N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə75/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   72   73   74   75   76   77   78   79   80

YEKUN
Bu kitabda Azərbaycanın xarici siyasət kursunun əsrlərin qovşağında
formalaşması və transformasiyasını təhlil etməyə çalışdıq. Ölkəmiz
müstəqilliyinə çox mürəkkəb geosiyasi proseslərin baş verdiyi dövrdə
qovuşdu. Onun suverenliyini təmin etmək məqsədilə dəqiq işlənmiş
xarici siyasət kursu formalaşdırmaq tələb olunurdu. Ulu öndər
Heydər Əliyev bunun öhdəsindən ustalıqla gələ bildi.
Qlobal və regional səviyyədə cərəyan edən proseslərin qarşılıqlı
təsiri nəticəsində Cənub Qafqazda mürəkkəb geosiyasi situasiya ya-
randığından, uğurlu xarici siyasət konsepsiyasının müəyyənləşdirilməsi
asan məsələ deyildi. Bundan başqa, 1991-1993-cü illərdə Azərbaycanın
xarici siyasətində çoxlu sayda səhvlərə yol verilmişdi. Azərbaycanın
beynəlxalq imicinə güclü zərbə vurulmuşdu. Daxildə separatçı qüv -
vələr fəallaşmışdı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində əra-
zimizin 20 faizi işğal edilmişdi. Təcavüzkara kənardan dəstək verənlər
də var idi.
Bütün bu amillər kompleks halında Azərbaycan dövlətçiliyinə
təhlükələr yaradırdı. Bu böhrandan ölkəni yalnız düşünülmüş və
müa sir dövrün tələblərinə cavab verən siyasət çıxara bilərdi. Bununla
əlaqədar, əsərdə bir neçə mühüm məqam nəzərə alınaraq, Azərbaycanın
xarici siyasəti təhlil edilmişdir.
Müasir dünyanın özünəməxsus geosiyasi təkamül xüsusiyyətləri
var. Onları təhlil edən mütəxəssislərin yanaşmaları fərqli olsa da, hər
biri müasir geosiyasi mənzərənin mütəhərrik və mürəkkəb olduğunu
qeyd edir (bax: məs., 1, 2 və 3).
Biz imkan daxilində məsələnin bu aspektinə diqqət yetirməyə ça-
lışdıq. Çünki Azərbaycanın xarici siyasət kursunun mahiyyətini qlo -
bal səviyyədə baş verən dəyişiklikləri dərk etmədən anlamaq mümkün
deyil. Apardığımız təhlillər göstərdi ki, qlobal geosiyasi proseslərin
nəzəri cəhətdən birmənalı qiymətləndirilməsi mürəkkəb bir işdir.
233


Burada bir çox hadisələrin təkamül ssenarilərindən danışmaq lazım
gəlir. Aydın olur ki, çoxvariantlı təkamül modeli geosiyasi mühitdə
böhran zonaları ilə inkişaf tendensiyalarının bir-birini əvəzləməsindən
qaynaqlanır. Bu təzahürlərin fonunda isə dünya dövlətlərinin qarşılıqlı
asılılığı artır. Müasir geosiyasi nəzəriyyələrin məzmununa bu cür
amillər ciddi təsir göstərir. Kitabda nəzərdən keçirilən yeni geosiyasi
konsepsiyalarda həmin tezisin doğruluğu öz təsdiqini tapır.
Yuxarıda irəli sürülən fikirlərin fonunda geosiyasi konsepsiyaların
transformasiyasının maraqlı cəhətləri üzə çıxır. Bu proses ilə elmi
idrakın yeniləşmələri arasında heyrətedici paralellik aşkar etdik. Hər
iki tendensiya isə qlobal səviyyədə baş verən sosial-iqtisadi, siyasi
və mədəni yeniləşmələrlə sıx əlaqədə özünü büruzə verir. Keçən
əsrin əvvəllərində elmi idrakda ciddi dəyişikliklər baş verdi. Paralel
olaraq, geosiyasi konsepsiyalar da transformasiyaya uğradı. XX
əsrin 50-60-cı illəri yeni elmi nəzəriyyələrin meydana gəlməsi ilə
xarakterizə olundu. Həmin dövrdə bir neçə yeni geosiyasi konsepsiyanın
baza ideyaları formalaşdı.
Nəhayət, keçən əsrin 90-cı illərində elm və fəlsəfə ilə yanaşı,
siyasi nəzəriyyələrdə də köklü ideya transformasiyaları baş verdi.
Bu proses sadaladığımız sahələrin hər birində indi də davam edir.
Elmi idrakda mütəxəssislər daha çox çoxvariantlılıqdan, qeyri-müəy-
yənlikdən, risklərdən danışır. Qlobal geosiyasi prosesləri xarakterizə
edərkən də buna oxşar terminlərdən istifadə edilir. “Böhran”, “xaos”,
“qarşılıqlı asılılıq”, “sistemli yeniləşmələr”, “qeyri-müəyyənlik” və
başqa anlayışlar elmdə, fəlsəfədə və geosiyasətdə tez-tez işlənir.
Onların məna oxşarlığı ilə bağlı mövqe bildirmək üçün isə əlavə
tədqiqat tələb olunur.
Biz “sivilizasiyaların toqquşması”, “böyük şahmat taxtası”, “he-
gemonsuz dünya”, “informasiya geosiyasəti”, “çoxkommunikasiyalı
dünya” və s. kimi terminlərin dəbdə olduğu tarixi mərhələdə Azər-
baycanın xarici siyasətinin keçdiyi 21 illik yolu təhlil etməyə çalışdıq.
Problemin mürəkkəbliyi, bizcə, şübhə doğurmur. Ancaq həm bu
prosesin iştirakçısı olmaq, həm də onu obyektiv təhlil etmək olduqca
maraqlı bir işdir. Girişdə bunun metodoloji çətinliklərini qeyd etmişik.
234


Prosesin canlı iştirakçısı olmaqla onu kənardan obyektiv təhlil etmək
fərqli şeylərdir. Burada mənəviyyatla obyektivlik arasında uyğunluq
tapmaq lazım gəlir.
Buna baxmayaraq, xarici siyasət elə bir sahədir ki, onun müəyyən
özəlliklərini kənardan müşahidə etməklə dərk etmək çox çətindir.
Ona görə də, bir sıra məqamlarda mənim ölkənin xarici siyasəti ilə
uzun müddət məşğul olmağım təhlildə köməyimə çatdı. Xüsusilə,
qlobal səviyyədə geosiyasi mühitdə baş verən proseslərin əsl mənasının
aydınlaşdırılması aspektində bunun olduqca böyük əhəmiyyəti oldu.
Məsələ bundadır ki, keçən əsrin 90-cı illərində keçmiş sovet res-
publikalarında meydana çıxan gənc siyasətçilər əksər hallarda ifrata
varır, psevdoazadlıq təsəvvürlərinin təsiri altında ölkənin xarici siyasətini
uçuruma aparırdılar. Xalq kütlələri isə real vəziyyəti bilmirdilər. Belə
bir şəraitdə qlobal geosiyasətin real tərəfinin dərki prinsipial məna da-
şıyırdı. Kitabda problemin bu tərəfinə ciddi diqqət yetirilib.
Qlobal miqyasda baş verən köklü geosiyasi dəyişikliklər prosesi
hələ başa çatmayıb. Beynəlxalq münasibətlər sistemi yenidən qurulur
(4). Buna müvafiq olaraq, xarici siyasət konsepsiyalarında da ciddi
dəyişikliklər həyata keçirilməlidir. Bir neçə dövlətin aparıcı rol oy-
namağa başladığı müasir tarixi mərhələdə həmin proses xüsusi
yanaşma tələb edir. Görünür, burada qüvvələr balansının yeni optimal
nisbətini tapmaq lazımdır. Bu şərtlər daxilində müəyyən regionun
konkret ölkəsi üçün səmərəli ola bilən xarici siyasət kursundan
danışmaq daha doğru olar. Çünki regional səviyyədə geosiyasi mü -
hitin öz tələbləri var.
Digər tərəfdən, “hegemonsuz dünya”da (Anton Levin) çoxvektorlu
xarici siyasət kursu formalaşdırmaq zərurəti də yaranıb. Kitabda
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinə və prioritetlərinə
məhz bu özəlliklərin prizmasından nəzər yetirdik. Həmin aspektdə
diqqəti çəkən güclü dövlət konsepti ilə regional liderliyin bir-biri ilə
uzlaşması məsələsidir.
Güclü dövlət quruculuğu mücərrəd məsələ deyil. Güclü dövlət
konseptini yalnız konkret zaman və məkanda qlobal və regional
235


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə