N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə61/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının mütəmadi
olaraq verdikləri bəyanatları (məsələn, 2009-cu il L’Akuila, 2010-cu
il Muskoka, Dovil və 2012-ci il Los-Kabos bəyanatlarını) və müna-
qişənin həlli vəzifəsinin tapşırıldığı həmsədrlərin özlərinin verdikləri
bəyanatları əlavə etmək olar. Eyni zamanda, Azərbaycan və Ermənistan
prezidentlərinin görüş 
lərindən sonra verilən bəyanatları, ayrı-ayrı
beynəlxalq toplantılarda və konfranslarda aparılan müzakirələri və
qəbul edilən sənədləri, NATO-nun, Avropa Şurasının və digər
qurumların hazırladığı müraciətləri də nəzərə alsaq, onda eti raf etməli
olarıq ki, Ermənistanın dövlət kimi bütün  sahələrdəki gücünü bir
neçə dəfə üstələyən gücə sahib sə nədlər arxivi yaranmışdır. Bütün
bunlar çox məqamlardan xəbər verir.
Əvvələn, Azərbaycan diplomatiyası çox aktiv surətdə münaqişənin
həlli və ölkənin ərazi bütövlüyünün təmini məsələsini dünya siyasətinin
gündəminə gətirib. Demək olar ki, hər bir ciddi beynəlxalq toplantıda
Ermənistanın Azərbaycana təcavüzünün nəticələri diqqətə çatdırılır.
Ulu öndər Heydər Əliyev xəritədə konkret göstərmək və izah
etməklə həmişə insanlara problemin mahiyyətini anladırdı. Bu, in-
formasiya blokadasını qırmaqda Azərbaycana çox yardım etdi. Xarici
siyasətimizdə Dağlıq Qarabağ probleminin həllinin əsas prioritet
olması diplomatik fəaliyyətdə öz əksini tapır. Azərbaycan yorulmadan
bu məsələnin aktuallığını dünya ictimaiyyətinə çatdırmaqdadır.
İkincisi, beynəlxalq miqyasda böhranlı situasiyaların həllinin bey-
nəlxalq hüquqa əsaslanan konkret mexanizminin olmaması Ermə-
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinliklərə
salmışdır. Bu mənada beynəlxalq təşkilatların qəbul etdikləri
sənədlər, təəssüf ki, real təsir gücünə malik deyildir, bu sənədlərdə
göstərilən mövqenin reallaşması üçün dünyanın aparıcı dövlətləri
maraqlı görünmürlər. Bu sənədlər hazırda daha çox arxiv material-
larına bənzəyir.
Üçüncüsü, beynəlxalq təşkilatlar münaqişə ilə əlaqəli qəbul
etdikləri sənədlərin həyata keçirilməsini təmin edə bilmədiklərindən,
Ermənistan özünü cəzasız hiss edir və daha da barışmaz mövqe
tutur. Qəbul edilən onlarla sənədə Ermənistan rəhbərliyi adi kağız
191


parçası kimi baxmağa vərdiş etmişdir. Bu, bütövlükdə regionda və
elə dünyada da çox təhlükəli tendensiyanın inkişaf etməsinə səbəb
olur.
Dördüncüsü, beynəlxalq təşkilatların məsələyə aid çoxlu sayda
sənəd qəbul etməsinə rəğmən, Ermənistan kiçik bir dövlət olaraq
problemin həllini bu qədər uzada bilməzdi. Reallıq ondan ibarətdir
ki, dünyanın böyük dövlətləri sırasında və həmin sənədləri qəbul
edən beynəlxalq təşkilatlarda Ermənistanı müxtəlif səbəblərə görə
dəstəkləyən xeyli qüvvələr vardır. Onlar sözdə münaqişənin ədalətli
həllini qəbul etdiklərini deyirlər, sənədlər qəbul edirlər, ancaq bu sə-
nədlərin yerinə yetirilməsi üçün heç bir addım atmırlar.
Yəni beynəlxalq aləmdə müsəlman ölkələrinin gözündən düşməmək
və ziddiyyətlər yaratmamaq üçün ədalətin Azərbaycan tərəfində ol-
duğunu etiraf edirlər. Lakin bunu real olaraq həyata keçirmirlər və
Azərbaycanın da qarşısını almağa çalışırlar. Bu, onların müxtəlif
şərtlər qoymasından hiss edilir. Təhlükəsizliyin təmin edilməsi və
sabitliyin saxlanmasını bəhanə edərək, müəyyən məhdudiyyətlər
irəli sürmələrindən aydın olur. Bir tərəfdən, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində yaranmış vəziyyətin bu cür qalmasının müm-
künsüzlüyünü qeyd edirlər, digər tərəfdən isə, “bu mümkünsüzlük
sindromundan qurtulmaq” üçün heç bir təsirli addım atmırlar.
Bizim bu qənaətimiz üçün əsas arqumentlərdən biri İraq, İran,
Əfqanıstan, Liviya, Misir, Suriya məsələlərində qəbul edilən sənədlərin
dərhal yerinə yetirilməsi faktlarıdır. Sadalanan dövlətlərin hər biri
Ermənistandan dəfələrlə qüdrətli ölkələrdir.
İraq Küveyti işğal edəndə onlara “problemi öz aranızda həll
edin”, demədilər. Dərhal hadisəyə reaksiya verib, İraqa qarşı hərbi
əməliyyatlara başladılar. Təbii ki, öncə BMT-nin müvafiq mandatını
aldılar. Əfqanıstan və Liviya da eyni ssenarinin hədəfi oldu. Yəni bu
dövlətlərə təsir etmək vasitəsi, üsulu və yollarını çox tez tapdılar.
Ermənistana qarşı isə nədənsə “heç bir üsul tapa bilmirlər”.
Müxtəlif bəhanələr gətirirlər. Gah erməni diasporunun qüdrətindən,
gah regionda baş verə biləcək fəlakətlərdən, gah da Cənub Qafqaz
dövlətlərinin müstəqilliyini itirmək təhlükəsinin yaranmasından da-
192


nışırlar. Təbii ki, bu fikirlərin müəyyən əsası vardır. Lakin bu əsaslar
yalnız böyük dövlətlər təcavüzkarla təcavüzə məruz qalanı fərqlən-
dirmədikdə yaranır. Hazırkı qeyri-müəyyən vəziyyət məhz bundan
qaynaqlanır.
Beynəlxalq təşkilatların hazırladıqları sənədlərin taleyi haqqında
daha aydın təsəvvür əldə etmək üçün AŞPA-nın 2005-ci ildə qəbul
etdiyi qətnaməyə nəzər salaq. Həmin qət namə Azərbaycan diploma-
tiyasının, başda Prezident İlham Əliyev olmaqla, çox böyük fəallığı
nəticəsində qəbul edilmişdi. Həmin hadisəyə qədər Azərbaycanın bu
təşkilatdakı nümayəndə heyəti geniş diplomatik fəaliyyət göstərmişdi.
2005-ci ilin yanvarında AŞPA “ATƏT-in Minsk Konfransının məşğul
olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 saylı
qətnamə qəbul etdi (bax: 4.3.5). Qətnamənin 3-cü bəndində yazılıb:
“Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini
xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan
çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri
çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qət-
naməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün
üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin
işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchiza-
tından çəkinməsində təkid edir” (4.3.5).
Göründüyü kimi, AŞPA Ermənistandan işğal olunmuş ərazilərdən
silahlı qüvvələrini çıxarmağı tələb edir. Eyni zamanda, AŞPA BMT-
nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetiril-
məsində israrlıdır. Həmin bağlılıqda üzv dövlətləri münaqişənin in-
tensivləşməsinə gətirib çıxara bilən davranışlara yol verməməyə
çağırır. Aydın ifadə olunmuş fikirlərdir. AŞPA sonrakı bənddə
mövqeyini daha konkret ifadə edir və münaqişə edən tərəflərdən
üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini tələb edir. 4-
cü bənddə deyilir: “Assambleya xatırladır ki, həm Ermənistan, həm
də Azərbaycan 2001-ci ilin yanvarında Avro pa Şurasına daxil olarkən,
193


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə