N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə58/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

yaradan tədbirlər həyata keçirdi, beynəlxalq təcrübəni diqqətlə öyrə-
nərək, uyğun yeniləşmələrə nail oldu. Bununla da xarici şirkətlərin
Azərbaycanda fəaliyyət göstərməsi üçün lazım olan hüquqi baza ya-
radıldı.
Bazar iqtisadiyyatına keçid xarici siyasətdə beynəlxalq iqtisadi
təşkilatlarla əlaqələrin qurulmasına böyük diqqət yetirməyi tələb
edir. Azərbaycan diplomatiyası bu istiqamətdə ciddi işlər görüb və
bu tendensiya - inkişaf davam edir. Siyasətin bu aspekti olmasa,
ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası məsələsi
reallaşa bilməz.
Bazar iqtisadiyyatını inkişaf etdirmək dövlətin suverenliyi, müs-
təqilliyi və iqtisadi-sosial tərəqqisi üçün çox vacib şərtdir. Xarici
siyasət daxildə iqtisadi islahatları məhz bazar iqtisadiyyatı istiqamətində
aparmaq üçün əlverişli beynəlxalq mühit yaratmalıdır. Eyni zamanda,
xarici siyasət elə qurulmalıdır ki, onun iqtisadi bəhrələri mümkün
qədər tez müddətdə hiss edilsin.
Heydər Əliyev “neft siyasəti”ni məhz bu prinsipə görə formalaş-
dırmışdı. Biz artıq qeyd etmişik ki, Prezident İlham Əliyev dünyanın
böyük neft şirkətləri ilə apardığı danışıqlarda hər şeydən öncə Azər-
baycanın yeni iqtisadi sistemə keçidinə imkan yaradan amillərə
xüsusi əhəmiyyət verirdi. İlham Əliyev müzakirələrdə ölkənin suve-
renliyini, milli maraqlarını, geosiyasi dividendlərini nəzərə çatdırmaqla,
iqtisadiyyatın liberallaşdırılmasına imkan yaradan şəraitin formalaş-
masına diqqət yetirirdi. Çünki daxili bazar güclü və müstəqil
olmayanda, onun transformasiyasını həyata keçirmək çoxlu sayda
xarici amillərdən asılı olur. Bu, bazar iqtisadiyyatını yox, kənardan
asılı olan bazar sistemini formalaşdırır. Əsasən xaricdən gətirilən
malların hesabına yaşayan iqtisadi sistemdə qiymətləri sərbəstləş-
dirməklə, iqtisadiyyatı inhisarsızlaşdırmaqla, maliyyəni stabilləşdirməklə
və əhalinin sosial tələbatını ödəməklə belə davamlı fəaliyyət göstərən
dayanıqlı iqtisadi sistem qurmaq imkansızdır. Bunun təsdiqini dünya
maliyyə böhranına müxtəlif ölkələrin iqtisadi sisteminin necə reaksiya
verməsində görə bilərik. Yunanıstan kimi dövlətin iqtisadi sistemi
dərin böhran içərisindədir, bir çox ölkələr ağır zamanlarını yaşayırlar.
182


Azərbaycanın iqtisadiyyatı isə qlobal maliyyə böhranına çox davamlı
olduğunu sübut etdi.
Nəzəriyyələr və konsepsiyalar ideya baxımından gözəl ola
bilər. Ancaq iqtisadiyyata real vəziyyətinə görə qiymət vermək
lazımdır. Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti onun
daha düşünülmüş və təkmil model əsasında fəaliyyət göstərdiyini
təsdiq edir. Buna xarici siyasətdə bazar iqtisadiyyatına tədrici keçidi
təmin etmək üçün atılan addımlar birbaşa təsirini göstərmişdir.
Xarici siyasətdə plüralistik demokratiyanın inkişaf etdirilməsi
məsələsi də ciddi surətdə əksini tapmalıdır. Mə lumdur ki, demokratik
həyat tərzi müasir dünyanın tələblərindən biridir. Ancaq demokratiya
hardansa ixrac edilən bir proses ola bilməz. O, cəmiyyətin daxili
təkamülünün birbaşa nəticəsi olmalıdır. Həmin proses isə
özlüyündə mürəkkəb struktura malikdir. Onun gerçəkləşməsi
üçün zaman tələb olunur. Yəni demokratiyanın bərqərar olması
dövlətin fəaliyyətindən, cəmiyyətin inkişafından və hakimiyyət-cə-
miyyət münasibətlərinin necə formalaşmasından birbaşa asılıdır.
Xarici siyasət də bu prosesdən kənarda təsəvvür edilə bilməz.
Əslində, xarici siyasət cəmiyyətin varlığını, tərəqqisini, yeniləşməsini
təmin edən əlverişli beynəlxalq mühit formalaşdırmaqla məşğuldur.
Totalitar rejimdən demokratiyaya keçid edən dövlətlərdə bu məsələ
daha da aktuallaşır. Yəni Azərbaycan dövlət səviyyəsində yeniləşmə
və demokratik ləşmə kursunu sistemli olaraq həyata keçirir. Xarici
siyasət ölkədə demokratikləşmənin inkişaf etməsinə mühüm töhfələr
verir. Bir neçə misalla bunu aydınlaşdıra bilərik.
Təcrübə göstərir ki, demokratikləşmə adı altında kənardan
cəmiyyətə müxtəlif istiqamətlərdən dağıdıcı təsirlər olur. Onların
təhlükəli cəhəti öz maraqlarına uyğun olan dəyərlərin demokratik-
ləşmənin elementləri kimi insanların şüuruna yeridilməsindədir. Mə-
sələn, iqtisadiyyatın ölkənin milli maraqlarına cavab verməyən sa-
hələrinin süni inkişaf etdirilməsinə cəhdlər olur. Yaxud milli azlıqların
hüququnun qorunması adı altında separatizmi alovlandıran təbliğat
aparır, müəyyən qeyri-hökumət qurumları yaratmağa çalışırlar. İnsan
haqlarının qorunması və yaxud “siyasi məhbusların” hüquqlarının
183


təmini təşəbbüsü ilə cəmiyyət parçalayıcı, radikallaşdırıcı işlər
görməyə təhrik edilir.
XX əsrin sonu – XXI əsrin əvvəlindən dini amildən süni istifadə
halları daha təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Müxtəlif dini tə-
riqətlər qanunsuz fəaliyyət göstərərək, əhalini səhv yola sürükləməyə
çalışırlar. Xüsusilə, yeniyetmələr və gənclər bu təxribatların qurbanı
olurlar. Onları həmin dini təriqətlərin sıralarına müxtəlif şirnikdirici
yolla qatandan sonra öz vətənlərinə və dövlətlərinə qarşı istifadə
edirlər.
Ən təhlükəlisi odur ki, bu dağıdıcı hərəkətləri demokratiya nümu -
nəsi, onların qarşısının alınmasını isə insan haqlarının pozulması
kimi təqdim etməyə çalışırlar. Bununla bağlı çox lu sayda misallar
göstərə bilərik. Azərbaycanın hüquq-mühafizə orqanlarının hesabat-
larında həmin faktlar öz ifadəsini tapmışdır. Cəmiyyətin bunlardan
çox zərər gördüyünü bilirik.
Bütün bunlar ölkədə demokratiyanın bərqərar olması prosesinin
mürəkkəb olmaqla yanaşı, həm də ziddiyyətli məqamlarla müşayiət
olunduğunu göstərir. İnformasiya mübadiləsi və ölkələr arasında
müxtəlif sahələrdə qarşılıqlı əlaqələr sürətlə inkişaf etdikcə, ziddiyyətli
məqamlar da arta bilər. Bunun hansısa qadağalarla qarşısını almaq
mümkün deyil. Cəmiyyətin daxildən demokratik həyat tərzinə hazır
olması kənardan olan dağıdıcı təsirləri neytrallaşdıra bilir. Buna yar -
dım edən vasitələrdən biri qanunun aliliyidir. Ona görə də, daxili və
xarici siyasətində Azərbaycan qanunun aliliyinin bərqərar olmasına
ciddi əhəmiyyət verir.
Bu məsələnin iki tərəfi vardır. Əvvəla, Azərbaycan cəmiyyəti qa-
nunlarla idarə olunur. Qanunlarla idarə olunan cəmiyyətdə demokratik
həmrəylik mövcud olur. Demokratik həmrəylik hər kəsin eyni cür
düşünməsi anlamını daşımır. Əksinə, cəmiyyət fərqli düşünənlərin
(plüralizmin) birli yindən ibarətdir. Vətəndaşlar söz azadlığına
sahib dirlər. Müxtəlif dinlərin nümayəndələri bir-birlərinə dözümlülüklə
yanaşırlar. Belə mühit üçün çoxlu sayda vətəndaş birlikləri, qeyri-
hökumət təşkilatları (QHT) formalaşdırmaq lazım gəlir. Bu təşkilatlar
cəmiyyətdə şəffaflığa yardım edirlər. Bu plüralist demokratiyanın
184


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə