N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

təcavüzünün nəticələrinin aradan qaldırılması paralel aparılır. Yekunda
bütün bu aspektlərin hamısı Azərbaycanın milli suverenliyinin
təmininə, demokratik və güclü dövlət quruculuğuna xidmət edir.
4.3. Böhranlı situasiyaların həlli:
ərazi bütövlüyünün təmini və regional təhlükəsizlik
Rusiyanın keçmiş xarici işlər naziri, 2004-2007-ci illərdə bu
ölkənin Təhlükəsizlik Şurasının katibi olmuş İqor İvanov yazır ki,
dünya sisteminin keçən əsrin 80-ci illərindən başlayan yenidən
qurulması prosesi başa çatmayıb. Bir çox dəyişikliklərin təsirini
onilliklərdən sonra hiss edəcəyik. Lakin bu keçid hələ də ağrılı
proseslərlə müşayiət olunur (4.3.1).
İ.İvanovun işarə etdiyi ağrılı proseslər sırasında böhranlı situasiyaların
yaranması xüsusi yer tutur. Bir vaxtlar BMT Baş katibinin köməkçisi
işləmiş kanadalı beynəlxalq münasibətlər professoru Rameş Takur
hesab edir ki, BMT “aralarında fikir ayrılıqları dərin olan dövlətlər
arasında milli maraqları uyğunlaşdırma mərkəzi və onları barışdıran
vasitəçi ola bilməyəcək” (4.3.2). Dünyanın tanınmış siyasət şünasları
Z.Bjezinski, H.Kissincer, F.Zəkəriyyə və başqaları da böhranlı situa-
siyaların həllinin mürəkkəb bir proses olduğunu vurğulayırlar. Rusiya
2012-ci ildə qəbul etdiyi “Rusiya Federasiyasının xarici siyasət
kursunu reallaşdırmaq tədbirləri haqqında” sənədə ayrıca bənd kimi
“böhranlı situasiyaların tənzimlənməsini” salmışdır (bax: 4.3.3).
Göründüyü kimi, XX əsrin ikinci yarısından başlayaraq, böhranlı
situasiyaların, müxtəlif təbiətli münaqişələrin yaranması dünya icti-
maiyyətini narahat edən əsas problemlərdəndir.
Azərbaycan da 1988-ci ildən başlayaraq, özünün istəmədiyi halda
münaqişəyə cəlb edildi. Ermənistan tərəfdən dəstəklənən Dağlıq
Qarabağda yaşayan bir qrup erməni millətçiləri separatçı fəaliyyətə
başladılar. SSRİ-nin dağılması ilə bu münaqişə Ermənistanla
Azərbaycan arasında müharibəyə çevrildi. Xaricdən güclü dəstək
alan Ermənistan silahlı qüv vələri Azərbaycan ərazilərinin 20 faizini
188


işğal etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi belə
başladı.
Sonrakı proseslər göstərdi ki, bu münaqişəyə kənar qüvvələrin
ciddi təsiri var və onlar təcavüzkara geniş dəstək verməklə Azərbaycanın
ərazi bütövlüyünü bərpa etməsinə maneə törədirlər.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra ölkənin
ərazi bütövlüyünün təmini xarici siyasətin başlıca prioriteti, milli
strategiyanın əsas müddəası kimi qəbul edildi. Heydər Əliyev bu
məsələni həmişə diqqətə çatdırırdı. Onun beynəlxalq tədbirlərdə çı-
xışında münaqişənin həlli və ərazi bütövlüyünün təmini mütləq yer
alırdı.
Hər kəs yaxşı başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi Cənub
Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunması yolunda ciddi
maneədir. Lakin məhz sovetlərin dağılması ilə bu problem daha
gərgin xarakter aldı. Münaqişənin beynəlxalq müzakirə mövzusuna
çevrilməsi, onun həll edilməsi imkanlarını xeyli çətinləşdirdi. Yəni
məsələ faktiki olaraq, dünya üzrə böhranlı situasiyaları həll etməyin
etibarlı mexanizminin olmaması ilə sıx bağlıdır. BMT-nin özü bu
növ problemlərin həllində acizlik göstərir. Bu baxımdan Azərbaycan
rəhbərliyinin problemi daim gündəmdə saxlaması, onu milli strateji
məqsəd səviyyəsinə qaldırması olduqca təqdirəlayiqdir.
BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əmək-
daşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində
Azərbaycan bu münaqişənin həll edilməsi zərurətini təkid edir.
Xarici siyasətin bu fəallığı hə min təşkilatlarda Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi ilə bağlı çoxlu sayda sənəd qəbul edil-
məsinə gətirib çıxarmışdır. Məsələn, BMT Təhlükəsizlik Şurası mü-
naqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. BMT TŞ-nin sədrləri isə 7
dəfə həmin məsələ ilə bağlı bəyanat vermişdir (bax: 4.3.4, s.100-
111). Bundan başqa, BMT-nin Baş Məclisi tərəfindən sənədlər qəbul
edilib. 2008-ci il martın 14-də “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” adlı sənəd qəbul edilib. Həmin sənədin 2-ci bəndində
yazılıb:  “BMT Baş Məclisi... Ermənistanın bütün qüvvələrinin
Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini
189


dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir” (4.3.4,
s.111). 5-ci bənddə isə qeyd olunur ki, BMT Baş Məclisi... “bir
daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının
ərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq
tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı
yardım və dəstək göstərmə məlidir” (4.3.4, s.111). Bu iki bəndin
müddəaları nəyi ifadə edir? Birincisi, Ermənistan hələ də işğal etdiyi
Azərbaycan ərazilərini tərk etməyib. Azərbaycanın dəfələrlə bu
məsələni beynəlxalq təşkilatlarda qaldırmasına, bir çox sənədin
qəbul edilməsinə baxmayaraq, kiçik bir dövlət olan Ermənistan
bunların heç birinə əməl etmir. Səbəb nədir? Bunu həmin sənədin 5-
ci bəndində BMT dolayısı ilə etiraf edir. Yəni Birləşmiş Millətlər
Təşkilatı bir daha xəbərdarlıq edir ki, heç bir dövlət bu vəziyyətin
saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir!
Baş Məclisin hansı dövlətlərə işarə etdiyi aydındır. Er mənistana
silah satanlar, onu hər vəchlə qoruyanlar, hər il Dağlıq Qarabağdakı
separatçılara milyonlarla maliyyə yardımı ayıranlar, oraya deputatlarını
göndərənlər, rəsmi İrəvana külli miqdarda maliyyə və hərbi-texniki
yardım edənlər hamıya məlumdur. Bunlar məlum olduğu halda,
təca 
 
 
vüzkar Ermənistanın işğal etdiyi ərazilərdən çıxması  
təmin
edil 
mir. Bununla da Cənub Qafqazda münaqişələri həll etmək
mümkün olmur, regional təhlükəsizliyə təhdidlər qalır. Hətta bəzən
bu təhdidlər Ermənistanın qeyri-konstruktiv mövqeyini saxlaması
ucbatından daha kəskin xarakter alır. Bölgə müharibənin astanasına
gəlir.
ATƏT münaqişənin həlli ilə bağlı 1992-2002-ci illərdə 7 sənəd
qəbul edib! Avropa İttifaqı da həmin dövr ərzində problemlə əlaqəli 7
sənəd hazırlayıb. AŞPA-nın 1992-2005-ci illərdə münaqişənin həlli
ilə bağlı qəbul etdiyi sənədlərin sayı 11-dir! İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) isə 1993-2008-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində yaranmış vəziyyətlə əlaqəli 15 sənəd hazırlayıb! NATO-
nun da münaqişə ilə bağlı mövqeyini nümayiş etdirən qərarları var.
İƏT-i hesaba almasaq, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı
43 sənəd qəbul edib! İƏT ilə birlikdə isə onların sayı 58-dir! Buraya
190


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə