N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

Azərbaycana qarşı siyasi, ideoloji, mədəni, humanitar, ekoloji,
hərbi və s. təxribatların davam etdiyi şəraitdə hücum taktikasının
seçilməsi tamamilə təbiidir. Ölkəmiz təcavüzkarın regional və
qlobal miqyasda sabitliyi pozmasına, xalqlar arasında düşmənçilik
yaratmasına diplomatik fəaliyyətlə mane olaraq, əslində, dünya sə-
viyyəsində xidmət göstərmiş olur.
Son bir neçə ildə Azərbaycanın beynəlxalq aləmdə apardığı fəal
diplomatik-ideoloji işlər nəticəsində Ermənistanın informasiya təx-
ribatlarının qarşısı alınmışdır. Artıq Azərbaycanın xarici siyasəti
bütün parametrlərə görə, Ermənistanın xarici siyasət kursunu üstələyir.
Bu uğura ölkəmiz məhz xarici siyasətdə hücum konsepsiyasına keç-
məklə nail olmuşdur.
Bütün bunların əsasında demək olar ki, Azərbaycanın xarici
siyasəti diplomatiyanın inkişafına ciddi töhfələr verir. Diplomatiyanın
patriarxlarından sayılan ser Harold Nikolson hələ keçən əsrin əvvəl-
lərində yazırdı ki, “dövlətin xarici siyasətinin vasitəsi kimi diploma-
tiyanın rolu həmişə müstəsna dərəcədə böyük olmuşdur” (4.5.4,
s.5). Görkəmli diplomat və tarixçi fikirlərini inkişaf etdirərək
vurğulayır ki, diplomatiya dövlətlərin taleyinə əhəmiyyətli dərəcədə
təsir edir. Onun bu xüsusda bir qeydinin müasir dövrün diplomatları
üçün də çox qiymətli olduğunu düşünürük. H.Nikolson “Diplomatiya”
əsərində yazır: “Çoxlu sayda beynəlxalq fəlakətlər müxtəlif səbəblərdən
pis diplomatiya ilə müşayiət olunub” (4.5.4, s.5). Yəni pis diploma-
tiyanın nəticəsi yalnız bir ölkənin mənfi imicinin formalaşmasından
ibarət olmur – bütövlükdə, beynəlxalq münasibətlər sistemi böhrana
düşə bilir.
Müasir dövrdə dağıdıcı, təcavüzkar siyasət yeritmək məhz
pis diplomatiyanın əlamətidir. Bu hallara qarşı bütün dünya
dövlətləri mübarizə aparmalıdırlar. Hazırda bəşəriyyəti narahat
edən bir çox münaqişələr, dünya dövlətlərinin “pis diplomatiya”
ilə məşğul olan təcavüzkar ölkələrə qarşı təsirli tədbir görməməsi
ilə bağlıdır. İkili standartlar siyasəti diplomatiyanı gözdən salır.
Dünyanı böyük fəlakətlərlə qarşı-qarşıya qoyur. XXI əsrin əv-
224


vəllərində xarici siyasətin çox fəallaşdığı bir zamanda bu tendensiya
bəşəriyyəti ciddi təhlükələrə atır.
İndi geosiyasi nəzəriyyələrdə eyni şərtlər daxilində fəaliyyət
göstərən, oxşar parametrlərə malik dövlətlərin nəyə görə beynəlxalq
arenada özlərini fərqli aparmasının səbəbləri ilə bağlı təhlillərə rast
gəlinir. Neoklassik realizm hesab edir ki, burada dövlətlə cəmiyyətin
bir-biri ilə uzlaşması mühüm rol oynayır (4.5.5). Başqa sözlə,
dövlətin obyektiv imkanları ilə liderlərin onu subyektiv qiymətlən-
dirmələri arasındakı əlaqələrin müasir xarici siyasətdə əhəmiyyəti
artır. Bununla xarici siyasət çox mütəhərrik hala gəlir. Vahid qiymət-
ləndirmə meyarlarından danışmaq mümkün olmur. Liderlərin ölkənin
obyektiv imkanlarını düzgün dəyərləndirməməsi dövləti fəlakətə
apara bilər. Lakin bu vəziyyətdən çıxış yolunu yenə də dövlətlə cə-
miyyətin bir-biri ilə uzlaşma dərəcəsi müəyyənləşdirir. Buradan eyni
şərtlər daxilində mövcud olan və oxşar imkanlara sahib dövlətlərin
nəyə görə beynəlxalq aləmdə özlərini fərqli aparması aydın olur.
Əgər dövlətlə cəmiyyət aqressivlikdə uzlaşırlarsa və liderlər ölkənin
obyektiv imkanlarını düzgün qiymətləndirə bilmirlərsə, təcavüzkar
siyasət yürüdüləcək. Ermənistanın separatçı, avantürist rəhbərlərinin
siyasəti buna misaldır.
Azərbaycanın xarici siyasətinin məzmunu isə dövlətlə cəmiyyətin
sosial-mədəni və iqtisadi inkişaf məsələsində uzlaşdığını tam sübut
edir. Azərbaycan rəhbərliyi ölkənin sosial rifah dövləti modeli üzrə
inkişafa qadir olduğunu obyektiv qiymətləndirmə əsasında müəy-
yənləşdirib. Yəni Azərbaycanın xarici siyasət kursunun transformasiyası
düşünülmüş siyasi kursun reallaşdırılmasının birbaşa nəticəsidir.
Burada sülhsevərlik, sosial-mədəni və iqtisadi inkişaf məsələlərində
Azərbaycan dövləti ilə cəmiyyətinin uzlaşması əsas rol oynayır.
Azərbaycan cəmiyyəti ölkə başçısının mövqeyini tam dəstəkləyir.
Azərbaycanın modernləşməsinin ikinci mərhələsində xarici
siyasətdə yeni transformasiya baş verir. Modernləşmənin bu mərhə-
ləsinin fərqli cəhətləri var. Bütövlükdə, XXI əsrin postsənaye
cəmiyyəti kontekstində modernləşmə ideyasını zamanın çağırışı
kimi qiymətləndirmək olar (bax: məs., 4.5.6). Bu fikir modernləşmənin
225


yeni mərhələsinin əsas məzmununu ifadə edir. Yəni indiki mərhələdə
modernləşmənin başlıca məqsədi postsənaye cəmiyyətinin forma-
laşdırılmasına nail olmaqdır. Modernləşmə proses olaraq cəmiyyətin
bütün sahələrini əhatə edir. Siyasi, iqtisadi, mədəni, hərbi, ekoloji,
elmi və başqa sahələr üzrə sistemli və ardıcıl islahatlar aparmaq
lazım gəlir. Çünki XXI əsrin birinci onilliyində dünya xalqlarının
həyatının bütün sahələrini əhatə edən transformasiyalar müşahidə
edilir. Güclü inkişafa stimul verən yeni innovativ metodlar və
mənbələr tələb olunur (bax:4.5.6).  Burada millətin intellektual
səviyyəsi və yaradıcı qabiliyyəti daha çox aktuallıq kəsb etməyə
başlayır. Azərbaycanın sənaye cəmiyyətindən postsənaye cəmiy 
-
yətinə keçid mərhələsində olması bu problemə xüsusi məzmun
verir. Cəmiyyətdə yaradıcı (kreativ) zümrənin formalaşdırılması
milli səviyyədə strateji məqsədə çevrilir.
Şübhə yoxdur ki, bunların xarici siyasəti həyata keçirən strukturlara
birbaşa aidiyyəti vardır. Diqqəti çəkən cəhət bundan ibarətdir ki, si-
yasətçilər və diplomatların kreativ zümrənin üzvləri kimi hazırlıqları
yeni yanaşmalar tələb edir. Təbii ki, postsənaye cəmiyyətinə keçid
mərhələsi bunlarla yanaşı, xarici siyasət kursunun transformasiyasını
da şərtləndirir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin
məzmunundan aydın görünür ki, ölkəmizin xarici siyasətində insan
amilinin, ağıl, intellekt və yeni informasiya texnologiyalarından
istifadənin daha geniş əsasda yeri vardır.
Modernləşmənin bu mərhələsində xarici siyasətin transformasiyası
“ağıllı güc” və ya “yumşaq güc”ə (ing. soft power) tam keçid istiqa-
mətində olmalıdır. Məsələ bundadır ki, dünyanın böyük dövlətləri
“yumşaq güc” siyasətinə getdikcə daha çox üstünlük verirlər. Bu
anlayış dövlətin daxili potensialının cəlbediciliyinə əsaslanır. Mədə-
niyyət, tarix, intellekt, daxili siyasət və başqa amillər üzrə dövlət nə
qədər çox cəlbedici olarsa, xarici siyasətində də bir o qədər uğurlu
olar. Dövlətin daxili cəlbediciliyinin mərkəzində xalqın mədəniyyəti
durur.
Biz artıq Azərbaycanın milli inkişaf strategiyasının mədəniyyət-
tutumlu suverenliyə əsaslandığını qeyd etmişik. Deməli, ölkəmizin
226


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə