N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə22/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

o vaxtlarda formalaşdı. Xarici siyasətin konkret məzmununa keçmədən
bir sıra nəzəri qeydlər edək.
Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi
şəraiti nəzərə alaraq, xarici siyasət kursunun əsas ruhunu formalaş-
dırmağa başlamışdı. Əvvələn, nəzərə alınırdı ki, qlobal səviyyədə
geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi,
Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik ba-
xımından perspektivsizdir. Üçüncüsü, məlum səbəblərdən Türkiyə
bölgədə strateji tərəfdaş olmalıdır, lakin rəsmi Ankara “böyük
qardaş” fəlsəfəsindən imtina etməlidir. Dördüncüsü, İran böyük
qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici
siyasətdə ciddi yer almalıdır. İranla dostluq və sıx əməkdaşlıq
xətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə in-
teqrasiya xətti götürülməlidir. Çünki proseslər göstərirdi ki,
yaxın perspektivdə dünya miqyasında geosiyasi, hərbi, mədəni,
iqtisadi və siyasi inkişaf baxımından Qərbə alternativi bir müddət
gözləmək lazımdır.
Bu konsepsiyanın fonunda Heydər Əliyev Azərbaycanın regionda
olan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi.
Bununla da balanslaşdırılmış xarici siyasət dərin təhlil əsasında
dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu
siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik
cəmiyyət yaratmaq məqsədi dururdu. Əsas vəzifələrdən biri ölkənin
ərazi bütövlüyünü təmin etmək idi. Çünki ərazi bütövlüyü bərpa
olunmayan dövlətin davamlı inkişafına həmişə problem yaratmaq
ehtimalı var. Münaqişə qalırsa, hər an ondan istifadə edib, Azərbaycana
istədiklərini qəbul etdirməyə cəhdlər edə bilərlər. Bunu böyük güclər
daha yaxşı bilirlər, buna görə də Azərbaycanın cidd-cəhdlərinə bax-
mayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ
münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi,
nə də Ermənistanı sözdə deyil, əməldə işğalçı dövlət bəyan edib,
müvafiq addımlar atıldı. Əksinə, təcrübə göstərdi ki, böyük güclər
zaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla
73


sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını
nümayiş etdirdilər.
1993-1995-ci illərdə Ermənistan qoşunlarının Azərbaycan ərazi-
lərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişi
planları hazırlayaraq, ölkəni yenidən xaosa sürükləməyə cəhd olundu.
Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanırdı. Özü də maraqlıdır
ki, Azərbaycana dost olan da, olmayan da öz maraqları naminə bu
işə girişmişdi. Sual olunur: ölkədə sabitlik yaratmağa, dövlət qu-
rumlarının normal işini bərpa etməyə çalışan 
Heydər Əliyevə
niyə mane olurdular? Dünyanın siyasi səhnələrində, möhtəşəm
salonlarında sülhdən, əməkdaşlıqdan, qardaşlıqdan, inteqrasi-
yadan, mehriban qonşuluqdan, plüralist siyasi-ideoloji yanaş-
malardan, sabitlikdən, demokratik genişlənmədən, yeni siyasi
ittifaqların zəruriliyindən və s. gəlişigözəl epitetlərdən söz salanları
Azərbaycanda qane etməyən nə idi?
Təcavüzkarı təsir altına alıb, onu cilovlamaq əvəzinə, torpağı
işğal edilmiş gənc bir dövləti diz çökdürməyi, onu təsir altında sax-
lamağa çalışmağı müasir geosiyasi konsepsiyalar necə izah edir?
Biz burada “ədalət”, “hüquq”, “bərabərlik” kimi  ifadələri işlətmirik,
çünki bu anlayışlar siyasətdə başqa “missiyaların” həyata keçirilməsi
üçün işlədilir. Lakin müasir geosiyasi konsepsiyalarda balanslaşmadan,
inteqrasiyadan və sülh naminə əməkdaşlıqdan bol-bol danışılır.
Görünür, hələ keçən əsrin 50-ci illərində F.Hayekin dediyi “biz (av-
ropalılar) etiraf etməliyik ki, çox səhvlər buraxmışıq və davranışımızı
dəyişməliyik” tövsiyəsini nəzərə almayanlar az deyil. Bəziləri hələ
də öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq vər-
dişindən əl çəkmək istəmirlər. Hər bir halda Azərbaycanın üstünə
düşüb, burada sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir
siyasi əxlaq normasına sığmır. 
Lakin Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilo-
metrlərlə uzaqda olanların öz arqumentləri vardı. Onlar bilirdilər ki,
Azərbaycana nəzarət etmək bütövlükdə Cənub Qafqaza nəzarət
etmək demək idi. Bunun səbəbi, Hafiz Paşayevin fikri ilə ifadə et -
sək, Azərbaycanın “3G” ölkəsi olmasıdır. “3G” müasir tarixi şə rait -
74


də ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə
uyğun olaraq, çox əhəmiyyətli olduğunu ifadə edir. Lap qədimdən
həmin xarakteristikaya görə Azərbaycan böyük dövlətlərin diqqət
mərkəzində olub. Bu fikir Heydər Əliyevin XXI əsrin və üçüncü mi-
nilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elmi-
nəzəri-praktiki cəhətdən dəqiq əsaslandırılıb (bax: 2.3.2). Azərbaycan
müxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədə-
niyyətlərin yanaşı yaşadığı yer olub. 
Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərə
alsaq, böyük dövlətlərin ölkəmizə marağını tam təsəvvür edə bilərik.
Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosi-
yasətinin əsas prioritet istiqamətlərindən biri və bəzən birincisi hesab
olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması
böyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir səhvi
vardı – bu zəngin likdən yararlanmaq üçün onun sahibi olan Azər-
baycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə onunla
əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər. Görünür, tarixdə
baş verən bəzi hadisələr də onlarda müəyyən dərəcədə yanlış təsəvvür
formalaşdırmışdı. Çünki 300 il əvvəl Azərbaycan parçalanandan
sonra burada fəaliyyət göstərmək üçün Bakıdan heç nə soruşmurdular.
Nə Nobel qardaşları, nə də onlardan əvvəl və sonra gələnlər neft çı-
xarmaq icazəsini azərbaycanlılardan almadılar. Bununla da belə
təəssürat yarana bilərdi ki, kim bacarırsa, Azərbaycanın sərvətlərini
talan edə bilər, Azərbaycandan razılıq almağa isə ehtiyac yoxdur.
Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti də
burada vəziyyəti qəlizləşdirirdi.
Məsələnin mahiyyəti, Z.Bjezinskinin qeyd etdiyi kimi, geosiyasi
“qravitasiya mərkəzinin Qərbdən Şərqə meyllən məsi” (2.3.3) prosesi
ilə bağlıdır. Deyirlər ki, Hitlerdən ad günündə dünyanın xəritəsi olan
tortun hansı hissəsindən pay istədiyini soruşanda, barmağı ilə Azərbaycanı
göstəribmiş. İndi də Azərbaycan bu marşrutda çox mühüm məntəqədir.
O, Cənub Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həm
də Mərkəz Asiyaya açılan “geosiyasi pəncərə”dir. Cənub Qafqazın
başqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarına
görə bu funksiyanı yerinə yetirməsi imkanı yox dərəcəsindədir.
75


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə