N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə66/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

Regional səviyyədə dövlətlər nüvə obyektlərinin tikilməsi və isti-
fadəsi ilə bağlı qarşılıqlı öhdəlik götürməklə nüvə materiallarının
təhlükəsizliyinin təmini məsələsində möhkəm hüquqi baza yaratmış
olurlar. Təbii ki, burada müxtəlif vaxtlarda beynəlxalq miqyasda
nüvə təhlükəsizliyi ilə əlaqəli imzalanmış digər sənədləri də nəzərə
almaq lazımdır. Prezident İlham Əliyevin verdiyi təklif isə daha
geniş əsasda problemi həll etməyə imkan verir. Çünki həmin vasitə
ilə dünyanın bütün dövlətlərini məsələnin həllinə konkret mexanizm
əsasında cəlb etmək şansı yaranır. Hər bir regionda yerləşən ölkələr
nüvə təhlükəsizliyi ilə bağlı qarşılıqlı öhdəlik götürüb, aktiv informasiya
mübadiləsi aparsalar, qlobal səviyyədə vəziyyəti nəzarət altına almaq
mümkün olar. Bu çərçivədə nüvə silahlarının sınaqlarının qarşısını
almaq məsələsi ilə beynəlxalq terrorizmlə mübarizə arasında optimal
əlaqə yaratmaq olar. Bu, kütləvi qırğın silahları əldə etməyə çalışan
bəzi dövlətləri də müəyyən dərəcədə çəkindirə bilər. Daha geniş
coğrafiyada nüvə silahlarının yayılması təhlükəsini aradan qaldırar.
O cümlədən, Cənub Qafqazın nüvə silahlarından azad zonaya
çevrilməsi üçün real şans yaranmış olar.
Azərbaycanın regional siyasətində həmin məsələ mühüm yer tut-
duğundan  İlham Əliyevin təklifini bu istiqamətdə atılmış konkret
addım olaraq qiymətləndirmək lazımdır. Azərbaycan diplomatik fəa-
liyyətində regionun təhlükəsiz məkan halına gəlməsi üçün bütün im-
kanlardan istifadə edir. Beynəlxalq terrorizmin qarşısının alınması
üçün ölkə rəhbərliyi siyasi-diplomatik fəallığını daha da genişləndirir.
Beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya
bu prosesdə mühüm yer tutur.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazi bütövlüyünün bərpa
edilməsini özünün milli strategiyasının mühüm tərkib hissəsi kimi
görür. Müasir tarixi şəraitdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq
strukturlarına inteqrasiya etmədən buna nail olmaq olduqca çətindir.
Bəlkə də mümkün deyil. Çünki Cənub Qafqazda böyük geosiyasi
güclər aktiv surətdə öz maraqlarını təmin etməyə çalışırlar. Onların
206


mübarizəsi fonunda yerli dövlətlərin heç biri təklikdə milli suverenliyini,
ərazi bütövlüyünü təminatlı olaraq qoruya bilmir.
Digər tərəfdən, qloballaşma prosesi dünya dövlətlərini getdikcə
daha böyük ölçüdə bir-birindən asılı vəziyyətə gətirməkdədir. Kiçik
dövlətlər üçün isə bu, daha böyük fəsadlar törədir. Müstəqil siyasət
yeridən dövlət həm böyük geosiyasi güclərin maraqlarını gözləməyə,
həm də qarşılıqlı asılılıq prinsipindən səmərəli istifadə edərək, milli
suverenliyini qorumağa çalışır.
Azərbaycanın xarici siyasətində NATO, Avropa İttifaqı, Avropa
Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və
əməkdaşlıq strukturlarına inteqrasiya mühüm yer tutur. Ancaq bu
prosesin rəvan getdiyini düşünmək o qədər də real yanaşma deyil.
Hər şeydən öncə, Avro-Atlantik birliyin özünün daxilində mövqe
fərqi hələ kifayət qədərdir. Bu prosesin zəifləməsinə dəlalət edən
əlamətlər isə hələ müşahidə edilmir (bax: məs., 4.4.8, s.22-62).
Henri Kissincer Avro-Atlantik əməkdaşlıqda özünü göstərən fikir
ayrılığının ABŞ-Avropa münasibətlərinin transformasiyasından qay-
naqlandığını iddia edir. İkinci dünya müharibəsindən sonra Avropanın
böyük dövlətlərinin geosiyasi maraqlarının dəyişməsini H.Kissincer
subyektiv amilə bağlamır (4.4.8, s.21). Onun fikrincə, bu, dörd
vacib dəyişikliyə olan reaksiya ilə bağlıdır: “Sovet İttifaqının
dağılması, Almaniyanın birləşməsi, xarici siyasətə daxili siyasətin
vasitəsi kimi baxmaq tendensiyası və Avropa özünüdərkinin artması”
(4.4.8, s.21).
Avro-Atlantik məkanda gedən transformasiyaların bu cür prinsipial
geosiyasi dəyişikliyə səbəb olması, başqa proseslərlə yanaşı, ümumi
təhlükəsizlik strukturlarının da yeniləşməsini tələb edir. H.Kissincer
bu haqda açıq yazır. Belə bir vəziyyətdə Avro-Atlantik məkanının
geosiyasi birli yi haqqında danışmaq bir qədər risklidir. Lakin müasir
tarixi şəraitdə bu məkanda yerləşən dövlətlərin dünya siyasətinə
təsiri olduqca güclüdür. Ona görə də, yalnız Azərbaycan deyil,
dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərin xarici siyasətində
Avro-Atlantik təhlükəsizlik və əməkdaşlıq strukturları ilə münasibətlərə
xüsusi diqqət yetirilir.
207


Azərbaycan isə həmin istiqamətdə yeritdiyi siyasətdə Rusiya
amilini xüsusi nəzərə alır. Rusiya postsovet məkanında nüfuzunu
saxlayır və onu artırmaq üçün addımlar atır. Bu kontekstdə Rusiya
Federasiyasının postsovet məkanında xarici siyasətinin mütləq
prioriteti inteqrasiyaya nail olmaq kimi müəyyənləşib. Burada MDB,
Gömrük İttifaqı, AvroAzES, KTMT və RF ilə Belarus İttifaq dövlətinə
böyük diqqət yetirilir.
Müəyyən mənada postsovet məkanı ölkələri Qərblə Rusiya
arasında seçim etmək dileması qarşısında qalırlar. Burada H.Kissincerlə
razılaşmaq lazım gəlir ki, “çox şey Rusiyanın gələcəyindən, onun
daxili inkişafından və formalaşmaqda olan beynəlxalq nizama mü-
nasibətindən asılı olacaq” (4.4.8, s. 42). Odur ki, Azərbaycan tarazlı
siyasətin prinsiplərini gözləməklə beynəlxalq təhlükəsizlik və əmək-
daşlıq strukturlarına inteqrasiya kursunu həyata keçirir.
Biz əvvəlki fəsillərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əla-
qələrinin inkişafına nəzər saldıq. İndi siyasi-nəzəri aspektdə bu
əlaqələrin transformasiya imkanlarına diqqət yetirək. Azərbaycanın
həmin strukturlarla əməkdaşlığı əsasən üç aspekti əhatə edir: təhlü-
kəsizlik, iqtisadi əməkdaşlıq və enerji-nəqliyyat əməkdaşlığı. Bu
prosesin əsası sistemli şəkildə 1993-cü ilin ikinci yarısından qoyulub.
Azərbaycanın beynəlxalq təhlükəsizlik strukturları sırasında ATƏT-
lə əməkdaşlığı ayrıca əhəmiyyət kəsb edir.
Bunun əsas səbəbi Ermənistanın Azərbaycana təcavü zünün nəti-
cələrinin aradan qaldırılmasının Azərbaycan üçün mühüm strateji
məsələ olmasındadır. ATƏT-in fəaliyyətində 1975-ci il Helsinki
Yekun Aktı və 1990-cı il Paris Xartiyası mühüm yer tutur. Helsinki
Yekun Aktı fərqli geosiyasi məkanda yerləşən ölkələrin əməkdaşlığının
və təhlükəsiz birgəyaşayışının əsas prinsiplərini müəyyən etdi (4.4.9,
s.3-59). Paris Xartiyası isə əsas diqqəti dövlətlərarası münasibətlərə
yönəltməklə ATƏT-in fəaliyyətinə konkretlik gətirdi (4.4.10). Nəhayət,
1994-cü ildə ATƏT-in Budapeşt sammiti bu təşkilatın həqiqi mənada
ümumavropa təşkilatına çevrilməsini təsdiqlədi. O vaxta qədər ATƏM
(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu
qurum ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) ad-
landırıldı.
208


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə