təsirləri də özünü göstərir.
Son zamanlar ABŞ-Rusiya münasibətlərinə Raketdənmüdafiə sis-
temlərinin (RMS) yerləşdirilməsi ciddi təsir edir. ABŞ Türkiyə və
Avropanın bir neçə ölkəsində həmin sistemləri quraşdırma planını
həyata keçirir. Rusiya buna “asimmetrik” cavab verəcəyini bəyan
edir. Bu proseslər, əslində “ikiqütblü” dünya konsepsiyasının yenidən
aktuallaşa biləcəyinə işarədir. “Çoxqütblülük” konsepsiyası ilə di-
gərlərinin faktiki olaraq, toqquşması dünya miqyasında gərginliyi
artırır və gözlənilməzlik amilini önə çəkir. Təbii ki, belə olan halda
qlobal və regional təhlükəsizlik sistemlərinin formalaşması kifayət
qədər problemli görünür.
Xarici siyasət bu şərtlər daxilində son dərəcə çevik struktura
və funksiyalara malik olmalıdır. Onun iki qrup amil arasında
harmoniya yaratması zəruridir. Birinci qrupa müstəqillik və su-
verenliyin gücləndirilməsini, ərazi bütövlüyünün bərpasını və
69


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə