N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov


geosiyasi situasiyanın dəyişməsi ilə yeniliklər ola, prioritetlər isə



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

geosiyasi situasiyanın dəyişməsi ilə yeniliklər ola, prioritetlər isə
olduğu kimi qala bilər. Məsələn, qlobal səviyyədə geosiyasi və-
ziyyətin yeniləşməsi sayəsində Azərbaycanın xarici siyasətinin
əsas istiqamət lərində müəyyən düzəliş edilə bilər, ancaq müna-
qişələrin dinc yolla həlli prioritetdir. Müəyyən hallarda bunun
əksi də mümkündür. Qərbə inteqrasiya prioritetini Avrasiya
məkanındakı inteqrasiya əvəz edə bilər.
Son vaxtlar Avrasiya məkanında inteqrasiya modellərindən tez-
tez danışılır. Rusiya və Türkiyənin bununla bağlı yanaşmaları var.
Avrasiyada hansı inteqrasiya modelinin reallaşacağından asılı
olmayaraq, bu məkanda ölkələr arasında əlaqələrin inkişafı bir
zərurətdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Strateji
dərinlik” kitabında yazır ki, Türkiyə Almaniya, Rusiya və ya Yaponiya
kimi hərəkət etməlidir. Yəni o, özünə yaxın olan regionlarda aktiv
siyasət yeritməli, sonra dünya miqyasında söz sahibi olmalıdır (4.6.1,
s.6). Bu şərtlər daxilində ərazi bütövlüyünün təmini prioritetdir.
Müqayisələr göstərir ki, müasir geosiyasi mühitin son dərəcə mü-
təhərrik olması xarici siyasətdə manevrlər etmək imkanlarını geniş-
ləndirir. Situasiyanın dəyişmə dinamikası xarici siyasət kursunda
əsas istiqamətlər və prioritetlərdə düzəlişlərə səbəb ola bilir. Təbii
ki, bu cür vəziyyət bütövlükdə xarici siyasət məsələsini mürəkkəb-
ləşdirir, diplomatik fəaliyyətin məzmununda yeniləşmələri aktuallaşdırır.
İnteqrativ, kreativ diplomatiya və paradiplomatiya kimi yeni terminlərin
meydana gəlməsi bu proseslərlə bağlıdır.
Biz sonuncu fəsildə dünyanın bir neçə tanınmış diplomat və
analitiklərinin qlobal geosiyasi mühitin transformasiyaları haq-
qında fikirlərini təhlil etmişik. Onlar bütövlükdə dünyanın yeni
geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Yəni
qlobal miqyasda köklü yeniləşmələrdən söhbət gedir. Lakin bu
proses hələ başa çatmayıb. Məhz bu məqam müstəqil milli dövlətlərin
dünyadakı geosiyasi mövqeyinə xeyli qeyri-müəyyənliklər verir.
Qlobal güclərin öz aralarında müna sibətləri tam aydınlaşdır-
maması, geosiyasi mübarizənin daha da kəskinləşməsi və regional
miqyasda özünü göstərən ziddiyyətlər kompleks halda beynəlxalq
230


müna sibətlər sistemində çətinliklər yaradır. Rusiyanın xarici işlər
naziri və Təhlükəsizlik Şurasının katibi olmuş İqor İvanovun bu
bağlılıqda fikirlərini sonuncu fəsildə qeyd et mişik. İ.İvanov dünyada
“ağıllı” xarici siyasətin yalnız yaranmaqda olduğunu vurğulayır
(4.3.1). Özü də bu, “hələ siyasi praktika və hətta bütöv layihə deyil”
(İ.İvanov). “Ağıl lı” xarici siyasət innovativ ideyaların sistemli top-
lusudur. Ancaq gec və ya tez beynəlxalq sistemi məhz onlar dəyişəcək
(4.3.1). Düşündürücü və eyni zamanda, obyektiv qiymətlən dirmədir.
Müasir qlobal geosiyasi mühit yeni səviyyəyə transformasiyasını
başa çatdırmayınca, beynəlxalq münasibətlər sisteminin konkret
məzmununda qeyri-müəyyənliklər qalacaqdır. Bununla yanaşı, “ya-
ranmaqda olan” “ağıllı” xarici siyasət inkişaf etdirilməlidir. Hesab
edirik ki, ümumiyyətlə, geosiyasətin gələcəyində bu ideya müsbət
rol oynaya bilər. Dünyanı ağıl, sülh və insanlara sevgi xilas
edəcək. Mədəniyyətlər və dinlər arasında dialoq yeni səviyyəyə
qaldırılmalıdır. Azərbaycanın xarici siyasətinin “ağıllı güc” kon-
sepsiyasına keçməsi dövlətin strateji maraqlarına tam cavab verir.
Ölkəmiz müxtəlif mədəniyyətlər və din lər arasında dialoq qurmağı,
əməkdaşlığı genişlən dirməyi xarici siyasətinin çox mühüm aspekti
kimi inkişaf etdirir. Bu mənada xarici siyasətin əsas istiqamətləri
və prioritetləri də transformasiyaya uğraya bilər.
Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindən
kənarda təsəvvür etmək mümkün deyildir. Azərbaycan qlobal miqyasda
gedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regional
səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi,
iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır. Bu
zaman əsas meyar xarici siyasətin prioritetləridir. Deyək ki, 2008-ci
ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələr
regionda geosiyasi mənzərəyə ciddi təsir etdi. Azərbaycan bu hadisəyə
ərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini və
regional əməkdaşlığa yardım etmək zərurətini nəzərə alaraq reaksiya
verdi. Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığına xələl gə-
tirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasətinin
prioritetlərini gözləyərək hərəkət etdi. Ona görə də, Prezident İlham
231


Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləm
yüksək qiymətləndirdi.
Azərbaycan xarici siyasətinin prioritetlərini qətiyyət və inamla
reallaşdırır. Təcrübə göstərir ki, ölkəmizin xarici siyasət kursu region
səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri həvəsləndirir. Azərbaycan
Cənub Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya
istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji
layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası
dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin
təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozur, bəzi media
orqanlarında ölkəmizə qarşı şər-böhtanla dolu yazılar dərc edir,
müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün
bunlar mahiy yətcə sürətlə inkişaf edən Azərbaycanın əl-ayağına do-
laşmaq xarakteri daşıyır. Lakin Prezident İlham Əliyevin vurğuladığı
kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o,
güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənub Qafqazın aparıcı
dövləti olaraq, bundan sonra da üzərinə düşən missiyanı yerinə yeti-
rəcəkdir! 
232


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə