N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə6/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   ...   80

Məsələn, sosial hadisələrin biologiyanın qanunları ilə izah edilməsi
bu qəbildəndir. Sosial-darvinizm Çarlz Darvinin təbiət hadisələrində
aşkarladığı təbii seçim və mübarizə qanununu insan cəmiyyətinə də
şamil edən sosial nəzəriyyədir. Nyuton fizikası və darvinizmdə de-
terminizm prinsipi (lat. determinare - “müəyyən etmək”, “məhdud-
laşdırmaq”) ciddi yer tutur. Determinizm səbəb-nəticə əlaqələrinin
universal xarakterliyi haqqında təlimdir. Bu təlimə görə, dünya
hadisələri bir-birindən qarşılıqlı asılıdır. Təbiətşünaslıqda hökm sürən
bu ideyanı, idrak qanunauyğunluğu və prinsiplərini dövlətlərarası
münasibətlər sahəsinə necə tətbiq etmək olar? Coğrafi determinizm
adlandırılan geosiyasi nəzəriyyənin tərəfdarları bunu reduksionist
mövqedən həyata keçirirdilər. Problemin ideya qaynaqlarına bir
qədər geniş nəzər salmaqla, bir sıra vacib məqamlara aydınlıq gətirə
bilərik.
İnsanların təbii-coğrafi təsəvvürləri qədimdən formalaşmağa baş-
lamışdır. Qlobal miqyasda tarixi şərait dəyişdikcə, həmin təsəvvürlər
də transformasiyaya uğrayırdı. Qədim dövr, orta əsrlər, yeni dövr və
XX əsrin coğrafi təsəvvürləri bir-birindən fərqlənir. Məsələn, bəzən
“orta əsrin rəmzi coğrafiyası” (1.2.5, s.10) ifadəsi işlədilir. Bu ifadəni
işlədən C.K.Rayt orta əsrlərdə “ticarətçi ilə kilsə xadiminin” coğrafi-
yasının fərqləndiyini yazırdı (1.2.5, c.16). Ancaq bütün hallarda orta
əsr coğrafi təsəvvürlərinin bir qaynağı antik dövr tarixçiləri və
filosofları, ikinci qaynağı isə Bibliya olub (1.2.5, s.18-47). Buna
baxmayaraq, orta əsr coğrafi təsəvvürlərinin formalaşmasına dövrün
sosial-mədəni mühiti ciddi təsir göstərib. Bu qayda bəşəriyyətin tə-
kamülünün bütün mərhələlərində özünü büruzə verib. XIX əsrin
sonu – XX əsrin əvvəllərində formalaşmış təbii-coğrafi amillərə
əsaslanan ənənəvi geosiyasi nəzəriyyələrin mahiyyətinin dərkində
bu məqamı mütləq nəzərə almaq lazımdır. C.K.Rayt, D.Harvey,
H.H.Simpson və b. kimi fikir sahiblərinin əsərlərinin təhlili göstərir
ki, İntibahdan Yeni dövrə keçid zamanı coğrafi təsəvvürlər dəyişib.
Həmin dəyişikliklər həmişə cəmiyyətin sosial təşkilində baş verən
yeniləşmələrə uyğun olub. Misal olaraq, alman tarixçisi G.Voiqtin
“orta əsr kollektivçiliyinin” dağılmasını və yeni sosial təşkilin ya-
24


ranmasını necə təsvir etdiyini göstərmək olar. Tarixçi XIX əsrin son-
larında yazırdı: “Bütövlükdə orta əsr mühitinə heç nə korporativlik
kimi nüfuz edib, onu xarakterizə etmir. Xalqların yerdəyişməsi nəti-
cəsində yaranan xaosdan sonra yeniləşmiş bəşəriyyət qruplarda,
nizamlı strukturlarda, sistemlərdə kristallaşdı... Bəşəriyyətin aparıcı
qüvvələri kütlələri özlərinə ruhən tabe etdirən fərdlər yox, fərdi yal -
nız müəyyən norma (standart) kimi təsəvvür edən təbəqə və korpo-
rasiyalar idi” (1.2.6, s.131). G.Voiqt orta əsrlərə xas olan bu cür sosi-
al-mədəni xüsusiyyətin traybalist sosial təşkili və feodal dövlət tipini
yaratdığını vurğulayır. Müvafiq olaraq, feodal dövlətlər xarici siya-
sətlərini təbii-coğrafi amillərlə zəif əlaqələndirirdilər. Onlar üçün
əsas olan məhdud dairəni qane edən xarici siyasət idi. Kollektivçiliyin
lokal (traybalist) üsulunun dağılması ilə ictimai təşkilatlanmanın
daha universal formaları meydana gəldi. Həmin prosesin nəticəsi
kimi millətlər formalaşdı. Avropada milli dövlətlər tarixin səhnəsinə
XVII əsrdə çıxmağa başladı. Klassik milli dövlət forması 1648-ci il
Vestfal sazişi ilə özünü tam təsdiq etdi. Avropanın “gecikən xalqları”
(məsələn, almanlar və italyanlar) isə millət formalaşdıqdan sonra
milli dövlət qura bildilər (bax: 1.2.7, s.197).
Milli dövlətlərin formalaşması təbiətşünaslığın inkişafı ilə müşayiət
olundu. Elm birmənalı və determinləşmiş (səbəb-nəticə) əlaqələrin
tapılmasını əsas hədəf olaraq seçdi. Zaman-zaman bu cür baxış döv -
lət idarəçiliyinə və dövlətlərarası münasibətlərin məzmununa sirayət
etməyə başladı. Dövlət milli maraqlara tabe etdirildi. Milli maraqlar
isə təbiətşünaslığın idraki qaydalarının təsiri altında coğrafi amillərlə
sıx qarşılıqlı əlaqədə götürüldü. Təbii amillər insanlara “təbiətin
sifarişi” ilə milli dövlətin başqaları üzərində hegemonluğunu əsas-
landırmaq üçün lazım idi. Bunun üçün daha universal məfhum kimi
təbiət çıxış etməli idi. Beləliklə, Yeni dövrdə cəmiyyətin “elmləşməsi”
bütün sahələrdə, o cümlədən xarici siyasətdə və dövlətlərarası mü-
nasibətlərdə elmi düşüncə tərzinin hakim olmasına səbəb oldu. Bu
mexanizm vasitəsi ilə Nyuton mexanikası və Darvinin təkamül nə-
zəriyyəsi siyasi şüurlara hakim kəsildi. Hadisələrin bu cür inkişafı
coğrafi determinizmin cəmiyyətin bütün sahələrinə şamil edilməsinə
25


əsas verdi. Sırf sosial amil arxa plana keçdi. Ənənəvi geosiyasət də
XIX-XX əsrlərdə humanitar və sosial elmlərdə hökm sürən coğrafi
determinizm əsasında meydana gəldi. Coğrafi determinizmə görə,
ölkənin yerləşdiyi ərazi, onun təbii-iqlim şəraiti, dəniz və okeanlara
yaxınlığı və ya uzaqlığı və s. bu kimi amillər xalqların ictimai-tarixi
inkişafının xarakterini müəyyənləşdirir, həmçinin onun beynəlxalq
mühitdə davranışını və statusunu da dəqiqləşdirir. Onu deyək ki,
ətraf mühitin cəmiyyətə təsiri barədə ideyalar hələ qədim dövrlərdə
mövcud idi. Qədim yunan filosofları (Aristotel, Demokrit, Platon 
b.) bu haqda fikirlər söyləyiblər.
Orta əsr dahi müsəlman filosofu İbn Xəldunun da bununla bağlı
fikirləri var. O, təbiətin bədənə, insanın əxlaqi keyfiyyətlərinə və xa-
rakterinə ciddi təsir etdiyini yazırdı (bax: məs., 1.2.8 və 1.2.9).
Xəldunun nəzəriyyəsinə görə, cəmiyyətin həyatında başlıca amil iq-
limdir. Belə ki, mülayim iqlimli ölkənin insanları mədəni fəaliyyətlə
məşğul olmağa çalışırlar, isti iqlimdə yaşayanların isə buna meyli az
olur. Çünki inkişafa stimul yoxdur – təbiətdən çox şey hazır şəkildə
alınır.  İbn Xəldunun ideyaları XVI əsr fransız mütəfəkkiri Jan
Bodenə, o da öz növbəsində XVIII əsr fransız filosofu və siyasi nə-
zəriyyəçisi Şarl Lui Monteskyönün təsəvvürlərinin formalaşmasına
böyük təsir göstərmişdi. Ş.L.Monteskyö yazırdı: “İsti iqlimlərdə...
adətən, despotizm hökm sürür” (1.2.10, s.215). XIX əsrdə coğrafi
determinizmi ingilis tarixçisi Henri Tomas Bokl, fransız coğrafiyaşünası
Elize Reklyu, amerikalı tədqiqatçı Elsuort Hantinqton və başqaları
inkişaf etdirmişdilər. Hegelə görə isə, coğrafi amillər Qərb xalqlarını
“tarixi”, Şərq xalqlarını isə “tarixdənkənar” etmişdir.
Bütün bunlar onu təsdiq edirdi ki, coğrafi determinizm prinsipi
faktiki olaraq, daha güclü dövlətlərə başqalarına qarşı aqressiv dav-
ranmağa, onları zəbt etməyə, özlərinə tabe etdirməyə əsas verən geosiyasi
yanaşmanın təməl prinsipi olmağa hazır idi. Həmin əsasda dünyanı müxtəlif
statuslu və bir-birinə qarşı duran regionların cəmi kimi də təsəvvür etmək
olardı. XIX əsrin sonu – XX əsrin əvvəllərində ənənəvi geosiyasətin
yaranması bu təsəvvürlərin formalaşmasından birbaşa asılı idi.
26


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə