N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə62/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə, müna-
qişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər.
Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün
Dağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz
üzərinə götürmüşdür. Assambleya hər iki ölkənin hökumət lərinin bu
öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən
istifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini
təkid edir” (4.3.5).
Ermənistan Dağlıq Qarabağdakı qanunsuz rejimi nəinki problemi
həll etməyə təşviq etdi, hətta onun daha radikal mövqe tutmasına
yeni imkanlar yaratdı və bunu Dağlıq Qarabağdakı separatçılara hər
cür yardımları artırmaqla etdi.
Qeyd etmək lazımdır ki, Ermənistana bu işdə bir neçə böyük
dövlət də yardım göstərir. Bütün bunların hansı nəticələr verməsi ilə
bağlı AŞPA-nın sədri olmuş Mövlud Çavuşoğlu 2011-ci ilin yanvarında
verdiyi bir müsahibədə mövqeyini bildirib. M.Çavuşoğlu AŞPA-da
Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini bərpa etmək istədiklərini
söyləmişdi (4.3.6). O, məqsədin “AŞPA-nın 2005-ci ildə münaqişəyə
dair qəbul etdiyi 1416 saylı qətnaməni həyata keçirmək”dən ibarət
olduğunu vurğulamışdı. Yəni AŞPA 6 il müddətində qətnamədə
qoyduğu tələblərin heç birinin yerinə yetirilməsinə nail ola bil-
məmişdi. Ermənistan rəhbərliyi isə Dağlıq Qarabağ üzrə alt ko-
mitələrin yaradılmasını AŞPA sədrinin şəxsi fikri adlandırmışdı
(bax: 4.3.6). Rəsmi İrəvan cəzalandırılmayacağından arxayın
olduğu üçün Avropanın rəsmi qurumunun qəbul etdiyi qərara
istehza ilə yanaşır.
AŞPA kimi, digər beynəlxalq qurumlar da qəbul etdikləri qərarlara
əməl olunmasının vacibliyini vurğulayırlar. Lakin real olaraq heç bir
dəyişiklik baş vermir. Bunlar münaqişələrin həlli və ərazi bütövlüyünün
təmini ilə bağlı Azərbaycan diplomatiyasının qarşısında nə qədər
çətin bir vəzifənin durduğunu göstərir. Bu vəzifənin çətinliyini iki
səviyyədə nəzərdən keçirmək olar.
Birinci səviyyə qlobal miqyasda böhranlı situasiyaların tən-
zimlənməsi mexanizmlərinin səmərəsizliyini ifadə edir. Obrazlı
194


desək, böhranlı situasiyaları həll etməli olan mexanizmlərin
özləri böhran keçirir. Dünyanın əsas güc mərkəzlərinin öz aralarında
razılığa gələ bilməməsi regionda sağlam münasibətlər sistemi
yaratmağa mane olur. Aqressiv xarici siyasət yeridən dövlətlər də bu
qeyri-müəyyənlikdən istifadə edərək, münaqişələri həll edilməz
problemə çevirir, çıxılmaz vəziyyətə salırlar.
İkinci səviyyə regional təhlükəsizliyin müxtəlif elementləri arasında
uyğunluğun təmin edilməsinin mürəkkəbliyindən ibarətdir. Biz Dağlıq
Qarabağ münaqişəsi ilə yanaşı, qanun suz silah və digər daşımaları və
Xəzər dənizi hövzəsinin hərb sizləşdirilməsi məsələsini nəzərdə tuturuq.
Bu prob lem lərin hər biri çətin həll ediləndir. Onları birləşdirən or taq
məqam beynəlxalq miqyasda baş verən proseslərlə bağlılıqlarıdır.
Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi məsələsi ABŞ, Avropa,
Rusiya və İran arasında gedən geosiyasi mübarizənin güclənməsi
fonunda həll edilməlidir. Region dövlətləri Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Rusiya və İran Xəzərin təhlükəsizliyi ilə bağlı ortaq
mövqeyə hələlik gələ bilməyiblər.
Məsələnin kökü Xəzərin statusu ilə bağlı razılığın əldə olunma-
masındadır. 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında
Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi ilə bağlı razılaşma
əldə edildi. 2001-ci il noyabrın 29-da isə Azərbaycanla Qazaxıstan
arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı müqavilə
imzalandı. 2003-cü il mayın 14-də Rusiya, Qazaxıstan və Azərbaycan
arasında Xəzərin dibinin bölünməsi üzrə üçtərəfli saziş bağlandı.
İran bu sazişlərin heç birini qəbul etmir və SSRİ ilə imzaladığı
müqa vilənin şərtlərini yada salır. İran yalnız 2003-cü ildə digər Xə-
zəryanı ölkələrlə (Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan)
birlikdə dəniz mühitinin qorunması ilə bağlı çərçivə sazişi imzalayıb.
Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı həll edilməmiş
çoxlu məsələlər isə hələ də qalır. Azərbaycanın xarici işlər nazirinin
müavini 2012-ci ilin aprelində həmin problemin Astanadakı müza -
kirəsindən sonra vurğulamışdı: “Hesab edirəm ki, 2013-cü ildə də
bu proses davam edəcək, belə ki, başa çatdırılmasına ehtiyac olan
195


çoxlu sayda məsələlər var” (4.3.7). Mütəxəssislər bu problemin
yaxın zamanlarda həllini tapacağına elə də inanmırlar.
Bununla bir tərəfdən, Xəzərin hüquqi statusu müəyyən edilməmiş
qalır, digər tərəfdən isə, Qərb regionda yeni enerji layihələrini real-
laşdırmağa çalışır. İki problemin məngənəsində qalan Xəzər hövzəsində
risk amili artır. Xəzəryanı hövzənin böyük dövlətləri olan Rusiya və
İran dənizdə hərbi gücünü artırır. Qazaxıstan da bu istiqamətdə
addımlar atır. Türkmənistanın dənizdə hərbi gücünü artırmaqla bağlı
tədbirlər gördüyü barədə mediada məlumatlar gedib.
Proseslər cəm halında Xəzərin hüquqi statusunun müəyyənləşməsi
ilə beynəlxalq enerji layihələri və silahlanmanın sürətlənməsi arasında
bir əlaqənin olduğunu göstərir.
Bunlardan əlavə, həmin prosesləri Dağlıq Qarabağ problemi ilə
əlaqələndirmək cəhdləri də düşündürücüdür. Faktiki olaraq, regionun
təhlükəsizliyi problemi ətrafında “geosiyasi blokada” qurulub.
Qanunsuz silah satışları bu vəziyyəti da ha da kəskinləşdirir. Azərbaycan
dəfələrlə Ermənistana qanunsuz silahların satıldığı haqqında dünya
ictimaiyyətini məlumatlandırıb. Azərbaycan diplomatiyası bu prosesin
qar şısını almaq üçün lazım olan fəallığı göstərir.
Azərbaycan xarici siyasətinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün regionda
sabitliyin və təhlükəsizliyin təmini məsələlərini bir-biri ilə əlaqələn-
dirməsi başadüşüləndir. Regionda vəziyyət nə qədər çox qarışıq
olsa, Ermənistanın əl-qolu da bir o qədər açılar.
Rəsmi İrəvan yaxşı bilir ki, münaqişənin ədalətli həlli üçün
bölgədə beynəlxalq hüquqa riayət edilməlidir. Ədalət, hüquq isə
Azərbaycanın tərəfindədir. Ona görə də, vəziyyəti qeyri-müəyyən
saxlamaq, müxtəlif geosiyasi qüvvələri qarşı-qarşıya qoymaq və
bölgədə geosiyasi riskləri artırmaqla Ermənistan təcavüzkar siyasətinin
ömrünü bir qədər də uzatmağa çalışır. Azərbaycan qanunsuz silah
satışı ilə mübarizə aparır, Ermənistan isə bu prosesə təkan verir.
Azərbaycan regionda sabitliyin təmin edilməsi üçün addımlar atır,
rəsmi İrəvan isə vəziyyəti daha da kəskinləşdirən hərəkətlər edir.
Xəzər hövzəsində silahların toplanması Ermənistana sərf edərdi.
196


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə