N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

güc mərkəzləri arasında münasibətlər isə asimmetrikdir... Dünyanın
bir neçə regionunda lokal güclər (məsələn, Çin, Hindistan, İndoneziya,
Braziliya), görünür, beş başlıca güc mərkəzlərinə nisbətən daha əhə-
miyyətli olacaqlar” (1.2.19, s.11). Yəni ikinci qrup siyasətşünaslar
bey nəlxalq münasibətlərdə aktiv subyektlərin daha çox olacağını,
onların maraqlarında ortaq sahələrin yaranacağını proqnozlaşdırırdı.
Onlar belə bir sistemdə hansısa əsas qrupları axtarmağın mənasız ol-
duğuna inanırdılar.
Beynəlxalq münasibətlər sisteminin mürəkkəb və poliarxik sistem
kimi qəbul edilməsi XX əsrdə geosiyasi ideyanın transformasiyasının
çox mühüm bir cəhətini ifadə edir. Qərb XX əsrin sonu – XXI
əsrin əvvəllərində geo 
siyasi aspektdə dünyanın son dərəcədə
mürəkkəbləş diyini, hansısa amilə görə dövlətlərarası münasibətlərin
ziddiyyətsiz tənzimlənməsinin mümkünsüzlüyünü dərk etməyə
başladı. Bu cür yanaşmanın özü tədricən tarixin arxivinə
atılmalıdır. Bu konsepsiyaları yaradanların məntiqi nə qədər
güclü, ritorikası isə nə dərəcədə cəlbedici və orijinal olsa da,
dünyanın geosiyasi mənzərəsinin üfüqlərində başqa intellektual
sistemlərin yaradılmasına ehtiyac aydın hiss olunurdu. Geosiyasi
konsepsiyaların “nəhəngləri” ən azından iqtisadi və hərbi amillərdən
daha incə, mədəni və bu mənada “yumşaq” güclərə arxalanmalı
idilər. Digər tərəfdən, fəlsəfi və elmi idrakda da sosial-mədəni
amillərin cəmiyyətin həyatında əsas rol oynadığına dair ideyalar
yayılmaqda idi. Obrazlı desək, “dünya mədəniləşirdi”, insan təfəkküründə
“daha incə, mədəni və bu mənada yaradıcı düşüncəyə” keçid baş verirdi.
Elmi-fəlsəfi terminologiyada buna “kreativ düşüncə” də deyilir.
Bu prizmadan XXI əsrin əvvəllərində yaranmış geosiyasi
konsepsiyaların daha çox “sivilizasiya geosiyasəti” adlandırılması
təsadüfi görünmür. Sivilizasiya geosiyasəti cəmiyyətlərin mədə-
ni-mənəvi dəyərlərinin əhəmiyyətinin siyasi fəaliyyətdə qəbul
edilməsini nəzərdə tutur. Yəni dövlətlərarası münasibətlərdə
hərbi və ya iqtisadi yarışma deyil, mədəniyyətlərin, mənəvi də-
yərlərin, ideologiyaların yarışı əsas götürülməlidir. Sivilizasiya
geosiyasəti etnosların mədəniyyət sistemlərinin, arxetiplərinin, mə-
36


nəvi-əxlaqi dəyərlərinin dayanıqlığını qəbul edir. Bu yanaşma infor-
masiya anlayışının vacibliyini bir daha önə çəkir. İnformasiya isə
kommunikasiya anlayışının geosiyasətdə yeni status alması zərurətini
tələb edir. Çünki yeni geosiyasi konsepsiyalarda “çoxölçülü kom-
munikasiya sahəsi”, “sərhəd energetikası” kimi terminlərdən geniş
istifadə edilir (bax: məs., 1.2.12, s.97-117). Aşağıda sivilizasiya
geo siyasətinin müxtəlif aspektlərinə müraciət edəcəyimizə görə onun
üzərində geniş dayanmağa ehtiyac görmürük. Burada geosiyasi nə-
zəriyyələrin ideya transformasiyası baxımından əhəmiyyətli saydığımız
bəzi məqamlara diqqət yetirəcəyik.
İqtisadi amildən mədəniyyətə keçidi ifadə edən ideal konstruksiya
kimi “sivilizasiya geosiyasəti” fərqli cəhətlərə malikdir. Təbii ki,
mədəniyyət güc qismində hərbi və iqtisadi gücdən daha sivil və
humanist bir məfhumdur. XXI əsri “humanizm əsri” adlandıranlar
bu məqamı nəzərdə tuturlar. Lakin geosiyasətdə mədəniyyətin
hansı məqsədlərlə istifadə edilməsi məsələsi də önəmlidir. Təəssüf
ki, hələlik “sivilizasiya geosiyasəti” termini daha çox söz olaraq
qalmaqdadır. Dünyanın böyük gücləri mədəniyyətdən başqalarını
təsir altında saxlamaq, onun mədəni məkanına müdaxilə və
nəzarət etməklə öz siyasi, hərbi və geosiyasi məqsədlərinə çatmaq
üçün istifadə edirlər. Əvvəlki dövrlərdə dünya hərbi və ya iqtisadi
güclə zəbt edilirdisə, indi mədəniyyət, texnologiyalar, incəsənət
və ideologiya ilə işğal olunmaqdadır. 
Cozef Nayın “yumşaq güc”
anlayışı bunun bariz nümunəsidir. O, bu anlayışı 1990-cı ildə
daxil edib (bax: 1.2.20 və 1.2.21). C.Nay “yumşaq güc” (Soft Power)
dedikdə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə
deyil, mədəniyyətə, siyasi ideala və proqramlara görə təmin etməyə
çalışdığını nəzərdə tutur. Onun fikrincə, “sərt güc” məcburetməyə
əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq
“könüllü iştirak”da da son məqsəd lider dövlətin mədəni meyar-
larını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin
növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geosiyasətdə ter-
minologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişməyib.
XIX əsrin sonu – XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əv-
37


vəllərində də bir sıra dövlətlər digər dövlətləri öz təsiri altına almağı
beynəlxalq münasibətlər sistemində əsas məqsəd sayırlar. Onda belə
çıxır ki, geosiyasətdə ideya transformasiyası dedikdə, əsasən, təsir
vasitələrinin dəyişməsini nəzərdə tutmalıyıq. Bu aspektdə ideya
transformasiyası hərbi güc-iqtisadi güc-mədəni güc kimi təsəvvür
edilə bilər. Fəlsəfi terminlərlə ifadə etsək, maddi amillərdən mənəvi
amillərə keçidin baş verdiyini deyə bilərik. Geosiyasətdə işlənən
terminologiya ilə desək, “sərt güc”dən “yumşaq güc”ə keçid baş
vermişdir. Bu zaman strateji məqsəd dəyişməmişdir – güclülər
başqalarına diktə etməlidirlər! XX əsrin sonlarında Z.Bjezinski
yazırdı: “Amerika siyasətinin son məqsədi xeyirxah və yüksək
olmalıdır: həqiqətən əməkdaşlığa hazır olan dünya sisteminiyaratmaq...
Ancaq həyati vacibdir ki, siyasi səhnədə Avrasiyada hökmranlığa
qadir olan Amerikaya “əlcək ata biləcək” rəqib meydana gəlmə-
məlidir...” (1.2.22, s.2). Hər şey aydın yazılıb. ABŞ siyasətinin “xe-
yirxahlığı və yüksəkliyi” öz maraqlarını təmin etməkdən ibarətdir
ki, bu məqsədlə də Avrasiya məkanında özünə rəqib yetişməsinə
imkan verməməlidir. Hansı üsulla? Bu, artıq ikinci dərəcəli sualdır.
Bunlarla yanaşı, geosiyasətdə “yumşaq güc”ə keçid, hər halda,
pozitiv tarixi hadisə kimi qiymətləndirilməlidir. “Yumşaq güc”
anlayışı özündə dialoqa hazırlıq, mədəniyyətlərarası əlaqələrin
inkişafı, humanitar əməkdaşlıq kimi prosesləri də nəzərdə tutur.
Müasir beynəlxalq münasibətlər sistemində həmin məqamların
rolunun artırılması gözlənilir. Əks halda, bəşəriyyət növbəti total
fəlakətə düçar ola bilər. Zaman nəzəriyyəçilərin qeyd etdiyi (məs.,
bax: 1.2.12, s.375-381) üçüncü dünya müharibəsi gerçəkləşə bilər.
Beləliklə, beynəlxalq münasibətlər Qərbin müasir geosiyasi
nəzəriyyələri üçün “eyni vaxtda bir neçə şahmat taxtasında oy-
namaq qabiliyyətidir” (S.Hoffman). Dünyanın özü isə çoxparametrli
qeyri-xətti münasibətlərlə dolu açıq sistemdir. Bu cür mürəkkəb
sistemdə xarici siyasətin aparılması çoxməchullu riyazi tənliyin
həllinə bərabərdir. Xüsusilə xarici siyasətin uğurlu olması milli ma-
raqların təmin edilməsindən ibarətdirsə, onda kifayət qədər dolaşıq
vəziyyət yaranır. Bu kontekstdə postsovet məkanı üçün vacib olan
daha bir nəzəri geosiyasi problemə diqqət yetirməyə ehtiyac görürük. 
38


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə