N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   2   3   4   5   6   7   8   9   10   ...   80

Nəhayət, Birinci Dünya müharibəsinin gedişində isveçli R.Çellen
“geosiyasət” anlayışını elmə gətirdi. Lakin o, alman F.Ratselin ide-
yalarından bəhrələnirdi. R.Çellen geosiyasətə verdiyi tərifdə coğrafi
amili nəzərə alaraq, dövlət siyasətini yeritməyi təklif edirdi. XX
əsrdə “dövlət siyasəti” dedikdə, “milli dövlət siyasəti” nəzərdə
tutulurdu. Bu məqamı qeyd etmək vacibdir, çünki bəşər tarixində
milli dövlətlərə qədər imperiyalar mövcud olmuşdu və onlar daha
çox ərazi ələ keçirməyə diqqət yetirirdilər. Müasir tarixi mərhələdə
isə geosiyasət əsasən, milli dövlətin fəaliyyətinə aid edilir. Bu
baxımdan tanınmış Amerika politoloqu Corc Modelskinin bir təsnifatı
üzərində qısaca dayanmaq faydalı olar (bax: 1.2.11).
C.Modelski dünya siyasətinin uzun mərhələlərini və ya liderlik
mərhələlərini işləyib hazırlamışdır. Bu mərhələlərin vaxtaşırı bir-
birini əvəz etməsi dünyanın geosiyasi strukturunu (dünya nizamını)
dəyişir, yeni böyük dövlətlərin və onların təsir zonalarının üzə
çıxmasına şərait yaradır. Dünya siyasətinin hər uzun dövrəsi təxminən
100 il davam edir. Modelski qlobal siyasətin təkamülünü 4 fazaya
bölüb. Onun fikrincə, geosiyasi proses, bir qayda olaraq, aşağıdakı
şəkildə gedir: planetdə bu və ya digər böyük gücün yüksəliş mərhələsi
“əsas dünya problemlərinin müəyyənləşdirilməsi” və  “müttəfiqlər
koalisiyasının təşkili” fazalarından keçir. Daha sonra “makrosəviyyədə
qərarların qəbul edilməsi” və “onların həyata keçirilməsi” mərhələsi
gerçəkləşir. Müəllif bu qənaətdədir ki, XIX əsrin ortalarından ehti -
barən qlobal təşkilatlanma mərhələsi başlayır. Bu mərhələ dünya
siyasi sisteminin formalaşması ilə xarakterizə olunur (1.2.11, s.127).
Qlobal siyasi sistem milli dövlətlərin mövcudluğu şəraitində forma-
laşdığından başlanğıcdan özündə bir sıra ziddiyyətli məqamları
ehtiva etmişdir. Yürgen Habermasa görə, milli dövlət dünyada
savaşla özünə yer etməyə meyllidir. Bu səbəbdən milli azadlıq bir
sıra hallarda imperiya həvəsinin təzahür etməsinə gətirib çıxarır
(1.2.7, s.213). Ona görə də “nə qədər kədərli olsa da, XX əsrin
inteqral milliyyətçiliyi” (Y.Habermas) “qarşıya qoyulan məqsədlərə
çatmaq üçün daha çox kütlələrin səfərbər edilməsinə xidmət etdi”
(1.2.7, s. 213). Bu, ənənəvi geosiyasətin ideya sistemi kimi anlaşılması
27


üçün mühüm məqamdır. İdeyanın təməlində bir və ya bir neçə
milləti təbii şəkildə başqalarına qarşı radikal əhval-ruhiyyəyə kökləmək
məqsədi dururdu. Bu isə ənənəvi geosiyasi nəzəriyyələrin aqressiv
və davakar mövqeyə üstünlük verməsi mənasını verir. Məhz həmin
ərəfədə güc siyasətinin nəzəri əsaslarının işlənib hazırlanmağa baş-
lanması təsadüfi deyil. Bunun bir neçə konkret qaynağı var. Birincisi,
qlobal bazarın formalaşması tendensiyası meydana gəlmişdi.
Bu, dünya məkanının “bağlanması”, yəni ərazi bölgüsü prosesinin
başa çatması fonunda baş verirdi. Milli dövlət isə öz təsir dairəsini
genişləndirməli idi. Deməli, bunun üçün o, “bağlı geosiyasi mə-
kanda” mövcudluğunu saxlamağa çalışmalı idi. İkincisi, artıq
bölünmüş dünyanı yenidən bölüşdürmək meylləri güclənməkdə
idi. Üçüncüsü, Avropa dövlətləri formalaşmış dayanıqsız balansı
“qapalı” dünyanın başqa qitələrinə ötürməyə çalışırdılar. Dör-
düncüsü, tarix yalnız Avropanın tarixi olmaq çərçivəsindən
kənara çıxaraq, həqiqi mənada ümumdünya tarixinə çevrilməkdə
idi. Bütün bu səbəblər güc siyasətinin nəzəri əsaslarının yaradılması
ilə nəticələndi ki, bu da sonralar siyasi realizmin məhək daşına
çevrildi. Burada bir daha qeyd edək ki, geosiyasət o dövrün elmi
fikrinin təkamülü məcrasında inkişaf edirdi. Bu səbəbdən də təbiət-
şünaslıq, sosial və humanitar elm sahələrindəki ideya və konsepsiyaların
beynəlxalq münasibətlər sferasına tətbiq edilməsi faydalı oldu. De-
terminizm, təbii-tarixi qanunlar, sosial-darvinizm kimi ideyalar
geosiyasi nəzəriyyələrə gətirildi.
Ənənəvi geosiyasətin ümumi mahiyyəti yuxarıda təsvir etdiyimiz
məqamları özündə birləşdirir. Onun baniləri əmin idilər ki, dövlətlərarası
münasibətləri təbiətin qanunlarına uyğun tənzimləmək olar. Siyasi
və geosiyasi proseslərin təbiətinə uyğun olaraq, F.Ratsel, R.Çellen,
H.Makinder, K.Haushofer və klassik geosiyasətin digər nümayəndələri
bütün proseslərin kökünə birmənalı qəbul edilən təməl meyar
qoyublar. Bu keyfiyyətdə konkret dövlətin təbii-coğrafi səciyyəsi
olan məkan çıxış edirdi. Yəni geosiyasi mənada götürülən “məkan”
fiziki “məkan” anlayışının sinonimi deyil. Lakin coğrafi determinizm
mövqeyindən “geosiyasi məkan” anlayışı hansısa dövlətin beynəlxalq
28


münasibətlər sistemində üstünlüyünü və aliliyini əsaslandırmaq üçün
lazım idi. F.Ratsel və  R.Çellenin ideyaları timsalında bu incə
məqamlara nəzər salaq.
“Geosiyasətin atası” sayılan F.Ratsel Amerika və Almaniyanın
kontinental dövlətlər kimi gələcəyini müəyyən etməyə çalışırdı (bax:
1.2.1, s.172). Bunun üçün o, nəzəri sistem yaratmalı idi. Həmin
nəzəri sistem Darvinin təkamül nəzəriyyəsinin sosial-siyasi sahəyə
reduksiyasına əsaslanırdı. F.Ratsel insanları və cəmiyyəti təbiətə
tam uyğunlaşmalı olan varlıqlar kimi təsəvvür edirdi. Bu isə özlüyündə
xalqların varlığında və mental xüsusiyyətlərinin formalaşmasında
landşaftın xüsusi rolunun olması ideyasına gətirib çıxarmalı idi.
Geosiyasi nəzəriyyə müstəvisində dövlətlər və xalqlar arasında
fərqləri də bu bölgü əsasında müəyyən etmək lazım gəlirdi. Buna
görə də coğrafi amillərə deterministik yanaşmanın tətbiqi zərurətə
çevrilirdi.  Dövlət və xalqların geosiyasi əhəmiyyəti bu prinsip
əsasında qiymətlən di ril dikdə, birinci və ikinci dərəcəli dövlətlər
bölgüsü yaranır. Coğrafi determinizm konsepsiyasının ideya tə-
məlində bir mütləqlik, radikallıq, ayrı-seçkilik və öz iradəsini
başqalarına zorla qəbul etdirmək meyli özünü büruzə verir. Tə-
sadüfi deyil ki, 
F.Ratselin bu yanaşması almanpərəst R.Çellenin
baxışlarının formalaşmasına təkan verdi (1.2.1, s.185). Ratseli
özünün müəllimi hesab edən R.Çellenə görə, “dövlətin mövcudluğunu
saxlamaq üçün güc qanundan daha vacibdir, çünki qanunun
özü yalnız güc vasitəsi ilə təmin edilə bilər” (1.2.1, s.185). Təbii
ki, bu yanaşma diplomatik fəaliyyətdə, daxili və xarici siyasətdə
və dövlətlərarası münasibətlərdə bu və ya digər dərəcədə öz tə-
cəssümünü tapmalı idi. Bu aspektdə məqsədlərə çatmaq üçün
dövlətin hansısa gücə sahib olması gərək idi. Coğrafi determinizm
nəzəriyyəsinin tərəfdarları üçün belə bir güc qismində hərbi qüdrət
çıxış edirdi. Bu, artıq siyasətçiləri konkret istiqamətə yönləndirmək
demək, dünyanı fəth etmək, bütün dövlətləri özünə tabe etdirmək
kimi təcavüzkar siyasi mövqenin formalaşmasına rəvac vermək idi.
Burada bəzilərinə yuxarıdan aşağı baxmaq, digərlərini “ali irq” kimi
təqdim etmək istəklərinin özünü göstərməsi də təbii sayılmalıdır.
29


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə